Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə5/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   2   3   4   5   6   7   8   9   ...   140

 

11

etməyə,  gəlirlərin  artması  və  xərclərin  azalması,  ticarət  müəs-



sisələrinin və ölkədə pul dövriyyəsinin maliyyə vəziyyətinin daha 

da  yaxşılaşdırılmasına  və  istehlak  mallarına  əhali  tələbinin 

ödənilməsinə imkan verəcəkdir. 

Daha  vacib  məsələ  iqtisadi  təhlükəsizlik  və  ölkədə  bütün 

ictimai  həyatla  bağlı  ticarətin  inkişaf  meyillərini,  qarşılıqlı  əla-

qələrdə  onun  mürəkkəbliyi,  yeni  təsərrüfat  mexanizminin  geniş 

imkanlarını  və  onların  həyata  keçirilməsində  ticarətin  rolunu 

göstərməkdir. 

Dərsliyin bu nəşrində ticarət müəssisələrinin təsərrüfat fəa-

liyyəti ilə əlaqədar bütün suallara cavab axtarmaq əbəsdir. Çünki 

həyat  bu  prosesə  daima  öz  düzəlişlərini  edir.  Buna  görə  də, 

kursun  dərindən  mənimsənilməsi  üçün  bazar  şəraitində

 

ticarət 


müəssisələrinin  konkret  fəaliyyətinin  təhlili  üzrə  əlavə  məlu-

matlarla yaxından tanış olmaq, onları dərk etmək, iqtisadi inkişaf, 

bazar  və  ticarət  sahəsində  bilikləri  genişləndirmək  və  yeniləş-

dirmək lazımdır. 

Materialın  təqdim  olunması  zamanı  ən  vacib  məsələlərdən 

biri  tələbələri  tədris  kursunun  yaradıcılıq  cəhətdən  mənimsənil-

məsinə  sövq  etməkdir.  Buna  əlavə  olaraq  bazar  iqtisadiyyatı 

şə

raitində  ticarət  müəssisələrinin  fəaliyyət  praktikasını  təhlil 



etmək,  iqtisadi  ədəbiyyatı  öyrənmək  vacib  məsələ  kimi  irəli  sü-

rülmüşdür. Bütün bunlar olmadan kommersiya sahəsində yüksək 

səviyyədə mütəxəssis hazırlığı mümkün deyildir.  

Bazar  iqtisadiyyatının  inkişafı,  qiymətlərin  liberallaşması, 

aparılan aqrar islahatları, xarici iqtisadi fəaliyyətin genişlənməsi, 

istehlak  bazarının  geniş  çeşiddə  əmtəə  ehtiyatları  ilə  təmin 

olunması,  əhalinin  alıcılıq  qabiliyyətinin  artması  ticarətin  və 

xidmətin inkişafı üçün əlverişli şərait yaratmışdır.  

Son  illər  ərzində  əmtəə  və  xidmət  bazarında  hüquqi  şəxs 

yaratmadan  sahibkarlıqla  məşğul  olan  fiziki  şəxslərin  fəaliyyəti 

getdikcə  genişlənmiş,  əhalinin  alıcılıq  tələbatının  ödənilməsində 

onlar  əsas  rol  oynamışlar.  Bu  dövr  ərzində  mütəşəkkil  ticarətin 

strukturunda  da  nəzərəçarpacaq  dərəcədə  dəyişikliklər  baş  ver-

miş,  dövlət  ticarət  müəssisələri  tədricən  yeni  yaranmış  qeyri-




 

12

dövlət müəssisələri ilə əvəz olunmuşdur. 1990-cı illə müqayisədə 



qeyri-dövlət  sektoru  sürətlə  inkişaf  etmiş,  2010-cu  ilin  əvvəlinə 

pərakəndə  əmtəə  dövriyyəsində  dövlət  sektorunun  payı  32,9%-

dən 0,8%-dək enmişdir. 

Hər  bir  cəmiyyətdə  ictimai  məhsul  4  fazadan  –  istehsal, 

bölgü,  mübadilə  və  istehlak  fazalarından  keçir.  Bazar  təsərrü-

fatında  bu  fazaların  hamısı  iqtisadi  qanunların  təsiri  altında  fəa-

liyyət göstərir. 

Cəmiyyətin  inkişafının  bütün  pillələrində  onun  tam  var-

lığını  müəyyən  edən  ən  başlıca  və  həlledici  amil  maddi  istehsal 

prosesidir.  stehsal istehlakın əsasını təşkil edir. Onun durmadan 

artması  bütövlükdə  istehlakın,  o  cümlədən  xalq  istehlakının  tək-

milləşdirilməsini, onun durmadan artmasını şərtləndirir. Tələbatın 

daha  dolğun  ödənilməsi  yeni,  daha  keyfiyyətli  tələbin  yaranma-

sına səbəb olur ki, bu da, öz növbəsində, istehsalın genişlənməsi 

üçün stimul yaradır. Beləliklə, istehsal ilə istehlak arasında əlaqə-

lərin  yaradılması  zərurəti  meydana  çıxır.  Ticarət  əmtəə  tədavü-

lünün  bir  forması  kimi  həmin  əlaqələri  yaradan  və  təkmilləş-

dirilməsinə təsir göstərən mühüm təsərrüfat sahəsidir. 

“Ticarət  müəssisələrinin  iqtisadiyyatı”  kursu  iqtisadi  nəzə-

riyyənin  tərkib  hissəsidir.  Onun  metodoloji  əsasını  iqtisadi  nə-

zəriyyə  təşkil  edir.  qtisadiyyatın  nəzəriyyəsi  bütün  iqtisad  elm-

lərinin  sütunudur.  O,  maddi  nemətlərin  istehsalı,  bölgüsü,  mü-

badiləsi  və  istehlakı  proseslərində  yaranan  iqtisadi  münasibətləri 

və onların inkişafını idarə edən qanunları öyrənən elmdir. Ticarət 

müəssisəsinin  iqtisadiyyatı  isə  iqtisad  nəzəriyyəsinin  tərkib 

hissəsi  olmaq  etibarilə  istehlak  mallarının  istehsaldan  isteh-

lakçılara çatdırılması prosesində baş verən iqtisadi münasibətləri 

öyrənir.  Beləliklə,  ticarət  müəssisəsinin iqtisadiyyatının  da  pred-

meti istehsal münasibətləridir.  

“Ticarət  müəssisələrinin  iqtisadiyyatı”  kursu  konkret 

materiallar  əsasında  inkişaf  etmiş  bazar  iqtisadiyyatı  şəraitində 

bazarı  və  ticarəti,  ticarətin  təbiətini,  onun  inkişafı  qanunauyğun-

luqlarını,  ticarətin  təşkili  və  texnologiyası  və  idarə  edilməsini, 



 

13

habelə  ticarətin  tərkib  hissəsi  olan  müəssisələrin  təşkili  və 



planlaşdırılması məsələlərini və s. öyrənir. 

Tədris  kursu  eyni  zamanda  dövlətin  və  hökumətin  ticarət 

sahəsində  təsərrüfat  siyasətini  öyrənir,  bu  əsasda  ticarət  peşələri 

üzrə  müasir  tələblərə  uyğun  mütəxəssislər  hazırlanmasına  və 

ticarət  kadrları  tərəfindən  həmin  təsərrüfat  siyasətinin  müvəffə-

qiyyətlə həyata keçirilməsinə təsir göstərir. 

Tədavülün,  o  cümlədən  onun  bir  forması  olan  istehlak 

malları ticarətinin istehsal, bölgü və istehlak fazaları ilə qarşılıqlı 

ə

laqədə  olması  zəruriliyi  ticarət  müəssisəsinin  iqtisadiyyatı 



kursunun bir sıra konkret iqtisad elmləri ilə - “Müəssisənin iqtisa-

diyyatı”, “Statistika”, “Maliyyə”, “Mühasibat uçotu”, “Əmtəəşü-

naslıq”, “Marketinq” və s. ilə sıx əlaqədə olmasını şərtləndirir. 

“Ticarət  müəssisələrinin  iqtisadiyyatı”  kursunun  metodu 

dialektik metod və iqtisadi nəzəriyyədir. O da iqtisadi nəzəriyyə 

və  sair  konkret  iqtisad  elmləri  kimi  özünün  tədqiqində  abstrakt-

dan  konkretliyə,  iqtisadiyyatın  ümumi  inkişafı  qanunlarından 

həmin qanunların müxtəlif real varlıqda, xüsusilə əmtəə tədavülü 

dairəsində  tətbiq  olunmasına  keçir.  Başqa  hadisələr  və  proses-

lərdə  olduğu  kimi,  əmtəə  tədavülünü  də  öyrənərkən  dialektik 

metodun tələblərini əsas götürmək lazımdır. Bu baxımdan, ticarət 

xalq  təsərrüfatının  ayrılmaz  bir  hissəsi  olduğundan,  ticarətdəki 

hadisələri  xalq  təsərrüfatının  digər  sahələrindəki  hadisələrlə  sıx 

qarşılıqlı  əlaqələr  şəraitində  öyrənmək  lazımdır.  Belə  ki,  kurs 

ə

mtəə  tədavülü  dairəsində  nəinki  kəmiyyət,  eyni  zamanda 



keyfiyyət dəyişikliklərini də öyrənir. 

“Ticarət  müəssisələrinin  iqtisadiyyatı”  kursu  tədqiqatın 

spesifik  cəhətləri  ilə  əlaqədar  olaraq,  onun  öyrənilməsi  və  mə-

nimsənilməsinin  ümumi  və  xüsusi  metodları  vardır.  Bu,  hər 

ş

eydən  əvvəl,  ticarətin  funksiyaları,  onun  geniş  təkrar  istehsalda 



və  iqtisadi  əlaqələrin  və  münasibətlərin  reallaşdırılmasındakı 

rolu,  mal  tədavülü  sahəsində  istehsal  münasibətlərinin  xüsusiy-

yətləri ilə şərtlənir. Bununla əlaqədar olaraq, ticarət müəssisəsinin 

iqtisadiyyatının  öyrənilməsi  metodunun  ümumi  cəhəti,  digər 

elmlərdə olduğu kimi dialektik müddəaların əsas götürülməsidir. 



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə