Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə4/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   2   3   4   5   6   7   8   9   ...   140

 

8

17.4. Elektron ticarətin strukturu ............................... 



382 

17.5.  Elektron  ticarətin  bağlanılan  əqdlərin  (tranzak-

siyaların) təbiətinə görə təsnifatı ...................... 

 

386 

17.6. Elektron ticarətin iqtisadi faydası və məhdudiy-

yətləri ................................................................ 

 

387 

17.7. Elektron ticarətin biznes modelləri.................... 



391 

17.8.  nternet şəbəkəsində pərakəndə ticarətin təşkili 

üzrə əsas metodlar ............................................ 

 

391 

17.9. Texnoloji onlayn-ticarət prosesinin təşkili ....... 



394 

17.10. Alıcıların cəlb edilməsi .................................. 



397 

17.11. Malların dəyərinin ödənilməsinin təşkili ........ 



399 

 

XVIII fəsil. Azərbaycanın xarici ticarət fəaliyyəti.. 

 

403 

18.1.  Beynəlxalq  iqtisadi  əlaqələrdə  azad  ticarət 

siyasətinin zəruriliyi ......................................... 

 

403 

18.2.  Azərbaycanda  xarici  ticarət  əlaqələrinin  əsas 

xüsusiyyətləri .................................................... 

 

406 

18.3.  Azərbaycanda  xarici  ticarət  əlaqələrinin 

genişləndirilməsi istiqamətləri...........................  

 

413 

stifadə olunmuş ədəbiyyat siyahısı........................ 

419 

 

 

 



 

9

Giriş 

 

Dərsliyin bu nəşri işıq üzü gördüyü zamandan əvvəl iqtisadi 



mexanizmdə,  təsərrüfat  fəaliyyətinin  təşkilində  və  vahid  xalq 

təsərrüfatı kompleksində təsərrüfatlararası münasibətlərdə önəmli 

dəyişikliklər baş vermişdir. Bu dəyişmələrin mərkəzində - hərtə-

rəfli  demokratikləşmə,  müəssisənin  müstəqilliyi  və  hüquqlarının 

genişləndirilməsi,  təşəbbüslərin  inkişaf  etdirilməsi  üçün  yeni 

təsərrüfat  sisteminin  üstünlüklərindən  istifadə  edilməsi,  işin  son 

nəticələri üzrə əmək kollektivlərinin marağı və məsuliyyəti qeyd 

oluna bilər.  

Dərslik  050411  –  “Kommersiya”  ixtisası  üzrə  təhsil  alan 

bakalavr  tələbələr  üçün  nəzərdə  tutulmuşdur.  Kursun  məzmunu 

Ali  Təhsilin  Dövlət  Standartının  tələblərinə  uyğundur.  Dünyada 

və  Azərbaycanda  gedən  qlobal  dəyişikliklər,  maliyyə-iqtisadi 

böhran,  ölkənin  iqtisadi  və  ərzaq  təhlükəsizliyi  xüsusi  hazırlığı 

olan ticarət və ya biznes sahibkarlarına ehtiyacı zəruri etmişdir. 

Müasir  mərhələdə  əsas  vəzifə  “Dövlət  müəssisəsi  (birlik-

ləri)  haqqında”  Qanunun  müddəalarına,  əmək  fəaliyyətinin  tək-

milləşdirilməsi  üzrə  kompleks  tədbirlərin  həyata  keçirilməsinə, 

planlaşdırmanın,  iqtisadi  stimullaşdırmanın  və  digər  sahələrdə 

idarəetmənin  təkmilləşdirilməsinə  müvafiq  olaraq  ticarət  müəs-

sisələrinin  və  təşkilatlarının  fəaliyyət  mexanizminin  müəyyən 

edilməsindən  ibarətdir.  Təkmil  iqtisadi  idarəetmə  üsulları  əsa-

sında ticarəti elmi-texniki inkişafın yeni mərhələlərinə çıxarmaq, 

alıcı  tələbatının  ödənilməsi  üçün  onun  məsuliyyətini  artırmaq, 

pərakəndə mal dövriyyəsini sürətləndirmək, təsərrüfat fəaliyyətini 

və əhaliyə ticarət xidməti səviyyəsini yüksəltmək nəzərdə tutulur. 

Bu vəzifələrin həyata keçirilməsi asan məsələ deyil. 

Bununla yanaşı qeyd etmək lazımdır ki, tədavül sferasında, 

o cümlədən ticarətdə islahat proqramı hələ tam  olaraq öz həllini 

tapmamışdır. 

Dərsliyin  hazırkı  nəşrində  müasir  dövrdə  ticarət  müəssisə-

ləri  və  təşkilatları  qarşısında  duran  vacib  problemlər  və  pers-

pektivlər əks etdirilmişdir. 




 

10

“Ticarət  müəssisələrinin  iqtisadiyyatı”  kursunda  qoyulan 



məsələlər  şərh  olunarkən  bu  sahənin  xalq  təsərrüfatının  digər 

sahələri  ilə  əlaqəsi  nəzərə  alınmış,  həmçinin  sənaye  və  aqrosə-

naye  kompleksinin  müəssisələri,  nəqliyyat,  maliyyə-kredit  sis-

temi  və  pul  tədavülü  arasında  iqtisadi  əlaqələr  də  şərh  olun-

muşdur.  

Ticarətin  maliyyə  sistemi  ilə  əlaqəsi  öz  təzahürünü  cəmiy-

yətin xalis gəlirinin bir  hissəsinin dövlət büdcəsinə ayrılmasında 

tapır (dövriyyədən tutulan vergilər və gəlirdən çıxmalar). Bunun-

la  yanaşı,  ticarətlə  maliyyə  sistemi  arasında  qarşılıqlı  hesab-

laşmaları həyata keçirmək üçün maliyyə sistemi əsasında ticarətin 

inkişaf etdirilməsi üzrə müxtəlif əlaqələr ortaya çıxır. 

Ticarət müəssisələri qısa və uzunmüddətli kreditləşmə məq-

sədilə,  kredit  sistemi  ilə  əlaqələr  yaradır.  Bankın  qısamüddətli 

kreditləri  bu  və  ya  digər  sahənin  dövriyyə  vəsaitlərində  önəmli 

yer tutur, onların bir çox hissəsi (3/4) mal ehtiyatlarının  yaradıl-

ması    üçün  istifadə  edilir.  Bazar  münasibətləri  şəraitində  pəra-

kəndə  və  topdan  müəssisələrinin  sahibkarlarına  maddi-texniki 

bazasını  genişləndirmək  məqsədilə  uzunmüddətli  kreditlərin 

verilməsini sürətləndirmək nəzərdə tutulur.  

Ticarətin  önəmli  vəzifələrindən  biri  ölkənin  pul  dövriyyə-

sinin  möhkəmləndirilməsidir.  Bank  kassalarına  daxil  olan  bütün 

pul  vəsaitlərinin  əsas  kütləsini  dövlət  və  qeyri-dövlət  mülkiy-

yətində  olan  ticarət  şəbəkəsində  həyata  keçirilən  satışdan  alınan 

vəsait  təşkil  edir.  Buna  görə  də,  pul  dövriyyəsinin  davamlılığı 

bank  təşkilatlarının  kassa  planının  balanslaşdırılmasından  xeyli 

dərəcədə asılıdır. Bu zaman pərakəndə mal dövriyyəsi üzrə plan-

lar və onların həyata keçirilməsində ahəngdarlıq nəzərə alınır. 

Kommersiya  ixtisası  üzrə  təhsil  alan  bakalavr  tələbələr 

üçün  öyrənilməsi  vacib  olan  fənnlər  sırasında  “Ticarət  müəs-

sisələrinin iqtisadiyyatı”  kursu əsas  yer tutur. Bu fənnin mənim-

sənilməsi  maliyyə  və  kredit  sistemi  işçilərinə  manatla  nəzarəti 

həyata  keçirməyə,  ticarət  müəssisələrinin  təsərrüfat-maliyyə 

fəaliyyətini  daha  yaxşı  təhlil  etməyə,  ehtiyat  mənbələrindən  sə-

mərəli  istifadə  olunması  məqsədilə  onlara  daha  aktiv  təsir 




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə