Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə6/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   2   3   4   5   6   7   8   9   ...   140

 

14

Həmin  metodun  konkret  cəhətləri  isə  ticarət  hadisələri  və 



kateqoriyalarına 

qarşılıqlı, 

tarixi 

və 


məntiqi 

ə

laqədə 



baxılmasından,  mal  tədavülündə,  xalq  təsərrüfatının  bir  sahəsi 

kimi  ticarətdə  baş  verən  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərinin 

öyrənilməsindən  ibarətdir.  “Ticarət  müəssisələrinin  iqtisadiy-

yatı”nı  öyrənərkən  aparılan  sistemli  təhlilin  nəticələri  inandırıcı 

surətdə  göstərir  ki,  hər  hansı  bir  ayrıca  götürülmüş  hadisəni 

iqtisadi  və  ictimai  hadisələrin  məcmuyundan  kənarda  nəzərdən 

keçirmək, öyrənmək qeyri-mümkündür.  

“Ticarət  müəssisələrinin  iqtisadiyyatı”  kursunda  ticarətdə 

baş  verən  ən  yeni  və  inkişafda  olan  mütərəqqi  hadisələrin  öy-

rənilməsinə xüsusi fikir verilməlidir. O, digər ictimai elmlər kimi, 

kursun  hər  bir  bölməsinin  öyrənilməsinə  yaradıcılıqla,  bazar 

iqtisadiyyatı nəzəriyyəsi mövqeyindən yanaşılmalı, bazar prinsip-

lərinə  uyğun  olaraq  nəzəriyyə  ilə  təcrübə  sıxı  surətdə  əlaqə-

ləndirilməlidir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 


 

15

I FƏSIL.  T CARƏT XALQ TƏSƏRRÜFATI 



S STEM NDƏ 

 

1.1.

  Ticarət milli iqtisadiyyatın sahəsi kimi 

 

Tədavül sferası. Bazar. Tələb. Təklif. Bazarın konyunkturu. 

Bazarın  funksiyaları.  Bazarın  strukturu.  Bazarın  subyektləri. 

Bazarın infrastrukturu. Əmtəə. Ticarət xidməti. Ticarət. Ticarətin 

növləri.  Ticarətin  funksiyaları.  ctimai  iaşə.  Azərbaycan  iqtisa-

diyyatında ticarət biznesinin rolu və yeri.  

 

1.1.1. Tədavül sferası 

 

Tədavül  -  əmtəə  münasibətlərinin  mövcud  olduğu  şəraitdə 



istehsal nəticələrinin istehlakçılara çatdırılmasının iqtisadi forma-

sıdır.  ctimai  istehsalın  təkmilləşməsi  əmtəə  mübadiləsinin  bila-

vasitə  əmtəə  dövriyyəsinə  çevrilməsinə  səbəb  olmuşdur.  Əmtəə 

dövriyyəsinin özü əmtəə mübadiləsinin inkişaf etmiş formasıdır. 

Ə

  –  Ə  düsturu  ilə  həyata  keçirilən  əmtəə  mübadiləsi  pro-



sesində  əvvəlcədən  iki  təsərrüfat  subyektinin  iştirakı  nəzərdə 

tutulmuşdur.  Bu  subyektlərin  hər  biri  konkret  əmtəə  növünün 

istehlakçısı qismində çıxış edir. 

Pul  vəsaitlərinin  hesabına  Ə-P-Ə  düsturu  ilə  həyata  keçi-

rilən əmtəə mübadiləsi iki ardıcıl akta, yəni satış və alış növlərinə 

ayrılır.  Belə  olan  halda  əmtəə  istehsalçısı  həm  satıcı-istehsalçı, 

həm  də  alıcı-istehlakçı  rolunda  çıxış  edir.  Əmtəə  mübadiləsinin 

bu  mərhələsində  ticarət  fəaliyyəti  artıq  əmtəə  alışından  ayrılmış, 

lakin  hələ  də  əmtəə  istehsalçısından  asılı  vəziyyətdə  qalmaqda 

davam etmişdir. 

Ə

mtəə-pul münasibətlərinin sonrakı inkişafı mübadilə pro-



sesində daha bir iştirakçının – ticarət vasitəçisinin peyda olmasına 

gətirib  çıxarmışdır.  Ticarət  vasitəçisi  istehsalçı  ilə  istehlakçını 

ə

laqələndirməklə,  növbə  üzrə  həmin  iştirakçıların  funksiyalarını 



yerinə  yetirir  və  malı  istehlak  məqsədilə  deyil,  yalnız  sonradan 

satmaq  üçün  əldə  edir.  Əmtəə  mübadiləsi  P-Ə...Ə-P  düsturu  ilə 




 

16

həyata  keçirilir.  Əmtəə  mübadiləsi  nəticəsində  istehlakçı  bir  sıra 



faydalara sahib olur: 

-

  zəmanətli satış; 



-

  geniş çeşiddə və həcmdə mal satmaq imkanı; 

-

  çoxlu  sayda  istehlakçılarla  qarşılaşmaq  imkanının 



istisna edilməsi və s.  

Satıcı,  öz  növbəsində,  ticarət  vasitəçisinin  iştirakından 

müəyyən  fayda  əldə  edir  və  onun  xidmətlərinin  əvəzini  malın 

qiymətinə əlavələrin (artımların) edilməsi yolu ilə ödəyir. 

Mübadilə aktlarının əsasını insanın tələbatları və maraqları 

təşkil  edir,  lakin  insan  yalnız  bir  sıra  maddi-əmlak  və  sosial-

iqtisadi şərtlərin mövcud olduğu hallarda münasibətlərin subyekti 

qismində çıxış edə bilər. Bu şərtlərin sırasında aşağıdakı iki şərtin 

mövcudluğu zəruridir: 

-

  əlavə məhsul əldə etmək imkanı; 



-

  əmək bölgüsünün müəyyən inkişaf dərəcəsi. 

Adı  çəkilən  şərtlər,  birincisi,  ayrıca  istehsalçının  istehlak 

etdiyindən  daha  çox  əmək  məhsullarını  əldə  etmək  qabiliyyətini 

şə

rtləndirir,  ikincisi,  istehsalçının  tələbatlarının  müxtəlifliyi  ilə 



müstəqil  istehsal  hesabına  həmin  tələbatların  ödənilməsi  üçün 

nəzərdə tutulmuş məhsul növlərinin məhdudluğu arasında uyğun-

suzluğu  əks  etdirir.  stehsalçılar  arasında  mübadilə  münasibət-

lərinin  bərqərar  olunmasına  ilkin  zəmin  yaradan  amillər  məhz 

bunlardır. 

ki  subyektə  məxsus  mübadilə  obyektləri  ətrafında  həmin 

subyektlər  arasında  həyata  keçirilən  mübadilə  münasibətlərinin 

strukturu da böyük əhəmiyyət kəsb edir. Bu münasibətlərin məz-

munu  müxtəlif  təyinatlı  obyektlərin  eyniləşdirilməsini  nəzərdə 

tutur ki, subyekt arasında ayrı-ayrı mübadilə aktlarının məcmusu 

isə bazar münasibətlərindən təşkil olunur. 

Bazar münasibətlərinin obyektləri qismində insanların tələ-

batlarının  təmin  edilməsi  vasitələri  çıxış  edir.  Məhsulun  isteh-

salçıdan  istehlakçıya  hərəkəti  prosesi  maddi  (əmlak)  və  iqtisadi 

amillərlə xarakterizə olunduğundan, bazar mübadiləsinin iki əsas 

şə

rti  irəli  sürülür:  bu  şərtlər  müxtəlif  tələbatları  ödəməli,  yəni 




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə