Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə9/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   ...   5   6   7   8   9   10   11   12   ...   140

 

24

-



  əmtəə ehtiyatlarının vəziyyəti; 

-

  digər göstəricilərlə. 



Bazarın  konyunkturuna  aşağıdakı  amillər  həlledici  təsir 

göstərir: 

-

  milli iqtisadiyyatın inkişaf tendensiyaları; 



-

  dövlətin maliyyə, kredit, vergi və gömrük siyasəti; 

-

  dövlətin xarici siyasətinin səmərəliliyi və xarici-iqtisadi 



ə

laqələrin vəziyyəti; 

-

  ölkədə və ya regionda demoqrafik vəziyyət. 



Bazar  konyunkturunun  tərkib  hissəsi  ticarətin  konyunktu-

rudur.  Ticarətin  konyunkturu  müəyyən  dövr  çərçivəsində  tica-

rətin,  bir  sahə  kimi  vəziyyətini  əks  etdirir.  Ticarət  konyunkturu-

nun göstəriciləri: 

-

  malların dövriyyə sürəti; 



-

  müəssisələrin əmtəə ehtiyatları ilə təmin olunması; 

-

  mallara olan qiymətlərin dinamikası ilə tələbat dinami-



kası arasında nisbət; 

-

  tədavül  sahəsinin  maddi-texniki  bazasının  dəyişməsi 



tendensiyaları; 

-

  ticarət müəssisələrinin gəlirliliyi; 



-

  kommersiya riskinin dərəcəsi; 

-

  sahədə məşğul olanların say dinamikası. 



 

1.1.6. Bazarın funksiyaları 

 

Rəqabətli  bazar  iqtisadiyyatında  bazar  üç  əsas  funksiyanı 



yerinə yetirir: 

1.

  Təklif  və  tələbin  həcm  və  struktura  görə  ardıcıl 



tənzimlənməsi. 

2.

  Tarazlaşdırılmış  qiymətin  –  təklif  qiymətinin  istehsal 



olunmuş malın və ya təklif olunan xidmətin ictimai əhəmiyyətini 

ə

ks etdirən səviyyədə təsbit edilməsi. 



3.

  Bazar  subyektləri  tərəfindən  həyata  keçirilən  fəaliyyə-

tin  iqtisadi  səmərəliliyinin  artırılmasına  daima  səylərin  göstəril-

məsi üçün şəraitin yaradılması (konyunktur mühiti vasitəsilə). 




 

25

 



1.1.7. Bazarın strukturu 

 

Daxili  bazar  obyektlərinin  strukturunda  onlar  aşağıdakı 



ə

sas qruplara ayrılır: 

-

  istehsalat  vasitələri  və  fəaliyyətin  istehsalat  növləri 



bazarı; 

-

  istehlak malları, xidmətlər və mənzil bazarı; 



-

  qeyri-istehsalat təyinatlı bina və qurğular bazarı; 

-

  işçi qüvvəsi bazarı; 



-

  qiymətli kağızlar, valyuta bazarı; 

-

  informasiya və innovasiya bazarı. 



Qeyd edilən bazar növləri bir qədər məhdud şəkildə təqdim 

olunmuş  və  daha  dəqiq  tədqiqat  zamanı  geniş  şəkildə  nəzərdən 

keçirilə bilər. Belə ki, istehlak malları, xidmətlər və mənzil baza-

rının  strukturunda  istehlak  malları  bazarı  aparıcı  rol  oynayır, 

çünki  istehsal  olunmuş məhsul  onun  kanalları  ilə  şəxsi istehlaka 

təqdim  olunur,  bununla  da  ictimai  istehsal  prosesi  yekunlaşır  və 

onun təkrar istehsalı üçün zəruri şərait yaranır. 

stehlak bazarı, öz növbəsində, müəyyən strukturla xarakte-

rizə  olunur.  Onun  məzmunu  bir  sıra  amillərlə  şərtləndirilir.  Bu 

amillər  sırasında  realizə  olunan  istehlak  dəyərlərinin  natural-

maddi  tərkibi  və  funksional  təyinatı  xüsusi  əhəmiyyət  daşıyır. 

Adı çəkilən əlamətlər əsasında istehlak malları bazarının struktu-

runda, misal üçün, ərzaq və qeyri-ərzaq malları bazarını ayırmaq 

olar. 


 

1.1.8. Bazarın subyektləri 

 

Bazar, ilk növbədə, alqı-satqı vasitəsilə əmtəə-pul münasi-



bətlərində aktiv iştirak edən üç əsas iqtisadi subyektin – dövlətin, 

müəssisələrin və ev təsərrüfatlarının fəaliyyət göstərdiyi sahədir. 

Cədvəl  1.1.8.1-də  bazar  subyektləri  tərəfindən  həyata 

keçirilən  alqı-satqı  əməliyyatlarının  əsas  predmeti  olan  mallar 

(xidmətlər) əks etdirilmişdir. 



 

26

Cədvəl 1.1.8.1 



Bazar subyektlərinin dövriyyə sahəsində  

qarşılıqlı münasibətləri 

 

Bazarın 

subyektləri 

Satışın predmeti 

Alışın predmeti 

Dövlət  


Dövlət  təşkilatları  və 

müəssisələrinin 

xidmətləri 

 

Torpaq,  təbii  ehtiyatlar, 



mənzil, lisenziyalar 

Milli 


təhlükəsizliyinin, 

dövlət  idarəçiliyinin  tə-

min  olunması,  ictimai 

asayişin  qorunması,  iqti-

sadiyyatın  sabit  işləməsi, 

mədəni  irsin  qorunub 

saxlanılması  üçün  nə-

zərdə  tutulmuş  ictimai  və 

dövlət  təyinatlı  mallar 

(işçi  qüvvəsi,  binalar, 

avadanlıq,  silah,  kommu-

nikasiya şəbəkələri, əsaslı 

elmi  tədqiqatlar,  bədii 

ə

sərlər və s.) 



Müəssisələr  

Müəssisələrə 

məxsus 

mallar, xidmətlər, əmlak 



dəyərləri, 

ə

qli 



mülkiyyət 

ş

çi  qüvvəsi,  torpaq,  təbii 



ehtiyatlar,  xammal,  ya-

rımfabrikatlar, 

mallar, 

pullar, qiymətli kağızlar 

Ev təsərrüfatları 

Ə

mək,  əmlak,  mallar, 



xidmətlər 

stehlak 


malları, 

xid-


mətlər, əmlak 

 

 



1.1.9. Bazarın infrastrukturu 

 

nfrastruktur  dedikdə  istənilən  funksional  strukturun  xid-



mət göstərilən hissəsi başa düşülür. Bazar infrastrukturu özündən 

hüquqi-təşkilati  formaların  (kredit,  emissiya,  vergi,  gömrük, 

kommunikasiya,  sığorta,  sahibkarlıq  sistemləri  və  s.)  və  bazarın 

fəaliyyətini təmin edən subyektlərin (topdan və pərakəndə ticarət 

müəssisələri,  yarmarkalar  və  hərraclar,  müxtəlif  birjalar,  vergi 

müfəttişlikləri,  gömrük  xidmətinin  aidiyyəti  struktur  bölmələri, 

rabitə müəssisələri, reklam firmaları və s.) məcmusunu kəsb edir. 

 



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə