Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə8/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   ...   4   5   6   7   8   9   10   11   ...   140

 

20

 



1.1.3. Tələ

 

Bazar münasibətləri şəraitində insanların hər hansı bir mala 



ehtiyaclarının  təzahürü  tələbat  adlanır.  nsanların  bu  tələbatı 

yalnız bu və ya digər nemətlərə sahib olmaq arzusunu deyil, həm 

də ödəmə qabiliyyətli şəxslərin öz tələbatlarını ödəməsini nəzərdə 

tutur.  “Tələbat”  dedikdə  istehlakçıların  məlum  qiymətlə  və 

müəyyən zaman çərçivəsində əldə etməyə qadir və hazır olduqları 

malların konkret miqdarı başa düşülür. 

Tələbatın  kəmiyyətinə,  strukturuna  və  dinamikasına  təsir 

göstərən  amillər  sırasında  malın  qiyməti  və  istehlakçının  alıcılıq 

qabiliyyəti  xüsusi  əhəmiyyət  kəsb  edir.  Ərzaq  və  qeyri-ərzaq 

mallarına pərakəndə qiymətlərin səviyyəsi və nisbəti, ailə tərkibi, 

yaşayış yeri, reklam və bu kimi digər amillər nəzəçarpacaq dərə-

cədə təsir göstərir. 

stehlaka  ayrılan  vəsaitlərin  təsbit  edilmiş  məbləğində 

tələbatın  kəmiyyəti  ilə  malın  qiyməti  arasında  qrafik  əlaqəni 

tələbat əyrisi vasitəsilə ifadə etmək olar (şək.1.1.3.1). 

 

Şə



kildən  göründüyü  kimi,  digər  bərabər  şərtlərin  mövcud 

olduğu halda mal vahidinin qiyməti artdıqca əldə olunan malların 

miqdarı azalır, yəni istehlak tələbatı azalır. Bu cür asılılıq iqtisa-

diyyat elmində azalan tələbat qanunu adlanır.  




 

21

Tələbatı  müəyyənləşdirən  amillərin  təsiri  altında  onun 



dərəcəsinin azalması və ya artması qabiliyyəti tələbin elastikliyini 

ifadə edir. Hər hansısa amilin tələbə təsiri dərəcəsini müəyyənləş-

dirmək üçün tələbin elastikliyi əmsalından (X amili 1% dəyişdiyi 

halda Y arqumentinin faizlə dəyişməsi) istifadə olunur. Elastiklik 

ə

msalının  (E)  riyazi  hesablanmasının  ən  geniş  istifadə  olunan 



variantlarından biri aşağıda göstərilmişdir: 

,

X



X

:

Y



Y

Y

X



X

Y

E



0



=

×



=

 



burada,   Y

∆  - tələbin artımı; 

X

∆  - amil əlamətinin artımı; 



Y – tələbin baza göstəricisi; 

X – amil əlamətinin baza qiymətidir. 

1

E <   olduqda,  tələbat  qeyri-elastik  hesab  olunur,  yəni 



bazarda şərtlərin dəyişməsi mövcud tələbata az təsir göstərir. Ən 

səciyyəvi hal ilkin tələbat əşyalarına (sabun, diş pastası, əsas qida 

məhsulları) olan tələbatla bağlıdır. 

1

E >  olduqda, tələb elastik hesab olunur. Misal üçün, gə-



lirlərin artması uzunmüddətli istifadə əşyalarına (mebel, televizor, 

paltaryuyan  maşın)  çəkilən  xərclərin  artmasına  həlledici  təsir 

göstərir. 

1

E =   olduqda,  unitar  tələb  yaranır,  yəni  bazar  amilinin 



dəyişməsi tələbin adekvat surətdə dəyişməsi ilə müşayiət olunur. 

Bu  cür  vəziyyət  prinsip  etibarilə  qiymətlər  artdıqda,  misal  üçün 

tələbat iki dəfə azaldıqda mümkündür. 

Elastiklik  əmsalının  müsbət  qiyməti  amillə  tələb  arasında 

birbaşa əlaqəni xarakterizə edir – amil əlaməti artdıqca tələb artır. 

Elastiklik əmsalının mənfi qiyməti əks asılılığı xarakterizə edir. 

 

1.1.4. Təklif 

 

Tələbat  anlayışı  ilə  yanaşı,  mal  və  xidmətlər  istehsalçı-



larının  mal  təklifi,  yəni  müəyyən  zaman  çərçivəsində  konkret 

qiymətlə  satış  üçün  təklif  olunan  malların  miqdarı  anlayışı  da 

mövcuddur. 



 

22

Mal  təklifinin  həcmi  topdan  və  pərakəndə  ticarətdə,  eləcə 



də yolda olan mallardan ibarətdir. 

Daxili bazarda təklifin əsas mənbəyi qismində milli iqtisa-

diyyatın  istehsal  sahəsi  çıxış  edir.  Ümumi  mal  təklifi,  həmçinin 

idxal üzrə gəlirləri və əmtəə ehtiyatlarını nəzərdə tutur. 

Bazarda  təklifin  həcmi  bir  çox  amillərdən  asılıdır,  onların 

arasında aşağıdakıları xüsusi olaraq göstərmək olar: 

-

  satılan mallara olan qiymətlərin dinamikası; 



-

  istehsalatın maya dəyəri; 

-

  mal istehsalçılarının sayı. 



Digər  bərabər  şərtlərdə  təklifin  həcmi  təklif  qanunu  ilə 

müəyyənləşdirilir. Təklifin həcmi qiymətlərin artdığı şəraitdə mal 

təklifinin  artmasında  və  əksinə,  qiymətlər  endikdə  təklifin  azal-

masında ifadə olunur. 

Bazarda malların miqdarı ilə formalaşan qiymətlər arasında 

nisbət qrafik şəkildə təklif əyrisi ilə əks olunur (şəkil 1.1.4.1). 

 

Qiymət  artımının  təklifin  həcminə  təsiri  ərzin  elastikliyi 



ə

msalı  ilə  ölçülür  və  təyin  edilir.  Bu  əmsal  isə,  öz  növbəsində, 

təklifin həcminin dəyişməsinin və qiymət artımının faiz nisbəti ilə 

təyin edilir. 

Bazar  iqtisadiyyatında  təkliflə  tələb  arasında  müəyyən 

uyğunluğun,  yəni  bazar  tarazlığının  təmin  edilməsi  tendensiyası 

səciyyəvidir.  Bazar  tarazlığının  əsasını  bərabər  (dəqiq  tənzim-



 

23

lənmiş)  qiymət  təşkil  edir  ki,  bu  da  bazarda  olan  malın  miqda-



rının tələb doğuran malın miqdarına bərabər olduğunu təmin edir. 

Təklif  və  tələbin  tarazlıq  nöqtəsi  (B)  təklif  və  tələb 

ə

yrilərinin kəsişməsində yerləşir (şəkil 1.1.4.2). 



 

X qiymətində bazarda olan malın miqdarı ona irəli sürülən 

təklifə  Y  uyğundur.  Təklif  və  tələb  əyrilərinin  formasını  və  on-

ların  kəsişdiyi  nöqtəni  təyin  edən  parametrlər  dəyişdikdə,  yeni 

tarazlaşdırılmış qiymət təsbit olunur. 

 

1.1.5. Bazarın konyunkturu 

 

Bazarın  konyunkturu  –  müəyyən  zaman  çərçivəsində 



bazarda formalaşmış konkret iqtisadi vəziyyət və ya bu vəziyyəti 

şə

rtləndirən səbəblərin məcmusudur. 



Bazarın vəziyyəti aşağıdakılarla xarakterizə olunur: 

-

  təklif və tələbin nisbəti; 



-

  bazarın tutumu

1



-



  qiymətlərin səviyyəsi; 

-

  inflyasiyanın templəri; 



-

  bazarın işləməsinin sabit tendensiyaları; 

-

  rəqabət dərəcəsi; 



                                                 

1

 Müəyyən şəraitdə və məlum zaman hüdudunda malların bazarda ehtimal 



olunan satış həcmi. 


Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə