Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   33   34   35   36   37   38   39   40   41

Dövlət  Proqramı»,  «Kooperasiya  haqqında»,  «Damazlıq  işi  haqqında»,  «Bitki 
karantini  haqqında»,  «Meliorasiya  və  irriqasiya  haqqında»,  «Bitki  mühafızəsi 
haqqında»,  «Seleksiya  nailiyyətləri  haqqında»,  «Torpaq  vergisi  haqqında», 
«Toxumçuluq  haqqında»,  «Torpaq  icarəsi  haqqında»,  «Torpaq  bazarı  haqqında», 
«Dövlət  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yer  quruluşu  haqqında», 
«Azərbaycan  Respublikasınm  Torpaq  Məcəlləsi»,  «Kredit  ittifaqları  haqqında», 
«Özəlləşmənin ikinci  Dövlət Proqramı»,  «Taxıl haqqında»  və  s.  aid  etmək  olar.  Bu 
da,  aqrar  sahədə  islahatların  düzgün  aparılmasına,  kənddə  sahibkarlığın  inkişafına 
real zəmin yaratmışdır.Bəzi məsələlərdə islahatların gedişini tənzimləmək, bu sahədə 
qarşıya çıxan problemləri operativ həll etmək üçün Respublika Prezidenti Fərmanlar 
imzalamışdır.  Məsələn,  «Dövlət  Aqrar  slahatı  Komissiyasının  yaradılması  haqqın-
da»,  «Aqrar  islahatların  həyata  keçirilməsini  təmin  edən  normativ-hüquqi  aktların 
təsdiq  edilməsi  barədə»,  «Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi 
haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə»  və  başqa  fərmanlar  bu  sahədə  olan 
normativ-hüquqi  bazanı  möhkəmləndirməklə  yanaşı,  onu  daha  da  inkişaf 
etdirirdi.Habelə,  aqrar  islahatlar  və  onun  həyata  keçirilməsi  ilə  bağlı  Respublika 
Nazirlər Kabinetində 22-dən çox, Dövlət Aqrar  slahatı Komissiyasında isə 100-dən 
artıq normativ akt və qərarlar qəbul olundu. Bu normativ aktları əldə rəhbər tutaraq, 
aqrar  bölmədə  əsaslı  islahatların  aparılmasına  başlanıldı.  Nəticədə,  bu  sahədə  xeyli 
ə
məli işlər görüldü və indi də həmin işlərin həyata keçirilməsi davam etdirilir. 
Ə
saslı  islahatların  uğurla  və  dönmədən  həyata  keçirilməsi,  aqrar-sənaye 
kompleksinin, o cümlədən onun əsası və aparıcı bölməsi  sayılan kənd təsərrüfatının 
iqtisadi-sosial  problemlərinin  dərindən  öyrənilib  dərk  edilməsindən,  çoxukladlı 
təsərrüfatçılıq şəraitində işləyə bilən ixtisaslı kadrların hazırlığından çox asılıdır. 
nkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, istər normal və istərsə də böhranlı 
situasiyalarda sosial-iqtisiadi proseslərə dövlət müdaxiləsinin qüvvədə olan ən mühüm 
vasitəsi hüquqi-normativ aktlar vasitəsilə iqtisadiyyatın hüquqi tənzimlənməsidir. Bu 
baxımdan iqtisadiyyatın bütün sahələrinin inkişafının qanunvericilik təminatı hüquqi 
tənzimlənmənin  obyektini təşkil  edir.  qtisadiyyatın hüquqi tənzimlənməsi sistemində 
aqrar  sahənin  hüquqi  tənzimlənməsi  son  dərəcə  mühüm  rol  oynayır.  Hüquqi 


tənzimlənmə  sistemində  aqrar  sahənin  önəmli  rolu  kənd  təsərrüfatı  istehsalının  strateji 
ə
həmiyyətə malik olması, eləcə də aqrar-ərzaq kompleksinin cəmiyyətdə siyasi və sosial 
stabilliyin qarantı kimi çıxış etməsilə şərtlənir. Məhz dövlət aqrar sektorda yeni iqtisadi 
münasibətlərin  formalaşması  və  inkişafına  sistemli  yanaşmalı,  radikal  iqtisadi 
islahatlar  və  onlara  hüquqi  baza  yaradılmasında  obyektiv  iqtisadi  qanunlardan  və 
qanunauyğunluqlardan  irəli  gələn  dialektik  əlaqələrə  əsaslanan  qanunlar,  fərmanlar, 
sərəncamlar,  qərarlar  və  müxtəlif  səpkili  normativ-hüquqi  aktlar  qəbul  etməlidir  ki, 
bunlar da həyata keçirilən hüquqi tənzimləmə prossesinin əsas vasitələridir. Ölkənin 
iqtisadi  təhlükəsizliyi,  bütövlükdə  isə,  milli  təhlükəsizliyin  ən  mühüm 
komponentlərindən  biri  olan  ərzaq  təhlükəsizliyi  məhz  aqrar  sahənin  inkişafı  və 
tənzimləmə  səviyyəsindən  asılıdır.  Bununla  yanaşı,  aqrar  sahədə  istehsalın  son 
nəticəsinin  daha  çox  təbii-iqlim  amillərinin  təsirindən  asılı  olmaqla  riskli  təbiətə 
malik  olması,  istehsal  dövrü  ilə  iş  dövrünün  üst-üstə  düşməməsi,  aqrar  sahənin  bir 
sıra  təbii  amillərlə  əlaqədar  olaraq  investisiya  və  kredit  qoyuluşlarından  kənarda 
qalması və az cəlbedici olması, aqrar sahədə rentabellik və gəlirlilik səviyyəsinin bir 
qayda  olaraq  iqtisadiyyatın  orta  göstəricisindən  aşağı  olması,  kənd  təsərrüfatı 
məhsularının  qiymətləri  ilə  sənaye  məhsullarının  qiymətləri  arasında  disparitetin 
mövcudluğu  fəal  dövlət  tənzimlənməsinin  zəruriliyini  meydana  gətirir.  Aqrar 
iqtisadiyyatın  dövlət  tənzimlənməsini  zəruri  edən  mühüm  amillərdən  biri  də,  bu 
sahənin təkcə əhalinin ərzaq, sənayenin isə xammalla təmin edilməsini həyata keçirən 
maddi  istehsal  sahəsi  olmayıb,  həmçinin  iqtisadi  fəal  əhalinin  çox  böyük  hissəsinin  
çalışdığı və məşğulluğa təminat verdiyi sahə olmasıdır.  
Aqrar  islahatların  müasir  mərhələsi  ilə  bağlı  ölkə  rəhbəri  tərəfindən  qəbul 
edilmiş  siyasi  qərarlara  əsasən,  bu  islahatların  kənd  təsərrüfatı  sahəsinin 
rəqabətqabiliyyətliyinin   yüksəldilməsini  hədəfləyən  aşağıdakı  strateji  prioritetlər 
üzrə aparılması nəzərdə tutulur: 
-  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  müvafiq  istehsal  vasitələri  və 
xidmətlərlə təchizatının daha da gücləndirilməsi; 


-  kənd  təsərrüfatı  sahəsi  üzrə  bazar  institutlarının  və  bazar  infrastrukturunun 
inkişaf  etdirilməsi  hesabına  istehsalçıların  bazara  çıxış  imkanlarının  daha  da 
yaxşılaşdırılması; 
-  kənd  təsərrüfatı  istehsalı  üzrə  müasir  dövrün  tələblərinə  uyğun  struktur 
dəyişikliklərinin aparılması; 
-  kənd  təsərrüfatının  dövlət  tənzimlənməsi  üzrə  institusional  potensialın 
gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi. 
Göründüyü  kimi,  müasir  mərhələdə  aqrar  islahatların,  iqtisadi  ədəbiyyatlarda 
"rəqabətqabiliyyətliyin  determinantları"  adlandırılan  faktorlar  tam  şəkildə  nəzərə 
alınmaqla,  sistemli  şəkildə  həyata  keçirilməsi  müəyyən  edilmişdir.  Təbii  olaraq  bu 
yanaşma  bütövlükdə  ölkə  iqtisadiyyatının  dünyanın  yüksək  rəqabətqabiliyyətliyə 
malik  olan  iqtisadiyyatları  qrupuna  yüksəldilməsi  ilə  bağlı  müəyyən  edilmiş 
strategiyaya  əsaslanır.Aqrar  sahənin  davamlı  inkişafının  mövcud vəziyyətinin,  onun 
tənzimlənməsinin  mövcud  vəziyyətinin  təhlil  edilməsi  və  hüquqi  əsaslarının 
təkmilləşdirilməsi  istiqamətlərinə  dair  aşağıdakı  nəticələr  əldə  edilmiş  və  bir  sıra 
təkliflər irəli sürülmüşdür: 
1.  On  illər  ölkəmizdə  ümumi  sahibkarlıq  mühitinin,  xüsusilə  də  aqrar 
sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı bir sıra normativ-hüquqi aqtlar qəbul 
edilmiş və hazırlanan proqramlarda qarşıdakı illər üçün bu sahədə bir sıra tədbirlərin 
görülməsi  nəzərdə  tutulmuşdur.  Lakin  həmişə  olduğu  kimi  ölkəmizdə  problem 
normativ-hüquqi  sənədlərin  hazırlanması  sahəsində  deyil,  onlardan  irəli  gələn 
müddəaların  icrası  sahəsindədir  və  hazırlanan  bu  normativ-hüquqi  xarakterli 
sənədlərin  reallaşdırılması  sahəsindəki  problemlərin  ortaya  çıxması  digər  amillərlə 
yanaşı,  mühüm  dərəcədə  bu  aqtlardan  irəli  gələn  vəzifələri  həyata  keçirəcək 
inzibatiinstutsional  quruluşun,  başqa  sözlə  müvafiq  idarəetmə  strukturlarının  qeyri-
təkmil  xarakter  daşımasından  asılıdır  ki,  bu  sahədə  də  ciddi  tədbirlərin  həyata 
keçirilməsinə ehtiyyac vardır.Demək olar ki, başa çatmış aqrar islahatlar nəticəsində 
ölkə  aqrar  sektorunda  baş  verən  kəskin  tənəzzülün  qarşısını  almaq,  daxili  tələbatın 
ödənilməsində  müəyyən  müsbət  nəticələr  əldə  etmək  mümkün  olsa  da,  hələ  də 
ölkənin  ixrac  potensialında  ciddi  geriliklər  özünü  göstərir  və  istehsal  həcmi  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə