Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   33   34   35   36   37   38   39   40   41

- kənd  təsərrüfatı  məhsullarının  uzunmüddətli  saxlanılması  sisteminin 
təkmilləşdirilməsi  məqsədilə  regionlarda  soyuducu  kameraların,  anbarların, 
elevatorların və s. tikintisinin davam etdirilməsi; 
- kənd  təsərrüfatı  texnikalarının  və  onun  ehtiyat  hissələrinin,  gübrələr  və  bitki 
mühafizəsi  vasitələrinin  istehsalı  və  topdansatış  ticarəti  ilə  məşğul  olan 
qurumların yaradılmasının dəstəklənməsi;  
- ölkədə  və  xaricdə  aqrar  sahənin  tələblərinə  uyğun  yüksək  ixtisaslı  kadrların 
hazırlanması istiqamətində işlərin gücləndirilməsi. 
Ölkənin  torpaq  ehtiyatlarına,  əhalinin  ərzaq  məhsullarına olan  tələbatına, ixrac 
strukturuna  və  onun  genişləndirilməsi  potensialına  və  s.  göstəricilərə  uyğun  olaraq 
ə
kin strukturunun təkmilləşdirilməsi nəzərdə tutulmalıdır. Bundan başqa iri taxılçılıq 
təsərrüfatlarının yaradılması məsələsi də diqqət mərkəzində olmalıdır. 
Kənd  təsərrüfatı  bitkilərinin  əkin  strukturunun  təkmilləşdirilməsi  və  istehsal 
həcminin  artırılmasını  təmin  etmək  üçün  aşağıdakı  istiqamətlərdə  tədbirlərin  həyata 
keçirilməsi nəzərdə tutulmalıdır: 
- kənd  təsərrüfatı  birkilərinin  istehsalında  intensiv  metodların  tətbiqinin 
genişləndirilməsi; 
- kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin strukturunun və istehsal 
həcminin müəyyənləşdirilməsi; 
- iri taxılçılıq təsərrüfatlarının yaradılması; 
 
- süfrə  (o  cümlədən  kişmiş)  və  texniki  üzüm  sortlarının  əkin  sahələrinin 
genişləndirilməsi, yeni üzümlüklərin salınması; 
- heyvandarlığın  yem  bazasının  intensiv  texnologiyalar  əsasında  inkişaf 
etdirilməsinin stimullaşdırılması; 
Bitkiçilik  məhsullarının  emalının  genişləndirilməsi  və  inkişaf  etdirilməsi  üçün 
aşağıdakı tədbirlər nəzərdə tutulmalıdır: 
- yüngül  sənaye  müəssisələrinin  fəaliyyətinin  bərpası,  pambıq  və  pambıq 
məhsullarının  emalı,  şərab  və  şərab  məhsulları,  şampan  şərabı,  konyak  və 
alkoqollu içkilərin istehsalı müəssisələrinin modernləşdirilməsi; 


- üzümün  ilkin  emalı  müəssisələrinin  (şərab  zavodları)  fəaliyyətinin  bərpası  və 
istehsal prosesinin modernləşdirilməsi; 
- mövcud  konserv,  şirə  istehsalı  müəssisələrinin  modernləşdirilməsi  və 
bölgələrdə mini emal müəssisələrinin qurulmasının dəstəklənməsi; 
- zeytun emalı üçün mini zavodların qurulmasının stimullaşdırılması; 
- kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin rəqabətqabiliyyətli məhsul 
istehsalının artırılmasının dəstəklənməsi;  
Ölkədə mal-qaranın cins tərkibinin və damazlıq işinin yaxşılaşdırılması məqsədi 
ilə aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilməlidir: 
- ölkədə  heyvandarlığın  və  onun  yem  bazasının  intensiv  metodlarla  inkişaf 
etdirilməsi; 
- intensiv özəl ətlik təsərrüfatların yaradılması; 
- cins mallarının ölkəyə gətirilməsi, ixtisaslaşmış fermalarda yetişdirilməsi üçün 
şə
rait yaradılması; 
- xarici ölkələrdən cins heyvanların idxal edilərək, özəl və dövlət damazlıq kənd 
təsərrüfatı müəssisələrinə verilməsinin dəstəklənməsi; 
- damazlıq quşçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi; 
- damazlıq materiallarının yetişdirilməsinin stimullaşdırılması; 
- damazlıq arıçılıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi; 
- dövlət damazlıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi; 
- cins  heyvandarlıq  komplekslərinin  inkişaf  etdirilməsi  və  “Aqroferma”ların 
yaradılmasının dəstəklənməsi; 
- arıçılığın inkişaf etdirlməsi; 
- baramaçılığın inkişaf etdirilməsi. 
Növbəti 
mərhələdə 
heyvandarlıq 
məhsullarının 
emalı 
şə
bəkəsinin 
genişləndirilməsi bu sahədə qarşıda əsas vəzifələrdən birini təşkil etməlidir.  
- ət  və  süd  məhsullarının  istehsalının  artırılması  üçün  müasir  tələblərə  cavab 
verən ət və süd emalı müəssisləri yaradılacaqdır; 
- müsir avadanlıqlarla təchiz olunmuş ət kəsimi sexləri yaradılacaqdır; 


- ölkədə  quşçuluğu  daha  da  inkişaf  etdirmək  üçün  damazlıq  quşçuluq 
təsərrüfatları 
və 
damazlıq 
materiallarının 
yetişdirilməsinin 
stimullaşdırılacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


NƏT CƏ VƏ TƏKL FLƏR 
 
Araşdırmalar  göstərir  ki,  aqrar  sahədə  bazar  münasibətlərinin  formalaşması 
obyektiv  zərurət  olmaqla,  qanunauyğun  prosesin  nəticəsidir.  Aqrar  sahədə  bazar 
münasibətləri çox mürəkkəb tərkib və quruluşa malik olmaqla özünəməxsus təşkilati-
iqtisadi  idarəetmə  mexanizminin  olmasını  tələb  edən  sahələr  və  müəssisələrarası 
istehsal-iqtisadi  inteqrasiya  əlaqələrinin  formalaşmasını  obyektiv  və  qanunauyğun 
zərurətə çevirən bir sistemdir. Bu sistem daxilində hər biri tam sərbəst hüquqi statusa 
malik  çoxsaylı  və  istiqamətli  təsərrüfatçılıq  formaları  mövcud  aqrar  sahəyə  vahid 
idarəetmə  obyekti  kimi  baxılmasının  zəruriliyini  təsdiq  edən  iqtisadi  amillərlə 
razılaşmaq olmaz.  
Məlum olduğu kimi, sabiq SSR  dövründə mövcud olan mərkəzi planlaşdırma 
sistemi,  vahid  dövlət  mülkiyyətinin  hökmranlığı,  o  zamankı  müttəfiq 
respublikalararası düşünülməmiş və daha çox siyasi məqsədlər güdən iqtisadi-istehsal 
ə
laqələrinin dağılması, ölkəmizin iqtisadiyyatına öz mənfı təsirini göstərmişdir. Belə 
ki,  həmin  dövrdə  Azərbaycanda  sənaye,  kənd  təsərrüfatı,  tikinti  və  eləcə  də  digər 
istehsal və qeyri-istehsal sahələrinin inkişaf strukturları mərkəzdən asılıhq prinsipləri 
ə
sasında qurulmuşdu. Onlann sərbəst və azad inkişafını təmin etmək heç cür mümkün 
deyildi.  Məhz  buna  görə  də,  müstəqilliyini  qazanan  və  digər  respublikalarla  olan 
iqtisadi-istehsal  əlaqələrini  itirən  ölkəmizdə  iflic  vəziyyətinə  düşən  bir  iqtisadiyyatı 
ayağa  qaldırmaq,  onu  yenidən  qurmaq  və  inkişaf  etdirmək  məqsədilə  elmi-nəzəri 
cəhətdən  tam  əsaslandırılmış  tədbirlər  sisteminin  işlənib  hazırlanması,  əməli  iş 
planlarının  tərtibi,  onların  dönmədən  və  ardıcıllıqla  həyata  keçirilməsi  ölkə 
rəhbərliyinin qarşısında bir vəzifə kimi dayandı.
 
Aqrar  bölmədə  həyata  keçirilən  iqtisadi  islahatların  hüquqi-normativ  əsasını 
1991-2004-cü  illər  ərzində  qəbul  edilmiş  qanunlar  təşkil  edir.  Bunların  sırasına: 
«Aqrar  islahatın  əsasları  haqqında»,  «Kolxoz  və  sovxozların  islahatı  haqqında», 
«Torpaq islahatı haqqında», «Baytarlıq təbabəti haqqında», «Müəssisələr haqqında», 
«Səhmdar  Cəmiyyəti  haqqında»,  «Lizinq  xidməti  haqqında»,  «Azərbaycan 
Respublikasında  1995-1998-ci  illərdə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə