Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   33   34   35   36   37   38   39   40   41

1.  Qeyri-neft  sənayesinin  inkişafı  baxımından  xüsusi  əhəmiyyət  kəsb  edən 
sahələrkimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetiriləcək, mövcud 
aqroemalmüəssisələrinin  müasir  texnologiyaların  tətbiqi  nəticəsində  istehsal 
güclərinin  artırılması  vəyeni  müəssisələrinin  yaradılması  istiqamətində  kompleks 
tədbirlər həyata keçiriləcəkdir. 
2. Kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri davam etdiriləcək, aqrar sektora 
kreditlərinverilməsi  mexanizmi  sadələşdiriləcək,  özəl  aqroservis  xidmətləri 
şə
bəkəsigenişləndiriləcəkdir.  Kənd  təsərrüfatının  sığortalanması  mexanizmi 
təkmilləşdiriləcəkdir. 
3.  Növbəti  illərdə  ölkədə  torpaq  bazarı  inkişaf  etdiriləcək,  fermerlərin 
könüllülükəsasında  birgə  təsərrüfatçılıq  ənənələrinin  formalaşması  təşviq 
olunacaqdır. Meliorasiyavə irriqasiya tədbirləri gücləndiriləcək, torpaqların eroziyaya 
uğramasının,  suvarılan  əkinsahələrinin  şoranlaşmasının  qarşısının  alınması  və 
münbitliyinin artırılması istiqamətindətədbirlər gücləndiriləcəkdir. 
4.  Ölkədə  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının 
istehsalıstimullaşdırılacaqdır.  Həmçinin,  genetik  ehtiyatların  və  bioloji  müxtəlifliyin 
qorunması,tingçilik,  toxumçuluq  və  damazlıq  işlərinin  daha  da  yaxşılaşdırılması 
istiqamətindəməqsədyönlü tədbirlər həyata keçiriləcəkdir. 
5.  Kənd  təsərrüfatı  istehsalçılarının  müasir  texnika,  gübrə,  toxum  və  ting  ilə 
təminatıyaxşılaşdırılacaqdır.  Aqrar  sahədə  elmi  təminat  və  kadr  hazırlığının  daha 
dayaxşılaşdırılması nəzərdə tutulur. Kənd təsərrüfatının müxtəlif sahələrinin intensiv 
inkişafetdirilməsi  üçün  stimullaşdırıcı  tədbirlər  həyata  keçiriləcək,  iri  taxılçılıq 
təsərrüfatlarınınyaradılması təşəbbüsləri dəstəklənəcəkdir. 
6.  Bölgələrdə  ən  müasir  texnologiyalar  əsasında  anbar  komplekslərinin 
yaradılmasıkənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, 
məhsul  itkisininqarşısının  alınması,  daxili  bazarın  qorunması  və  ixrac  potensialının 
artırılması  baxımındanəhəmiyyətliliyini  nəzərə  alaraq,  bu  sahədə  ardıcıl  tədbirlər 
davam etdiriləcəkdir. 
Konsepsiyada 
nəzərdə  tutulmuş  hədəflərə  nail 
olmaq 
məqsədilə 
qanunvericiliyin 
təkmilləşdirilməsi 
və 
müvafiq 
institusional 
potensialın 


gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Qanunvericiliyin 
təkmilləşdirilməsində  bazar  iqtisadiyyatı  şəraitində  sağlam  rəqabəti  təmin  edən 
səmərəli  dövlət  tənzimlənməsi  prinsipi  əsas  götürüləcək,  biznes  mühitinin 
yaxşılaşdırılması,  milli  qanunvericilik  bazasının  beynəlxalq  ticarət  sisteminin 
tələblərinə  uyğunlaşdırılması  prioritetləri  diqqət  mərkəzində  saxlanılacaq,  qanunun 
aliliyinin  təmin  edilməsi  məqsədilə  icra  intizamı  və  nəzarət  sistemi 
gücləndiriləcəkdir. 
stər  aqrar  sahədə  davamlı  inkişafın  təmin  edilməsi,  istər  bu  inkişafın  dövlət 
tərəfindən  tənzimlənməsi,  istərsə  də,  davamlı  inkişafın  formalaşmasına  yönəlmiş 
tədbirlərin  həyata  keçirilməsi  məsələləri,  məhz  bu  strategiyanın  prinsipləri 
çərçivəsində  öz  həllini  tapmalıdır.  Hesab  edirik  ki,  bu  strategiyanın  olması,  bir 
tərəfdən  davamlı  inkişafa  dair  dövlət  proqramının  və digər  fəaliyyət  proqramlarının 
daha  dəqiq  və  işlək  formada  hazırlanmasını  təmin  edə  bilər,  digər  tərəfdən  isə,  bu 
istiqamətdə reallaşdırılan tədbirlərin üzvi şəkildə əlaqələndirilməsi mümkün olar. 
“2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları 
ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”  və  “Azərbaycan  Respublikası  
regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nın 
müddəalarına  müvafiq  mühüm  tədbirlər  həyata  keçirilir.  “2008-2015-ci  illərdə 
Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair 
Dövlət  Proqramı”  barədə  Respublika  Prezidentinin  Sərəncamına  uyğun  olaraq 
aidiyyəti  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları  tərəfindən  təsdiq  edilmiş 
qrafiklərə  əsasən  ölkədə  ərzaq  məhsullarının  istehsalının  artırılması,  əhalinin 
təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi üçün müvafiq tədbirlər 
həyata keçirilir. 
Eyni  zamanda,  müasir  aqro-texniki  qaydalara  uyğun  fəaliyyət  göstərən, 
nümunəvi iri taxılçılıq kompleksinin ilkin Texniki- qtisadi Əsaslandırması, “Genetik 
modifikasiya  olunmuş  orqanizmlər  haqqında”  Qanun  layihəsi,  “Özəl  iri  taxılçılıq 
təsərrüfatlarının  yaradılması  üçün  kənd  təsərrüfatı  təyinatlı  torpaqların  taxılçılıq 
məqsədilə  icarəyə  verilməsi  ilə  bağlı  məsələlərin  tənzimlənməsi  haqqında” 


Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  layihəsi,  “Torpaq  sahəsinin 
icarəyə verilməsi haqqında müqavilə nümunəsi”nin layihəsi hazırlanmışdır. 
Göründüyü kimi, dövlətimizin ardıcıl diqqət və qaydasından bəhrələnən aqrar 
bölmə son illər ardıcıl inkişaftadır. Lakin kənd təsərrüfatının qarşısında çox mühüm 
vəzifələr də vardır ki, bunun da ən yaxşı şərhini cənab Prezident Nazirlər Kabinetinin 
2011-ci  ilin    sosial-iqtisadi  inkişafının  yekunlarına  və  2012-ci  ildə  qarşıda  duran 
vəzifələrə  həsr  olunmuş  iclasında  aydın  göstərmişdir.  Dövlət  başçısı  kənd 
təsərrüfatının bütün sahələrini ətrəfli təhlil etmiş və qarşıda duran prioritet vəzifələri 
müəyyənləşdirilmişdir. Cənab Prezident demişdir: “Biz ərzaq təhlükəsizliyi ilə bağlı 
tədbirləri daha da gücləndirməliyik. Bu sahədə görülən işlər müsbətdir. Biz bu il kənd 
təsərrüfatında  böyük  artıma  nail  ola  bilmişik.  Əkin  sahələri,  məhsuldarlıq  artır, 
xüsusilə taxılçılıqda məhsuldarlıq artır, bu, çox müsbət haldır”.  
Müşavirədə  dövlət  başçısı  iri  fermer  təsərrüfatları  yaradılması,  bu 
təsərrüfatlarda  meliorativ  tədbirlərin  həyata  keçirilməsi,  torpaq  sahiblərinə  güzəştli 
şə
rtlərlə  yanacaq  və  gübrələrin  verilməsi,  aqrolizinq  fəaliyyətinin  gücləndirilməsi 
zərurətindən  danışmış,  meyvə-tərəvəz  sahəsindəki  inkişafa,  bağçılıqda    müasir 
texnologiyaların tətbiqinə diqqət çəkmişdir. 
 
Prezident  aqrar  bölməyə  olan  diqqət  və  qayğısını  Regionların  2009-2013-cü 
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına 
həsr  olunmuş  konfransında  da  bir  daha  davam  etdirərək  demişdir:  “Biz  bütövlükdə 
kənd təsərrüfatında müasir texnologiyaları daha da geniş şəkildə tətbiq etməliyik. Bu 
məqsədlə  kənd  təsərrüfatında  böyük  inkişafa  nail  olmuş  ölkələrə  heyətlər 
göndərilmişdir,  onların  təcrübəsi  öyrənilmişdir  və  biz  ən  müasir  texnologiyaları 
gətirməliyik.”  
 
Ölkə  Prezidenti  kənd  təsərrüfatının  qarşısında  duran  vəzifələrdən  danışarkən 
demişdir: “Eyni zamanda, biz hər bir sahədə olduğu kimi, qabağa baxmalıyıq ki, 10 
il,  20  il  bundan  sonra  nə  olacaqdır.  Ümid  edirəm  ki,  2015-ci  ilə  qədər  əsas  ərzaq 
məhsulları ilə özümüzü 100 faiz təmin edəcəyik.”  
Ölkənin  kənd  təsərrüfatı  potensialının  gücləndirilməsi  və  ondanistifadənin 
səmərəliliyinin  yüksəldilməsi  hədəfinin  reallaşdırılması  üçünqarşıda  duran  əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə