Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   33   34   35   36   37   38   39   40   41

Kənd təsərrüfatı  məhsullarının ixrac  bazarının genişləndirilməsi  və  bu  sahədə 
məhsul  istehsalçıları  üçün  münbit  şəraitin  yaradılması  nəticəsində  cari  ilin  9  ayı 
ə
rzində  ölkənin  kənd  təsərrüfatı  məhsulları  üzrə  ixracının  əsas  hissəsini  təşkil  edən 
meyvə-tərəvəz  məhsullarının  ixracı  keçən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  34,3 
faiz artmışdır. 
Təsadüfi  deyil  ki,  ölkə  rəhbəri  kənd  təsərrüfatı  məhsulları  istehsalının  hər  bir 
rayon  üzrə  daha  dərindən  ixtisaslaşması  və  buna  uyğun  olaraq  müvafiq  layihələrin 
hazırlanması  ilə  bağlı  tapşırıqlar  vermişdir.  Bu  tapşırıqların  icrası  məqsədilə  Kənd 
Təsərrüfatı  Nazirliyi  tərəfindən  dünya  təcrübəsində  geniş  istifadə  edilən  peşəkar 
tədqiqat metodları əsasında ölkənin bütün regionlarını əhatə edən qiymətləndirmənin 
aparılması  üçün  müvafiq  işlərə  başlanılmışdır.  Hazırda  elmi-tədqiqat  institutlarının 
mütəxəssisləri  tərəfindən  hər  bir  bölgə  üzrə  ənənəvi  olaraq  yetişdirilən  bitki  və 
heyvan sortları haqqında məlumatlar sistemləşdirilir. Bunun əsasında kənd təsərrüfatı 
məhsullarının  istehsalı  ilə  məşğul  olan  istehsalçıları,  habelə  emal  sənayesi 
müəssisələrini,  kənd  təsərrüfatı  məhsulları  üzrə  ticarətçiləri  və  müvafiq  daşıma 
ş
irkətlərinin  nümayəndələrini  əhatə  etməklə  müvafiq  tədqiqatlar  aparılacaq.  Bu 
tədqiqatlar  əsasında  hər  bir  bölgənin  təbii-iqlim  şərtləri  nəzərə  alınmaqla  müvafiq 
bitkiçilik və heyvandarlıq məhsullarının iqtisadi səmərəliliyi köklü şəkildə müəyyən 
olunacaq.  Hər  bir  bölgə  üzrə  ixtisaslaşma  istiqamətləri  müəyyən  edildikdən  sonra 
müvafiq  dövlət  dəstəyi  tədbirləri  və  digər  stimullaşdırma  mexanizmləri  hesabına 
kənd təsərrüfatı istehsalının sahəvi strukturunun optimallaşdırılmasına nail olunacaq. 
Kənd  təsərrüfatı  istehsalının  institusional  strukturunun  təkmilləşdirilməsi 
istiqamətində  praktiki  tədbirlərin  icrasına  da  başlanılmışdır.  Məlum  olduğu  kimi, 
ölkədə kənd təsərrüfatı sahəsinin rəqabətqabiliyyətliyinin yüksəldilməsinə mane olan 
problemlər sırasında kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsi xüsusi təsirə 
malikdir. Hazırda bir təsərrüfata düşən torpaq sahəsinin orta ölçüsü təqribən 3,6 ha, 
mal-qaranın  sayı  isə  təqribən  2,3  baş  təşkil  edir.  Kiçik  təsərrüfatların  təşkilatlanma 
səviyyələrinin  çox  aşağı  olması  onların  istər  resurslara  olan  tələbatlarının 
ödənilməsində,  istərsə  də  bazara  çıxış  məsələsində  çətinliklər  yaradır.  Kiçik 
təsərrüfatlarda  təşkilatlanmanın  zəif  olması  onların  bu  sahənin  inkişafı  ilə  bağlı 


siyasətin  formalaşmasında  zəif  iştirak  etmələrinə  və  dövlətin  kənd  təsərrüfatı 
sahəsində  stimullaşdırma  tədbirlərinin  səmərəliliyinin  də  azalmasına  səbəb  olur. 
Məhz buna görə dövlət başçısının tapşırığı ilə kəndli-fermer təsərrüfatlarının daha iri 
kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını 
nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi hazırlanaraq 
hökumətin müzakirəsinə təqdim edilmişdir. Müvafiq qanun layihəsinin müzakirələrə 
təqdim olunduğu bir vaxtda, birbaşa dövlət dəstəyi ilə artıq taxılçılıq və heyvandarlıq 
sahəsində iri təsərrüfatların yaradılması prosesinə də başlanılmışdır. 
Aqrar  sahədə  idarəetmənin  təkmilləşdirilməsi  tədbirləri  çərçivəsində  aparılan 
geniş  əhatəli  təhlil  və  qiymətləndirmələr  nəticəsində  Kənd  Təsərrüfatı  Nazirliyinin 
tabeliyində  olan  və  fəaliyyəti  məqsədəuyğun  hesab  edilməyən  təsərrüfathesablı 
dövlət  müəssisə  və  təşkilatlarının  ləğvi,  özəlləşdirilməsi,  yenidən  təşkili  və 
idarəetməyə  verilməsi  ilə  bağlı  ehtiyaclar  müəyyən  olunmuş  və  bununla  bağlı 
müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. 
Hazırda  ölkənin  ərzaq  təhlükəsizliyini  təmin  etmək  üçün  başlıca  məqsəd 
taxılçılığın, meyvəçiliyin və üzümçülüyün, tərəvəzçiliyin, tütünçülüyün, toxumçuluq 
və  tingçiliyin,  hevandarlıqda  damazklıq-seleksiya  işinin,  yemçiliyin,  aqrar  emal 
sənayesinin  və  aqromarketinqin,  aqroservis  xidmətlərinin  və  kənd  yerlərinin  inkişaf 
etdirilməsindən ibarətdir. Son illər əldə olunmuş nailiyyətlərin artırılması və ölkənin 
ə
sas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin təmin edilməsi məqsədilə və 
həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş 
“Azərbaycan  2020:  gələcəyə  baxış”  nkişaf  Konsepsiyası  üzrə  müəyyən  edilmiş 
hədəflərə  çatmaq  üçün  2014-2017-cı  illərdə  intensiv  metodların  prioritetliyi  təmin 
olunmalıdır. Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il  üzrə iqtisadi və 
sosial  inkişaf  konsepsiyası  və  proqnoz  göstəriciləri.  Azərbaycan  Respublikasının 
qtisadi  nkişaf Nazirliyi, Avqust – 2013-cü il. Bakı 
  Bununla yanaşı, aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili, elmi-
tədqiqat  müəssisələrinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi,  onların 
fəaliyyətinin bazar iqtisadiyyatının tələbləri əsasında yenidən təşkili də qarşıda duran 
ə
sas prioritetlərdəndir. Bundan başqa, aqrar sahənin ixrac potensialının artırılması və 


onun  tam  reallaşdırılması,  daxili  bazarın  beynəlxalq  tələblərə  uyğun  forma  və 
metodlarla qorunması üçün zəruri tədbirlər həyata keçiriləcəkdir. 
  Əvvəlki  illərdə  olduğu  kimi,  aqrar  sektora  subsidiyaların,  vergi  güzəştlərinin 
və  güzəştli  kreditlərin  verilməsi  sisteminin  təkmilləşdirilməsi,  aqrolizinq  və 
aqroservis xidmətlərinin şərtlərinin asanlaşdırılması nəzərdə tutulur. 
Yeni  heyvandarlıq  və  südçülük  kompleksləri,  damazlıq  və  quşçuluq 
təsərrüfatları,  kənd  təsərrüfatı  məhsullarının  saxlanması  və  emalı  infrastrukturu, 
intensiv  bağçılıq  və  toxumçuluğun  inkişafı  istiqamətində  ardıcıl  tədbirlər  davam 
etdiriləcəkdir.  
Aqrar  sahənin  davamlı  inkişafını  dəstəklənməsi,  o  cümlədən  onun  maliyyə 
təminatı sahəsində aşağıdakı tədbirlər nəzərdə tutulmalıdır: 
- torpaq  bazarının  inkişaf  etdirilməsi,  fermerlər  arasında  könüllülük  əsasında 
birgə təsərrüfatçılığın təşviqi; 
- kənd  təsərrüfatının  maddi-texniki  təminatını  yaxşılaşdırmaq  üçün  lizinqlə 
məşğul  olan  qurumların  fəaliyyətinin  genişləndirilməsi  və  bu  sahədə  yeni 
təşkilatların yaradılmasının stimullaşdırılması; 
- aqrar  sahədə  sığortanın  stimullaşdırılması  üçün  mövcud  qanunvericilik 
bazasının təkmilləşdirilməsi; 
- sahibkarların  maliyyə  resurslarına  olan  ehtiyaclarının  ödənilməsini  təmin 
etmək məqsədilə kənd yerlərində maliyyə-kredit institutlarının (aqrar bankların 
yaradılması) yaradılması və inkişafı; 
- aqrar  sahədə  vergi  siyasətinin,  sahibkarlığın  inkişafına  və  ərzaq  bazarında 
məhsul bolluğu yaradılmasına istiqamətləndirilməsi; 
- daxili aqrar bazarın xarici bazarların təsirindən qorunması üçün bir sıra ərzaq 
məhsullarına tətbiq edilən gömrük idxal tarif dərəcələrinə yenidən baxılması, o 
cümlədən mövsümi rüsumların tətbiq edilməsi. 
Aqrar  sahənin  maddi-texniki  bazasını  möhkəmləndirmək  və  xidmətlərin 
səviyyəsini yaxşılaşdırmaq üçün aşağıdakı tədbirlərin prioritetliyi təmin edilməlidir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə