ölkədə aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülməsinə
başlanıldı. 1995-1996-cı illərdə zəruri hüquqi bazası yaradılmaqla 1996-1998-ci
illərdə sistemli şəkildə və sürətlə həyata keçirilən aqrar islahatlar nəticəsində qısa
müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda
bazar prinsiplərinin formalaşdırılması təmin edildi. Daha sonra - 1999-2000-ci
illərdən etibarən aqrar sahədə formalaşmış özəl sektora bazar iqtisadiyyatı
prinsiplərinə uyğun dövlət dəstəyi mexanizmlərinin yaradılmasına başlanıldı.
Azərbaycanda həyata keçirilən aqrar islahatlardan ötən 20 illik dövrdən sonra
bu islahatların nəticələrini qiymətləndirmək indi asandır. Amma 20 il bundan öncə
ulu öndər bu islahatların aparılması ilə bağlı öz siyasi iradəsini ortaya qoyan zaman
dövlətin iqtisadi münasibətlərdə və mülkiyyət üzərində total şəkildə hakim olduğu bir
sistemdən, azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan sistemə keçidlə
bağlı nə təcrübə, nə də nəzəri-metodoloji əsaslar mövcud idi. Buna baxmayaraq,
ümummilli liderin zəngin idarəçilik təcrübəsinə əsaslanan müdrik qərarı ilə həyata
keçirilən aqrar islahatların ölkədə kənd təsərrüfatının dinamik inkişafı üçün möhkəm
təməl yaratdığını zaman özü göstərdi. Məsələn, islahatların başladığı 1995-ci ildə
taxıl istehsalı 921 min tondan 2013-cü ildə 2 milyon 955 min tona, kartof istehsalı
155 min tondan 993 min tona, tərəvəz istehsalı 424 min tondan 1 milyon 236 min
tona, bostan məhsulları 42 min tondan 430 min tona, ət istehsalı 109 min tondan 298
min tona, süd istehsalı 826 min tondan 1 milyon 820 min tona, yumurta istehsalı 455
milyon ədəddən 1 milyard 401 milyon ədədə çatdı.
Azərbaycan Prezidenti lham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata
keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatı sahəsinin də
inkişafında yeni mərhələ başladı. Belə ki, sistemli və dayanıqlı inkişafın dövlət
tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilmiş regionların sosial-iqtisadi
inkişafı dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı yeni
mexanizmlər tətbiq olundu. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı siyasəti
çərçivəsində kənd yerlərində sosial infrastrukturun inkişafı, kənd təsərrüfatı
məhsullarının emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi, fermerlərin istehsal
vasitələri ilə təminatının gücləndirilməsi məqsədilə "Aqrolizinq" ASC-nin
yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrə, yanacaq və toxumla
təminatının yaxşılaşdırılması üçün subsidiyaların verilməsi, meliorasiya-irriqasiya
sistemlərinin köklü şəkildə yenidən qurulması tədbirlərini xüsusi qeyd etmək
lazımdır.
Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini
özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə baxış" nkişaf Konsepsiyası
Azərbaycanın qarşısına daha yüksək inkişaf məqsədlərinin qoyulması və bu
məqsədlərdən irəli gələn vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı Prezident lham
Ə
liyevin siyasi iradəsinin ifadəsidir.
Azərbaycanın yeni inkişaf hədəflərinin reallaşdırılması məqsədilə kompleks
islahatların aparılmasını nəzərdə tutan bu konsepsiyada kənd təsərrüfatının gələcək
inkişaf istiqamətləri də əhatəli şəkildə öz əksini tapmışdır. Kənd təsərrüfatının
inkişafı ilə bağlı müəyyən olunmuş konseptual istiqamətlərin reallaşdırılması
məqsədilə artıq Prezident tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının
fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-
cü il tarixli sərəncam və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və
institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-
cü il tarixli fərman imzalanmışdır. Tarixi əhəmiyyətli bu siyasi qərarlarla aqrar
sektorun inkişafının prioritet hədəflərinin yeni çağırışlar fonunda müəyyən edilməsi,
aqrar sektorda institusional strukturun və idarəetmənin təkmilləşdirilməsi və
innovativ dəyişikliklərə təkan verəcək digər tədbirlərin həyata keçirilməsinə göstəriş
verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas
yaratmışdır.
Məhz bu baxımdan aqrar sahənin hüquqi tənzimlənməsi ilk növbədə aqrar-ərzaq
kompleksinin inkişaf strategiyasının, kənd təsərrüfatı ilə dövlət, eləcə də emal və tədarük
subyektləri arasındakı münasibətlərin qanunvericilik təminatının formalaşdırılmasını
özündə əks etdirir. Aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin mövcud prinsip,
metod və xüsusiyyətləri iqtisadi cəhətən mübadilələr, hüquqi baxımdan müqavilələr
zənciri olan bazar iqtisadiyyatında aqrar subyektlər arasındakı bu münasibətlərinin
səmərəli şəkildə qurulmasının və stabilliyinin dövlət tərəfindən təminatına xidmət
edir.
Dissertasiya tədqiqatının predmetini keçid prosesində ölkənin aqrar sektorunda
bazar münasibətlərinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar və
onun nəticələri, aqrar sektordadavamlı iqtisadi inkişafının təmini istiqamətində həyata
keçirilən iqtisadi islahatlar strategiyasının hədəfləri və əsas xüsusiyyətləri ilə bağlı
yeni tendensiyalar, aqrar sahənin tənzimlənməsinin hüquqi təminatı mexanizmi və
onun təkmilləşdirilməsi ilə bağlı digər proseslər təşkil edir.Tədqiqatın obyekti ölkə
iqtisadiyyatınınaqrar sektoru, iqtisadiyyatın aqrar sektorunun inkişafının müasir
vəziyyəti və onuna bağlı digər məsələlərdir. Təqdim edilən problemin aktuallığı,
onun nəzəri və praktiki əhəmiyyəti dissertasiyanın mövzusunun seçilməsini müəyyən
etmişdir, tədqiqatın predmet və obyekti məqsəd və vəzifələri, həmçinin onun məntiqi
və strukturunu şərtləndirir.
Dissertasiya təqiqatının məqsədi keçid şəraitində ölkə iqtisadiyyatının aqrar
sahəsində reallaşdırılan iqtisadi islahatların xüsusiyyətlərini və aqrar sektorun
davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətlərini, iqtisadiyyatın aqrar
sahəsində davamlı iqtisadi inkişafa nail olma istiqamətində həyata keçirilən iqtisadi
islahatlar strategiyasının hədəfləri və əsas istiqamətlərini tədqiq etmək, Azərbaycan
Respublikasının aqrar sektorunun və kənd təsərrüfatı sahəsinin davamlı iqtisadi
inkişafının müasir vəziyyəti və bu sahədə reallaşdırılan iqtisadi islahatların
nəticələrinin təhlilini aparmaq, Azərbaycan Respublikasında aqrar sektorda
sahibkarlığın inkişafının dövlət tərəfindən stimullaşdırılması istiqamətləri və hüquqi
təminatı məsələlərini, Azərbaycan Respublikasında aqrar sahənin tənzimlənməsinin
hüquqi təminatının mövcud vəziyyətini və onun aktual problemlərini üzə çıxarmaq,
təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Məqsədə nail
olmaqdan ötrü tədqiqatın qarşısında bir sıra vəzifələr dayanmışdır:
1. Milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsində aqrar sektorun
rolunun müəyyənləşdirilməsi;
2. Ölkə iqtisadiyyatının aqrar sektorunda bazar münasibətlərinin
formalaşdırılmasının iqtisadi məzmunununmüəyyənləşdirilməsi;
3. Aqrar sektorda formalaşan münasibətlərin dövlət tənizmlənməsinin əsas
Dostları ilə paylaş: |