Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

onun  vəzifəsinin  müsabiqə  əsasında  müvəkkil  bankların  seçilməsivasitəsilə  Fondun 
vəsaitinin  səmərəli  istifadəsini  təmin  etməkdən  ibarət  olması,komissiyanın 
funksiyaları, 
müvəkkil 
bankların 
seçilmə 
meyarları 
kimi 
məsələlərmüəyyənləşdirilmiş,  28  noyabr  2002-ci  il  NK-nın  189  ə-li  “Ölkədə 
sahibkarlığın  inkişafı  ilə  bağlı  digər  mənbələrdə  nəzərdə  tutulan  vəsaitlərin  AR-nin 
Sahibkarlığa  Kömək  Milli  Fondunda  cəmləşdirilməsi  haqqında”  Qərarı  ilə  dövlət 
büdcəsində“Kiçik sahibkarlığa investisiya yardımı”, o cümlədən “Kənd təsərrüfatı ilə 
məşğul  olmaq  üçün  məcburi  köçkünlərə  kreditlərin  verilməsi”,  “Fermer 
təsərrüfatlarına  kredit  güzəştləri  fondu”  üçün  nəzərdə  tutulan  vəsaitlərin,  məşğulluq 
tədbirlərininmaliyyələşdirilməsi  çərçivəsində  yeni  iş  yerlərinin  yaradılması  ilə  bağlı 
xərclərin  vədövlət  əmlakının  özəlləşdirilməsi  nəticəsində  əldə  edilən  pul  vəsaitinin 
sahibkarlığadövlət  koməyinin  maliyyələşdirilməsi  üçün  qanunvericiliklə  nəzərdə 
tutulan hissəsininFonda cəlb olunması nəzərdə tutulmuşdur. 
Sahibkarlığın  inkişafının  tənzimlənməsində  atılan  mühüm  addımlardan  biri 
fəaliyyət  göstərilməsi  üçün  xüsusi  razılıq(lisenziya)  tələb  olunan  sahələrin 
müəyyənləşdirilməsi  istiqamətində  olmuşdur.  Belə  ki,  2  sentyabr  2002-ci  ildəb 
Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsiqaydalarının 
təkmilləşdirilməsi haqqında” fərmanı ilə bu sahədə mövcud olan hərcmərcliyi aradan 
qaldırmaq  məqsədilə  lisenziyalaşdırma  sahəsində  xüsusi  səlahiyyətli  orqan  kimi 
qtisadi  nkişaf Nazirliyi təyin edilərək, xüsusi razılıq tələb olunan sahələrin sayı 240-
dan  30-a  endirilmiş,  hər  sahədə  xüsusi  lisenziya  verməli  olan  orqanlar  açıq 
müəyyənləşdirilmiş,  sonradan  artırılmasının  mümkünlüyü  şərti  ilə  5  il  müddətinə 
verilən lisenziyaların alınması ilə bağlı verilən ərizələrə 15 gün müddətində müvafiq 
orqan tərəfindən konkret qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. 
Yuxarıdakı  istiqamətlərdə  göstərilən  tədbirləri  daha  da  sürətləndirmək  və 
sahibkarlığın  inkişafını  əsasən  regionlara  istiqamətlərndirmək  məqsədilə  sonrakı 
dövrlərdə  də  bir  sıra  normativ-hüquqi  aqtlar  qəbul  edilmişdir. Belə  sənədlərdən  ilki 
“AR-də  sosial-iqtisadi  inkisafın  sürətləndirilməsi  tədbirləri  haqqında”  24  noyabr 
2003-cü  il  4  №-li  Prezident  fərmanıdır.  Fərmanda  ölkənin  ümumi  sosial-iqtisadi 
inkişafı ilə bağlı ayrı-ayrı dövlət orqanlarının qarşısında konkret vəzifələr qoyulmuş 


və bunlardan aqrar  sahibkarlığa birbaşa  aid olanlar arasında  NK  qarşısında  qoyulan 
regionların  yerli  resursları  və  digər  amillər  nəzərə  alınmaqla,  onların  sosial-iqtisadi 
inkişafı məqsədilə müvafiq dövlət proqramı layihəsinin və aqrar sektorda islahatların 
ikinci  mərhələsinə  başlamaq  və  bununla  əlaqədar  lazımı  tədbirlərin  görülməsini 
sürətləndirmək məqsədilə (texniki servis mərkəzlərinin təşkili, fermerlərin texnika ilə 
daha böyük həcmdə təmin  olunması, toxumçuluq bazasının inkişaf  etdirilməsi,  yeni 
emal  müəssisələrinin  yaradılması  və.s)  müvafiq  təkliflərin  1  ay  müddətində 
hazırlanaraq  dövlət  başçısına  təqdim  edilməsini  göstərmək  olar.  Fərmanın  davamı 
olaraq  ilk  növbədə  11  fevral  2004-cü  ildə  “AR  regionlarının  sosial-iqtisadi  inkişafı 
dövlətproqramı(2004-2008)”  qəbul  olunmusdur.  Proqram  regionlarda  sosial-iqtisadi 
inkişafın  təmin  edilməsi  məqsədilə  10  iqtisadi  rayon  üzrə  ayrı-ayrı  istiqmətlərdə 
konkret  tədbirlər  paketini  özündə  birləşdirməklə  yanaşı  bu  illər  ərzində  müxtəlif 
sahələr üzrə həyata keçiriləcək siyasətin ümumi xarakteistikalarını da göstərmişdir. 
 
Proqram  qəbul  ediləndən  bəri  regionlarda  aqrar  sahibkarlığın  inkisafı 
istiqamətində  atılan  ən  mühüm  addımlardan  biri  kimi  “Aqrar  bölmədə  lizinqin 
genişləndirilməsisahəsində  əlavə  tədbirlər  haqqında”  verdiyi  23  oktyabr  2004-cü  il 
tarixli sərəncamını göstərmək olar. Sərəncama əsasən səhmlərinin nəzarət zərfi 100% 
dövlətə məxsus olan və dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına 
alınan  kənd  təsərrüfatı  texnikasının  lizinq  yolu  ilə  hüquqi  və  fiziki  şəxslərə  icarəyə 
verilməsini  və  ya  satılmasını  həyata  keçirən  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyəti 
yaradılmışdır.  Beləliklə,  yuxarıda  göstərdiyimiz  bütün  tədbirlərə  nəzər  saldıqda 
görürük  ki,  ölkədə  sahibkarlığın,  xüsusilə  də  aqrar  sahibkarlığın  inkişafının 
tənzimlənməsinin  təkmilləşdirilməsi  tədbirləri  daha  çox  inzibati-normativ  xarakter 
daşıyır,  lakin  müasir  tənzimləmə  tədbirlərinin  “mühityaradıcı”  xarakterli  olması 
mühüm  əhəmiyyət  kəsb  edir.  Başqa  sözlə,  birbaşa  tənzimləmə  tədbirlərindən  daha 
çox dolayı tənzimləmə tədbirlərinə üstünlük verilməsi zəruridir. Bununla yanaşı onu 
da  qeyd  edək  ki,  aqrar  sektorun  inkişafı  istiqamətində  xüsusilə  növbəti  illəri  əhatə 
edəcək “AR-də 2002-2006-cı illərdə aqrar bölmənininkişafına dair Proqram” və “AR 
regionlarının  sosial-iqtisadi  inkişafı  dövlətproqramı(2004-2008)”  adlı  sənədlərdə 
ə
ksini tapmış təkmilləşdirmə istiqamətləri əsasən düzgün təyin edilmiş və bu sahədə 


nəzərdə  tutulan  məqsədləri  reallaşdırmağa  imkan  verir,  lakin  həmişə  olduğu  kimi 
ölkəmizdə  problem  normativ-hüquqi  sənədlərin  hazırlanması  sahəsində  deyil, 
onlardan  irəli  gələn  müddəaların  icrası  sahəsindədir.2004-2008-ci  illəri  əhatə  edən 
regionların  sosial-iqtisadi  inkişafına  dair  sənəddə  nəzərdə  tutulmuş  tədbirlərin 
vaxtından  əvvəl və uğurla  başa  çatdırılması  qarşıda  yeni imkanlar  açmışdır.  Ölkədə 
formalaşan  əlverişli iqtisadi  mühit  sosial-iqtisadi sahədə  aparılan islahatların  davam 
etdirilməsini zəruri etmişdir.  qtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində ölkədə 
qeyri-neft  sektorunun  daha  da  yüksək  səviyyəyə  qaldırılması,  sahibkarlıq  mühitinin 
genişləndirilməsi,  yoxsulluğun  həddinin  aşağı  salınması  və  əhalinin  rifah  halının 
yaxşılaşdırılması,  bütövlükdə  isə  davamlı  sosial-iqtisadi  inkişafa  nail  olmaq  üçün 
yeni  bir  proqramın  qəbul  edilməsinə  ehtiyac  yaranmışdı.  Prezident  lham  Əliyev 
tərəfindən  təsdiq  edilmiş  "Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü 
illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı"  mühüm  əhəmiyyətli  sənəd  olmaqla 
növbəti illərdə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına hesablanıb. 
"Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı"nın  prioritet  istiqamətləri  ölkənin  təbii  və  əmək 
potensialından  səmərəli  istifadə  etməklə  qeyri-neft  sektorunun  sürətli  inkişafı, 
infrastruktur  təminatının  yaxşılaşdırılması  istiqamətində  tədbirlərin  davam 
etdirilməsinə,  ixracyönümlü  məhsul  istehsalının  stimullaşdırılmasına,  əhaliyə 
göstərilən  kommunal  xidmətlərin  daha  da  yaxşılaşdırılmasına  və  məşğulluq 
səviyyəsinin artırılmasına nail olmaqdır.  
Dövlət  proqramında  sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsi  məqsədilə 
mühüm  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə  tutulub.  Tədbirlər  planında  kiçik  və 
orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, kiçik, orta 
və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın genişləndirilməsi, ticarət 
yarmarkalarının  yaradılması,  sahibkarlıq  fəaliyyətinə  müdaxilələrin  qarşısının 
alınması  kimi  məsələlər  öz  əksini  tapıb.  Dövlət  proqramında  bütün  bölgələr  əhatə 
olunmaqla  nəzərdə  tutulan  kompleks  tədbirlər  ölkəmizin  davamlı  inkişafına  gətirib 
çıxaracaqdır.  
Aqrar  sektorda  fəaliyyətin  və  bu  sahədə  meydana  çıxan  münasibətlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə