Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

bu  güzəştlərdən  istifadə  edə  bilmədilər.  Hətta  belə  hallar  da  baş  verirdi  ki,  güzəştli 
qiymətlərlə  yanacaq  əldə  edən  kənd  təsərrüfatı  istehsalçılarının  özləri  də  həmin 
yanacağı sonar bazar qiymətinə satırdılar. Beləliklə, düzgün icra mexanizmi və dəqiq 
hədəfi  olmayan  bu  siyasət  özünü  doğrultmadığına  görə  artıq  2001-ci  ildən  sonra 
tətbiq edilmədi. 
Azərbaycanda  həyata  keçirilən  aqrar  islahatların  birinci  mərhələsində  həll 
oluna  bilməyən  problemlərin  aradan  qaldırılması  məqsədilə,  bu  islahatların  ikinci 
mərhələsi  çərçivəsində  bir  sıra  işlər  görülmüş  və  müvafiq  siyasət  tədbirləri 
müəyyənləşdirilmişdir.  Belə  ki,  aqrar  islahatların  ikinci  mərhələsinin  başlandığı 
1999-cu ildən etibarən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsini təmin 
etmək  məqsədilə  ölkənin  sosialiqtisadi  inkişaf  siyasətinin,  o  cümlədən  də  aqrar 
siyasətinin  əsas  hədəflərini  kompleks  şəkildə  əhatə  edən  mühüm  əhəmiyyətli 
proqramlar  hazırlanaraq  təsdiq  edilmişdir.  Eyni  zamanda,  aqrar  siyasətin 
institutsional  mexanizmlərinin  təkmilləşdirilməsi,  həmçinin  iqtisadi  vasitələrə 
ə
saslanan tənzimlənmə mexanizmlərinin tədricən formalaşdırılması istiqamətində bir 
sıra addımlar atılmışdır. Aqrar islahatların birinci mərhələsini əhatə edən dövr ərzində 
aqrar  siyasətin  həyata  keçirilməsində  birbaşa  şəkildə  iştirak  edən  müxtəlif  dövlət 
qurumları  var  idi.  Aqrar  islahatların  ikinci  mərhələsinin  həyata  keçirildiyi  dövrdən 
etibarən  aqrar  siyasəti  həyata  keçirən  təşkilati-idarəetmə  sistemində  bir  sıra 
dəyişikliklər edilmişdir. Bu baxımdan, aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi 
məqsədilə  2004-cü  ilin  oktyabr  ayında  ölkə  Prezidenti  tərəfindən  imzalanmış 
Sərəncam  xüsusilə  əhəmiyyətlidir.  Həmin  sərəncama  görə  aqrar  bölmənin  idarə 
edilməsində  mövcud  olan  pərakəndəliyi  aradan  qaldırmaq,  bu  sahənin  davamlı 
inkişafını təmin edən idarəetmə sistemini yaratmaq üçün aşağıdakılar qərara alındı: 
1.  Kənd  Təsərrüfatı Nazirliyi  yenidən təşkil  edilərək  müəyyənləşdirildi ki, bu 
Nazirlik  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı,  istehsalçılara  zəruri 
xidmətlərin  göstərilməsi,  meliorasiya  və  su  təsərrüfatı,  baytarlıq,  bitki  karantini, 
torpaqların  səmərəli  istifadəsi  də  daxil  olmaqla  aqrar  bölmədə  dövlət  siyasətini  və 
iqtisadi  münasibətlərin  tənzimlənməsini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti 
orqanıdır. 


2.  Eyni  zamanda,  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  aşağıdakı 
qurumlaryaradıldı:Dövlət  Meliorasiya  və  Su  Təsərrüfatı  Agentliyi;Dövlət  Baytarlıq 
Xidməti;Dövlət Fitosanitar Nəzarəti Xidməti;Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət 
Agentliyi.Ölkədə  həyata  keçirilən  aqrar  siyasətin  sistemliliyinin  və  səmərəliliyinin 
təmin  edilməsi  baxımından  bu  struktur  dəyişikliyi  çox  mühüm  addım  sayılmalıdır. 
Bununla belə, bir çox yerli və beynəlxalq ekspertlərin fikri belədir ki, hələ də kənd 
təsərrüfatı üzrə institutsional tənzimlənmənin təkmilləşdirilməsinə ehtiyac böyükdür. 
Belə  ki,  “bu  günə  qədər  sektorun  qarşısında  duran  ən  mühüm  problem  hələ  də 
siyasəti  formalaşdırmalı  olan  təşkilatların  potensialının  zəif  olmasıdır.  Təşkilati 
bacarıqların  zəif  olması  hökumətin  aqrar  sektorun  ehtiyaclarına  müvafiq  siyasətlər 
yürütmək,  investisiyalar və  xidmətlərlə  cavab vermək  imkanını  azaldır.  Bu xüsusilə 
Kənd  Təsərrüfatı  Nazirliyinə  aiddir.  Kənd  Təsərrüfatı  Nazirliyində  mürəkkəb  kənd 
təsərrüfatı problemləri ilə bağlı sualların cavablandırılması, .... siyasət müəyyənetmə 
və  onları  icraetmə  bacarığını  lazımi  səviyyəyə  çatdırmaq  üçün  işlər  görülməlidir” 
(U.Satton, D.Covanuççi və başqaları (2005).Bütün bunlarla belə, bir daha qeyd etmək 
lazımdır  ki,  aqrar  islahatların  ikinci  mərhələsində  hökumət  aqrar  siyasətin 
təkmilləşdirilməsi  istiqamətində  bir  sıra  addımlar  atmış,  o  cümlədən  ölkədə  aqrar 
siyasətin  iqtisadi  və  qeyri  iqtisadi  vasitələrə  əsaslanan  tənzimləmə  mexanizmləri 
tədricən formalaşdırılmışdır. 
Azərbaycan Respublikasında həyata keçirilən aqrar siyasətin hədəfləriilə bağlı 
aparılan  tədqiqatlardairəli  sürülən  mülahizələrə  əsaslanaraq, bu qənaətə gəlmək  olar 
ki,  hazırdaaçıq  iqtisadi  sistemin  təşəkkülü  şəraitində  aqrar  siyasət  aşağıdakı 
hədəflərəkompleks  şəkildə  nail  olunması  nəzərdə  tutulmaqla  formalaşdırılmalı 
vəhəyata keçirilməlidir: 
1)  Ölkədə  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı  sahəsindəmövcud 
olan potensialın konkret şəraitin imkanları daxilində səmərəliistifadə olunması və bu 
potensialın davamlı olaraq gücləndirilməsi; 
2)  Ölkənin  kənd  təsərrüfatı  məhsullarına  (onların  emalı  məhsulları  dadaxil 
olmaqla)  daxili  təlabatın  daha  dolğun  ödənilməsi,  xüsusilə  də  ölkəninərzaq 
təhlükəsizliyinin təmin edilməsi; 


3) Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafınınkənd 
yerlərində  yaşayan  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,o  cümlədən  onların 
gəlir  əldə  etmə  imkanlarının  artırılmasının  əsas  vasitələrindənbiri  olmasının  təmin 
edilməsi; 
4)  Ölkənin  dünya  aqrar  bazarında  faydalı  mal  mübadiləsini  təmin  edəbiləcək 
aqrar istehsal sahələrinin inkişafına üstünlük verilməsi; 
5)  Kənd  təsərrüfatı  istehsalının  ekoloji  tarazlığın  pozulmasına  göstərəbiləcəyi 
mənfi təsirlərin tənzimlənməsi. 
Hazırda  əksər  ölkələr  tərəfindən  qəbul  edilən  davamlı  inkişaf 
konsepsiyasınagörə,  bu  hədəflərdən  heç  birindən  digərinin  xeyrinə  imtina 
yolverilməzsayılır. 
Ş
übhəsiz 
ki, 
yuxarıda 
qeyd 
edilən 
hədəflərin 
uğurlu 
şə
kildə 
reallaşdırılmasıüçün  əsas  məsələ  aqrar  siyasətin  qarşısında  duran  vəzifələrin  vəbu 
vəzifələrin 
yerinə 
yetirilməsi 
üçün 
konkret 
siyasət 
tədbirlərinin 
düzgünmüəyyənləşdirilməsidir.
 
Azərbaycan  Respublikası  üçün  davamlı  inkişafa  keçid  prosesinin  nə  qədər 
çəkəcəyini  söyləmək  bir  qədər  çətindir.  Lakin  davamlı  inkişafın  qurulması  uzun 
müddətli  iş  olsa  da,  onun  səmərəli  və  zamanında  həyata  keçirilməsi  üçün  davamlı 
inkişaf  strategiyasının  işlənib  hazırlanması  labüddür.  Azərbaycan  Respublikasının 
Prezidenti  öz  Sərəncamı  ilə  “Azərbaycan  –  2020:gələcəyə  baxış”  nkişaf 
Konsepsiyasının  hazırlanması  barədə  tapşırıq  vermişdir.  Belə  birKonsepsiyanın 
hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasıilə bağlıdır. 
Konsepsiyanın  başlıca  strateji  baxışı  mövcud  imkanları  və  resursları  nəzərəalmaqla 
Azərbaycanda  davamlı  iqtisadi  artım  və  yüksək  sosial  rifah,  səmərəli 
dövlətidarəetməsi  və  qanunun  aliliyi,  insanların  bütün  hüquq  və  azadlıqlarının  tam 
şə
kildə  təminolunması  və  vətəndaş  cəmiyyətinin  ölkənin  ictimai  həyatında  fəal 
statusu  ilə  səciyyələnəninkişaf  mərhələsinə  nail  olmaqdır.Bu  konsepsiyada  ölkədə 
bütün  sahələrlə  yanaşı  aqrar  sektorda  da  nail  olunması  zəruri  olan  növbəti  prioritet 
məqsədlər müəyyənləşdirilmişdir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə