Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   33   34   35   36   37   38   39   40   41

vəzifələri,  ümumilikdə,  iki  qrupa  bölmək  olar.Birincisi,ölkənin  aqrar  sektor  üzrə 
ə
sasən  təbii  amillərə  əsaslananmüqayisəli  üstünlüklərinin,  müasir  texnologiyalara 
ə
saslanan  rəqabətüstünlüklərinə  çevrilməsi  təmin  edilməli,  başqa  sözlə,  ölkədə 
rəqabətqabiliyyətliaqrar sektor formalaşdırıl-malıdır. Porterin ifadəsi ilədesək, yalnız 
təbii resurslara əsaslanan müqayisəli üstünlüklər iqtisadiyyatdadurğunluğu və böhranı 
şə
rtləndirir. Bütün bunlar isə, aqrar sectorüzrə istehsal, bazar və sosial infrastrukturun 
inkişafını  tələb  edir. kincisi,Azərbaycanın  kənd  təsərrüfatı  istehsalının  strukturu,  bu 
sektor üzrə yerli potensial, daxili tələbat və ölkənin BƏB-də malik olduğumüqayisəli 
üstünlüklər nəzərə alınmaqla təkmilləşdirilməlidir. 
Kənd  təsərrüfatı  istehsalçılarının  maşın,  texnika  və  avadanlıqlarla,həmçinin 
mineral 
gübrələr 
və 
pestisidlərlə 
təminatının 
yaxşılaşdırılması,sektorun 
rəqabətqabiliyyətinin yüksəldilməsinin başlıca məsələlərindəndir. 
Fikrimizcə, 
aqrar 
sektorun 
rəqabətqabiliyyətliliyinin 
yüksəldilməsi 
baxımındanaqroservis 
xidmətlərinin 
inkişaf 
etdirilməsi 
işində 
dövlətin 
iştirakımüxtəlif  formalarda  ola  bilər. 
lk  növbədə,  yaradılmasına  ehtiyac 
duyulanaqroservis 
müəssisələri 
üzrə 
müvafiq 
dövlət 
orqanı 
tərəfindən 
nümunəvibiznes-planlar  hazırlanmaqla,  dövlət  bu  işə  metodiki  rəhbərlik  edə 
bilər.Aqrar  istehsalçıların  maliyyə  resurslarına  olan  ehtiyaclarınınödənilməsi  üçün 
daha  effektiv  vasitə,  hazırda  kənd  yelərindəfəaliyyət  göstərən  mikromaliyyə 
təşkilatlarının fəaliyyətlərinin daha dagücləndirilməsini stimullaşdırmaqdır.  
Ümumiyyətlə,  kənd  təsərrüfatı  istehsalçıları  üçün  əlverişli  bazarimkanlarının 
yaradılması baxımından aqrar sektorun dövlət tənzimlənməsininklassik vasitələrindən 
olan  dövlət  satınalmaları  və  qiyməttənzimlənməsinin  digər  formalarından  praktiki 
olaraq  istifadə  edilməməsi,həmçinin  aqrar  bazar  konyukturası  haqqında  və  digər 
istiqamətlərdəfermerlərə informasiya-məsləhət xidmətlərinin göstərilməməsi, hazırda 
ölkəninaqrar  bazarı  üçün  xarakterik  olan  monopsoniya  probleminin  daha 
daağırlaşmasına səbəb olur. Buna görə də, aqrar sektor üzrə qiyməttənzimlənməsi, o 
cümlədən  dövlət  satınalmaları  sisteminin  formalaşdırılması,eyni  zamanda,  kənd 
təsərrüfatı  məhsullarının  satışına  yardım,aqrar  bazar  konyukturası  haqqında 
fermerlərə 
informasiya-məsləhətxidmətlərinin 
göstərilməsi 
sisteminin 


formalaşdırılması  və  inkişafına  yardımedilməsi  olduqca  aktualdır.  Bu  baxımdan  da, 
hesab edirik ki, “Dövlət satınalmalarıhaqqında”, “Tənzimlənən qiymətlər haqqında”, 
“Yeyinti  məhsullarıhaqqında”  Azərbaycan  Respublikası  Qanunlarına,  “Qiymətləri 
(tarifləri)dövlət 
tərəfindən 
tənzimlənən 
malların 
(işlərin, 
xidmətlərin) 
Siyahısı”haqqında  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarına  əlavə 
vədəyişikliklər  edilməlidir.  Eyni  zamanda,  fermerlərə  dövlət  tərəfindən 
müxtəlifistiqamətlərdə  informasiya-məsləhət  xidmətlərinin  göstərilməsi  üçün 
vahidmetodologiyanı  özündə  əks  etdirən  Qaydalar  hazırlanmalı  və  NazirlərKabineti 
tərəfindən təsdiqlənməlidir. Bunlarla yanaşı, aqrar sektor üzrə dövləttənzimlənməsini 
həyata  keçirən  mövcud  təşkilati-idarəetmə  sistemindəyeni  struktur  dəyişikliklərinin 
edilməsi  də  zəruridir.  Bu  baxımdan,  hesabedirik  ki,  Kənd  Təsərrüfatı  Nazirliyinin 
nəzdində “Aqrar Bazarın TənzimlənməsiFondu” və “Aqrar Sektor üzrə  nformasiya-
məsləhət  XidmətiMərkəzi”  kimi  yeni  qurumların  yaradılması  məqsədəuyğun  olar. 
Hazırdayaradılması  hökumət  dairələrində  müzakirə  edilən  Dövlət  Taxıl  Fondu 
vəgələcəkdə  dövlət  mülkiyyətində  yaradılması  məqsədəuyğun  olan  digəranbar-
təsərrüfat tipli strukturlar Aqrar Bazarın Tənzimlənməsi Fondununinfrastrukturu kimi 
fəaliyyət  göstərə  bilər.  Eyni  zamanda,  Kənd  TəsərrüfatıNazirliyinin  nəzdində 
yaradılacaq Aqrar Sektor üzrə  nformasiya-məsləhətXidməti Mərkəzi ilə yanaşı, kənd 
təsərrüfatı 
profilli 
tədqiqat 
institutlarının(məsələn, 
Elmi-Tədqiqat 
Kənd 
Təsərrüfatının  qtisadiyyatı  və  Təşkili nstitutu)  və  təhsil  müəssisələrinin  (məsələn, 
Kənd  Təsərrüfatı  Akademiyası)  yanında  informasiya-məsləhət  xidməti  göstərən 
qurumların yaradılması da təşviq edilməlidir. 
Aqrar islahatlara start verildiyi gündən indiyədək yaradılmış normativ-hüquqi 
baza  bütövlükdə  kənd  təsərrüfatında  bazar  iqtisadiyyatına  keçid  prinsiplərinin 
reallaşdırılmasına  imkan  vermişdir.  Bu  baza  eyni  zamanda  aqrar  sahədə  çoxukladlı 
təsərrüfatçılıq  sisteminin  formalaşdırılmasını  və  inkişafını  təmin  etməklə, 
çoxmülkiyyətçiliyə  keçidi  qısa  tarixi  dövr  ərzində  cəmiyyətdə  sosial  qarşıdurma 
yaratrnadan  təmin  edə  bilmişdir.  Bütün  hallarda,  aqrar  sahədə  transformasiya 
prosesinin  Azərbaycan  modeli  respublikanın  özünə  məxsus,  təkrarolunmaz 
xüsusiyyətlərini 
və 
cəmiyyətdəki 
dominant 
motivasiyaları, 
dövlətçiliyin 


gücləndirilməsi  tələblərini,  əsas  sosial  qrupların  üstün  maraqlarını  yetərincə  əks 
etdirmiş və bu sahədə geniş  mənada  milli  təhlükəsizliyin təmin olunmasına xidmət 
göstərilmişdir. Qeyd olunan tezis əsasında davamlı aqrar islahat prosesinin normativ-
hüquqi  bazasının  formalaşdırılmasında  ölkənin  milli  maraqları  yüksək  səviyyədə 
təmin olunmuş və islahatın ilkin mərhələlərində mövcud aqrar istehsal potensialının 
özəlləşdirmə prosesinə optimal istiqamətləndirilməsi reallaşdırılmışdır. 
Azərbaycan  Respublikası  Prezidentinin  "Kənd  təsərrüfatı  məhsulları 
istehsalçılarının  kənd  təsərrüfatı  texnikası  ilə  təminatına  əlavə  dəstək  haqqında"  4 
iyun  2014-cü  il  tarixli  sərəncamı  ilə  bu  sahəyə  əlavə  büdcə  vəsaitinin  ayrılması, 
habelə 2015-ci ilin dövlət büdcəsində "Aqrolizinq" ASC-nin fəaliyyəti üçün nəzərdə 
tutulan  vəsaitin  artımı  hesabına  ölkənin  kənd  təsərrüfatı  texnikası  parkının  müasir 
maşın və avadanlıqlarla təchizi davam etdiriləcək. 
Heyvandarlığın  cins  tərkibinin  başqa  ölkələrdən  gətirilən  cins  heyvanlar 
hesabına yaxşılaşdırılması tədbirləri ilə yanaşı, hazırda bu işin daha böyük miqyasda 
aparılması  üçün  ölkənin  özündə  müvafiq  maddi-texniki  və  elmi  bazanın 
gücləndirilməsi  siyasətinə  üstünlük  verilir.  Bu  baxımdan  Azərbaycan  Respublikası 
Prezidentinin  "Azərbaycan  Respublikasında  heyvandarlığın  inkişafı  ilə  bağlı  əlavə 
tədbirlər  haqqında"  6  iyun  2014-cü  il  sərəncamı  ölkədəki  heyvandarlıq 
təsərrüfatlarında  cins  tərkibinin  yaxşılaşdırılması  və  məhsuldarlığın  artırılması 
istiqamətində  görülən  işlərin  davamlılığına  və  əhatə  dairəsinin  genişləndirilməsinə 
mühüm töhfədir. 
Bakıda  və  Abşeronda  kənd  təsərrüfatı  məhsullarının  tədarükü,  saxlanılması, 
daşınması,  ixracı  və  satışını  təmin  edəcək  və  tutumu  110  min  ton  olan  3  logistik 
mərkəzin  və  daxilində  "fermer  mağazaları"  da  fəaliyyət  göstərəcək  "yaşıl  market" 
kompleksinin  layihələri  razılaşdırılmış,  tikintisi  güzəştli  kreditlər  hesabına 
maliyyələşdirilmişdir.  Həmin  obyektlər  bu  ilin  sonunadək  istifadəyə  veriləcək. 
Bundan əlavə, kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə 
Qazaxıstanın  Aktau  şəhərində  logistik  mərkəzin  tikintisinə  başlanılmışdır.  Belə 
mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində tədbirlər davam edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə