tənzimlənməsində yuxarıda adları çəkilən normativ sənədlərlə yanaşı növbəti
göstərilən sənədlər də aqrar sektorun tənzimlənməsində olduqca mühüm aktlar hesab
edilir:
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 02 may 2012-ci il
tarixli 04Q nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu
ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum
istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə”də dəyişikliklər edilməsi
haqqında 09.07.2012-ci il tarixli qərarı;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti Хidməti, Respublika Nəzarət Toksikologiya laboratoriyası
tərəfindən göstərilən pullu xidmətlərin tarifləri barədəAzərbaycan Respublikası Tarif
(Qiymət) Şurasının 2006-cı il 29 iyun tarixli iclasının qərarı;
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin
tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının2007-ci il
26 iyul tarixli qərarı;
- Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin
inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə Azərbaycan
Respublikası Prezidentinin 03 may 2011-ci il tarixli Sərəncamı;
- “Arıçılıq haqqinda” Azərbaycan Respublikasının qanunu (14 aprel 2009-cu
il);
- “Pambıqçılıq haqqinda” Azərbaycan Respublikasının qanunu (11 may
2010-cu il);
- “Ekoloji təmiz kənd təsərrüfati haqqında” Azərbaycan Respublikasının
Qanunu (13 iyun 2008-ci il);
- "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədəAzərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (8 yanvar 2009-cu il);
- “Kənd
təsərrüfatı
məhsullarının
istehsalçılarına
ə
kin
sahəsinin
becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin
vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının
istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı;
- Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq
heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli Sərəncamı.
Bu gün Azərbaycan Respublikasında aqrar müqavilə münasibətlərini
tənzimləyən və bu münasibətlərin hüquqi əsasını təşkil edən ən əsas qanunvericilik
aktı Mülki Məcəllədir. Bu məcəllədə müqavilə münasibətləri ilə bağlı bütün
müddəalar, müqavilələrin formaları, onların zəruri şərtləri və s. əks olunmuşdur.
Aqrar sahədə antiinhisar fəaliyyətinin hüquqi əsaslarının təhlili göstərir ki,
aqrar sahədə xüsusi önəm daşıyan digər bir problem inhisarçılıqdır. Çünki inhisarçılıq
bazar iştirakçıları arasında qeyri-bərabər şərait və imkanlar yaradaraq, onların
hüquqlarının pozulmasına yol açır. Bunun üçün mütləq dövlətin tənzimləyici
funksiyasının həyata keçirilməsinə ehtiyac yaranır.
Xatırladaq ki, hazırda inhisarçılığa və inhisar fəaliyyəti subyektlərinə qarşı
dövlət siyasəti «Antiinhisar fəaliyyəti haqqında» və «Təbii inhisarlar haqqında»,
«Haqsız rəqabət haqqında» qanunlarla, eləcə də «Razılaşdırılmış antiinhisar
siyasətinin həyata keçirilməsi haqqında» MDB ölkələri arasında imzalanmış
müqavilə ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.
Beləliklə, aqrar qanunvericiliyin mövcud vəziyyəti qiymətləndirilərkən qeyd
edilməlidir ki, aqrar hüququnun hazırki vəziyyəti bu sahədə yaranan iqtisadi, sosial,
təşkilati və digər münasibətləri ümumiləşmiş şəkildə əks etdirməklə qarşıya
qoyulmuş strateji məqsədlərə qismən nail olunmasına imkan versədə bu sahədə
mümkün təkmilləşmələrin həyata keçirilməsizəruridir.
3.2 Azərbaycan Respublikasında aqrar sektorun davamlı inkişafının
tənzimlənməsinin və reallaşdırılan aqrar islahatların hüquqi təminatının
təkmilləşdirilməsi istiqamətləri
Azərbaycanda aqrar siyasətin iqtisadi və qeyri-iqtisadi vasitələrə əsaslanan
tənzimləmə mexanizmlərinin formalaşdırılması prosesi çox mühüm əhəmiyyətə
malikdir. Çünki bazar iqtisadiyyatına keçid prosesini yaşayan bir çox ölkələr kimi
Azərbaycanda da transformasiya şəraitində iqtisadiyyatın tənzimlənməsi ilk vaxtlar
“bazar hər şeyi həll edir”devizi altında yalnız bazar mexanizminin ixtiyarına
buraxılmışdır. Bu baxımdan biz sanki “Roma Papasından da katolik olmağı”
özümüzə borc sayaraq, hətta ən liberal bazar prinsiplərinin mövcud olduğu ölkələr
qədər də aqrar sektora zəruri dövlət müdaxiləsi etməmişik. “Bu maksimalist yanaşma
nəticəsində bütün iqtisadi və siyasi proseslərin əsas təşkilatçısı və koordinatoru olan
dövlət ölkənin kənd təsərrüfatının işlək və səmərəli tənzimlənmə siyasətindən qismən
uzaqlaşmış və onun aqrar bölmənin inkişafına müdaxiləsi məhdudlaşmışdı. Daha
doğrusu, dövlətin funksiyası əsas etibarilə bazar mexanizminin qanunvericilik və
təşkilati-idarəetmə bazasının yaradılması ilə bitmiş sayılmışdı. Ona görə də təsadüfi
deyildir ki, keçid dövründə torpağın və istehsal vasitələrinin özəlləşdirilməsi,
qiymətlərin liberallaşdırılması, subsidiyaların və dövlət satınalmalarının tamamilə
ləğv edilməsi aqrar sektorun mövcud durumunu pisləşdirmiş, kənd təsərrüfatı
istehsalçılarının maliyyə fəaliyyətlərinin zərərlə başa çatdırılmasına gətirib
çıxarmışdır” ((S.Salahov (2002)).
Hökumətin iqtisadi vasitələrə əsaslanan tənzimlənmə mexanizmlərinin
formalaşdırılması prosesi ilk dəfə “1999-2000-ci illərdə Azərbaycan Respublikasında
aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına
kömək göstərilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilmişdir. Belə
ki, 1999-cu ildə hökumət kənd təsərrüfatı məhsullarının istehsalçılarına neft
məhsullarının (yük avtomobilləri üçün benzin, dizel yanacağı və motor yağlarının)
güzəştli qiymətlərlə satışı barədə qərar qəbul etdi. Lakin, həm mütəxəssislərin, həm
də elə bütün ictimaiyyətin yekdil rəyinə görə bu siyasət lazımi effekt vermədi. Çünki,
birincisi, güzəştli qiymətlərlə satılması nəzərdə tutulan yanacağın həcmi müvafiq
ehtiyaclarla müqayisədə az idi. kincisi, güzəştli qiymətlərlə satılması nəzərdə tutulan
yanacaq əksər hallarda təyinatından uzaqlaşdırılırdı. Bununla da, istehsalçıların çoxu
Dostları ilə paylaş: |