Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə32/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   28   29   30   31   32   33   34   35   ...   122

qayıdan  elçisi  Həsən bəyi  gözləmişdi.  Bu  fakt  sübut  edir  ki,  Afanasi 
Nikitin  ticarət  məqsədi  ilə  Azərbaycana  gəlmək  üçün  yola  çıxdığı 
üçün  mənzilbaşına  məhz  bu  ölkədən  olan  elçi  ilə  getmək  istəyirdi. 
Volqa çayı  ilə aşağı enən Afanasi Nikitin və başqa rus tacirləri  yolda- 
Həştərxan  yaxınlığında  quldurlar  tərəfindən  qarət  olundular. 
Tacirlərin  bir  qrupunu  isə  Qaytaq  hakimi  əsir  aldı.  Lakin  Şirvanşah 
Fərrux  Yasar  işə  qarışdıqdan  sonra  rus  tacirləri  azad  olundular  və 
Şirvana  gəldilər.  Afanasi  Nikitin  səyahətnaməsindən  məlum  olur  ki, 
onun,  həmçinin  başqa  rus  tacirlərinin  malları  əlindən  alındığından 
geri  qayıtmaq  istəyirdilər.  Lakin  “Rusiyaya  çatmaq  üçün”  əlilərində 
heç nəyi  yox idi. Afanasi Nikitinin yazdığına görə,  digər tacirlər kimi 
onun  da  Azərbaycana  satmaq  üçün  gətirdiyi  malları  borc  almışdı. 
İndi  qarət  olunmuş  tacirlərin  bir  çoxu  kimi  o  da  Rusiyaya  əliboş 
qayıda  bilməzdi.  Buna görə  də  səyyahın  yazdığı  kimi  “hərə  bir yana 
dağılışmışdı”.  Tacirlərin  bəzisi  Rusiyaya  qayıtmış,  Rusiyada  borcu 
olanlar  “hara  gəldi  getmiş”,  bəzisi  Şamaxıda  qalmış,  digərləri  isə 
Bakıya  işləməyə  getmişdi.  Beləcə  Afanasi  Nikitin  də  Rusiyaya 
qayıda  bilməmiş,  səyahətini  davam  etdirməyə  məcbur  olmuşdu. 
Səyyah yazır ki,  “Mən isə Dərbəndə, oradan da sönməyən  alov yanan 
Bakıya getdim” 1
Afanasi  Nikitin  dənizlə  Mazandarana  getmiş,  nəhayət 
Hörmüzə  çatmış,  oradan  da  Hindistana  yola  düşmüşdü.  Hindistanda 
yaşadığı  dövrlərlə  əlaqədar  Afanasi  Nikitinin  bir  qeydi  də  onun 
əvvəlcədən  Hindistana  getmək  fikri  olmadığını,  bu  ölkəyə  İran 
tacirlərinin  məsləhəti  ilə  gəldiyini  göstərir.  Hindistanda  üç  ilə  qədər 
yaşadıqdan  sonra  geri  qayıdarkən  1472-ci  ildə  Afanasi  Nikitinin 
Ağqoyunlu  dövləti  ərazisinə  daxil  olan  Sultaniyyə  və  Təbrizdə 
olmuş,  oradan  da  Ərzincana-Uzun  Həsənin  hərbi  düşərgəsinə 
getmişdi.
O,  Uzun  Həsənlə  görüşmüş  və  10  gün  burada  qalmışdı. 
Yoluna  davam  edən  Afanasi  Nikitin  Ağqoyunlu  hökümdarının  hərbi 
düşərgəsindən Ərzincanın  özünə,  oradan  da Aralıq  dənizi  sahilindəki 
Trabzon  şəhərinə  gəlir.  Trabzondan  sonra  öz səyahəti  zamanı  üçüncü
124
dənizi  -  Qara  dənizi  arxada  qoyaraq  vətəni  Rusiyaya  qayıdır,  lakin 
doğma Tverə çatmamış yolda vəfat edir.
Ruslar  1500-ci  ildə Uralı  ələ  keçirdikdən sonra qərbdə Şimali 
Dvinadan şərqdə Peçora və Oba qədər Şimal  buzlu okeanı  sahillərinə 
sahib  oldular.  IV  İvan  1552-ci  ildə  Kazanı  ələ  keçirdi,  dörd  il  sonra 
1556-cı  ildə  Astarxan  döyüşsüz  təslim  oldu.  Bundan  sonra  Rusiyalı 
tacirlər  Volqadan  sərbəst  üzməklə  Xəzər  dənizinə  keçmək  imkanı 
qazandılar.  Lakin  aşağı  Volqada  və  Yaik  çayı  boyunca  Noqay 
Ordasından olan köçəri  tatarlar tacirlərə hücum edərdilər.
Bu 
dövrdə 
Rusiyanın 
prioritetləri 
dəyişir. 
Şərqdə 
uğurlarından  ruhlanan  IV  İvan  Baltik  dənizində  də  möhkəmlənmək 
qərarına gəlir və  bu məqsədlə  1558-ci  ildə  Livon  Ordeninə müharibə 
eldn  edir.  Əvvəllər  əməliyyatlar  uğurlu  keçsə  də,  1569-cu  ildə 
Polşanın  Litva  ilə  birləşməsindən  (Reç  Pospolitiya)  sonra  vəziyyət 
dəyişir.  1575-ci  ildə  Stefan  Batoriy  Reç  Pospolitiyanın  kralı 
seçiləndən  sonra əks hücumla ruslar pribaltikadan  sıxışdırılır.  Batoriy 
Pskova yaxınlaşır, bu zaman  İsveç ordusu Novqoroda hücum edirlər.
Rusiyanın  Avropa  hissəsindən  olan  dənizçilər  Ob  körfəzinə 
və Yeniseyin mənsəbinə üzməyə başlayır.  Onlar Şimal  buzlu okeanın 
sahilləri  ilə  koç  adlanan  kiçik  yelkənli  gəmilərlə  hərəkət  edərdilər. 
Bu  gəmilərin  gövdəsi  ikili  örtüyə  malik  idi  və  gəmilər  yumurta 
formasında  olduğundan  buz  qatı  onu  əzə  bilmirdi.  Bu  gəmilərin  adı 
“kotsi”-  buz  şuba  sözündən  götürülmüşdür  ki,  pamor  xalqı  buz 
müdafiəsi  ilə  bağlı  olan  hər  şeyi  belə  adlandırırdılar.  Tez-tez  şimal 
yolu  ilə 20-30 koçdan  ibarət  ticarət karvanı  hərəkət edərdi.
1610-cu  ildə  Kondratiy  Kuroçkin  Truxanskdan  başlayaraq 
mənsəbinə  qədər  aşağı  Yeniseyin  farvaterini  (dənizdə  gəmi  keçə 
bilən  yer)  tədqiq  etdi.  O,  müəyyən  etdi  ki,  Yenisey  Karsk  dənizinə 
tökülür.
Şərqə  doğru,  tayqaya və  Şərqi  Sibir tundurasma hərəkət edən 
rus  səyyahları  Asiyanın  iri  çaylarından  biri  olan  Lenanı  kəşf etdilər. 
1632-ci  ildə  Lena  sahillərində  “Yakutsk  qalası”  yaradıldı  ki, 
sonradan  o,  iri  inzibati  mərkəzə  çevrildi.  Yakutskdan  rus  səyyahları 
Lenanın  yuxarılarına-onun  qolları  Olekme  və  Vitimə  hərəkət
125


edərdilər.  Sonra  səyyahlar  su  ayrıcı  dağ  silsiləsini  keçərək  Amur 
çayının sahillərinə çıxardılar.
Amur  hövzəsinə  çıxmış  ilk  şəxs  Vasiliy  Daniloviç  Poyarkov 
idi.  1643-cü  ilin  iyulunda  Yakutiya  voyevodası  (qədim  Rusiyada: 
qoşun  başçısı  və vilayət  hakimi)  Pyotr Qolovinin  tapşırığı  ilə  cənub- 
şərqi  Sibirin  təbii  ehtiyatlarını  öyrənmə  məqsədi  güdən  ekspedisiya 
hazırlandı.  Ekspedisiyaya  Poyarkov  rəhbərlik  edirdi.  Onlar  Lena 
vasitəsilə  Aldan  çayına  çatdı,  çay  yuxarı  hərəkət  edərək  onun  qolları 
Uçur  və  Qonama  çatır.  Payızda  çay  donur,  ona  görə  də  Poyarkov 
ekspedisiyanın  bir  hissəsini  qışlamaq  üçün  Qnomda  qoyaraq  90 
nəfərlik  dəstə  ilə  narta  (şimalda:  it  və  ya  maral  qoşulan  kirşə)  və 
xizəklərlə  Stanov  dağ  silsiləsindən  keçərək  Zeya  çayına  tökülən 
Bryatm  çayının  yuxarısına  çıxdılar.  Amur-Zeya  düzənliyi  ilə  10  gün 
hərəkət  edən  dəstə  Umlekan  çayına  (Zeyanın  sol  qolu)  çatır.  Burada 
Poyarkov qala düzəldir və qışı  keçirir.
Yerli  əhali  (daurlar)  alaçıqlarda  yaşayır,  köçəri  həyat  sürür, 
Mancuriya və  Çinlə  ticarət  edərdilər.Poyarkov  onlardan  tələb  etdi  ki, 
daurlar  rus  çarına  xərac  versinlər  və  bu  məqsədlə  yerli  zadəganları 
əsir  aldı.  Yaşayış  məskənlərindən  birini  talayan  Polyakov  50  kazakı 
digər  məntəqəyə  göndərir.  Lakin  atli  dəstə  yığan  daurlar  kazakları 
məğlub  edirlər.  1644-cü  ilin  mayında  Qonam  çayında  qışlayanlar 
Poyarkovun  yanma  gəldilər  və  ekspedisiya  Zeya  çayı  ilə  yoluna 
davam edərək iyun  ayının  sonunda  Amur çayına  çatdı.  Poyarkovun 
başçılığı  ilə  dəstənin  bir  hissəsi  gümüş  tapmaq  məqsədilə  Amurun 
yuxarısına,  digər  hissə  isə  kəşfiyyat  məqsədilə  Amurun  aşağılarına 
hərəkət  etdilər.  Üç  gündən  sonra  dənizin  uzaqda  olduğunu 
müəyyənləşdirən  kəşfiyyatçılar geri  qayıtdı.  Poyarkov  da  su  axarının 
əksinə  hərəkətin  çətin  olduğunu  görərək  ekspedisiyanı  Çay  axarına 
istiqamətləndirdi.  Bir  neçə  aydan  sonra  ekspedisiya  Amurun  mənsə­
binə çatdı  və qışı  burada keçirdi.
1645-ci  il  mayın  sonunda Amurun  mənsəbində  buz  əridikdən 
sonra  Poyarkov  Amur  limanına  (çay  körfəzi  yaxud  dənizə  yaxın  şor 
göl)  çatdı,  cəhuba  getməyə  risk  etməyərək  şimala  döndü  və  Oxot 
dənizinə  çıxdı.  Güclü  qasırğa  Poyarkovun  gəmilərini  Şantar
126
adalarından birinə atdı.  Lakin hər şey ekspedisiya üçün yaxşı qurtardı 
və  1645-ci  ilin  sentyabrında  onlar  Uli  çayının  mənsəbinə  çatdılar. 
Burada  kazaklar  evenklərlə  rastlaşdı  və  üçüncü  qışlamaya  qaldılar. 
1646-cı  ilin  yazında  dəstə  kirşələrlə  Maya  çayına  çataraq  qayıqlar 
düzəltdi,  Maya,  Aldan  və  Jena  çayı  ilə  hərəkət  edərək  üç  həftəyə 
Yakutska  çatdı.  Üç  illik  səyahət  zamanı  Poyarkov  8  min  km  yaxın 
məsafə,  o  cümlədən  Amur  çayı  ilə  2  min  km  qət  etdi.  O,  Lenadan 
Amur çayına yeni  yolla hərəkət  edərək  Uçur,  Qonam,  Zeya çaylarını 
kəşf  etdi  Saxalin  haqqında,  Amur  sahillərində  yaşayan  Daurlar, 
Dyüçerlər,Nanaylar və Nivələr haqqında məlumat topladı.
Poyarkovun  başladığı  işi  Yerofey  Pavloviç  X abarov  davam 
etdirdi. 1649-cu ildə  70 nəfərlik dəstə  Xabarovun başçılığı  ilə Olekme 
və  Lena  çayları  ilə  cənuba  hərəkət  etdilər.  Bu  çaylarda  axına  qarşı 
hərəkət etmək çətin  idi.  İlk  soyuqlar dəstəni  Tunqir çayında yaxaladı. 
1650-ci  ilin  yanvarında  ekspedisiya  cənuba  hərəkətlərini  davam 
etdirərək  yazda  Urki  çayına  çatdı.  Buradan  Xabarov  Amur  aşağı 
hərəkət  etdi.  Burada  Poyarkovun  əlindən  yanıqlı  olan  Daurlar 
Xabarovdan  geri  qayıtmağı  tələb etdi.  Daurlarda Çindən  aldıqları  top 
və tüfəng var idi.  Xabarov Amurda 50 nəfər qoyaraq  kömək gətirmək 
üçün  1650-ci  ilin  mayında  Yakutska  qayıdır.  Voyevoda  Frantsbekov 
Xabarova yaxşı silahlanmış dəstə verir.
1650-ci  ilin  yayında  Xabarov  əvvəlki  marşrutla  Yakutskdan 
yola  düşərək  Amurdakı  dəstəyə  çatır.  Bu  dəstə  Lavka  şəhərciyində 
möhkəmlənərək  durların  hücumlarını  dəf  edirdilər.  Xabarovun 
dəstəsi  şəhərciyi  mühasirə  edən  daur  dəstəsini  darmadağın  edir, 
bundan  sonra  birləşmiş  dəstə  bir  neçə  daur  məskənini  ələ  keçirir. 
Dəstənin  bir  hissəsi  əsir  alınmış  duları  və  ələ  keçirilmiş  qəniməti 
götürərək  Yakutska  gedir,  Xabarovsk  isə  əsas  dəstə  iləAmur  aşağı 
hərəkət  edərək  bir  neçə  gündən 
sonra  knyaz  Qayqudarın 
möhkəmləndirilmiş  şəhərinə  çatır.  Xabarov  Qayqudardan  rus  çarına 
xərac  ödəməyi  tələb  edir.  Rədd  cavabı  aldıqda  şəhər  hücumla  alınır 
və  bu  zaman  600  sakin  öldürülür.  Beş  gündən  sonra  dəstə  yoluna 
davam edir,  lakin ətraf kəndləri  boş və tarlaları  yanmış görür.
127


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə