Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə17/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   13   14   15   16   17   18   19   20   ...   115
kitab20111201125922638

İntellektual yüksəliş 
Bütün maneələrə baxmayaraq azərbaycanlılar kökü Qərbi Avropadan gələn 
və XIX yüzilliyin başlanğıcından etibarən Rusiyada sürətlə yayılmağa başlayan 
ictimai, siyasi, vətəndaşlıq və dini hüquqlarla bağlı ideyalara hakimiyyətin gözlədiyi 
şəkildə laqeyd yanaşmadılar. 1860-cı ildən sonra həmin ideyalar Rusiyanın qabaqcıl 
mədəni təbəqələrinin şüuruna hakim kəsildi. İmperiyanın digər xalqları da bu 
yeniliklərə can atmağa başladılar. 
Aydındır ki, böyük ideyalara qovuşmaq, intellektual əlaqələr yaratmaq üçün 
ilk növbədə özünü öyrənmək, öz millətini, onun tarixini, müasir vəziyyətini
ehtiyaclarını, amal və ideallarını dərindən araşdıraraq müəyyən nəticələrə gəlmək 


29 
lazımdır. Bu vəzifənin dərki xalqın bütün gücünün və intellektual imkanlarının 
səfərbərliyə almmasını tələb edir. Bu sahədə çalışanları Rusiyanın hədə-qorxusu və 
təqibləri öz yollarından çəkindirməmişdi. Onlar qarşıya qoyulan əngəllərə əhəmiyyət 
vermirdilər. O da həqiqətdir ki, əlli il ərzində Azərbaycanlılar arasında ədəbiyyat 
adamları – şairlər, dramaturqlar, jurnalistlər, habelə siyasi xadimlər yetişmişdilər, 
onların çoxu Rusiyada, eləcə də xaricdə universitet təhsili almışdı. Bioqrafiya (çox 
güman ki, burada etnogenezis, Azərbaycan xalqının mənşəyinin araşdırılması nəzərdə 
tutulur-tərc), xalqın etnik mənşəyi ilə bağlı məsələlər günün başlıca mövzusuna 
çevrilmişdi. Milli məktəblərin yaradılması planlaşdırılırdı, ana dilinin, milli ədəbiyyat 
və tarixin öyrənilməsi bir vəzifə kimi qarşıya qoyulur, müvafiq proqramlar tutulurdu. 
Əcnəbi müəlliflərin ən yaxşı əsərləri tərcümə olunur, dərsliklər və müntəxabatlar 
tərtib edilirdi, xarici ölkə ədəbiyyatlarının tarixi ilə bir sırada elmi-tədqiqatlar və 
sosioloji əsərlər çap olunurdu. Dövri mətbuat - jurnallar, qəzetlər meydana çıxırdı. 
Həmin mətbu orqanlar azərbaycanlıları mədəni millətlərin gördüyü işlərlə tanış 
etməkdə böyük rol oynayırdı. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə