Gəncə şəhəri 42 nömrəli tam orta məktəbin informatika müəllimi Şirinova Aynurənin “Alqoritm” mövzusuna hazırladığı dərs
Əl- Xarəzmi
1. Motivasiya
Müəllim tərəfindən hazırlanmış təqdimat nümayiş olunur.
Bu zaman müəllim sinifə müraciətlə soruşur: Uşaqlar siz deyə bilərsinizmi: Bizim həyatımızı asanlaşdıran nədir? Kompüter vasitəsilə biz hansı işlərimizi yerinə yetiririk? Bəs bunu necə edirik?
Tədqiqat sualı:
Alqoritm olmasa bizim həyatımızda hansı dəyişikliklər olar?
Uşaqlar şəkildə nə edir? Onların hərəkətlərinin ardıcıllığının əhəmiyyəti varmı?
Düzbucaqlının perimetrini hesablamaq alqoritmi:
1. Düzbucaqlının tərəflərinin uzunluğunu (a və b) müəyyən etmək
2. Birinci tərəfi ikiyə vurmaq: 2a
3. İkinci tərəfi ikiyə vurmaq: 2b
4. 2 və 3-cü addımların nəticəsini toplamaq: P=2a + 2b
Tədqiqatın aparılması
Şagirdlərin fəal iştirakı ilə fəal mühit yaradılır.
Şagirdlər 3 qrupa bölür.
Hər qrupa taşırıq verilir.
Şagirdlər “İş vərəqləri”ndə tapşırığı həll etməyə çalışırlar.
Qrup:1
TAPŞIRIQ: 1.
Çörəyin yaranma alqoritmini qurun, şəkilləri hər mərhələyə uyğun ardıcıllıqla düzün.
TAPŞIRIQ: 2.
Kompüteri açmadan Paint proqramını başlada bilərsinizmi?
Qrup:2
Tapşırıq:1
Səməninin cücərdilmə alqoritmini qurun, verilmiş şəkilləri hər mərhələyə uyğun ardıcıllıqla düzün.
Tapşırıq:2
Düzgün ardıcıllıqla düzün.
Şagird evə qayıdır
şagird dərsdə iştirak edir
şagird məktəbə gedir
Qrup: 3
Tapşırıq: 1
Kitabın yaranma alqoritmini qurun, şəkillərə əsasən ardıcıllığı düzgün qeyd edin.
Tapşırıq:2
Bunlardan hansı alqoritm icraçısı ola bilməz?
A)İnsan
B)Ağac
C)İt
D)Robot
Ümumiləşdirmə və nəticə
Fikirlərimizi ümimiləşdirərək belə bir nəticəyə gəlirik:
-Alqoritm nəticəyə gətirib çıxaran hərəkətlər ardıcıllığıdır.
Yaradadıcı tətbiqetmə
Uşaqlar,sizə məlum olan nağıllardan alqoritm tərtib edin və kompyuterdə yazın.
|
Meyarlar
|
Yaxşı
|
Orta
|
Zəif
|
1
|
“Alqoritm” anlayışını izah etmə.
|
|
|
|
2
|
Sadə alqoritmi addımlarla söyləmə.
|
|
|
|
3
|
Addımlarla yazılmış alqoritmi icra etmə.
|
|
|
|
Dostları ilə paylaş: |