Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


QAFQAZ AZƏRBAYCANI CÜMHURİYYƏTİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə13/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   9   10   11   12   13   14   15   16   ...   115
kitab20111201125922638

QAFQAZ AZƏRBAYCANI CÜMHURİYYƏTİ 
 

 
AZƏRBAYCANIN MƏNŞƏYİ - MÜSTƏQİL XANLIQLAR VƏ ONLARIN 
TƏNƏZZÜLÜ 
 
Mənşə 
Qafqazın, daha dəqiq desək, Transqafqazın cənub-şərq bölgəsində ən qədim 
zamanlardan etibarən əsasən türk, qismən də tatar tayfalarından ibarət xalqlar 
yaşamışlar. Bu tayfalar, habelə bir sıra İran ünsürləri zaman keçdikcə daha çoxsaylı, 
daha güclü və daha enerjili olan türklərlə qaynayıb-qovuşmuşlar. Həmin qaynayıb-
qarışma nəticəsində Qafqazın bu hissəsində yaşayan yerli əhali ölkələrinin adı ilə 
Azərbaycan türkləri, yaxud daha çox azərbaycanlılar adlandırılmışlar. 
Köçəri tayfaların hərəkət yolu üzərində yerləşən və onların işğalçı 
müharibələrində hədəf rolunu oynayan Azərbaycan Qafqaz dağlarından Xəzər 
dənizinə və Xəzər dənizi arxasında Urmiya gölünə qədər geniş bir ərazini əhatə edir. 
Ölkəyə öz adını vermiş mərkəz onun Xəzər dənizi sahilindəki hissəsidir. İndi bu hissə 
məşhur neft yataqlarına malik şəhərin adı ilə Bakı bölgəsi kimi tanınır. 
Dərinliklərində təbii neft və qaz sərvəti gizlənmiş bu bölgə ən qədim 
zamanlardan etibarən “əbədi odlar yurdu” kimi məşhurlaşmışdır. Kökü qədim fars 
sözü olan “Azərpataqan”dan yaranan “Azərbaycan” yaxud da “Azəristan” adı da ilk 
növbədə bu zəngin təbii sərvətilə əlaqədardır. Tarixə qədərki dövrdən məlum olan bu 
ad yalnız özü haqqındakı rəvayətlərə əsaslanmır. Bakı regionundakı zəngin neft 
yataqları Azərbaycanın mənşəyini hər hansı yazılı mənbədən daha yaxşı ifadə edir. 
Sönməyən alov dilləri kimi Azərbaycan da taleyin oyunlarına, siyasi və sosial 
çevrilişlərə, iqtisadi dəyişikliklərə baxmayaraq öz yoluna davam etmişdir. 
Azərbaycan torpaqları Makedoniyalı İskəndərdən tutmuş Teymurləngə qədər bir çox 
məşhur fatehlər görmüş, onun sakinləri ərəblər, farslar, osmanlı türkləri və başqaları 
ilə üz-üzə gəlmişdilər. Bu çağırılmamış qonaqlar təbii ki, Azərbaycanın ərazi 
V
ə etnik 
tərkibinin əsaslı surətdə dəyişilməsinə təsir göstərmişdilər. Ölkənin bir hissəsi hərbi 
güc tətbiq edilməklə İrana birləşdirilmiş, digər hissəsi isə Qafqazın coğrafi sərhədləri 
daxilində qalmışdır. Məhz bu şərait Azərbaycan xalqının taleyində mühüm rol 
oynamışdır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə