Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə20/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   16   17   18   19   20   21   22   23   ...   115
kitab20111201125922638

IV 
 
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN HÖKUMƏTİ VƏ ONUN PAYTAXTI 
BAKI ŞƏHƏRİ 
 
Azərbaycan hökuməti 
Azərbaycan Cümhuriyyətinin müstəqilliyi elan edilən kimi Milli Şura 12 
nazirdən ibarət hökumət yaratdı. Milliyyətcə azərbaycanlı olan həmin dövlət 
xadimlərinin çoxu Rusiyada və xaricdə universitet və texniki institutlar bitirmiş 
ziyalılar idilər. Özünə müvəqqəti iqamət yeri kimi Yelizavetpol-Gəncə şəhərini 
seçmiş Azərbaycan hökumətinin ilk addımı Bakını və onun civarlarını hələ 1918-ci 
ilin martında şəhəri zəbt etmiş bolşevik işğalçılarından təmizləmək oldu. 
Bakı, Azərbaycanın paytaxtı 
Bütün dünyada neft mədənləri ilə şöhrətlənən Bakı Azərbaycanın 
paytaxtıdır. 
Bu şəhər hətta Rusiya hakimiyyəti dövründə də Qafqazdakı müsəlman 
əhalinin yalnız iqtisadi deyil, həm də intellektual, dini və siyasi mərkəzi idi. 
Müəyyən əhəmiyyətə malik bütün təşkilatlar, o cümlədən xeyriyyə 
cəmiyyətləri, sosial və siyasi qurumlar, bir sıra ictimai mstitutlar, mətbuat orqanları 
məhz Bakıda yaradılmışdı və indi də burada fəaliyyət göstərməkdədir. Diqqətəlayiq 
haldır ki, ən diqqətəlayiq intellektual qüvvələr - professorlar, həkimlər, 
hüquqşünaslar, jurnalistlər və s. bu şəhərə toplaşmışlar. 
Mənşə etibarilə Bakı qədim müsəlman şəhəridir və taleyin bütün 
dəyişkənliklərinə, kəşməkəşlərinə baxmayaraq, indi də belə bir yer olaraq 
qalmaqdadır. Şəhərin qədim tarixi hissəsində Xan sarayı, xanların məzarı və əfsanəvi 
Qız qalası (mətndə azərbaycanca Qız qülləsi kimi verilmişdir - tərc.) yerləşir. Bütün 
bu abidələr xalqın keçdiyi tarixi yolun, şəhərin qədimliyinin canlı şahidləridir. 
Torpaq sahələri və iri mülklər regionun yerli sakinlərinə məxsusdur və bu 
vəziyyət indi də dəyişməz olaraq qalmaqdadır. Bakı ətrafındakı neft mədənlərinin 
sahibləri və burada çalışan insanlar arasındada da yerlilər üstünlük təşkil edirlər. 
Yerli əhalini birləşdirən təkcə maddi maraq deyil, daha çox ənənə 
ümumiliyi, onlan bu ölkə ilə bağlayan mədəni və tarixi köklərin vəhdətidir. Bakının 
yaxınlığında müsəlmanların ziyarətgahına çevrilmiş müqəddəs məzarlar var. Bunların 
sırasında həm də zəngin neft yataqları rayonu kimi tanınan Bibi-Heybətin adını 
çəkmək olar. Əhalinin Bakını iqtisadi, zehni, dini və siyasi mərkəz, bir sözlə, paytaxt 
seçmələri heç də təsadüfi deyildir. Yeni Azərbaycan dövlətinin gələcəyi Bakı ilə o 
qədər sıx bağlıdır ki, Cümhuriyyətin mövcudluğunu bu şəhərsiz təsəvvürə gətirmək 
mümkün deyil. Bakısız Azərbaycan başsız bədənə bənzəyir. Bütün bunlardan sonra 


34 
İstanbulda bir araya gələn Azərbaycan nümayəndələrinin 1918-ci il sentyabrın 12-də 
Avropa səfirliklərinə göndərdikləri qəti etirazı başa düşmək çətin deyil. Bu etiraz 
1918-ci il sentyabrın 9-da Almaniya ilə bolşeviklər arasındada imzalanmış Brest-
Litovsk müqaviləsinə əlavə maddələrdən irəli gəlirdi. Müqavilənin üçüncü 
maddəsində deyilirdi: 
“Rusiya hökuməti Bakı neft mədənlərinin fəaliyyətini intensivləşdirmək və 
oldə olunan məhsulun dörddə bir hissəsinin Almaniyaya göndərməklə bağlı öz 
üzərinə təhəddüd götürür”. 
Bu akt hüquqi nöqteyi-nəzərindən çox əsassız, qeyri-qanuni idi, heç bir 
siyasi və əxlaqi bünövrəyə söykənmirdi və təbii ki, Brest-Litovsk müqaviləsinin özü 
kimi onun olavə maddələrı də ləğv olunmalıdır. İstənilən halda bu ədalətsiz akt heç 
bir vaxt, heç bir vəchlə Azərbaycan dövləti tərəfindən qəbul edilməyəcək. Neft 
istehsalının yerli tələbatı üstələməsinə və Azərbaycan dövlətinin həmin artıq məhsulu 
hazırkı dövrdə yanacağa ciddi ehtiyac duyan ölkələrə müvafiq müqavilələr bağlamaq 
yolu ilə satmağı öz üzərinə götürməsinə baxmayaraq Respublika Bakı mədənlərindəki 
neftin açıq müdaxilə yolu ilə istismar olunmasına heç vəchlə yol verə bilməz. Xarici 
istismar Respublika üçün intihar demək olardı. 
 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə