Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə16/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   12   13   14   15   16   17   18   19   ...   115
kitab20111201125922638

 


28 
II 
 
AZƏRBAYCANIN YERLİ ƏHALİSİ, ONLARIN KEÇMİŞ RUS 
İMPERİYASINA MÜNASİBƏTİ 
 
Rusiya hakimiyyəti 
Rusiyanın Qafqazdakı hakimiyyəti dövründə azərbaycanlılar regionun başqa 
xalqlarına nisbətən daha çox sıxıntılara və təqiblərə məruz qalmışlar. Qonşuların – 
gürcülərin və ermənilərin milli məktəbləri, kilsələri, mülkiyyətləri, anadilli 
mətbuatları, müxtəlif xeyriyyə cəmiyyətləri və s. olduğu halda, bütün bunlar hamısı 
Azərbaycan xalqı üçün yasaq edilmişdi. Nadir hallarda bu cür milli-mədəni 
qurumların fəaliyyəti üçün icazə isə elə bir ürəkbulandırıcı tərzdə verilirdi ki, həmin 
icazə əxlaqi əsasdan məhrum olduğuna görə nəticədə öz əhəmiyyətini itirirdi. 
Məktəblərdə ana dilimizin əslində qadağan edilməsini, müsəlman 
ruhanilərinin amansızcasına təqib olunmalarını xatırlamaq kifayətdir. Rus kilsəsinə və 
onun ruhanilərinə yüksək etimad və hörmət göstərən rus dövləti müsəlman din 
xadimlərinə münasibətdə öz nifrət və amansızlığını gizlətmirdi. Yüksək rütbəli 
müsəlman din xadimləri müfti, yaxud şeyxülislamlar cahil, əksər hallarda savadsız 
adamlar arasından seçilir, onlara son dərəcə cüzi maaş ödənilirdi. Məscidlərin əmlakı 
sözün tam mənasında rus məmurlarının ixtiyarına verilmişdi. Ortodoks xristian 
ruhanilərinin icazəsi olmadan hər hansı məscid tikintisi qəti qadağan idi. Sözün qısası, 
Məhəmməd ümmətinə fanatik damğası vuran ruslar dinlə bağlı məsələlərdə özlərinin 
müsəlmanlardan daha fanatik olduqlarını göstəriridilər. İctimai təşkilatlara gəldikdə 
isə yalnız onu deyə bilərik ki, 1906-cı ildən əvvəl bu cür təşkilatların yaradılması 
qeyri-mümkün idi. Yalnız 1906-cı ildə rus dövləti Bakıda Müsəlman Xeyriyyə 
Cəmiyyətinin qurulmasına icazə verdi. Dövrü mətbuat, kitab nəşri, teatr tamaşaları və 
s. ardıcıl olaraq təqiblərə məruz qalır və rus məmurlarmm düşmən fəaliyyəti ilə 
üzləşməli olurdu. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə