Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə19/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   15   16   17   18   19   20   21   22   ...   115
kitab20111201125922638

Seym və Transqafqaz 
Dövlət 132 üzvdən ibarət Müəssislər Məclisinin (Transqafqaz Seyminin) 
çağırılmasını zəruri saydı. Onların arasındada azərbaycanlı nümayəndələr üstünlük 
təşkil edirdilər, çünki həmin xalq özü də regionda sayca hamıdan çox idi. 
Seymin üzvləri aşağıdakı təmsilçilərdən təşkil olunmuşdu: 


31 
1. Adları çəkilən millətlərin mövcud seçki qanununa əsasən ikinci səsvermə 
yolu ilə Rusiya Müəssislər Məclisinin seçilmiş nümayəndələrindən; 
2. Hər bir xalqın milli təşkilatları və siyasi partiyaları tərəfindən seçilən və 
Seym üzvlərinin üçdə bir hissəsini təşkil etməli olan nümayəndələrdən. 
Seymin 3 nəfərdən ibarət (hərəsi bir milləti təmsil etmək şərti ilə) rəhbərliyi 
yaradıldı. 1918-ci il aprelin 9-da Seym Qafqazın istiqlaliyyətini elan edərək 
Azərbaycan, Gürcüstan və Ermənistan Federal respublikalarını yaratdı. Bu 
konfederasiyanın təşəkkülü bütün Transqafqaz xalqları tərəfindən rəğbətlə qarşılandı. 
Onlar ümid edirdilər ki, təbii müttəfiq olduqlarına, bir çox istiqamətlərdə, xüsusən də 
iqtisadi sahədə mənafeləri üst-üstə düşdüyünə görə Transqafqaz birliyi çərçivəsində 
öz siyasi problemlərini uğurla həll edə biləcəklər. 
 
Seymin gücsüzlüyü 
Lakin yeni dövlət ölkənin inzibati idarəçiliyi sahəsində ozünü doğrulda 
bilmədi, Transqafqazın bütün hissələrində millətlərin mənafelərinin və vətəndaşların 
hüquqlarının müdafiəsi işində kifayət qədər ədalətlilik nümayiş etdirə bilmədi. 
Seymin nümayəndələri milli maraqları və siyasi partiyaların mövqelərini regionun 
ümumi mənafeyinə tabe etdirməkdə bacarıqsız və naşı olduqlarını göstərdilər. Bu da 
həmin hökumətə, hətta bütünlükdə Respublikanın özünə olan inamı sarsıtdı. 
Azərbaycanlılar öz etiraz səslərini daha ucadan bildirdilər, çünki 
Cümhuriyyətnin təşkili ilə onların başına gətirilən müsibətlər daha da artmışdı. İrəvan 
vilayətinin bəzi hissələrində məskunlaşmış azərbaycanlılar erməni ordusunun 
girovuna çevrilmişdilər. Bu ordu müsəlmanlar yaşayan bütöv bir ərazidə adamları 
kütləvi surətdə qırır, qocalara, qadınlara, hətta uşaqlara belə amansızcasına divan 
tutur, yüzlərlə Azərbaycan kəndlərini yandırır, yaxud soyub-talayır, yerlə-yeksan 
edirdi. 
Hökumət Seymin azərbaycanlı deputatlarının etiraz səsini qulaq ardına 
vuraraq bu vəhşiliklərin qarşısını almaq üçün heç bir ciddi ölçü götürmürdü. 
Bolşeviklərin Bakını işğal etdiyi və böyük bir ərazini öz əllərində saxladığı bir 
şəraitdə Seym nümayəndələrinin mövqeyi regiondakı ümumi vəziyyətlə bir araya 
sığışmırdı. 
Seymin azərbaycanlı deputatları Bakıya və onun rayonlarına kömək üçün 
dönə-dönə və təkidli şəkildə müraciətlər edirdilər. Lakin hökumət üzvlərinin 
əksəriyyəti ya özlərini eşitməməzliyə vurur, ya da təmtəraqlı çıxışlarla 
kifayətlənirdilər. 
Belə bir şəraitdə hökumətin zəifliyi onun istəyib-istəməməsindən asılı 
olmayaraq Transqafqaz Cümhuriyyətinin mövcudluğunu qeyri-mümkün etdi. 
Cümhuriyyət hüdudlarından kənarda baş verən gözlənilməz hadisələr də burada öz 
rolunu oynadı. Beləliklə, Respublika parçalandı. Gürcüstan federasiyanın tərkibindən 
birinci olaraq çıxdı və elə həmin gün - 1918-ci il mayın 26-da Gürcüstan 


32 
Respublikasını yaratdı. Bundan sonra Transqafqaz sərhədləri daxilində Azərbaycan 
və Ermənistan Respublikaları təşəkkül tapdı. 


33 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə