Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə59/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   55   56   57   58   59   60   61   62   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
185 
bilməyəcəyik.  Sağ  qalıb-qalmayacağın  haqqında  da  heç  nə 
bilməyəcəyəm.  Ancaq  sənə  güvənirəm  və  düşmənə  asanlıqla 
baş verməyəcəyinə inanıram.  Hüsaməddin bəy də çoxdandır 
ki,  Türkiyəyə  getmək  istəyirdi.  Mən  isə  ona  mane  olurdum. 
Onunla bir xeyli söhbət etdim və razı qaldım. Hüsaməddin bəy 
də səninlə gedəcək. 
... Hüsaməddin bəylə mən stansiyaya gəldik. Səfərimiz gizli 
olduğundan heç kim bizi yola salmağa gəlməmişdi. 1918-ci ilin 
yanvar  ayı  idi.  Dostlarımızı,  xalqımızı,  ölkəmizi  təhlükələr 
içərisində  qoyub  qatara  mindik  və  Tiflisə  yola  düşdük.  Sabah 
səhər saat 8-də Tiflisə çatdıq və Xeyriyyə Cəmiyyətinə getdik. 
Cəmiyyətin  rəisi  doktor  Xosrov  bəylə  görüşüb  məqsədimizi 
bildirdik.  Bizə  Xeyriyyə  Cəmiyyətinin  üzvü  olmağımıza  dair 
sənəd verdi. Artıq bizim bu vəsiqələrdə bütün Qafqaz cəbhəsini 
dolaşmaq səlahiyyətimiz vardı. Vəsiqələri aldıqdan sonra Xos-
rov  bəylə  vidalaşıb  Batuma  hərəkət  etmək  üçün  stansiyaya 
gəldik. Ancaq nə bilet almaq, nə də Batuma getmək imkanı var 
idi.  Çünki,  rus  əsgərləri  üçün  Azərbaycan  yolu  ilə  Rusiyaya 
getmək  təhlükəli  olduğundan  Batum  yolu  ilə  getməkdə  idilər. 
Batuma  hərəkət  edən  qatarlara  mülki    şəxslərin  minməsinə 
icazə  verilmirdi.  Belə  çətin  bir  vəziyyət  qarşısında  qohumum 
Kazımı  axtardım.  Kazım  dəmiryol  müfəttişi  idi  və  Tiflisdə 
Azərbaycan xalqını təmsil edirdi. Vəziyyəti ona anlatdım. Ka-
zım  getdi  və  bir  saatdan  sonra  gəldi.  Bizə  gülə-gülə:  “Sizin 
üçün  qatara  kiçik  bir  vaqon  qoşdurdu.  Mən  də  sizinlə  bərabər 
Batuma  qədər  gedəcəyəm.  Ancaq  stansiyalarda  pəncərələrin 
qabağında  oturmayın.  Qatar  hərəkət  etdikdən  sonra  pəncərə 
önündə  otura  bilərsiniz.  Vaqon  və  özümün  işim  üçün  Batuma 
gedirəm  deyə  ala  bildim”  –  dedi.  Yolboyundakı  stansiyalarda 
qatar  durunca  biz  vaqonun  içərisində  bardaş  qurub  oturduq. 
Beləliklə, çox rahat şəkildə Batuma gəlib çatdıq. 
Batumda  da  rus  əsgərlərinin  əlindən  tərpənmək  olmurdu. 
Qatarla  gələn  rus  əsgərləri  gəmilərin  azlığından  günlərlə 
Batumda  qalmalı  olurdular.  Şəhər  anarxiya  içində  idi  və 


Azərbaycan  mühacirət irsi 
 
 
186 
küçələrdə  rus  əsgərləri  veyil-veyil  gəzirdilər.  Azacıq 
şübhələndikləri  əsgərin  zabit  olub-olmadığını  yoxlayırdılar. 
Zabitlər  də  qorxularından  əsgər  paltarı  geyinmişdilər.  Biz  çox 
çətinliklə  bunların  arasından  keçərək  bir  mehmanxanaya  girə 
bildik.  Əşyalarımızı  bir otaqda  yerləşdirib  bayıra  çıxdıq  və  bir 
yeməkxanaya  gedərək  yemək  yedik. Mehmanxanaya dönərkən 
mehmanxana sahibi işıqları yandırmağı məsləhət gördü və işığı 
yanmayan  otaqların  rus  əsgərləri  tərəfindən  alına  biləcəyini 
söylədi.  Mehmanxana  sahibinə  sabah  səhər  yeməyinə  pul 
verdik  və  təzədən  yatdıq.  Sabah  səhər  yemək  yeyərkən  qapı 
döyüldü  və  içəri  7-8  nəfər  rus  əsgəri  girdi  və  zabit 
axtardıqlarını  söylədilər.  Hüsaməddin  bəyin  əynindəki  dəri 
pencəyin  çiynində  tapança  yeri  axtardılar.  Daha  sonra 
axtardıqlarını  tapa  bilməyib  çıxıb  getdilər.  Biz  Kazımı  Tiflisə 
qayıtmaq 
üçün 
stansiyaya 
qoyub 
Batum 
Xeyriyyə 
Cəmiyyətinin  sədri  doktor  Mahmud  bəyin  yanına  getdik. 
Məqsədimizi anlatdıqdan sonra bizi təhlükəsiz bir yolla Türki-
yəyə  keçirmələrini  xahiş  etdik.  Sonra  birlikdə  doktorun  evinə 
gəldik. Evdə Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının 
mühərrirlərindən  Axıskalı  Ömər  Faiq  bəylə  görüşüb  tanış 
olduq.  Doktor onun da Türkiyəyə  getmək istədiyini  bizə əvvəl 
söyləmişdi.  Biz  doktorun  evində  çay  içib  söhbət  edərkən, 
qapının zəngi çalındı və içəri bir şəxs girdi. Doktorun hörmətlə 
qarşılayıb  bizə  də  təqdim  etdiyi  bu  şəxs  əslən  Qiresinli  olub, 
Batumda  tütün  ticarəti  edirmiş.  Adı  Bünyadoğlu  idi.  Doktor 
bizi Xeyriyyə Cəmiyyətinin üzvləri kimi təqdim etdi. Bünyado-
ğlu doktora: “Mahmud bəy, Sizdən xahişə gəldim. Bəlkə Siz də 
eşitmiziniz. Trabzon tərəfindəki Rum kəndlərinə hücum edirlər. 
Rumlar  da  mallarını,  kəndlərini  buraxıb  Trabzona  doğru 
qaçırlar. Biz bu vəziyyəti Tiflisdə olan rus hərbi komendantına 
da bildirdik.  
Trabzona bir nümayəndə heyəti göndərərək təhqiqat aparıb 
nəticəni  də  onlara  bildirəcəyik.  Göndərəcəyimiz  bu  heyətə 
Xeyriyyə  Cəmiyyətinin  üzvlərindən  iki  nəfərin  də  daxil 


Azərbaycan  mühacirət irsi 
 
 
187 
edilməsini  təmin  etmənizi  xahiş  edəcəyəm”  –  dedi.  Bundan 
sonra  doktor  Mahmud  bəy  bizim  üzümüzə  baxdı  və  biz  də 
“bəli,  Mahmud  bəy,  əgər  əmr  etsəniz,  gedərik”  –  dedi. 
Bünyadoğlu  Tiflisdə  Xeyriyyə  Cəmiyyətindən  aldığımız  vəsi-
qələrin  nömrələrini  və  adlarımızı  dəftərinə  qeyd  edərək,  ertəsi 
gün Trabzona gedəcək gəmi ilə hərəkət edəcəyimizi söylədi. 
Gəmimiz Trabzon limanına yanaşıb dayandı. Limanda bizi 
qarşılayan rumlarla birlikdə Mitropolitxanaya getdik. Rumlarla 
dolu  olan  Mitropolitxanada  bizi  bir  salona  gətirdilər.  İçəridə 
rumların adlı-sanlı şəxslərindən 30-40 nəfər var idi. Mitropolit 
bizim  rus  dilində  bilmədiyimiz  üzündən  türkcə  danışacağını 
söylədikdən  sonra  sözü  vəkil  olduğunu  anladığımız  bir  ruma 
verdi.  Vəkil  çıxışında  bu  sözləri  söylədi:  “Möhtərəm 
qonaqlarımız, siz Trabzona  gec  gəldiniz və rum xalqının  pəri-
şan halını görmədiniz. Vəziyyəti sizə anlatdım. Sabah xalqının 
laz çeteçilərindən nə  çəkdiklərini öz gözlərinizlə görəcəksiniz. 
Gördükdən  və  müəyyən  qənaətə  gəldikdən  sonra  birlikdə  bir 
raport  hazırlayıb  və  imzalayıb  Qafqaz  Seyminə  bildirək”  – 
dedi. Vəkildən söz alıb danışan şəxs “Əfəndilər, bu torpaqlar 
Osmanlı  dövlətinə  aiddir.  Ruslar  bu  torpaqları  işğal 
etmişdilər və indi də çəkilib getdiklərinə görə Türklərin bu 
yerləri  geri  almağa  haqları  vardır.  Ancaq  rum  kəndlərinə 
girənlər  Osmanlı  hərbi  qüvvələri  deyil,  çeteçilərdir.  Törədilən 
bütün  vəhşilikləri  çeteçilər  edirlər.  Türklər  heç  bir  zaman 
kəndlərə  girib  deyilən  vəhşilikləri  etməzlər,  buna  inanırıq”  – 
dedi.  Bu  şəxsdən  sonra  mən  söz  alaraq,  Rusiyada  baş  verən 
inqilabdan bəhs etdim və sözlərimə davamla “Rusiyada bu gün 
anarxiya  hökm  sürməkdədir.  Hərbi  və  mülki  idarələr 
dağılmışdır.  Rusiyanın  heç  bir  tərəfi  mərkəzi  hökumətə  tabe 
olmur,  sosialist  cərəyanlar  bir-biri  ilə  çarpışmaqdadır.  Ru-
siyada  yaşayan  qeyri-rus  millətlər  də  mərkəzdən  ayrılıb 
müstəqil  dövlət  qurmaq  ərəfəsindədirlər.  Məncə  tədqiqatı-
mızı  başa  vurduqdan  sonra  Osmanlı  dövləti  və  ordusu  ilə 
də görüşməliyik. Onlara bir heyət göndərərək vəziyyəti onlara 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə