Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə58/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
181 
məhvolma  təhlükəsi  keçirən  qardaşlarına  yardıma  baş-
lamışdılar.  Azərbaycanlıların  Türk  ordusuna  qarşı  istisnasız 
sevgi  təzahürləri  özünü  göstərirdi.  Mərhum  Nuru  Paşanın 
Gəncəyə  gəlişi  ərəfəsində  Seyfəli  kəndindən  adını 
xatırlamadığım  çox  zəngin  bir  nəfər  xalılarla  döşənmiş 
stansiya  meydanında  kəsilən  minlərlə  qurbana  iləvətən 
(əlavə  olaraq)  tək  bir  oğlunu  qurban  vermək  istəməsi,  bu 
orduya  qarşı  Azərbaycanlıların  sevgisinin  ən  böyük 
təzahürü  sayılır.  Mərhum  Nuru  Paşanın  bu  kəndli  ilə 
danışmasının,  eynən  deyildiyi  kimi  olduğunu  bu  gün  sağ 
qalanlar da xatırlayırlar. Paşa: “Neçin oğlunuzu qurban vermək 
istədiniz?”  –  deyə    soruşanda  bu  cavabı  almışdı:  “Mənim 
minlərcə  qoyun,  inək,  öküzüm  vardır.  Bunların  hamısı  pulla 
alınır.  Fəqət  oğlum  sevgimin  ta  özü,  ciyərimin  bir  parçasıdır. 
Uzun  düşündükdən  sonra,  sizlərə  layiq  bir  qurban  tapa  bil-
mədim.  Ancaq  oğlumu  layiq  gördüm”.  Bu  baş  verənlərdən 
şəhərə  yayılan  rəvayətlərin  təsirindən  mərhum  paşanın  və 
məiyyətinin  (ətrafında  olanların)  özlərini  saxlaya  bilməyib 
ağlamaları məlumdur. Türk ordusu kiçik qardaşlarının düşmən 
istilası  altında  inləməsinə  çox  dözmədi.  Mərhum  Mürsəl 
Bakının komandasında olan ordu Azərbaycanlılarla birləşmişdi. 
15  Sentyabr  1918-ci  ildə  Bakının  düşmən  qüvvələrindən 
təmizlənərək  öz  sahiblərinə  təslimi  Azərbaycan  milli  tarixinin 
ən qiymətli səhifəsini təşkil etmişdir. 
Azəri  Türkləri  15  Sentyabrı  daim  şükranlıqla  (minnətdar-
lıqla)  anacaq.  Azərbaycanın  müstəqil  dövlət  halında  quruluşu 
heç şübhəsiz 15 Sentyabr ilə çox yaxından əlaqəlidir. Azərbay-
canda  qurulan  Cumhuriyyət  hökuməti,  Azərbaycanlıların  şük-
ran və minnət hisslərini ifadə edən Məhmətcik Abidəsini ilkin 
olaraq  Bakının  Çənbərə  kəndində  qurmuşdur.  Bu  və  Gəncədə 
Şah  Abbas  məscidinin  önündəki  parkda  qurulan  Məhmətcik 
Abidəsi, Məhmətciyin sevə-sevə qardaşları üçün axıtdığı qanın 
əbədi  xatirəsi  olaraq  azərbaycanlıların  qəlblərinə  naxış  edilən 
bir xatirədir. Bunu da qeyd etmək yerinə düşər ki, Türk ordusu 


Azərbaycan  mühacirət irsi 
 
 
182 
Azərbaycana heç bir zaman istila məqsədi ilə girməmiş, tamam 
bir  qardaş  yardımı  olaraq,  Azərbaycan  türklərini  bolşevik-daş-
naksütyun  ittifaqının  zülm  və  işgəncələrindən  qurtarmış  və 
Milli Hökumətin qurtularaq azad günlərə qovuşmasından sonra 
geri  çəkilmişdir.  15  Sentyabr  xüsusiyyətləri  ilə  Azərbaycan-
lıların unutmaları mümkün olmayan bir gündür. Bu gün Türki-
yə  demokratiya  cəbhəsində  aldığı  mövqe  və  kommunizmə 
qarşı qoyduğu qanuni məmnuniyyətlə Azərbaycan Türkləri 
ilə eyni fikir birliyinə sahib olduğunu göstərməkdədir. Tür-
kiyə  Cumhuriyyətinin  qüvvətlənməsi,  onun  cahanşümul 
həmlələrə  varması  Azərbaycan  türklərini  ən  az  Anadolu 
Türkü qədər məmnun etməkdədir. Tanrı Türkiyə Cumhu-
riyyətini  yer  üzündə  payidar  və  müvəffəqiyyətini  daim  qıl-
sın. Azərbaycanlılara da 15 Sentyabr Abidəsini yenidən Ba-
kıda inşa etmək fürsətini bəxş etsin və istiqlala qovuşmasını 
nəsib etsin (29, s. 1-2). 
 
“Mücahid”, sentyabr 1957, yıl 3, sayı 10. 
 
                                    


Azərbaycan  mühacirət irsi 
 
 
183 
 
Nağı Şeyxzamanlı 
 (1883-1967) 
 
 
 
anınmış  dövlət 
xadimi 
olan 
Nağı 
Şeyxza-
manlı  1883-cü 
ildə  Gəncədə  anadan  olub.  “Di-
fai”  və  “Türk  Ədəmi-Mərkəziy-
yət”  partiyalarının  fəallarından 
olub.  Azərbaycan  Xalq  Cümhu-
riyyəti  dövründə  Təhlükəsizlik 
orqanında  “Əksinqilab  ilə  müba-
rizə”  təşkilatına  başçılıq  edib. 
1920-ci  ilin  27  Aprel  işğalından 
sonra  Türkiyəyə  gedib.  Türkiyə-
də  o,  bir  çox  maraqlı  kitab  və 
məqalələr  yazıb  və  nəşr  etdirib.  Nağı  Şeyxzamanlı  1967-ci 
ildə vəfat edib.  
 
 
 
 
 
 
 
 
 
 
                     
  



Azərbaycan  mühacirət irsi 
 
 
184 
 
  Nağı Şeyxzamanlı 
 
TÜRKİYƏNİN YARDIMINI TƏMİN ETMƏK 
 
Azərbaycanın  qəlbi  və  mərkəzi  Bakı  rus  və  erməni 
əsgərlərinin  işğalı  altında  idi.  Bakını  düşməndən  təmizləmək 
lazım idi. Ancaq bu, xalq qüvvələri ilə başa gələcək iş deyildi. 
Vəziyyətə  bir  çarə  axtaran  Milli  Komitə  Gəncədə    bir 
toplantı keçirdi. Toplantıya Milli Komitə üzvlərindən başqa şə-
hərin  adlı-sanlı  üzvləri  də  dəvət  edilmişdilər.  Bu  tarixi 
toplantını açan Nəsib bəy vəziyyəti izah etdikdən sonra nitqini 
bu  cümlələrlə  bitirdi:  “Xalqın  içindən  toplanmış  xalq 
qüvvələrinin  gördüyü  işlər  xalqın  gözünün  qabağında  cərəyan 
etmişdi.  Hər  hərəkatımız  zəfərlə  nəticələnmişdi.  Ancaq  bu 
qəhrəman  hərəkatlar  nəticəni  əldə  etməkdən  çox  uzaqdır.  Bu 
dəfə  Azərbaycanın  mərkəzi  Bakı  düşməndən  təmizlən-
məlidir. Əslində başsız bədən olmaz və yaşaya bilməz. Gerçək 
olaraq böyük bir yardıma ehtiyacı vardır və bu yardımı da bizə 
ancaq  Osmanlı  İmperiyası  edə  bilər.  Burada  Osmanlı 
İmperiyasına 
bir 
səlahiyyətli 
nümayəndə 
heyətinin 
göndərilməsini  və  hərbi  yardım  istənilməsini  qərara  alaq”. 
Nəsib  bəyin  bu  sözləri  sürəkli  alqışlarla  qarşılandı.  Bu 
təşəbbüsün nəticəsinin müsbət olacağına bütün toplantı iştirak-
çıları  inanmışdılar.  Osmanlı  İmperiyasına  nümayəndə 
göndərilməsi üçün Milli Komitəyə tam səlahiyyət verildi. Ertəsi 
gün  Milli  Komitə  rəisi  mərhum  Nəsib  bəy  məni  yanına 
çağırtdırdı. Nəsib bəy məni Milli Komitə binasındakı otağında 
qəbul  etdi  və  sözünə  belə  başladı:  “Nağı,  bilirsən  ki,  böyük 
toplantı  Osmanlı  Dövlətinə  bir  nümayəndə  heyəti  göndərmək 
üçün  tam  səlahiyyət  verdi.  Bu  ağır  və  təhlükəli  vəziyyəti 
səndən  başqa  heç  kəsə  tapşıra  bilmərəm.  Hər  tərəfdə 
anarxiyadır  və  cəbhələr  rus  əsgərləri  ilə  doludur.  Hərəkət 
etdiyim  andan  etibarən  səndən  heç  bir  şəkildə  xəbər  ala 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə