Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə17/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

- Bunun üçün nə qədər vəsait tələb olunur? 
Yada  salaq  ki,  peşəkar  idarəetmə  metodlarma  tələbat 
layihənin  miqyasının  və  mürəkkəbliyinin  artması,  layihəyə  çoxlu 
sayda  iştirakçılann  və  teşkilatlann  cəlb  edilməsi,  layihənin  yerinə 
yetirilməsi müddəti ilə bağlı tələblərin artması, maliyyə, material və 
əmək  ehtiyatlarından  istifadə  edilməsi,  o  cümlədən  işlərin  yerinə 
yetirilməsi və əldə edilən nəticələrin keyfiyyəti üzrə meydana çıxan 
tələblərlə bağlı olaraq yaranmışdır. 
Bu  tələblər  50-ci  illərdə  ABŞ-da  yalnız  böyük  hərbi  və 
kosmik  layihə  və  proqramlara  şamil  edilirdi.  Bu  layihələrdən 
Manhatten, Atlas, Poliaris və s. misal göstərmək olar. Eyni zamanda 
aydındır  ki,  çox  da  böyük  olmayan  konsaltinq  firmalarında  kiçik 
layihəni  idarə  etmək  məqsədilə  formal  metodların  tətbiq  edilməsi 
tələb  olunmur.  Layihə  üzrə  məsuliyyət  daşıyan  bir  menecer 
«idarəetmənin  qeyri-formal  metodlarından»  istifadə  etməklə  öz 
işinin  öhdəsindən  tam  şəkildə  gələ  bilər.  Ancaq  tez-tez  dəyişən 
mühitdə  həyata  keçirilən,  çoxlu  iştirakçı  və  predmetlərin  sayınin 
inteqrasiya olunmasını tələb edən, özündə dəyişmə imkanı yaradan 
böyük  və  mürəkkəb  layihələri  həyata  keçirərkən  layihələrin  idarə 
edilməsi  metodlanndan  istifadə  edilir.  Bu  idarəetməyə  etinasızlıq 
ona  gətirib  çıxanr  ki,  layihənin  nəticələri  gözlənildiyindən  daha 
aşağı,  layihənin  faktiki  dəyəri  və  yerinə  yetirilmə  müddəti  isə 
planlaşdın  1-  dığından  daha  yüksək  səviyyəyə  çatır.  Beləliklə, 
layihələrin idarə edilməsi üzrə peşəkar metodlan tətbiq etmək layihə 
məqsədlərinə  müəyyənləşdirilən  vaxt  çərçivəsində,  konkret  büdcə 
daxilində və layihə iştirakçılannı təmin edən keyfiyyətlə layihənin 
idarə edilməsi deməkdir. 
58 


Layihənin idarə edilməsi nə zaman zərurətə çevrilir? 
Bütövlükdə  götürdükdə,  bu,  aşağıda  göstərilən  əsas  faktorlardan 
asılıdır: 

 
layihənin miqyası, işin həcmi və dəyəri; 

 
predmetlərin  sayı,  yaxud  layihəyə  cəlb  edilən 
funksional hissələrin sayı ile ölçülən layihənin mürək- 
kəblüc dərəcəsi

 
layihə təşkilatımn ölçü və strukturlan; 

 
layihə  iştirakçılannm  və  maraqlı  tərəflərin  sayı  və 
qarşılıqlı əlaqələri; 

 
həm  layihənin  özündə,  həm  də  onun  əhatə  etdiyi 
mühitdə dəyişikliklərin edilməsi mümkünlüyü

 
müddət,  büdcə,  istifadə  olunan  mənbə  və  nəticələrin 
keyfiyyəti üzrə qoyulan tələblər; 

 
rəqiblərin olması; 

 
layihənin etibarlılıq dərəcəsi. 
Konkret halda «bu layihə və bu təşkilat üçün layihələrin itlarə 
edilməsi  metod  və  üsullarım  tətbiq  etmək  lazımdırmı?»  sualına 
cavab  vermək  məqsədilə  layihəni  və  konkret  təşkilatı  diqqətlə 
öyrənmək  və  aşağıda  sadalanan  suallara  dəqiqliklə  cavab  veımək 
lazımdır: 

 
Layihənin  yerinə  yetirilməsi  üçün  nəzərdə  tutulan 
işlərin həcmi böyükdürmü? 

 
tş texniki baxımdan mürəkkəbdirmi? 

 
Layihə  doğrudan  da  ayn-ayn  hissə  və  yanmsis- 
temlərdən ibarət bütöv bir sistemdir? 

 
Layihə  böyük  bir  layihənin  hissəsidir  və  onunla  sıx 
qarşılıqlı əlaqəsi vardırmı? Bu layihə konkret təşkilatın 
böyük sisteminə (meqalayihə) aiddirmi? 
69 


Təşkilatın  rəhbərliyində  layihə  üzərində  apanlan 
ümumi işlə bağlı xüsusi təşkilat, informasiya sistemini 
yaratmaq üçün əminlik vardırmı? 
Layihənin yerinə yetirilməsi üçün müəyyən büdcə 
çərçivəsi və ciddi nəzarət tələb edilirmi? Dəyişikliklərə 
tez bir zamanda münasibət bildirmək mühüm şərt 
sayılırmı? 
Layihə  bir  çox  peşəkar  sahələri  əhatə  edirmi  və 
layihəyə çoxlu təşkilat cəlb edilibmi? 
Görüləcək  iş  mövcud  təşkilati  strukturun  radikal 
şəkildə dəyişdirilməsini tələb edirmi? 
Layihəyə ikidən çox bölmə cəlb edilibmi və sifarişçinin 
müştəri  ilə  birbaşa  əlaqəyə  ehtiyacı  varmı?  Bu  layihə 
ilə digər rəqabət apara biləsi layihə mövcuddurmu? 
Layihə ilə əlaqədar olan bölmələrin rəhbərləri arasında 
münaqişələrin meydana çıxma ehtimalı var- mı? 
İşlərin  yerinə  yetirilmə  müddəti  ilə  bağlı  müvafiq 
təşkilatlar qarşısında öhdəliklər dururmu? 
Layihənin  şərt  və  mühitinin  layihə  başa  çatmazdan 
qabaq 
güclü 
şəkildə 
dəyişdirilməsi 
ehtimalı 
mövcuddurmu? 
Layihə üzrə işlərin böyük həcmi subpodratçı təşkilatlar 
tərəfindən yerinə yetirilirmi? 
Əsas alışların təşkilatdan kənarda yerinə yetirilməsi və 
tədarükün  xarici  tədarükçülər  tərəfindən  icrası 
lazımdıımı? 
Layihənin hökumət dairələrində baxılmasına və qəbul 
edilməsinə zərurət varmı? Bu halda ciddi 
70 


problemlərin  və  layihə  üzrə  əks  variantlann  meydana 
çıxma ehtimalı mövcuddurmu? 
Bu sualların bir çoxuna «hə» cavabını verməli olsaq, bunun 
özü  konkret  halda  layihənin  peşəkar  səviyyədə  idarə  edilməsi 
zərurətini  meydana  qoyacaqdır.  Belə  bir  yanaşma  layihənin  icrası 
prosesində arzu olunmayan və həm də böhranlı vəziyyətlərdən yaxa 
qurtarmağa imkan verəcəkdir. 
2.3.2.
 
Layihənin icrası zamanı tipik 
səhvlər və qüsurlar 
Hər bir layihənin nəticəsi konkret məhsul ilə bağlıdır. Dunun 
üçün pul vəsaiti və mənbələr əvvəlcədən müəyyənləşdirilir. Verilən 
müddətdə işlərin icra edilməsi tələb olunur. Layihənin icrası zamanı 
əvvəllər  heç  də  bir  yerdə  işləməyən  müxtəlif  ixtisas  sahibi  olan 
mütəxəssislər birlikdə fəaliyyət göstərməli olurlar. Layihənin icrası 
zamanı kənarlaşma hallan baş verərsə və ciddi mürəkkəb vəziyyət 
əmələ gələrsə layihə rəhbərinin birbaşa müdaxilə etməklə müvafiq 
tədbirlər  həyata  keçirmək  üçün  layihənin  gedişatı  haqqında 
məlumatlara ehtiyacı olur. 
Her  bir  layihə  investisiya  ile,  müəssisənin  yenidən  iş- 
ionməsi  ilə  və  ya  yenidən  təşkiletmə  ilə  bağlı  olmasından  asılı 
olmayaraq,  aşağıdakı  şərtlərə  əməl  etməklə  sistematik  işin 
aparılmasını tələb edir: 

 
müəyyənləşdirilən müddət; 

 
dəqiq xərclər; 

 
keyfiyyət üzrə irəli sürülən konkret tələblər. 
Lakin arzu edilən nəticələri əldə etmək həmişə asan olmur. 
Səbəb  nədir?  İşdə  meydana  gələn  qüsurların  və  yol  veri-  lon 
səhvlərin meydana çıxmaması üçün layihələrin idarə edil 
71 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə