Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə16/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

/U; 
2.1.
 
İLK ANLAYIŞLAR və TƏRİFLƏR 
Layihənin  idarə  edilməsi  üzrə  mövcud  olan  tərifləri 
ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, «layihənin idarə 
edilməsi»  -  «dəyişikliklərin  idarə  edilməsi»  deməkdir.  Layihənin 
idarə edilməsi ilə bağlı müxtəlif biliklər mövcuddur. Bu elmi daha 
da  dərindən  ö)a'enen  ölkələr  layihənin  idarə  edilməsi  anlayışma 
müxtəlif tərəfdən yanaşmış və müxtəlif təriflər vermişlər. Layihənin 
idarə edilməsinə verillən tərifləri və anlayışlan nəzərdən keçirək: 
ABŞ-ın  Laiyhələrin  İdarə  Edilməsi  İnstitutu  (PMI  USA)  [1]: 
Layihənin İdarə edilməsi - idarəetmə texnikası və metodlarından 
istifadə etməklə işlərin həcmini, qiymətini, vaxtmı, keyfiyyətini, 
iştirakçılann  təminatını  layihənin  tam  həyat  dövründə  düzgün 
idarəetmək  məqsədilə  insan  və  material  ehtiyatlannm 
koordinasiya  edilməsi  deməkdir.  Bu  işlər  layihə  rəhbərinin 
məharətindən asılıdır. 
Layihələrin İdarə Edilməsi İngiltərə Assosiasiyası [19]: 
 
Layihənin İdarə edilməsi Almaniya təşkilatı [27]: 
Layihələrin İdarə edilməsi - bu layihənin həyata keçirilməsi üçün 
yeganə idarəetmə məsələsi, təşkilatı, vasitəsi və texnikasıdır. 
64 


ümumiyyətlə,  “idarəetmə”  anlayışı  aşağıdakı  məsələlər  ile 
bağlıdır: 

 
böyük həcmli məsələlər bir şəxs tərəfindən yerinə yetirilə 
bilinmədiyi  üçün  mütəxəssislərin  birləşməsi  və  emək 
bölgüsü zəruriyyəti yanranır. 

 
məqsədə çatmaq üçün müəyyən resurslar tələb olunur. 

 
məqsədə çatmağı təmin edən hərəkətlər “idarəetmə” və ya 
“menecment” adlanır. İdarəetmə sisteminin stmkturu bir 
tərəfdən planlı şəkildə inkişaf edir, diger tərəfdən sistemin 
daxili  və  xaricində  nəzərdə  tutulmuş  işlər,  əlaqələr  və 
qərar  qəbuletmə  prosesləri  mütəşəkkil  şəkildə  qeydə 
alınır. 

 
təşkilat sosial-texniki sistem kimi çıxış edərək idarəetmə 
məsələlərini həll etmək üçün məhdudiyyətlər qoyur. 
Göründüyü  kimi  bu  gösətərilən  məsələlər  nəinki  bütün  növ 
layihələrdə, hətta layihə tipli tədbirlərdə öz əksini tapa bller. 
2.2.
 
LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ PROSESİ 
Layihə o vaxt uğurlu hesab edilir ki, müəyyən edilmiş bOdco 
çərçivəsində,  vaxtında  və  keyfiyyətlə  məqsədə  çatmaq  mümkün 
olsım. 
Layihənin idarə edilməsi aşağıdakı hipotezə əsaslanır: 
Mütəşəkkil şəkildə yerinə yetirilən layihələrdə məqsədə çotmaq 
ehtimalı daha çoxdur, nəinki intizamsız təşkil edilmiş layihələrdə. 
65 


Belə təşkilatlann konponentləri aşağıdakılardır: 

 
işin təşkili; 

 
işin vaxtı; 

 
işin ardıcıllığı. 
Layihələrin  idarə  edilməsi  üzrə  işlərin  tərkibi  obyektlərdən 
və  hərəkətlərdən  ibarətdir.  Layihənin  struktur  planmda  əsas  və 
xüsusi məqsədlər müəyyənləşdirilir. Layihələrin həyata keçirilməsi 
zamanı  məqsədlər  dəyişilə  bilər  və  bu  zaman  qeydə  alınmış 
səhvlərin  dərhal  qarşısı  alınmalıdır.  Sistematik  olaraq  dəyişikləri 
düzgün  idarə  edərək  vaxta  və  xərclərə  müəyyən  təsir  göstərmək 
olar.  Layihənin  ilk  anlarından  bitənədək  sifarişçinin  və  bazann 
tələblərinə uyğun olaraq keyfiyyət idarə olunur. Kontraktlann idarə 
edilməsi sifarişçi və icraçı arasmda münasibətləri tənzimləyir. 
Layihə  məqsədinə  çatmaq  üçün  dekompozisiyadan  əlavə 
işləri və prosesləri, onlann ardıcıllığmı müəyyənləşdirmək lazımdır. 
Struktur və faza modelinin köməyi ilə proseslər  ayn- ayn zamana 
görə  və  ya  fazalara  əsasən  bölünürlər.  Hər  fazanın  sonunda 
layihənin  dayandıniması  haqqında  qərar  qəbul  edilir  və  ya  layihə 
başqa modifıkasiyada davam edilir. 
İşlərin  və  müddətlərin  dəqiq  planlaşdırılması  üçün  bir 
struktur modeli  kifayət  deyildir.  Bu  modellərə şəbəkə planı  və  ya 
xətti diaqramlan əlavə etmək zəruridir. 
Şəbəkə  planında  işlərin  və  ya  proseslərin  bir-birindən 
asılılığı,  onlann  başlanğıc  və  bitmə  müddətləri,  vaxt  ehtiyatlan 
müəyyənləşdirilir. Hər bir işin yerinə yetirilməsi üçün vəsait tələb 
olunur.  Beləliklə,  layihənin  hər  hansı  bir  zaman  kəsiyində  tələb 
olunan  vəsaitləri  və  onlara  çəkilən  xərcləri  müəyyənləşdirmək 
mümkündür.  İşlər  kompleksi  və  onlara  çəkilən  xərclərin 
qiymətləndirilməsi, ölçüsü və zamana görə onların paylaşdırılması 
xərchrin planlaşdırılması adlanır. 
66 


 
Layihədəki  işləri,  vaxtı,  ehtiyatlan  və  qiymətləri 
planlaşdırmaq  üçün  müasir  dövrdə  kompüter  sistemlərindən  və 
xüsusi proqram təminatlarından geniş istifadə edilir. 
Layihə üzrə yerinə yetirilən işlərin nəzərdə tutulmuş iş- lor ilə 
müqayisəsi zamanı normadan kənara çıxma hallan qeydə almır və 
tənzimlənir.  Bu  layihənin  operativ  idarə  edilməsi  adlanır.  Burada 
layihə iştirakçılannm və layihənin məqsədinə çatmaqda marağı olan 
tərəflərin vaxtaşın məlumatlandınlması zəruridir. Layihələrin idarə 
edilməsi prosesinə yalnız normadan kənara çıxma hallannm qeydə 
alınması  deyil,  burada  vaxt,  xərc  və  məqsəd  arasında  mürəkkəb 
münasibətlərin tənzimlənməsi işləri də daxildir. 
Əgər  layihə  təşkilat  daxili  yerinə  yetirilərsə,  onda  müəs- 
Nİsonin  rəhbəri  layihənin  məqsədinin  və  məsuliyyət  bölgüsünün 
tənzimlənməsini təmin etməlidir. Rəhbər layihənin planlaşdınlması, 
işlərə nəzarət və onlann idarə edilməsindən başqa onlann müxtəlif 
sahələrdə tətbiq edilməsini və iqtisadi Nomoroliyini araşdırmalıdır. 
2.3.
 
LAYIHƏNIN IDARƏ EDILMƏSI
 
ZƏRURİLİYİ 
2.3*1. Peşəkar idarəetmə 
Layihənin vaxtında, büdcə daxilində və irəli sürülən texniki 
göstəricilərə  riayət  etmək  tələblərinə  uyğun  olaraq  idarəedilməsi 
tələb  olunur.  Layihələrin  idarə  edilməsi  zamanı  bir  çox  suallar 
yaranır, o cümlədən: 
-
 
Layihəni idarəetmək mütləq lazımdır? 
-
 
Bütün layihələri idarə edərkən «formal metodların» 
tətbiqi zəruridirmi? 
67
 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə