Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

10 

 

vəzifəsinin  yalnız  bu  günkü  həyata  arxalandığını  yazırdı.  İnsanları 



sosializm  ruhunda  tərbiyə  etmək,  ideoloji  cəhətdən  dəyişmək  uğrunda 

mübarizə  apara  bilmək  üçün  “həyatı  inqilabi  inkişaf  içərisində  doğru, 

tarixən, konkret təsvir etmək”in gərəkli olduğunu vurğulayırdı. Tənqidçinin 

bu  fikirləri,  məsələlərə  birtərəfli  yanaşma  metodun  öz  təbiətindən  irəli 

gəlirdi. Sosialist realizmində həyat həqiqətini əks etdirmək əsas yaradıcılıq 

prinsiplərindən  biri  hesab  olunsa  da,  buna  əməl  olunmurdu.  Ədəbi  tənqid 

məsələlərə sinfi məzmun baxımdan yanaşırdı. Nəticədə sxematiklik, sünilik 

meydana çıxırdı. Ədəbi prosesdə baş alıb gedən sxematizmi dövrün ədəbi 

tənqidi  də  görür  və  ona  qarşı  özünəməxsus  üsullarla  mübarizə  aparırdı.  

M.Hüseyn  “Yaradıcılıq  metodu  məsələləri”  məqaləsində  yazırdı: 

“...Proletar  şairi  Bezımenski  “canlı  insan”  şüarı  əleyhinə  çıxaraq  “sinfi 

insan”  şüarını  meydana  atmışdır.  Bu  metodun  tələbilə  göstərilən  “sinfi 

insanlar” sxematik halda meydana çıxdılar”

1



Birinci  fəslin  ikinci  hissəsi  “Ədəbi  tənqiddə  romantizmə  və 

romantikaya ziddiyyətli münasibətlər” adlanır. Bu yarımfəsildə 1930-cu 

illərdə  ədəbi  tənqiddə  romantizmə  ədəbi  cərəyan  və  yaradıcılıq  metodu 

kimi  inkarçı  münasibətin  siyasi-ideoloji  mahiyyəti  və  dövrün  tənqidçi-

lərinin bununla bağlı fikirlərinin təhlili əsas götürülüb.  

Siyasi rejim daha çox romantik mədəniyyətin məhvinə çalışırdı. 1930-

cu  illər  ədəbi  tənqidimizdə  romantizmə  ədəbi  cərəyan  və  yaradıcılıq 

metodu kimi ziddiyyətli, daha çox inkarçı münasibətin əsasında totalitar 

rejimin  müstəmləkə  siyasəti  dayanırdı.  Burada  hədəf  cəmiyyətin  hakim 

təbəqəsi  olan  burjuaziya  idi,  məqsəd  isə  xalqın  bir  millət  kimi 

formalaşmasını,  özünün  milli  varlığını  dərk  etməsinin  qarşısını almaq  idi. 

Milli  qeyrət,  mübarizlik,  həmrəylik  xüsusiyyətləri  romantizmin  əsasında 

dururdu. 

İctimai həyatın məhsulu olduqları üçün hər zaman bir əsrdə doğan 

bütün  bədii  və  tənqidi  əsərləri  müqayisə  edərkən  burada  həmin  əsrin 

ümumi  ruhu  özünü  qabarıq  şəkildə  göstərir  və  bunların  hamısı  heç  də 

təsadüfi  deyil.  Əslində,  bunlar  müəyyən  səbəblərin  nəticəsi  olan  ictimai, 

psixoloji  proses  olaraq  yaranır,  meydana  çıxırdı.  Bu  mənada  zamanın, 

siyasi  rejimin  təsiri  dövrün  bütün  tənqidçilərinə  öz  təzyiqini  göstəridi.  Bu 

yarımfəsildə  dövrün  tənqidçilərinin  romantizmə  münasibəti  məsələsi, 

xüsusilə  “Füyuzat” jurnalına,  ədəbi  məktəbinə  münasibəti təhlil  süzgəcin-

dən keçirilmişdir. 

                                                           

1

 Hüseyn M. Seçilmiş əsərləri.On cilddə. IX c., Bakı: Yazıçı, 1979, 636 s. 



 


11 

 

Dövrün istedadlı tənqidçilərindən  - Ə.Nazim də, B.Çobanzadə də 



“Füyuzat”la “Molla Nəsrəddin”i bir-birinə qarşı qoyurdular. Siyasi rejimin 

“Molla  Nəsrəddin”  və  “Füyuzat”ı  bir-birinə  qarşı  qoyması,  əslində,  milli 

parçalanma siyasəti idi. Əslində bu iki jurnal arasında müxtəliflik olsa da, 

bu müxtəliflik ədəbi irsdə bədii-estetik zənginliyin göstəricisi idi. Millətin 

oyanışı,  intibahı  üçün  çalışmaq,  elmə,  maarifə  münasibət,  cəhalət  və 

nadanlığa  qarşı  mübarizə  baxımından  hər  iki  jurnalın  mövqeləri  üst-üstə 

düşürdü.  

B.Çobanzadə  “Azəri  ədəbiyyatının  yeni  dövrü  (nasionalizmdən 

internasionalizmə)”

1

  əsərində  “Molla  Nəsrəddin”i  “Füyuzat”dan  üstün 



tuturdu.  Tənqidçi  Ə.Nazim  “Molla  Nəsrəddinin  realizmi,  gülüşü  və 

“Ölülər”  haqqında”  məqaləsində  “Molla  Nəsrəddin”  jurnalının  nəşrə 

başlamasının əhəmiyyətini onun “panislamizm, pantürkizm və osmanlıçılıq 

kibi  istiqamətlərdə  hərəkət  edən  burjua  mülkədar  romantikasının  əksinə, 

əleyhinə  yaranmış”  bir  jurnal  kimi  qiymətləndirirdi.  Tənqidçinin  fikrincə, 

“Molla  Nəsrəddin  din,  millət  məsələlərindən  başlayıb,  dil  məsələlərinə 

qədər  öz  əsər  və  cərəyanını  həmin  burjua  mülkədar  romantizminə  qarşı 

qoyurdu”


2

. 

Ə.Nazimin,  B.Çobanzadənin,  M.K.Ələkbərlinin  –  bütövlükdə 

dövrün ədəbi tənqidinin “Füyuzat”la “Molla Nəsrəddin” ədəbi məktəbləri-

nin  nümayəndələrinin  müqayisəsində  üstünlüyü  “Molla  Nəsrəddin”ə 

verməsi dövrün tənqidinin ədəbiyyata sinfi-ideoloji baxışının göstəricisidir. 

Romantizmin qüdrətli nümayəndəsi olan H.Cavid poeziyası da bu 

dövrdə ədəbi tənqidin əsas diqqət mərkəzində idi. Dövrün ədəbi tənqidində 

H.Cavid poeziyası ilə bağlı birtərəfli mülahizələr öz əksini tapırdı. Dövrün 

ədəbi  tənqidi  H.Cavid  yaradıcılığını  dəyərləndirərkən  də  ideologiyanın 

meyarlarını  əsas  götürürdü.  Ə.Nazimin  də  H.Cavid  yaradıcılığına 

ziddiyyətli  münasibətində    ideologiyanın  təsiri  özünü  qabarıq  şəkildə 

göstərirdi.  O,  H.Cavidi  Azərbaycan  burjua  ədəbiyyatının  nümayəndəsi 

hesab  edirdi.  Tənqidçinin  fikrincə,  H.Cavid  Hadinin  alovlu,  üsyankar 

romantikasını  həqiqət  axtaran  fəlsəfi  romantikaya  çevirmişdir.  Tənqid 

ədəbiyyatın  yeni  yaradıcılıq  simasının  ideya  mübarizəsində  təşəkkül 

tapacağına qəti surətdə inanmışdı: “Bizdə proletar ədəbiyyatı bütün düşmən 

                                                           

1

  Çobanzadə  B.  Azəri  ədəbiyyatının  yeni  dövrü  (nasionalizmdən  internasionalizmə).  Bakı: 



A.D.E.T.İ.-nin nəşri, 1930, 66 s.

 

2



 

Nazim  Ə.  “Molla  Nəsrəddin”in  realizmi,  gülüşü  və  “Ölülər”  haqqında”//  “İnqilab  və 

mədəniyyət” jurnalı, 1935, №1, s.23-29. 

 



Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə