Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

18 

 

lirik  səviyyədə  əks  etdirməsilə  kifayətlənmirdi.  Onun  daha  mürəkkəb 



formalardan istifadəsinin zəruriliyi vurğulanırdı. Yeni “yüksək fikri səviy-

yənin”  (M.Hüseyn)  ifadəsi  üçün  poema  daha  uyğun  janr  hesab  edilirdi. 

Sənətkarın ictimai mövqeyini, yaradıcılıq yolunu açmaq üçün onu yetirən, 

fəaliyyətinə  qida  verən  əsrin  özünün  nə  kimi  ideallar  ardınca  getdiyini 

müəyyən etmək lazım gəlir. Dövrün tələbindən irəli gələrək 1930-cu illərin 

ortalarından  epik  poema  janrına  daha  çox  üstünlük  verilirdi.  Bu  dövrdə 

romantik-epik 

poeziyanın 

mükəmməl 

nümunələrinə 

S.Vurğun 

yaradıcılığında  rast  gəlmək  olar.  Ədəbi  tənqidin  də  buna  göstərdiyi 

münasibət xüsusi əhəmiyyət kəsb edir. Tənqidçi A.Musaxanlının “Böyüyən 

şair  (Bu  günün  şairi  –  gələcəyin  şairidir)”  məqaləsində  S.Vurğunun 

“Komsomol” poeması ilə bağlı yazdığı fikirlər öz estetikliyi və dolğunluğu 

ilə bu gün də elmi dəyərini saxlayır. 



 

“Tənqidin  estetiklik  axtarışlarında  “bədii  dəyər  uğrunda” 

mübarizə  məsələsi”  adlı  üçüncü  yarımfəsildə  1930-cu  illər  ədəbi 

tənqidimizin  görkəmli  nümayəndələrinin  məqalələri  əsasında  “bədii  dəyər 

uğrunda” mübarizənin əsas istiqamətləri araşdırılıb. Nəzəri-estetik cəhətdən 

bu  dövrdə  yeni  ədəbi  meyar  axtarışları  özünü  qabarıq  göstərirdi.  Ədəbi 

tənqid  və  ədəbiyyatşünaslığın  bütün  janrlarında  bədiiliyin  yeni  meyarı 

axtarılırdı. Yarımfəsildə bu kimi məsələlərin  izahı nəzərdə tutulub. Ədəbi 

tənqidimizin mürəkkəb və ziddiyyətli bir yol keçdiyi, siyasi rejimin proletar 

ədəbiyyatı  uğrunda  mübarizəsi  ilə  səciyyələnən  bu  onillikdə  tənqid  bədii 

yaradıcılıqda  sosioloji  aspektlə  bərabər,  bədiilik  məsələsinə  də  xüsusi 

diqqət yetirmiş, bədiiliyin meyarlarını aşkarlamağa çalışmışdır.  

1930-cu  illərin  əvvəllərində  proletar  ədəbiyyatının  vəziyyəti  ədəbi 

tənqidi  qane  etmirdi.  Buna  görə  də,    tənqid  ədəbiyyata,  poeziyaya  ancaq 

sırf  sosioloji  tərəfdən,  məfkurəvilik  mövqeyindən,  məzmun  baxımından 

deyil,  həm  də  bədiilik  meyarları  baxımından,  estetik  dəyər  prizmasından 

yanaşmağa çalışırdı. Ədəbi inkişaf sürətlə irəliləyir, əvvəl tənqidi razı salan 

poeziya  nümunələri  artıq  1930-cu  illərdə  tənqidi  təmin  etmirdi.  1930-cu 

illərdə 

bədiilik 

problemi  nöqteyi-nəzərindən  tənqidin  ədəbiyyata 

münasibəti  və  onu  təhlil  etməsi  onun  özünün  müəyyən  mənada  ideya-

estetik cəhətdən təkmilləşməsini və inkişafını əks etdirirdi.  

Dövrün görkəmli tənqidçilərinin – M.Hüseyn, Ə.Nazim, M.Rəfilinin və 

b.  məqalələrində  əksini  tapan  poetik  prosesin  bədiilik  baxımından  təhlili 

ədəbi  tənqidə  bu  prosesin  mühüm  tərəflərini  açıb  göstərmək  imkanı  ilə 

yanaşı,  ona  yeni  dövr  poeziyasının  perspektiv  yollarını  və  vəzifələrini 

işıqlandırmaq    imkanı  da  verirdi.

 

Ədəbiyyat  və  sənətin  cəmiyyətdəki 




19 

 

vəzifəsi  ancaq  yazarın  sosial  əndişəsi  ilə  birlikdə  “sənət  əndişəsi”  olması 



sayəsində  mümkündür.  Sənət  əndişəsini  qəbul  etməyən  ədibin  əsəri 

canlılıqdan məhrum bir əsər olacaq. Belə əsərlər sxematik olmaqla heç bir 

estetik  həyəcan  doğurmaz,  cəmiyyətdə  müəyyən  rol  oynaya  bilməz. 

Zamanın,  rejimin  kəskin  təzyiqinə  baxmayaraq,  bu  tənqidçilər  də  sənət 

əndişəsi  ilə  bədii  əsərə  münasibət  göstərməyə  çalışırdılar.  Bu  mənada 

dövrün ədəbi tənqidində öz əksini tapan “bədii dəyər” problemi çox zəruri 

problem  idi.

 

Tənqidin  bu  meyli  Ə.Nazimin  “Şeirimizin  və  şüurumuzun 



xəstəlikləri”

1

,  M.Rəfilinin  “Proletar  ədəbiyyatında  mündəricə  və  şəkil”



2

M.Hüseynin  “Ədəbiyyatda  rekonstruksiya”



3

  məqalələrində  daha  qabarıq 

ifadə  olunurdu.  Bu  məqalələrin  timsalında  dövrün  tənqidində  bədiilik  və 

onun kriteriayalarının necə qoyulub aydınlaşdırılmasının xüsusiyyətləri ilə 

tanış olmaq mümkündür.  

Dissertasiyanın  Nəticə  hissəsində  isə  dissertasiyanın  ayrı-ayrı  fəsillə-

rində irəli sürülən fikir və mülahizələr, elmi-nəzəri müddəalar ümumiləşdi-

rilmişdir.

 

Tədqiqatın işlənməsi zamanı bir sıra məsələlərə - proletar şeiri və 



bədii  yaradıcılıq  metodu  problemi,  dövrün  ədəbi  prosesinə  və  klassik  irsə 

sinfilik  və  millilik  kontekstlərində  baxış,  ədəbi  tənqid  və  poeziyada  vəzn, 

janr axtarışları kimi problemlərə elmi-nəzəri şərh verilmişdir. 

Bunları ətraflı şəkildə tədqiq edərək aşağıdakı nəticələrə gəlmək olur: 

-1930-cu  illər  Azərbaycan  ədəbi  tənqidi  siyasi-metodoloji  baxımdan 

marksizm-leninizm  dünyagörüşünə  əsaslanırdı.  Onun  nəzəri-metodoloji 

bazasını ÜİK(b) P MK-nın ədəbiyyat və incəsənət haqqında göstərişləri və 

qərarları  təşkil  edirdi.  Dövrün  tənqidçiləri  də  ədəbiyyatın,  o  cümlədən 

poeziyanın  məziyyətlərini  ÜİK(b)  P  MK-nın  “Partiyanın  ədəbiyyat 

sahəsindəki  siyasəti  haqqında”  (18  iyun  1925-ci  il),  “Ədəbi-bədii  təşkilat-

ların  yenidən  qurulması  haqqında”  (23  aprel  1932-ci  il)  qərarlarındakı 

müddəalara  istinadən qiymətləndirmə aparırdılar. Bu şəkildə olan qiymət-

ləndirmə  üsulu  bir  sıra  hallarda  sənət  əsərinin  bədii-estetik  gözəlliyini 

müəyyənləşdirməyə  mane  olur,  birtərəfli,  yanlış  mülahizələrin  meydana 

gəlməsinə  şərait  yaradırdı.  Yeni  sənətin  estetikası  bu  mürəkkəblik 

                                                           

1

  Nazim  Ə.  Şeirimizin  və  şüurumuzun  xəstəlikləri  haqqında  //  “İnqilab  və  mədəniyyət” 



jurnalı, 1929, №12, s.27-32.

 

2



 

Rəfili  M.  Proletar  ədəbiyyatında  mündəricə  və  şəkil  //  “İnqilab  və  mədəniyyət”  jurnalı, 

1930, №1, s.24-30.

 

3



 

Hüseyn M. Ədəbiyyatda rekonstruksiya // “Ədəbiyyat cəbhəsində” jurnalı, 1930, №3, 

s.14-18. 

 



20 

 

içərisində törənir, qüvvə toplayır, təcrübə qazanır, ideya-estetik meyarlarını 



təcrübə qazanır,  ideya-estetik meyarlarını, bədii hadisələri qiymətləndirmə 

prinsiplərini  işləyib  hazırlamağa  çalışırdı.  Belə  bir  şəraitdə  ədəbi  tənqidin 

müəyyən məsələlərdə səhv etməsi gözlənilən bir hal idi. 

-  1930-cu  illər  ədəbi  tənqidi  ədəbiyyatın  nəzəri  məsələləri  ilə  məşğul 

olub  həll  etməyə  çalışırdı.  Bu  baxımdan  dövrün  ədəbi  tənqidində 

yaradıcılıq metodu problemi ilə bağlı fikirlər xüsusi əhəmiyyət kəsb edirdi. 

-  Tədqiq  olunan  dövrdə  ədəbi  tənqidin  ən  çox  məşğul  olduğu 

məsələlərdən biri klassik irsə münasibət idi.  Dövrün ədəbi tənqidi klassik 

irsi  yeni  zəmanənin,  yeni  mədəniyyət  tələbləri  baxımından  tədqiqata  cəlb 

edirdi.  Tənqidin  klassik  irs  təlimində  ədəbiyyatın  ictimai  əhəmiyyəti 

ideyası  onun  bədii-estetik  rolunu  üstələyirdi.  Ədəbi  tənqiddə  klassik 

Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrinin  bədii  irsinin 

təhlilində  ideoloji  münasibətlə  yanaşı,  estetik  yanaşmalar  da  özünü 

göstərirdi. Tənqidi fikrin nümayəndələri müasir poetik axtarış üçün klassik 

irsi çıxış nöqtəsi hesab etdiyindən ədəbi irs və müasirlik problemi diqqəti 

xüsusilə cəlb edirdi. Zəngin ədəbi-estetik təcrübəni mənimsəmədən müasir 

ədəbiyyatın  inkişafı  qeyri-mümkündür.  Tənqidi  fikrin  klassik  poeziya  ilə 

əlaqəsi onun müasir poetik axtarışlarına da ciddi təsir göstərirdi.  

-  Tədqiqatda  dövrün  poeziyasında  qabarıq  şəkildə  özünü  göstərən 

sxematizmin  sinfilik  amili  ilə  birbaşa  bağlılığı,  ədəbi  tənqidin  tədricən 

sinfilik amilini arxa plana keçirməsi, ədəbi-elmi qiymətləndirmədə millili-

yin təzahür xüsusiyyətlərinə daha artıq diqqət yetirməsi və s. cəhətlər şərh 

olunmuşdur. 

- Tədqiqat işində proletar şeirinin inkişafını şərtləndirən amillər, sərbəst 

şeirin  imkanları  ilə  bağlı  ədəbi-tənqidi  mülahizələr,  heca  və  sərbəst  şeir 

qarşıdurmaları,  bu  məsələlərə  çağdaş  düşüncə  müstəvisində  münasibət  öz 

əksini  tapıb.    Dissertasiyada  həm  ilk  mənbələrdə  əks  olunan  ədəbi  tənqid 

materiallarına  istinad  olunur,  həm  də  bu  barədə  sovet  dövrü 

ədəbiyyatşünaslığındakı mövqelərə münasibət bildirilir. 

-  1930-cu  illərdə  Azərbaycan  ədəbi  tənqidi  müəyyən  büdrəmələrinə, 

səhvlərinə  baxmayaraq,  yeni  bir  yüksəliş  dövrü  keçirdi.  Müəyyən 

çətinliklərə baxmayaraq, nəzəri-estetik cəhətdən dolğun tənqid nümunələri 

yaratmağa müvəffəq olurdu. Ədəbi tənqid çətin şəraitdə olsa da, öz daxili 

mahiyyətinə, vəzifəsinə sadiq qalmağa çalışır, amansız totalitar siyasi rejim 

şəraitində  də  ədəbiyyatın  insanşünaslıq  amalına  xidmətindən  qalmırdı.

 

1930-cu  illərin  tənqidi  ancaq  vulqar-sosioloji  tənqid  deyildi,  bu  illərin 



tənqidində  demokratik  meyillər  də  vardı  və  sinfilikdən  milliliyə  keçid 


21 

 

həqiqət  idi.  Bütün  bunlar  1930-cu  illərdə  ədəbi  tənqidin  sosiolojidən 



estetikliyə  doğru  zəif  də  olsa  nəzərə  çarpan  hərəkətdə  olduğu  fikrini 

deməyə əsas verir.  

 

 

  Dissertasiyanın mövzusu ilə əlaqədar aşağıdakı məqalə və 



tezislər nəşr olunmuşdur: 

 

1.



 

Hacı Kərim Sanılı yaradıcılığı ədəbi tənqiddə // “Dil və Ədəbiyyat” 

Beynəlxalq elmi-nəzəri jurnalı, Bakı: 2012, №2(82), s. 192-197 

2.

 



1930-cu  illər  ədəbi  tənqidinin  poeziyaya  ideoloji  və  estetik 

yanaşmaları  (M.Hüseyn  tənqidinin  materialları  əsasında)  // 

Pedaqoji  Universitet  Xəbərləri.  Azərbaycan  Dövlət  Pedaqoji 

Universiteti, Bakı: 2013, №3, s. 275-282 

3.

 

1930-cu  illər  Azərbaycan  ədəbi  tənqidində  romantizmə  və 



romantikaya ziddiyyətli münasibətlər // “Dil və Ədəbiyyat”  jurnalı. 

Azərbaycan Dillər Universiteti, Bakı: 2013, №4, s. 202-207 

4.

 

1930-cu  illər  Azərbaycan  ədəbi  tənqidində  “bədii  dəyər  uğrunda” 



mübarizə məsələləri / Doktorantların və gənc tədqiqatçıların XVIII 

Respublika  Elmi  konfransının  materialları.  Bakı,  19-20  dekabr, 

2013,  s.78-80 

5.

 



1930-cu  illər  ədəbi  tənqidi  proletar  (sovet)  ədəbiyyatı  uğrunda 

mübarizədə  sərbəst  şeirin  yerinə  dair  //  Azərbaycan  Dillər 

Universitetinin  Elmi  Xəbərləri.  Humanitar  elmlər  seriyası.  Bakı: 

2014, №1, s. 265-271 

6.

 

1930-cu  illər  Azərbaycan  ədəbi  tənqidində  M.Füzulinin  yeri  / 



Ümummilli  lider  H.Əliyevin  anadan  olmasının  91-ci  ildönümünə 

həsr  olunmuş  Gənc  Tədqiqatçıların  II  Beynəlxalq  Elmi 

Konfransının  materialları.  Bakı,  Qafqaz  Universiteti,  18-19  aprel, 

2014, s.236-237 

7.

 

M.Ə.Sabir yaradıcılığı 1930-cu illər Azərbaycan ədəbi tənqidində //  



“Humanitar  elmlərin  öyrənilməsinin  aktual  problemləri”  jurnalı. 

Bakı:  Mütərcim, 2014, №2, s.192-195 

8.

 

Идеологические и эстетические аспекты поэзии 1930-х годов в 



творчестве  литературоведа  критика  М.Рафили  //  «Культура 

народов 


причерноморья» 

Таврический 

Национальный 

Униерситет им. В.И. Вернадского. Kpым, 2014, №274, c.45-48 




22 

 

9.



 

Literary  criticism  and  classical  heritage  in  the  1930s  (on  the 

context  of  attidude  towards  M.Fuzuli)  //  “Kültür  evreni”,  Ankara, 

2015, sayı 6, s.136-139 

10.

 

Cabbar  Əfəndizadə  tənqidində  poeziya  məsələləri  /  Ümummilli 



lider  H.Əliyevin  anadan  olmasının  92  illiyinə  həsr  olunmuş  Gənc 

tədqiqatçıların III Beynəlxalq Elmi Konfransının materialları. Bakı, 

Qafqaz Universiteti, 17-18 aprel, Bakı: 2015, s.984-986 

11.


 

1930-cu  Azərbaycan  ədəbi  tənqidində  lirik  və  epik  poeziya 

məsələləri  (M.Müşfiq  poeziyasına  münasibət  kontekstində)  / 

“Azərbaycanşünaslığın 

aktual 

problemləri” 



mövzusunda 

Ümummilli  lider  H.Əliyevin  anadan  olmasının  92-ci  ildönümünə 

həsr  olunmuş  VI  Beynəlxalq  Elmi  Konfransın  materialları.  Bakı,  

5-7 may, 2015, s.136-138 

12.

 

Cabbar  Əfəndizadə  tənqidi  və  poeziya  //  “Filologiya  məsələləri” 



jurnalı, Bakı: Elm və təhsil, 2015, №3, s.246-249 

13.


 

Atababa Musaxanlı tənqidində poeziya məsələləri (1930-cu illər) // 

AMEA-nın Xəbərləri. Humanitar elmlər seriyası. Bakı: Elm, 2015, 

№1, s.113-116 

14.

 

Əli  Nazim  tənqidi  və  poeziya  /  Doktorantların  və  gənc 



tədqiqatçıların  XIX  Respublika  Elmi  konfransının  materialları, 

Bakı, 7-8 aprel, 2015, I c., s.433-434 

 

 

 



 

 

 



 

 

 



 

                                                                      

 

 



23 

 

Айсель Низами кызы  Гулиева 



 

Эстетическое и идеологические отношение к поэзии  

Азербайджанкой литературной критики 1930-x годов 

    

РЕЗЮМЕ 

 

Представленная  диссертация  состоит  из  трех  глав,  Введения, 

Заключение  и  списка  исользованной  литературы.  Во  введной  части 

диссертации  отражены  вопросы  актуальности  темы,  степень  ее 

изученности,  предметь  исследования,  цели  и  задачи  исследования, 

вопросы  научной  новизны,  методологические  основы,  теоретическое 

и практическое значение диссертации.  

I  глава  –  «Пролетарская  поэзия  и  проблема  творческого 

метода»  состоит  из  двух  подразделов:  первой  –  «Требования 

предьявляемые  к  творческим  методам  в  литертурной  критике  1930-х 

годов».  Второй  подраздел  –  «Противоречивость  мировоззрений 

литературной  критҡи  1930-х  годов  в  отношении  к  романтизму  и 

романтике в поэзии». 

Первая  глава  посвящеңа  анализу  проблем  связанных  с 

творческими  методами  литературңой  ҡритиҡи  1930-х  годов. 

Сформировавшаяся    в  начале  ХХ  века  советская  пролетарское 

литературная    критика,  ее  сущность  и  своеобразие,  проблемы 

творческих 

методов 

поставленные 

в 

литературе, 



прогресс 

литературного  процесса,  творческие,  идеологические  колебания, 

противоречивое  отношение  к  литературным  традициям  –  все  эти 

вопросы нашли свое отражение в 

I

-

ой главе и подразделах. II глава –



 

«Отношение  литературной  критики  30-х  годов  к  классическому 

наследию  и  поэтическому  творчеству  с  позиций  классовости  и 

национальных тенденций» также состоит из двух подразделов: первый 

– «Принцип классовости в социологическом подходе к литературному 

творчеству»,    второй  подраздел  –  «Переход  от  классовости  к 

национальным тенденциям – начальная форма перехода в отношении 

к  поэзии».  Основу  этой  главы  составляет  анализ  того,  какое  место 

отведено романтике в направлении социалистического реализма после 

первого  съезда  Писателей  СССР,  отрицание  романтического  стиля, 

мотивов литературы и героев поэзии 30-х годов. Основная часть II-ой 

главы  посвящена  анализу  вопросов  классовости  в  литературе, 




24 

 

начавшихся  в  середине  1920  года  и  продолжавшихся  до  середины 



1930  годов,  затем  сменившийся  на  элементы  национального 

самосознания. Эта смена рассматривается как качественно изменение 

и скачок вперед в национальной идеологии.  

III  глава  называется  «Литературная  критика,  проблемы 

стихосложения,  поиски жанра».  Глава  также  разделена  на  3  части.  В 

данной  главе  анализируется  проблема  «вольного  стиха»  в 

пролетарской поэзии, отношение к социаьному и эпическому жанру, а 

также  ужесточение  критики  к  национальному  поэтическому  размеру 

«хеджа».  

В  заключительной  части  диссертации  обобщены  основные 

научно-теоретические результаты к которым мы пришли в результате 

исследования.  

Завершает диссертацию список использованной литературы. 

 

 




25 

 

           Aysel Nizami gizi Guliyeva 



Aesthetic and ideological approaches of Azerbaijan literary 

criticism of the 1930s to poetry  

 

SUMMARY 

 

The  paper  consists  of  “Foreword”,  3  chapters,  “Conclusion”  and 

“Index”. “Foreword” is devoted to the elucidation of urgency of the issue, 

extent of its research, object and subject of the study, goals and objectives, 

scientific  innovation,  methodological  basis,  theoretical  and  practical 

importance. 

The first  chapter  is  called “Proletarian  poetry  and  problem  of  the 

method of artistic creativity”. The issue set in this chapter is studied in 2 

sub-chapters.  The  object  of  the  first  sub-chapter  is  “Requirements  for  the 

method of creativity in literary criticism of the 1930s”. In the development 

of  proletarian-soviet  literature  attention  given  to  method  of  creativity  by 

literary criticism is studied in the context of improvement and stumbling of 

the literary process and antagonistic attitude to literary traditions.  

 

The  second  sub-chapter  deals  with  “Contrary  attitude  to 



romanticism  and  romance  in  literary  criticism”.  In  this  chapter  the  focus 

mainly  goes  to  the  character  of  contrary  attitude  of  literary  criticism  to 

manifestation  of  romantic  style,  romantic  theme,  romantic  personage,  as 

well as the attitude of socialist realism to romance after the I congress.  

II  chapter  is  called  “The  glimpse  of  the  poetry  of  the  1930s  and 

classical  heritage  in  the  context  of  social  class  and  nationality”.  The 

evaluation of literary poetry proceeding from social class position based on 

the  tradition which began in the late 1920s and its continuation till the mid-

1930s,  the  beginning  of  transition  from  the  idea  of  class  to  nationality 

which began after the middle of the 1930s and evaluation of it as a quality 

difference are forming the first and second chapter’s essential tendency. 

In  three  sub-chapters  of  the  chapter  called  “Literary  criticism  and 

poetic metre, genre searching” the attitude to syllabic rhythmic poems, the 

position  of  free  rhythmic  poetry  in  the  struggle  for  proletarian  (soviet) 

literature, the social and aesthetic attitudes towards lyric and epical genres, 

as well as the issues that determine artistic merit are explained by means of 

rich resources.  

In  “Conclusion”  the  main  scientific  and  theoretical  theses  of  the 

research are summarized

.  



26 

 

 



 

 

 



 

 

 



 

 

                                                      



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Kağız formatı: 60/84 16/1 

Sayı: 100 

 

 



AMEA-nın mətbəəsində çap olunmuşdur. 

 

 



 


27 

 

          НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 



ИНСТИТУТ ЛИТЕРАТУРЫ им. НИЗАМИ 

 

   


 

На правах рукописи 

 

 



 

АЙСЕЛЬ НИЗАМИ кызы  ГУЛИЕВА 

 

 



 

ЭСТЕТИЧЕСКОЕ И ИДЕОЛОГИЧЕСКИЕ ОТНОШЕНИЕ 

К ПОЭЗИИ АЗЕРБАЙДЖАНКОЙ ЛИТЕРАТУРНОЙ КРИТИКИ 

1930-x ГОДОВ 

 

 



5716.01 – Азербайджанская литература 

 

 



 

 

 



А В Т О Р Е Ф Е Р А Т 

 

 

 

 

диссертации на соискание научной степени 

доктора философии по филологии 

 

 

 

 

 

БАКУ – 2017 

 

Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə