Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

16 

 

1930-cu  illərdə  M.Ə.Sabir  irsinə  dövrün  görkəmli  tənqidçi-



ədəbiyyatşünaslarının  ideya-estetik,  məzmun  xüsusiyyətləri  cəhətdən 

verdikləri şərhlər dəyərli, hər zaman üçün aktualdır.  



“Ədəbi  tənqid  və  poeziyada  vəzn,  janr  axtarışları”  adlanan  III 

fəsildə    heca  vəznli  şeirə  münasibət,  proletar  (sovet)  ədəbiyyatı  uğrunda 

mübarizədə  sərbəst  şeirin  yeri,  lirik  və  epik  janrlara  sosioloji  və  estetik 

yanaşmalar, həmçinin bədiiliyi şərtləndirən digər məsələlər zəngin material  

əsasında şərh olunur. 

III fəslin birinci yarımfəsli “Heca vəznli şeirə münasibət və proletar 



(sovet) ədəbiyyatı uğrunda mübarizədə sərbəst şeirin yeri”  adlanır. Bu 

yarımfəsildə  proletar  şeirinin  inkişafını  şərtləndirən  amillər,  sərbəst  şeirin 

imkanları ilə bağlı ədəbi-tənqidi mülahizələr, tənqiddə heca və sərbəst şeir 

qarşıdurmalarına təkan verən məqalələrə analitik baxış öz əksini tapıb.    

XX  əsrin  30-cı  illəri  ədəbi  tənqidimizin  tarixinə  “ədəbi  mübarizələr” 

dövrü  kimi  daxil  olmuşdur.  Mübahisəli  məsələlərdən  biri  də  “proletar 

şeiri”nin  hansı  ənənələr  əsasında  və  hansı  yollarla  inkişafı  məsələsi  idi. 

Proletkultçu  tənqidi  düşüncə  proletar  şeirini  hər  hansı  bir  ənənədən,  o 

cümlədə ənənədən, o cümlədən, heca vəznli şeirdən ayrı təsəvvür edir, yeni 

şeirin  inkişaf  perspektivini  daha  çox  sərbəst  şeirlə  bağlayırdı.  Tədqiqat 

materialları bunu deməyə əsas verir ki, 1930-cu illərdə nə heca vəzninə, nə 

də  sərbəst  şeirə  münasibət  birmənalı  deyildi.  Dövrün  ədəbi  tənqidinin 

sərbəst şeirə münasibətində də ziddiyyətli fikirlər özünü göstərmişdi.  

1930-cu  illərdə  ədəbi  tənqid  heca,  əruz  vəznində  yazılan  şeirlərin 

köhnəldiyini  dönə-dönə  vurğulayır,  sərbəst  şeirin  üstünlüyünü  qabardırdı. 

Heca  vəzninə  bu  cür  yanaşmanı  Ə.Nazimin  “Günəşi  içirik,  günəşlənirik”, 

M.Quliyevin  “Oktyabr  və  türk  ədəbiyyatı”,  B.Çobanzadənin  “Azəri 

ədəbiyyatının  yeni  dövrü  (nasionalizmdən  internasionalizmə)”  əsərlərində 

görmək  mümkündür.  Ş.Salmanov  haqlı  olaraq  yazırdı:  “Bu    halda  çox 

mühüm  keyfiyyət  yenilikləri  –  obrazlı  təfəkkürdə,  həyati  qavrayışda, 

varlığın bu və digər sahələrinə müraciətdə, estetik idealda meydana çıxan 

yeniliklər kənarda qalırdı”

1



M.Rəfilinin  “Maarif  işçisi”  jurnalında  çap  etdirdiyi  “Sərbəst  şeir 



haqqında  ilk  söz”

2

  məqaləsində  sərbəst  şeirin  xüsusiyyətləri,  daxili 



ziddiyyətləri,  öz  inkişafında  məruz  qaldığı  çətinliklər  məqalədə  çox  gözəl  

                                                           

1

 

Salmanov Ş. Azərbaycan sovet şeirinin ənənə və novatorluq problemi (1920-1932-ci illər). 



Bakı: Elm, 1980, s.122.

 

2



 

Rəfili  M.  (“Gülən  adam”  imzası  ilə).  “Sərbəst  şeir”  haqqında  ilk  söz  //  “Maarif  işçisi” 

jurnalı, 1929, №1, s. 70-79.

 



17 

 

əksini  tapmışdır.  M.Rəfilinin  əsas  məqsədi  milli  poetikanı  inkar  etmək 



deyil,  müasir  poeziyanın  ideya  əsaslarını  müəyyənləşdirməkdir.  Müəllif 

sərbəst  şeiri  yalnız  vəzn,  forma  hadisəsi  olaraq  izah  etmir,  sərbəst  şeirin 

başqa bir yeniliyini də önə çəkirdi. Bu, sərbəst şeirin o vaxt proletar şeirinin 

toxunmadığı mövzulara, ümumbəşəri ideyalara toxunmaq cəhdi idi.  

Sərbəst şeirin ideya-tematika xüsusiyyətlərini, poetika prinsiplərini 

geniş,  bəşəri  miqyasda  müəyyənləşdirməyin  özü  tənqidin  güclü  tərəfi, 

məziyyəti idi. Beləliklə, dövrün ədəbi tənqidinin bu problemə yanaşmasın-

dakı diqqəti çəkən əsas  üstün cəhətlərdən biri odur ki, sərbəst şeirin ayrı-

ayrı formalist ünsürlərini göstərərkən ədəbi tənqid mündəricənin, məzmu-

nun  üstünlüyünü,  onun  ideya-bədii  cəhətdən  təkmilləşməsinin  xüsusi 

əhəmiyyət kəsb etdiyini dönə-dönə qeyd etmişdi.  

III  fəslin  “Lirik  və  epik  poeziya  tənqidin  sosioloji  və  estetik 



meyarları müstəvisində”  adlanan ikinci yarımfəslində 1930-cu illər tənqi-

dində  lirik  və  epik  poeziyaya  estetik  və  ideoloji  yanaşmaların  təhlili, 

xüsusilə  1930-cu  illər  ədəbi  tənqidində  M.Müşfiq,  S.Vurğun,  S.Rüstəm, 

H.K.Sanılı,  Ə.Cavad  və  b.  yaradıcılıqlarının  təhlili  ilə  bağlı  fikirlər  təhlil 

obyekti  kimi  götürülüb.  Məsələn,  tənqidçi  M.Quliyev,  S.Hüseyn  və 

M.Hüseynin  H.K.Sanılının  yaradıcılığına  münasibətlərində  marksist 

ideologiyanın irəli sürdüyü tələblər özünü qabarıq şəkildə göstərirdi. Belə 

ki, M.Quliyev H.K.Sanılını “qolçomaq şairi” adlandırır, S.Hüseyn isə onun 

irəli sürdüyü fikirlərində “haqlı” olduğunu “Hacı Kərim Sanılı hansı kəndin 

şairidir?”  məqaləsində  əsaslandırmağa  çalışırdı.  S.Hüseyni  narahat  edən  o 

idi ki, H.K.Sanılı “yeni kəndə əski kəndin adət və ənənələrini ayaqlayaraq, 

yıxıb dağıdaraq getmək fikrində deyildir”

1

.  Hər  iki  məqalədən  belə  nəticə 



çıxırdı  ki,  H.K.Sanılı  patriarxal  köhnə  kəndi  –  “qolçomaq”  kəndini  təsvir 

edir. 


A.Musaxanlının H.K.Sanılı haqqında məqaləsi  ilə tanışlıq zamanı 

tənqidçinin  “Aran  köçü”nə  verdiyi  təhlillərində  isə  tənqidçi  obyektivliyi, 

bədii  materiala  estetik  yanaşma  görürük.  Bu  mənada  1930-cu  illərdə 

marksist təmayülə milli müqavimət hissini müşahidə etmək, A.Musaxanlı-

nın, M.Rəfilinin, Ə.Abidin, B.Çobanzadənin timsalında milli tənqid ənənə-

lərinin davamını görmək mümkündür. 

Dövrün  tənqidinin  poema  janrında  yazılan  əsərlərə  xüsusi  diqqət 

yetirməsi  də  səbəbsiz  deyildi.  Ədəbi  tənqid  poeziyanın  gerçəkliyi  yalnız 

                                                           

1

 



Hüseyn  S.  H.K.Sanılı  hansı  kəndin  şairidir!?  //  “İnqilab  və  mədəniyyət”  jurnalı,  1930, 

№10, s.26-30.  

 



Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə