Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

 

bərabər, M.F.Axundzadədən başlayan professional ədəbi tənqidin XX əsrin 



əvvəllərinə  qədərki  (1920-ci  ilə  qədərki)  tarixini  fundamental  şəkildə 

araşdırmağa müvəffəq olmuşdur. 

 

Sovet dövründə tənqidin sistemli tarixini yazmaq mümkün olmasa 



da, bu istiqamətdə müəyyən addımlar atılmış, tənqid və ədəbiyyatşünaslığı-

mızın yaradıcılıq problemləri daim diqqət mərkəzində olmuşdur. Akademik 

K.Talıbzadənin  iki  cildlik  “Seçilmiş  əsərləri”nin  ikinci  cildi,  üç  cildlik 

“Azərbaycan ədəbiyyatı tarixi”nin üçüncü cildində, iki cildlik “Azərbaycan 

sovet  ədəbiyyatı  tarixi”ndə  ədəbi  tənqidlə  bağlı  yazılan  icmallar, 

Azərbaycan  ədəbi  tənqidinin  bir  çox  istedadlı  nümayəndələrinin  elmi 

fəaliyyətini  işıqlandıran  “Fikrin  karvanı”  kitabı  bu  baxımdan  olduqca 

əhəmiyyətlidir. 

Azərbaycan  ədəbi  tənqidinin  tarixi  inkişaf  yolunda  ikinci  əsas 

mərhələ  keçən  əsrin  20-30-cu  illəri  hesab  olunur.  Bu  onilliklərdə  ədəbi 

tənqid çox mürəkkəb və ziddiyyətli bir yol keçmişdir. Milli  ədəbi tənqidin 

tarixində  bu  qədər  zəngin  mərhələ  təsəvvür  etmək  çətindir.  Qeyd  etmək 

lazımdır ki, hər hansı bir dövrün  ədəbi tənqidinin bütün təffərrüatı, tərkib 

və  parametrləri  ilə  canlandırılması  həmin  mərhələnin  sistemli  tədqiqat 

predmetinə  çevrildiyi  təqdirdə  əyaniləşir.  Tənqidşünaslıq  və  ədəbiyyat 

tarixçiliyi  kontekstlərində  bu  mərhələnin  tənqidi  də  ciddi  araşdırmaların 

obyekti olmuşdur. Keçən əsrin son onilliklərində prof.Ş.Salmanov və prof. 

N.Şəmsizadənin tədqiqatları xüsusi qeyd olunmalıdır.  

“Müasir  Azərbaycan  ədəbi  tənqidinin  təşəkkülü  və  inkişaf 

meylləri”  adlı  tədqiqatın  müəllifi  Ş.Salmanov  1920-1932-ci  illər  sovet 

dövrü  ədəbi  tənqidinin  keçdiyi  tarixi  inkişaf  yolunu,  bu  inkişafın 

istiqamətini  və  yaradıcılıq  meyillərini  araşdırma  obyektinə  çevirmiş,  bu 

zaman  və  təbii  ki,  tədqiqatın  obyektinin  imkan  verdiyi  dərəcədə  1930-cu 

illər ədəbi tənqidinin poeziyaya  münasibəti məsələlərinə də toxunmuşdur. 

Prof.  N.Şəmsizadənin  “Seçilmiş  əsərləri”nin  birinci  (qismən), 

ikinci  (bütövlükdə)  cildləri  1920-30-cu  illər  ədəbi  tənqidimizin  görkəmli 

nümayəndələrinin elmi irsinin araşdırılmasına həsr olunmuşdur. 

Son  illərdə  isə  prof.  B.Əhmədov  və  prof.  T.Salamoğlunun 

araşdırmalarını xüsusi qeyd etmək lazım gəlir. Prof. B.Əhmədovun bir sıra 

məqalələrində 1930-cu illər tənqidi ilə bağlı təhlillərində bədii təsərrüfata, o 

cümlədən  poeziyaya  və  onun  ayrı-ayrı  nümayəndələrinin  yaradıcılığına 

metodoloji münasibət öndədir. 

Prof. T.Salamoğlunun “Ədəbi tənqid tarixinə dair portret-oçerklər” 

adlı    tədqiqatında  ədəbi  tənqidimizin  bu  mürəkkəb  mərhələsinə,  dövrün 




 

istedadlı  tənqidçilərinin  elmi  irsinə  çağdaş  elmi-nəzəri  düşüncə 



müstəvisində münasibət bildirilmişdir. Adı çəkilən kitabında prof. T.Salam-

oğlu poeziya və tənqid probleminin şərhinə də xüsusi diqqət yetirmişdir. 

Göstərilən bu tədqiqatlarda 1930-cu illər ədəbi tənqidində poeziya 

məsələləri  əhatəli  tədqiqat  obyekti  olmuşdur.  Bütün  bunlara  baxmayaraq, 

1930-cu illər ədəbi tənqidi, xüsusilə onun poeziya ilə bağlı axtarışları, uğur 

və  kəsirləri  ayrıca  elmi-tədqiqat  obyekti  kimi  götürülməmiş,  milli  ədəbi 

tənqidin həmin mərhələsi üçün səciyyəvi olan xüsusiyyətlər sistemli şəkildə 

öyrənilməmişdir. 

Bundan  əlavə,  1920-30-cu  illərin  tənqid  materiallarının  bir  sistem 

şəklində nəzərdən keçirilməsi sübut edir ki, 1920-ci illər tənqidi ilə 1930-cu 

illər tənqidini keyfiyyətcə fərqləndirmək lazım gəlir. Tədqiqat işinin “1930-

cu  illər  Azərbaycan  ədəbi  tənqidinin  poeziyaya  estetik  və  ideoloji 

yanaşmaları” kimi müəyyənləşdirilməsi, ilk növbədə, tədqiqatın üfüqi yox, 

şaquli  istiqamətdə  aparılmasını  və  daha  çox  ədəbiyyatşünaslığımızda 

“vulqar-sosioloji tənqid” mərhələsi kimi xarakterizə edilən onilliyin tənqid 

təsərrüfatındakı  fərqli  təmayülləri  aşkarlamağı,  ədəbi  mübarizələrin 

mahiyyətini  üzə  çıxarmağı  nəzərdə  tutur.  İndiyə  qədər  bu  mərhələnin 

tənqidi,  təhlili  ümumi  bədii  təsərrüfata  münasibət  kontekstində 

öyrənilmişdir. Bu tədqiqatda isə tənqid və poeziya məsələlərinin ön  plana 

çəkilməsi  ədəbi  prosesin  dərinliklərinə  nüfuz  etməyə,  konkret  bir  sahənin 

inkişaf  yolu  kontekstində  ədəbi  tənqidin  səciyyəsini  meydana  çıxarmağa         

imkan verir. 



 

Tədqiqatın  metodoloji  əsası.  Tədqiqat  işində  əsasən  tarixi-

müqayisəli,  tipoloji  və  analitik  təhlil  metodlarından  istifadə  edilmişdir. 

Elmi  əsaslandırmanı  gücləndirmək  məqsədilə  yeri  gəldikcə  rus  sovet 

nəzəriyyəçi  və  tənqidçilərinin  problemlə  əlaqəli  fikirlərinə  də  istinad 

edilmişdir. 

Tədqiqatın  nəzəri  və  təcrübi  əhəmiyyəti.  Tədqiqat  işi  1930-cu 

illər  tənqidinin  elmi  mənzərəsinin  bütövləşməsi,  metodoloji  təbiətinin 

aşkarlanması  baxımından  ciddi  nəzəri  əhəmiyyət  daşıyır.  Həmçinin  bu  iş 

özünün təhlil istiqamətləri, nəzəri qənaətləri ilə sonrakı tədqiqatlar üçün də 

müəyyən  nəzəri  baza  kimi  xidmət  edə  bilər.  Tədqiqat  işindən  ali 

məktəblərin  filologiya  fakültələrində  “Ədəbi  tənqid  tarixi”  fənninin 

tədrisində, ali məktəblərin bakalavr və magistr pillələri üçün dərslik və dərs 

vəsaitlərinin,  həmçinin  proqramların,  metodik  göstəriş  və  metodik 

işləmələrin  tərtibi  zamanı  istifadə  oluna  bilər.  Tədqiqat  prosesində 

topladığımız  ədəbi  tənqid  materialları  Azərbaycan  ədəbi  tənqidinin  tarixi 




Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə