Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

12 

 

məfkurələrə  qarşı  mübarizədə  doğdu”



1

  -  qənaəti  tənqidi  düşüncənin 

mahiyyətini  dəqiq  əks  etdirir.  Bu  məntiqə  əsasən  də  tənqidçilər  proletar 

ədəbiyyatının  H.Cavid  və  Ə.Cavad  ədəbiyyatı  ilə  mübarizədə  yarandığını 

qətiyyətlə söyləyirdilər. 

Zamanın  bütün  çətinliklərinə,  ideoloji  təsirin  amansız  basqısına 

baxmayaraq,  dövrün  ədəbi  tənqidində  bu  məsələ  ilə  əlaqədar  estetik 

yanaşmalar  da  özünü  göstərirdi.  H.Zeynallının  ədiblə  bağlı  fikirlərində 

romantizm  yaradıcılıq  metoduna  romantik  estetikanın  prinsiplərinə  yaxın 

şəkildə  qiymət  verdiyini  görmək  mümkündür.  Tənqidçi  H.Cavidi  “əsrinin 

həqiqi  bir  oğlu”  adlandıraraq  onu  sənətkarlıq  baxımından  yüksək 

qiymətləndirmiş,  onun  dil  və  üslubunu  Azərbaycandakı  şair  və  ədiblər 

içərisində ən müstəsna, ən zərif və narın bir dil hesab etmişdir.  

Tənqidçi  C.Əfəndizadənin  də  “Aprel  və  ədəbiyyat”  adlı 

məqaləsində  H.Cavid  yaradıcılığının  təhlili  ilə  bağlı  fikirlərində  sənətə 

estetik  münasibət  özünü  göstərirdi.  Belə  ki  o,  H.Cavidi  “Azərbaycanda 

şəkil və lisanca ən iləri gələn bir şair” hesab edirdi. 

C.Əfəndizadənin  qeyd  etdiyi  kimi,  H.Cavid  yaradıcılığını  ancaq 

estetizmə bağlamaq isə 1930-cu illərdə romantizmin kifayət qədər doğru və 

elmi şəkildə araşdırılmamasının nəticəsi idi.  

İkinci fəsil “1930-cu illərin poeziyasına və klassik irsə sinfilik və 



millilik  kontekstlərində  baxış”  adlanır.  Dissertasiyanın  bu  fəslində 

poeziyada  qabarıq  şəkildə  özünü  göstərən  sxematizmin  sinfilik  amili  ilə 

birbaşa  bağlılığı,  tənqidin  tədricən  sinfilik  amilini  arxa  plana  keçirməsi, 

ədəbi-elmi qiymətləndirmədə milliliyin təzahür xüsusiyyətlərinə daha artıq 

diqqət  yetirməsi  və  s.  cəhətlər  şərh  olunmuşdur.  Ədəbi  təsərrüfatı  1920-ci 

illərin 


sonlarından 

etibarən  güclənməkdə  olan  sinfi  mövqedən 

qiymətləndirmənin 1930-cu illərin ortalarına qədər davam etməsi, 1930-cu 

illərin  ortalarından  sonra  ədəbi  dəyərləndirmədə  sinfilikdən  milliliyə 

keçidin  başlanması  ədəbi  prosesin  irəliyə  doğru  hərəkətini  şərtləndirən 

keyfiyyət  fərqi  kimi  götürülməsi  ikinci  fəslin  birinci  -  “Sənətə  sosioloji 



yanaşmada  sinfilik  amili”  kimi  adlanan  və  ikinci  -  “Poeziyaya 

münasibətdə  sinfilikdən  milliliyə  keçid  başlanğıc  formasında”  yarım-

fəsillərinin  əsas  tendensiyasını  təşkil  edir.  Sovet  dövründə  klassik  irsə 

nihilist yanaşma 1920-ci illərin sonlarından güclənməyə başlamışdı. Bunu 

                                                           

1

 

Hüseyn M. Yaradıcılıq ixtilaflarımız // “İnqilab və mədəniyyət” jurnalı, 1931, №3-4, s.51. 



 


13 

 

Ə.Nazimin, M.Rəfilinin və b. tənqidçilərin o illərdə yazılmış məqalələrində 



müşahidə etmək mümkündür.  

“Partiyanın  bədii  ədəbiyyat  sahəsində  siyasəti  haqqında”  18  iyun 

1925-ci  il  tarixli  qərarı  ilə  milli  ədəbi  prosesdə  parçalanma  aparıldı. 

Bununla fəaliyyətdə olan yazarlar (eləcə də klassiklər)  üç qrupa bölündü: 

proletar yazıçıları, burjua-qolçomaq yazıçıları və cığırdaşlar. 

Dövrün  istedadlı  tənqidçilərinin  -  H.Zeynallının,  B.Çobanzadənin, 

M.Hüseynin, Ə.Nazimin, M.K.Ələkbərlinin və başqalarının sənətə sosioloji 

yanaşmada  nümayiş  etdirdikləri  sinfilik  amili  1930-cu  illər  tənqidində 

ədəbi  prosesin,  o  cümlədən  poeziyanın  qiymətləndirilməsində  elmi  həqi-

qətləri üzə çıxarmaq baxımından əhəmiyyətlidir. I yarımfəsildə bu  məsələ-

lər təhlil edilmişdir. 

1930-cu illərin ədəbi tənqidində bədii əsər dəyərləndirilərkən sənət-

karın dünyagörüşünə, məfkurəsinə əsas diqqət yetirilirdi. Bədii yaradıcılıq 

prosesinin    özünəməxsus  xüsusiyyətlərini,  hər  bir  sənətkarın    yaradıcılıq 

özünəməxsusluğunu,  sənətkarlıq imkanlarını nəzərə almadan dövrün ədəbi 

tənqidi  bədii  əsərləri  hazırlanmış  bir  qəliblə  ölçüb  qiymətləndirirdi, 

sənətkarın bədii irsinə proletar dünyagörüşünə nə dərəcədə yaxınlaşması ilə 

qiymət verirdi, əsərin bədii estetik xüsusiyyətlərinə əhəmiyyət vermirdi. Bu 

baxımdan  1930-cu  ildə  çap  olunmuş  “Ədəbi  döyüşlər”in  müəllifi  olan 

M.Hüseyn  də  əsasən  ədəbi  prosesi  zamanın  tələbindən  irəli  gələrək  sinfi 

mübarizə  əlaməti  altında  qiymətləndirirdi.  Bu  cəhət  həmin  kitabın  həm 

başlanğıcında, həm strukturunda, həm də tənqidçinin təhlillərinin metodo-

logiyasında  açıq  şəkildə  özünü  göstərirdi.  Kitabın  əvvəlində  “Bu  günkü 

Azərbaycan  ədəbiyyatında sinfi  mübarizə”  adlı  başlıqda  ifadə  olunan fikir 

də buradakı tənqidin xarakterini göstərir. M.Hüseyn kitabda yalnız proletar 

inqilabından sonrakı ədəbiyyatımızda gedən sinfi mübarizənin olduqca qısa 

bir xarakteristikasını verməyə çalışdığını qeyd edirdi.  

Sənətə  sosioloji  yanaşma  ədəbiyyatın  spesifikası  ilə  hesablaşmır, 

onun  bədiilik  kateqoriyasını  nəzərə  almırdı.  Bu  dövrün  ədəbi  tənqidində 

ayrı-ayrı  klassik  şairlərin  təhlili  zamanı  sinfilik  amili  önə  çəkilirdi. 

Məsələn, siyasi rejimin təzyiq və tələbinin nəticəsi olaraq ədəbi tənqid uzun 

müddət  M.Ə.Sabir  satiralarındakı  əsas  amalı  pərdələyərək  “sinfilik” 

kontekstini  daha  çox  qabartmışdı.  Bu  baxımdan  M.Quliyev  “Sabir  füqəra 

şairidir”  məqaləsində  şairin  “inqilabçı”,  “proletar  ziyalısı”  kimi  ədəbiyyat 

tariximizdə xüsusi yer tutduğunu vurğulayırdı.  

1930-cu  illərdə  M.K.Ələkbərlinin  “Azərbaycan  ədəbiyyatı”  məru-

zəsində,  xüsusilə  M.Ə.Sabirə  ünvanladığı  silsilə  məktub-məqalələrində 



Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə