Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

 

araşdırma  obyekti  kimi  götürülmüşdür.  Dövrün  görkəmli  tənqidçilərinin 



poeziyaya münasibətdə sərgilədikləri ideoloji və estetik yanaşmaların elmi 

şərhi  tədqiqatın  predmetini  təşkil  edir.  Ayrı-ayrı  problemlərin  elmi  şərhi 

zamanı zərurət olduqda 1920-ci illərə aid olan  ədəbi tənqid materiallarına 

da müraciət olunmuşdur. 

 Dissertasiyada 

Ə.Abid, 


Ə.Nazim, 

M.Hüseyn, 

M.Rəfili, 

A.Musaxanlı,  B.Çobanzadə  və  b.  tənqidçilərin  məqalələri  birbaşa  təhlil 

obyekti  olur.  Bu  alimlərin  elmi  yaradıcılığında  poeziyanın  müxtəlif 

məsələləri,  eləcə  də  konkret  əsərlər  təhlil  edilib  qiymətləndirilmişdir. 

Dissertasiyada  həmin  əsərlər  elmi  təhlilin  mərkəzinə  gətirilməklə  dövrün 

ədəbi  tənqidinin  poeziyaya  münasibətdə  elmi  obyektivlik  dərəcəsi 

aydınlaşdırılmışdır. 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tənqid  tariximizin  olduqca 

mürəkkəb,  eyni  zamanda  tədqiq  olunması    zəruri  olan  1930-cu  illər 

mərhələsində poeziya məsələlərinin araşdırılması işin əsas məqsədini təşkil 

edir.  Dövrün  ədəbi-ideoloji  kontekstində  tənqidin  poeziyaya  münasibətdə 

nümayiş etdirdiyi səciyyəvi xüsusiyyətləri, yaradıcılıq istiqamətlərini təyin 

etmək  tədqiqat  işində  başlıca  məqsədə  çevrilib.  Qarşıya  qoyulan  məqsədə 

nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsi  nəzərdə 

tutulmuşdur: 

-1930-cu 

illərdə 


poeziyanın 

inkişaf 


təmayüllərinin 

müəyyənləşməsində ədəbi tənqidin rolunu müəyyənləşdirmək

-  “Proletar  şeiri”  və  bədii  yaradıcılıq  metodu  probleminin  dövrün 

ədəbi tənqidində necə əks olunduğunu göstərmək

-  1930-cu  illər  tənqidində  ədəbi  prosesin,  o  cümlədən  poeziyanın 

qiymətləndirilməsində 

elmi-metodoloji 

aspektləri 

üzə 

çıxarmaq, 



sosrealizmin  estetik  prinsiplərinin  poeziyada  inikası,  ədəbi  tənqiddə 

romantizmə ədəbi cərəyan və yaradıcılıq metodu kimi nihilist münasibətin 

siyasi-ideoloji mahiyyətini açmaq;  

- Bu dövrün görkəmli tənqidçilərinin çağdaş poeziya və klassik irs 

məsələləri  ilə  bağlı  fikirlərindəki  sinfilikdən  milliliyə  doğru  təkamül 

prosesini izləmək; 

- 1930-cu illər ədəbi tənqidində “bədii dəyər uğrunda” mübarizənin 

siyasi-ideoloji, metodoloji və estetik mahiyyətini aşkarlamaq. 



Tədqiqatın  elmi  yeniliyi.  Müasir  dövrdə  1930-cu  illər  tənqidinin 

nəzəri-metodoloji  prinsiplərinə,  yaradıcılıq  spesifikasına  göstərilən  yeni 

baxış  mühüm  əhəmiyyət  kəsb  edir.  Dissertasiyada  1930-cu  illər  ədəbi 

tənqidinin  materialları  əsasında  poeziya  məsələlərinə  nəzər  yetirilmiş,  bu 




 

problemin həmin dövrün ədəbi tənqidində necə əks olunduğu təhlil edilərək 



tənqid-poeziya  münasibətləri  işıqlandırılmışdır.  Tədqiqatın  yeniliyini 

şərtləndirən  başlıca amillərdən  biri  bu  mövzunun  ilk  dəfə  sistemli  şəkildə 

işlənməsi, tədqiqata cəlb olunmasıdır. 

 

Ədəbiyyatşünaslığımızda bir qayda olaraq, 1920-30-cu illərin bütöv 



bir ədəbi mərhələ kimi müəyyənləşməsinə tənqidi münasibət kontekstində: 

1920-ci  illər  ədəbi  prosesini,  o  cümlədən  tənqidini  (xüsusən  1928-ci  ilə 

qədər  –  APYC-nin  yaranmasına  qədər)  keyfiyyətcə,  xüsusən  metodoloji 

təbiəti ilə  1930-cu  illərin  ədəbi prosesi  və  tənqidi ilə birləşdirən  və  ayıran 

cəhətləri  tipoloji  təhlil  müstəvisinə  gətirmək;  1920-ci  illəri  (1928-ci  ilə 

qədər)  və  1930-cu  illəri  (1920-ci  illərin  son  iki  ili  də  buraya  daxildir) 

mərhələ  daxilindəki  yarımmərhələlər  kimi  ayırmaq  və  poeziyanın  zəngin 

materialları  əsasında hər yarımmərhələnin səciyyəsinin verilməsi işin  əsas 

elmi yenilikləri sırasındadır. 

 

1920-30-cu illər, xüsusən 1930-cu illər tənqidinə birmənalı şəkildə 



vulqar-sosioloji  tənqid  mərhələsi  kimi  yanaşan  elmi  tendensiyanın  rədd 

edilməsi;  bu  mərhələnin  tənqidinin  yalnız  marksist  tənqiddən  ibarət 

olmasına fərqli yanaşma; 1930-cu illər tənqidində marksist tənqid təmayül 

ilə (aparıcı tənqid təmayülü ilə) bərabər, antimarksist düşüncənin də özünə 

yer  almasını  və  bunu  dövrün  tənqidində  milli  qol-təmayül  kimi 

səciyyələndirmək  tendensiyası:  A.Musaxanlı,  B.Çobanzadənin  ədəbi 

prosesə  münasibətində  tənqidin  milli  qolunun  formalaşdığını  şərtləndirən 

xüsusiyyətlərin  poeziya  materialları  əsasında  elmi-metodoloji  yöndən 

əsaslandırılması;  A.Musaxanlı,  B.Çobanzadə,  hətta  marksist  tənqidin 

özündə  belə  marksist  düşüncəyə  müqavimətin  əlamətdar  cəhətlərinin 

aşkarlanması 

və 


poeziya 

materialı 

əsasında 

Pereverzevçiliyin, 

Voronskiçiliyin,  Pilnyakçılığın  milli  ədəbi  prosesdəki  yerini  təyin  etmək 

cəhdləri və s. dissertasiyanın elmi yenilikləri kimi dəyərləndirilə bilər. Eyni 

zamanda  təqdim  olunmuş  dissertasiyada  tənqidin  klassik  ədəbi  irsə  və 

müasirlərin  yaradıcılığına  verdiyi  qiymətdə  əsas  götürülən  meyarların 

müxtəlifliyi  ortaya  qoyulmuşdur.  Bu  əsasda  “1930-cu  illər  Azərbaycan 

ədəbi  tənqidinin  poeziyaya  estetik  və  ideoloji  yanaşmaları”  problemi 

mərhələnin  ədəbi  tənqidinə  konseptual  elmi  yanaşmanı  gerçəkləşdirməyə 

imkan  verir.  Problemin  bu  istiqamətdəki  həlli  də  yeni  və  konseptual 

yanaşma kimi maraqlıdır. 

 

Mövzunun  öyrənilmə  dərəcəsi.  Azərbaycan  ədəbi  tənqidinin 

sistemli  öyrənilmə  tarixi  akademik  K.Talıbzadənin  tədqiqatlarından 

başlanır. Belə ki, alim Azərbaycan tənqidinin tarixi kökləri və mənbələri ilə 




Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə