Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
1   2   3   4   5   6   7   8   9

 

inkişaf  yolunu  bütövlükdə  əks  etdirən  müntəxabatların  hazırlanması  üçün 



də dəyərli material verir.   

Tədqiqat işinin aprobasiyası. Tədqiqat işi Azərbaycan Müəllimlər 

İnstitutunun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasın-

da hazırlanmışdır.  

Dissertasiyanın mövzusu Azərbaycan Müəllimlər İnstitutunun Elmi 

Şurasının 14 dekabr 2012-ci il (protokol№2)  və Azərbaycan Milli Elmlər 

Akademiyasının Ədəbiyyatşünaslıq Üzrə Problem Şurasının 05 iyun 2012-

ci il tarixli (protokol№14) protokollarının qərarları ilə təsdiq olunmuşdur. 

Dissertasiyanın  məzmun  və  müddəaları  Respublika  və  beynəlxalq 

elmi  konfrans  materiallarında,  Azərbaycan  və  xarici  ölkələrin  tematik 

məcmuə  və  elmi  jurnallarında  dərc  olunmuş  məqalə  və  tezislərdə  əksini 

tapmışdır. 

Tədqiqat  işinin  strukturu:  Dissertasiya  işi  “Giriş”,  üç  fəsil, 

“Nəticə” və “İstifadə edilmiş ədəbiyyat” siyahısından ibarətdir. Problemin 

daha konkret araşdırılması üçün I və II fəsillər iki yarımfəsilə, III fəsil üç 

yarımfəsilə  bölünmüşdür.  Dissertasiyanın  yarımfəsillərində  hər  bir 

problemin elmi-nəzəri həllinə istiqamətlənən məsələlər qoyulur ki, onların 

da poeziyanın konkret nümunələri əsasında dəqiq şərhi nəzərdə tutulur. 

 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

Girişdə  dissertasiyanın  ümumi  səciyyəsi  verilir,  mövzunun 

aktuallığı,  qarşıya  qoyulan  başlıca  məqsəd  və  vəzifələr,  tədqiqatın  elmi 

yeniliyi, tədqiqi tarixi, praktik  əhəmiyyəti, metodologiyası, aprobasiyası və 

strukturu  izah  edilir.

 

Dissertasiyanın  birinci  fəsli  “Proletar  şeiri  və  bədii 



yaradıcılıq  metodu  problemi”  adlanır.  Bu  fəsil  iki  bölmədən  ibarətdir. 

“1930-cu illər ədəbi tənqidində yaradıcılıq  metoduna verilən tələblər” 

adlanan  birinci  yarımfəsildə  “proletar  şeiri  və  bədii  yaradıcılıq  metodu” 

probleminin  dövrün  ədəbi  tənqidindəki  əksini  araşdırmaq  nəzərdə 

tutulmuşdur.  Bu  yarımfəsildə  proletar-sovet  ədəbiyyatının  təşəkkülündə 

ədəbi tənqidin yaradıcılıq metodu məsələsinə ayırdığı diqqət ədəbi prosesin 

irəliyə doğru hərəkəti, sağa və sola büdrəmələri, ədəbi ənənəyə ziddiyyətli 

münasibətləri kontekstində tədqiq edilir. 

Ədəbiyyatımızda  sosialist  realizminin  yaradıcılıq  metodu  olaraq 

yaranmasını  və  inkişaf  tarixini  sovet  ədəbi  tənqidinin  formalaşmasından, 

onun  tarixindən  ayrı  götürmək  olmaz.  Sosialist  realizmi  ədəbiyyatımızda 

təşəkkül  tapmağa  başladığı  andan  bu  problem  ədəbi  tənqidin  də    diqqət 



 

mərkəzində  dayanmışdır.  Sovet  tənqid  və  ədəbiyyatşünaslığında  onu 



ictimai-siyasi  və  ədəbi  tarixi  prosesin  qanunauyğun  nəticəsi  kimi  qələmə 

vermək  tendensiyası  güclü  olmuşdur.  Sosialist  realizmi  SSRİ-də  bolşevik 

inqilabından  sonra  sovet  hakimiyyətinin  rəsmi  himayə  etdiyi  ədəbiyyatın 

yaradıcılıq  metodu  kimi  yaranmışdır.  Sovet  ideoloji  sistemi  onun 

yaranışına  qanunauyğunluq  “don”u  geyindirsə  də,  bu  metod  ədəbiyya-

tımıza, mədəniyyətimizə təbii üsulla yox, məcburi şəkildə gətirilmişdi. 

1932-ci  ildən  başlayaraq  sosialist  realizmi  termini  elmi  ədəbiyyatda 

işlənməyə  başlamış  və  bu  metod  Birinci  Ümumittifaq  yazıçılar 

qurultayında  sovet  ədəbiyyatının  və  ədəbi  tənqidinin  əsas  yaradıcılıq 

metodu  kimi  qəbul  olunmuş,  qurultayda  qəbul  edilən  Yazıçılar  İttifaqının 

Nizamnaməsi  ilə  tətbiq  olunmağa  başlamışdır.  Sovet  yazıçılarının  Birinci 

Ümumittifaq qurultayında sosialist realizmi ətrafında müzakirələrdə 1930-

cu  illər  ədəbi  tənqidimizin  istedadlı  nümayəndələrindən  olan  Ə.Nazim, 

M.Quliyev,  M.Hüseyn,  M.Rəfili,  M.K.Ələkbərli  iştirak  etmişlər.  Bu 

tənqidçilərin  çıxışlarında  sosialist  realizminin  bir  çox  nəzəri-estetik 

xüsusiyyətləri, onun tənqidi başlanğıcı,  romantikanın, milli formanın sovet 

ədəbiyyatının yaradıcılıq metodunda yeri və funksiyası və b. məsələlər öz 

əksini tapmışdır. Sosialist realizmi yaradıcılıq metodunun estetik prinsipləri 

əslində  sovet  ideologiyasının  nəzəri-estetik  fikrə  tam  hakim  olmasına 

xidmət  edirdi.    Prof.Ş.Alışanlı  haqlı  olaraq  yazır:  “Nəzəri  fikir  ədəbiyyat 

tarixində  metod  probleminin  qoyuluşunda  milli  bədii  fikrin  inkişaf 

qanunauyğunluğunu, özünəməxsusluğunu nəzərə almırdı”

1

.

 



1932-ci ilin 23 aprelində Mərkəzi Komitənin “Ədəbi-bədii təşkilatların 

yenidən yenidən qurulması haqqında” verdiyi qərar bütün ədəbi birliklərin 

vahid  ədəbi  təşkilatda  birləşdirilməsini  nəzərdə  tuturdu.  Bunun  arxasında 

isə hakimiyyətin  ədəbiyyat  üzərində  nəzarət  mexanizminin  təmin  edilməsi 

dayanırdı.  Bu  qərarın  ortaya  sürdüyü  ən  əsas  məsələlərdən  biri  “şura 

platformasında  duran  bütün  yazıçıları  sosializm  məsələləri  ətrafına  cəlb 

etmək,  ədəbiyyat  və  sənət  təşkilatları  üzərində  firqə  rəhbərliyini 

qüvvətləndirmək” idi

2



Sosrealizmdə  həyat  həqiqətini  əks  etdirmək  əsas  estetik  prinsiplərdən 



biri  elan  edilirdi,  lakin  yazardan  həyatı  inqilabi  inkişafda  göstərmək  tələb 

olunurdu.  Məsələn,  M.K.Ələkbərli  “Ədəbiyyat  və  tənqidimiz  haqqında 

ümumi  qeydlər”  məqaləsində  sosialist  realizminin  tələb,  məqsəd  və 

                                                           

1

Alışanlı Ş. Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı. Bakı: Elm, 2011, 



s.141

 

2



 Tarixi qərarın iki illiyi // “İnqilab və mədəniyyət” jurnalı, 1934, №3-4,  s.3-4. 


Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə