Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 

14 


Toplama  üsullarının  müqayisəli  təhlili  göstərir  ki,  Q.N.Potanin  daha 

professional,  təcrübəli  bir  folklorşünas  kimi  çıxış  etmişdir.  Qeydə  aldığı 

mətnlərdə  yerli  xalqa  məxsus  söz  və  ifadələri,  personaj  adlarının  əslinə 

uyğun şəklini  qoruyub saxlamış, mətnlərin pasportlaşdırılmasını isə  müasir 

dövrə belə bir çox tədqiqatçıların əhəmiyyət vermədiyi ən xırda detallarına 

qədər  təsvir  etməklə  aparmışdır.  Onun  verdiyi  təsvirlər  mətnin  söyləyicisi, 

onun  ifası,  hansı  şəraitdə  qeydə  alınması  və  bu  prosesdə  ona  kimlərin 

kömək etməsi haqqında bizdə ətraflı təsəvvür oyadır. Amma təəsüflər olsun 

ki,  XIX  əsrin  sonlarında  Azərbaycanda  qeydə  alınan  mətnlərdə  bu 

prinsiplərə əməl olunmamış, bu da milli koloritin, bədii özünəməxsusluğun 

itməsinə, pasportlaşmanın natamam, yarımçıq olmasına səbəb olmuşdur. 

Dissertasiyanın  II  fəsli  «Q.N.Potaninin  türk  xalqları  folkloru 



haqqında  nəzəri  görüşləri»  adlanır.  Bu  fəslin  «İqtibas  nəzəriyyəsinin 

tarixi  və  Q.N.Potaninin  süjetlərin  köçü  haqqında  fikirləri»  adlanan 

birinci  yarımbaşlığında  iqtibas  nəzəriyyəsinin  tarixinə  qısa  nəzər  salınmış, 

Q.N.Potaninin bu nəzəriyyəyə dair yazdığı əsərlərindən bəhs olunmuşdur. 

Süjet  oxşarlığı  və  onu  doğuran  səbəblər  XIX  əsr  folklorşünaslığının 

qarşısında  duran  əsas  problemlərdən  biri  idi.  Bu  məsələyə  münasibətdə 

alimlərin  tutduğu  mövqe  bir  çox  məktəblərin  yaranmasına  gətirib 

çıxarmışdır.  İqtibas  nəzəriyyəsi  də  belə  məktəblərdən  biri  idi.  Bu 

nəzəriyyənin  əsas  müddəaları  T.Benfeyin  «Pançatantra»nın  alman  dilinə 

tərcüməsinə  yazdığı  ön  sözdə  əksini  tapmışdır.  Əgər  mifoloji  məktəb 

süjetləri  ari  tayfalarının  yaradıcılıq  məhsulu  sayır  və  onların  Qərbə 

köçdükləri  zamanı  həmin  süjetləri  özləri  ilə  gətirdiyini  iddia  edirdisə, 

T.Benfey  süjet  oxşarlığını  «irqi  qapalılıq»dan  çıxararaq,  onu  süjetlərin 

yayılması  və  alınması  hadisəsi  ilə  izah  edirdi.  O,  Hindistanı  Avropa 

süjetlərinin  yeganə  vətəni  hesab  edirdi.  Onun  fikrincə,  hind  təhkiyyə 

folklorunun  Qərbə  yayılması  X  əsrdən,  Şərqə  gedən  səyyah  və  tacirlərin 

«Pançatantra»nın  ayrı-ayrı  versiyaları  ilə  tanışlığından  sonra  başlayır. 

T.Benfey  Şərqin  «Pançatantra»  süjetləri  ilə  tanışlığını  isə  bundan  daha 

əvvəllərə  –  I  əsrə  aparırdı.  Onun  fikrincə,  bu  dövrdən  başlayaraq  hind 

təhkiyyə  folkloru  Çinə,  Tibetə  yayılmış,  daha  sonra  həmin  mətnlər 

buddizmlə  birlikdə  Tibetdən  Monqolustana  gətirilmişdir.  Sonralar  türklər 

və  monqollar  Qərbə  yürüşləri  zamanı  həmin  süjetləri  özləri  ilə  birlikdə 

Avropaya yaymışlar. 

İqtibas 

nəzəriyyəsi 

Rusiyada 

V.V.Stasovun, 

V.F.Millerin, 

A.N.Pıpinin, F.Buslayevin, A.N.Veselovskinin və Q.N.Potaninin timsalında 

özünə  güclü  tərəfdar  tapmışdır.  Bu  tədqiqatçıların  fəaliyyəti  sayəsində 

iqtibas  nəzəriyyəsi  coğrafi  qapalılıqdan  çıxarılmış,  farsların,  türk-monqol 

 

19 


Kitovras  Qeserin  arvadının  oğurlanması  epizoduna,  Yeqor  Xrabrıy  isə 

Qeserin  anasının  ruhunu  xilas  etmək  üçün  o  dünyaya  getməsi  epizoduna 

uyğun gəlir. Q.N.Potanin ehtimal edirdi ki, bu süjetlər «Qeseri-ada»da olduğu 

kimi,  əvvəllər  eyni  qəhrəmanın  (Q.N.Potanin  həmin  qəhrəma-nın  İqor 

olduğunu güman edir) adı ilə bağlı olmuş, sonradan müxtəlif qəhrə-manların 

adına  çıxılmışdır.  Bu  parçalanma  ilk  qəhrəmanın  adını  bılinadan  silə 

bilməmiş və onun adı ayrı-ayrı variantlarda qorunub saxlanmışdır.  

Son  olaraq,  Q.N.Potaninin  Göy  oğlu  mifinin  mənşəyi  ilə  bağlı 

fikirlərinə  diqqət  yetirək.  O,  bəzi  tədqiqatçıların  Göy  oğlu  haqqında  mifin 

Çindən alınması fikrinə qarşı çıxırdı. Onun fikrincə, kənardan alınan bir mətn 

yad mühit içərisində bu qədər kök ata və variantlaşa bilməzdi. Q.N.Potaninə 

görə,  Göy  oğlu  haqqında  rəvayətlərin  və  onunla  bağlı  mərasimlərin  burada 

yad  təsirlər  olmadan,  yerli  təbiət  üzərində  müşahidələr  nəticəsində  əmələ 

gəldiyini göstərən kifayət qədər faktlar vardır. Ona görə də, bu mifin Mərkəzi 

Asiyadan kənarda yarandığını düşünməyə heç bir əsas yoxdur.  

II  fəslin  sonuncu  -  «Q.N.Potaninin  Solomon  haqqında  saqanın 



mənşəyi  ilə  bağlı  fikirləri»  adlı  yarımbaşlığı  görkəmli  alimin  Solomon 

haqqında  fikirlərinin  şərhinə  həsr  edilmişdir.  Solomon  haqqında  saqanın 

mənşəyi  məsələsi  Q.N.Potanini  hələ  «Orta  əsrlər  Avropa  eposunda  şərq 

motivləri»  əsərini  yazarkən  düşün-dü-rür-dü.  Həmin  əsərin  ayrı-ayrı 

hissələrində  o,  bu  məsələyə  toxunmuş,  lakin  həmin  fikirlər  bütün  kitab 

boyunca  səpələndiyindən  və  tam  aydınlığı  ilə  izah  olunmadığından 

Q.N.Potanin yenidən onlara toxunmaq zərurəti hiss etmişdir.  

Q.N.Potanin  Solomon  haqqında  saqanın  mənşəyini  Şərqdə  axtarırdı. 

Lakin  həmkarlarından  fərqli  olaraq,  onun  Hindistanda  deyil,  Şimal-Şərqi 

Asiyada  əmələ  gəldiyini  iddia  edir  və  bunu  təsdiq  edən  kifayət  qədər 

faktların olduğunu qeyd edirdi. Görkəmli alim yazır ki, hind rəvayətlərində 

Solomonla  bağlı  mövzuların  yalnız  birinə  –  məhkəmə  epizoduna  rast 

gəlinirsə,  çöl  rəvayətləri  arasında  bu  personajla  bağlı  bütün  mövzuları 

tapmaq  mümkündür.  Hətta  bu  mövzulara  dağınıq  şəkildə  deyil,  eyni  mətn 

daxilində  birləşmiş  halda  da  təsadüf  olunur.  Q.N.Potanini  bu  qədər 

əminliklə  danışmağa  təhrik  edən  əsas  səbəblərdən  biri  də  çöl  əfsanələrinin 

personaj  adları  və  ayrı-ayrı  detallar  baxımından  qərb  variantlarına  daha 

yaxın olması idi. Bu kimi faktlara dayanaraq o, Şimali Asiyada rast gəlinən 

variantların  hind  rəvayətlərindən  asılılığına  qarşı  çıxır  və  əksinə,  çar 

Vikramadit  haqqında  hind  rəvayətlərinin  özünün  Şimali  Asiya  variantları 

əsasında  əmələ  gəldiyini  iddia  edirdi.  Q.N.Potanin  həmin  rəvayətlərin 

yayılmasının  iki  marşrutunu  göstərirdi.  Birinci,  həmin  süjetlər  Xəzər 

dənizinin  şimalından  keçməklə  yəhudi  və  yunanların  yaşadığı  Cənubi 



 

18 


öldürdüyü  üçün  gözdən  məhrum  edilmiş  və  yerin  altında  yaşamağa 

məhkum edilmişdir

16



Q.N.Potaninə görə, Göy oğlu haqqında təsəvvürlərin formalaşmasına 



təsir  edən  əsas  amillərdən  biri  də  ibtidai  insanların  göy  cisimləri,  xüsusən 

də, Ülkər ulduzu üzərində apardığı müşahidələr olmuşdur. Görkəmli alimin 

fikrincə,  Ülkər  ulduzunun  hərəkətsizliyi  ibtidai  insanlar  tərəfindən  onun 

dünyada nizam-intizamın təminatçısı olması kimi başa düşülürdü. Nə qədər 

ki,  o  öz  yerindədir, ulduzların  düzgün  hərəkəti pozulmayacaq  və  dünyanın 

mövcudluğu təmin olunacaqdır. Q.N.Potaninə görə, Göy oğlunun yer üzünə 

gələrək  burada  nizam-intizam  yaratması  haqqında  təsəvvürlər  də  bu 

mülahizələr əsasında yaranmışdır.  

Q.N.Potanin  «Cənubi  Sibir  və  Şimali  Monqolustan  tayfala-rı-nın 

inam  və  deyimlərində  İldırım  tanrısı»  adlı  araşdırmasında  bioloji 

müşahidələrin ibtidai insanların dini təsəvvürlərinin formalaşmasındakı rolu 

haqqında  fikirlərini  daha  da  genişləndirmişdir.  Q.N.Potaninə  görə,  İldırım 

tanrısı  haqqında  təsəvvürlər  ildırımın  çaxması  və  onunla  birgə  müşahidə 

olunan  təbiət  hadisələrinin  müqayisəsi  nəticəsində  yaranmışdır.  Bu 

hadisələr  arasında  müəyyən  bağlılıq  olduğunu  düşünən  insanlar  onları 

İldırım  tanrısının  törətdiyini  zənn  etmişlər.  İldırımın  çaxması  güclü 

yağışlarla,  daşqınlarla  müşayət  olunur.  Yağışın  yağması  torpağın 

suvarılmasına,  bu  da  öz  növbəsində  məhsul  bolluğuna  səbəb  olur.  İbtidai 

insanlar  bunlar  arasında  müəyyən  bağlılıq  görmüş  və  İldırım  tanrısının 

məhsuldarlığın, heyvandarlığın hamisi funksiyası daşıması fikri də buradan 

yaranmışdır.  

Q.N.Potaninin Göy oğlu kimi səciyyələndirdiyi əsas personajlardan biri 

də Qeserdir. «Qeseriada» süjetlərinə Şərqi Monqolustanda, Tibetdə, eləcə də 

Monqolustanla sərhəddə  yerləşən  Cənubi  Sibir türkləri  arasında  rast  gəlinir. 

Dastanda  Qeserin  açıq-aşkar  tanrı  oğlu  olduğu  və  nizam-intizam  yaratmaq 

məqsədiylə yer üzünə gəldiyi qeyd olunur. Tədqiqatçının fikrincə, «Qeseriada» 

süjetləri  sonradan  türk  tayfaları  vasitəsilə  qərbə  gətirilmiş,  Rusiyada  onun 

əsasında  İqor  İqroyeviç,  Borma,  Solomon  və  Kitavras  haqqında  bılina 

süjetləri  və  Yeqor  Xrabrıy  haqqında  mətnlər  formalaşmışdır.  Şərqdən  fərqli 

olaraq,  Qərbdə  «Qeseriada»  süjetlərinə  bütöv  halda  deyil,  parçalanmış 

şəkildə rast gəlinir. İqor İqroyeviç  haqqında bılina Qeserin 12 erdeni gətir-

məyə getməsi epizoduna, Borma Qeserin Təpəgözlə qarşılaşması və qadının 

Qeseri geri qaytarmaq üçün öz övladını öldürməsi epizoduna, Solomon və  

___________ 

16. Потанин Г.Н. Ерке. Культ сына неба в Северной Азии.  Томск: Типо-

лит. Сибирского Печат. Дела, 1916,  с.13 

 

15 


xalqlarının  dünya  mədəniyyətinə  verdiyi  töhfələr  araşdırmaya  cəlb 

olunmuşdur. Halbuki, ona qədər Qərb süjetlərinə ari tayfalarının yaradıcılıq 

məhsulu  kimi  baxılır  və  onların  kökü  Hindistanda  axtarılır,  digər  xalqlara 

isə ancaq vasitəçi rolu verilirdi. 

Bu  fəslin  II  yarımbaşlığı  «Q.N.Potaninin  "Orta  əsrlər  Avropa 

eposunda Şərq motivləri əsərinin təhlili" adlanır.  

Q.N.Potanin belə hesab edirdi ki, Şərq və Qərbin epik yaradıcılığının 

əsasında  dünyanın  yaranması  haqqında  mif  durur.  Həmin  mifdə  deyilir  ki, 

tanrı  dünyanı  yaratmaq  istəyir,  lakin  təkbaşına  bu  işin  öhdəsindən  gələ 

bilmədiyindən oğlu ona kömək edir. O, ördəyə çevrilərək suya baş vurur və 

oradan  bir  ovuc  torpaq  çıxarır.  Tanrı  həmin  torpaqdan  materikləri  yaradır. 

Dünyanın  idarə  olunmasında  oğluna  düşən  payı  vermədiyindən  onlar 

arasında  mübahisə  düşür.  Q.N.Pot-aninə  görə,  Göy  oğlu  sonralar  Çoros, 

İrin-Sayan,  Qeser,  Çingiz,  Amiran,  Uruslan  obrazlarına  transformasiya 

olun-muş-dur.  Həmçinin,  ata-oğul  döyüşündən  bəhs  edən  mətnlərin 

əsasında  da  tanrı  ilə  oğlun  mübahisəsi  durur.  Həmin  təsəvvürlər  sonralar 

Şərqdən  köç  edən  tayfalar  tərəfindən  Qərbə  gətirilmiş  və  onların  əsasında 

rus  bılinaları,  «Kalevala»  eposu,  Böyük  Karl  haqqında  rəvayətlər  və  s. 

formalaşmışdır.  

Q.N.Potanin  belə  hesab  edirdi  ki,  ilkin  dövrlərdə  folklor  mətnlərinin 

mənimsənilməsi bədii zövqü oxşamaq xatirinə deyil, dini maraqlardan irəli 

gəlmişdir.  Yəni,  Qərb  epik  yaradıcılığının  əsasında  duran  süjetlər  «dini 

təsəvvürlər»lə  birlikdə  Qərbə  gətirilmiş  «dini  mətnlər»dir

14

.  Görkəmli 



alimin fikrincə, o dövrdə Şərq və Qərb xalqlarının dini təsəvvürləri arasında 

elə  də  böyük  fərqin  olmaması  Şərq  dini  mətnlərinin  Qərbdə  yayılmasına 

gözəl  zəmin  yaratmışdır.  Q.N.Potanin  «Çinin  Tanqut-Tibet  ətrafına  və 

Mərkəzi Monqolustana dair  qeydlər» toplusunun  ön sözündə bu  məsələnin 

üstünə qayıdaraq qeyd edir ki, monqolların yürüşü ərəfəsində Şərq və Qərb 

mədəniyyətləri arasında fərqlər xeyli artmışdır. Ona görə də, Qərb dünyası 

monqollarla  müqayisədə  onlardan  daha  əvvəl  Avropaya  yürüş  etmiş  türk 

tayfalarından daha çox şey mənimsəmişdir. Hunların adını çəksə də, burada 

əsas  rolu  göytürklərə,  xəzərlərə  verir  və  belə  hesab  edirdi  ki,  Şərq 

süjetlərinin böyük əksəriyyəti Avropaya məhz onlar tərəfindən gətirilmişdir.  

Qərb  epik  yaradıcılığının  əsasında  duran  süjetlərin  hansı  xalqa 

məxsus  olduğuna  gəldikdə  isə,  Q.N.Potanin  konkret  ad  verməkdən 

çəkinirdi. Çünki türk, moqol və tibet xalqlarının şifahi irsi bir-birinə o qədər  

___________ 

14.  Потанин  Г.Н.  Восточные  мотивы  в  средневековом  Европейском 

эпосе. М.: Изд. Геог. Отд. Импер. Общ, 1899, с. 852    




 

16 


 

yaxındır  ki,  onlardan  hansının  həmin  nümunələrin  sahibi  olduğunu 

müəyyən  etmək  çətindir.  Lakin  Q.N.Potanin  ehtimal  edirdi  ki,  həmin 

nümunələr  Şimali  Monqolustanda  yaranmış  və  buddizmin  bu  ölkədə 

yayılmasından  (V  əsr)  daha  əvvəl  tayfaların  Mərkəzi  Asiyadan  Qərbə 

hərəkət  etməsi  ilə  Avropaya  gətirilmişdir.  Onun  fikrincə,  bu  iqtibaslar 

sonrakı dövrlərdə də davam etmiş və Şərq epik məhsulları hissə-hissə Qərb 

mədəniyyətinə  daxil  olaraq  burada  möhkəm  yer  tutmuşdur.  Araşdırıcı  bu 

iqtibasların  başladığı  tarixi  dəqiq  göstərməsə  də,  Homerin  «İliada»  və 

«Odissey»  əsərlərində  «Qeseriada»  ilə  səsləşən  süjet  və  motivlərə  istinad 

edə-rək, bu təsirlərin tarixini daha qədimə aparırdı.  

Q.N.Potaninə  görə,  Şərqlə  Qərb  arasındakı  təsirlər  birtərəfli  deyil, 

qarşılıqlı  olmuşdur.  Belə  ki,  Şərqdən  Qərbə  axınlar  olduğu  kimi,  Qərbdən 

də  Şərqə  axınlar  olmuşdur.  Orta  əsrlər  səlib  yürüşləri  zamanı,  eləcə  də, 

Şərqdən  köçən tayfaların bir  qisminin  yenidən  öz  vətənlərinə  qayıtması  ilə 

bir çox Qərb süjetləri də Şərqə gətirilmişdir. 

Q.N.Potaninin  fikrincə,  Qərbin  Şərqlə  münasibətləri  ticarət  və 

səfirliklər  səviyyəsində  olduğundan  Qərbin  təsiri  o  qədər  də  güclü 

olmamışdır.  Şərqdən  Qərbə  isə  tayfalar  öz  dini  və  tayfa  təşkilatları  ilə  

birlikdə  köç  edirdilər.  Onlar  özləri  ilə  birlikdə  dini  təsəvvürlərini  gətirir, 

məbədlər tikir, onun içərisini öz tanrılarının təsviri ilə bəzəyirdilər. Kütləvi 

məskunlaşmalar zamanı gəlmələr yerli ölkədə həmişəlik qalır və yerli əhali 

ilə qaynayıb qarışırdılar. Ona görə də, Q.N.Potanin belə hesab edirdi ki, bu 

yolla  baş  verən  təsirlər  ticarət  karvanları  və  səfirliklər  vasitəsi  ilə  edilən 

təsirlərdən daha güclü olmuşdur

15

.  



Q.N.Potanin  süjetlərin  Qərbə  axınının  mümkün  yollarını  da  göstər-

mişdir.  Həmin  yollar  köçəri  tayfaların  Qərbə  yürüşləri  zamanı  istifadə  et-

dikləri yollarla üst-üstə düşür. Bu yollardan biri vaxtilə Səlcuqların, Çingiz 

xanın  ordusunun  Qərbə  yürüş  etdiyi  marşurutdur  ki,  Türküstanı  keçməklə 

İrana,  Ermənistana,  oradan  da  Fələstin  və  Suriyaya  uzanır.  İkinci  yol  isə 

(tarixən  əsas  köçlər  bu  yolla  baş  verdiyindən  Q.N.Potanin  onu  əsas  yol 

hesab edirdi) Xəzər dənizinin Şimalı boyunca Gürcüstanı, Azərbaycanı keç-

məklə Fələstinə qədər uzanırdı. Bu yol Qərbdə iki qola ayrılır, bir qol Krıma, 

Balkan yarmadasına, digəri isə şimal-qərbə yönəlir. Q.N.Potaninə görə şimal-

qərbə axınlar Volqa sahillərindən başlamış, Rusiyanın içərilərindən keçməklə 

İsveçə, Pomeraniyaya qədər davam etmişdir. Q.N.Potanin belə hesab edirdi ki, 

__________ 

15.  Потанин  Г.Н.  Восточные  основы  русского  былинного  эпоса. 

Журнал "Вестник Европы", 1896, книга 5, с.85-86 

 

17 


süjetlərin iqtibası dörd üsulla mümkün ola bilərdi: 1) səfirliklər vasitəsi ilə; 

2)  ticarət  əlaqələri  vasitəsi  ilə;  3)  hərbi  yürüşlər  vasitəsi  ilə;  4)  tayfaların 

köçü vasitəsi ilə.  

Göründüyü  kimi,  Q.N.Potaninin  «Orta  əsrlər  Avropa  eposunda  Şərq 

motivləri»  əsəri  Avropa  və  Asiyanın  epik  yaradıcılığının  eyni  mənbədən 

qidalanması  fikrinin  isbatına  həsr  olunmuşdur.  Əsərin  əsas  ideyasına  – 

Şərqin  Qərb  mədəniyyətinə  təsiri  məsələsinə  qarşı  çıxmasaq  da, 

Q.N.Potaninin  əksər  fikirləri  ilə,  xüsusilə  də  zahiri  bənzərliklər  və  səs 

uyğunluqları  üzərində  qurulan  müqayisələrlə  razılaşmaq  mümkün  deyil. 

Müqayisəyə  cəlb  etdiyi  süjetlərin  əldə  olan  variantlarına  deyil,  qeyri-

müəyyən  bir  varianta  istinad  etməsi,  süjet  və  motivləri  mətnin  diqtə  etdiyi 

tərzdə deyil, özünün başa düşdüyü şəkildə izah etməyə çalışması onun əksər 

müqayisələrinin  havadan  asılı  qalmasına  və  elmi  kəsərini  itirməsinə  səbəb 

olmuşdur.  Q.N.Potanin  Şərq  və  Qərb  epik  nümunələri  arasında  paralellik 

apararkən  fərqli  cəhətlərə  diqqət  yetirmir,  Qərb  eposunda,  eləcə  də 

bılinalarda  rast  gəlinən  motivlərin  kombinasiyasına  Şərqdə  yalnız 

parçalanmış  halda,  ayrı-ayrı  süjetlərin  tərkibində  rast  gəlindiyini  nəzərə 

almırdı.  Müqayisələrdə  həddən  artıq  ifrata  varması  Q.N.Potanini  Qərb 

xalqlarının müstəqil yaradıcılığını inkar edəcək səviyyəyə gətirib çıxarmışdır.  

II  fəslin  üçüncü  yarımbaşlığı  «Q.N.Potaninin  Göy  oğlu  kultu 



haqqında fikirləri» adlanır.  

Q.N.Potaninin  «Erke.  Şimali  Asiyada  Göy  oğlu  kultu.  Türk-monqol 

mifologiyasına dair materiallar» əsərini «Orta əsrlər Avropa eposunda Şərq 

motivləri»  əsərində  qaldırılan  problemin  davamı  saymaq  olar.  Əgər 

Q.N.Potanin  sonuncuda  Şərq  və  Qərb  eposunun  eyni  mənbədən 

qidalanması fikrini əsaslandırmağa çalışırdısa, burada, konkret olaraq, Göy 

oğlu mifi və onun transformasiyalarını izləməyə çalışmışdır. 

Tədqiqatçıya  görə,  Göy  oğlu  haqqında  təsəvvürlər  ibtidai  insanların 

heyvanlar,  səma  cisimləri  üzərində  apardığı  müşahi-dələr  əsasında  əmələ 

gəlmişdir. İbtidai insanlar ovçuluq fəaliyyəti  ilə əlaqədar olaraq, heyvanlar 

üzərində  müşahidə  aparmaq,  onların  davranışını,  həyat  tərzini  öyrənmək 

zərurəti  hiss  etmişlər.  Bu  müşahidələr  nəticəsində  insanlar  köstəbəyin 

günün  əsas  hissəsini  yerin  altında  keçirdiyini  və  gözlərinin  görmədiyini, 

yarasaların  isə  saatlarla  havadan  ayaqlarından  asılı  vəziyyətdə  qaldığını 

müəyyən  etmişlər. İbtidai  insanlar belə  hesab  etmişlər ki, həmin  heyvanlar 

hansısa cəzaya məruz qaldıqları üçün bu cür həyat tərzi yaşamağa məhkum 

edilmişdir.  Q.N.Potaninə  görə,  həmin  təsəvvürlər  əsasında  da  köstəbəyin 

yer üzünə seyrə çıxmış Göy oğlunun boğazını  gəmirməsi haqqında əfsanə 



yaranmışdır.  İbtidai  insanlar  belə  düşünmüşlər  ki,  köstəbək  Göy  oğlunu 

Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə