Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 

mətnlərinin  Azərbaycan  folklor  nümunələri  ilə  oxşar  və  fərqli  cəhətləri 



verilmişdir. 

Q.N.Potaninin folklorşünaslıq irsinin tədqiqi nəticəsində əldə edilmiş 

əsas elmi yeniliklər aşağıdakılardır: 

– Q.N.Potaninin toplama və nəşr üsullarının geniş təhlili verilmişdir; 

–  Q.N.Potaninin  folklor  toplama  üsullarının  və  tərtib  etdiyi 

proqramların müsbət və mənfi tərəfləri müəyyənləşdirilmişdir; 

–  Q.N.Potaninin  folklor  araşdırmalarındakı  əsas  elmi  istiqamət  və 

prinsiplər üzə çıxarılmışdır; 

–  Q.N.Potaninin  türk  xalqları  folkloruna  dair  konseptual  baxışları 

təhlil edilmiş və onun bu aspektdəki fəaliyyətinin nəzəri və təcrübi əhəmiy-

yəti aşkarlanmışdır; 

–  XIX  əsrdə  türk  xalqları  folklorunun  toplanması  və  nəşrində 

Q.N.Potaninin fəaliyyətinin yeri və dəyəri aydınlaşdırılmışdır. 

Tədqiqatın  nəzəri-praktik  əhəmiyyəti.  Q.N.Potaninin  toplayıcılıq 

fəaliyyətinin  öyrənilməsi  yalnız  tarixi  baxımdan  deyil,  həm  də  müasir 

folklorşünaslıq üçün böyük  əhəmiyyət  kəsb  edir. Doğrudur, araşdırıcı Şərq 

xalqlarının dilini bilmədiyindən tərcüməçidən istifadə etmişdir. Lakin onun 

mətnlərə  geniş  elmi-nəzəri  şərhlər  verməsi,  milli  məişət  elementlərini  izah 

etməsi,  eyni  zamanda  folklor  toplularının  sonunda  verdiyi  ad  və  əşya 

göstəricisi  mətni  daha yaxşı başa düşməyə, onun  haqqında daha dolğun  və 

təfsilatlı  məlumat  əldə  etməyə  imkan  verir.  Q.N.Potanin  folklor 

nümunələrini  qeydə  alarkən,  söyləyicinin  zahiri  görkəmindən  tutmuş 

ölkənin  təsərrüfatı,  iqlimi,  coğrafi  mövqeyi,  etnoqrafiyası,  adət-ənənələri 

haqqında  da  məlumat  vermişdir.  Həmin  prinsiplərin  öyrənilməsi  müasir 

folklor toplayıcılarının fəaliyyətinə xüsusi istiqamət verə bilər. 

Q.N.Potaninin  toplama  üsulu  özünəməxsusluğu  ilə  seçilirdi.  O, 

folklor  nümunələrini  pərakəndə  halda,  necə  gəldi  deyil,  sistemli  şəkildə 

toplayırdı. Onun XIX əsrdə tərtib etdiyi folklor toplama proqramları bu gün 

də örnək sayıla biləcək səviyyədədir. Həmin proqramlardan sonralar bir çox 

ölkələrdə  folklor  toplamaqla  məşğul  olan  şəxsləri  maarifləndirmək,  onlara 

istiqamət vermək məqsədilə geniş istifadə olunmuşdur. 

Azərbaycanda  bir  əsrdən  artıq  toplama  təcrübəsinin  olmasına 

baxmayaraq,  indiyə  qədər Q.N.Potaninin tərtib  etdiyi  proqramlara bərabər 

folklor  proqramları  hazırlanmamışdır.  Bu  baxımdan,  tədqiqatçının  tərtib 

etdiyi  proqramların  öyrənilməsi  bu  sahədəki  boşluğu  dolduracağı  və 

toplayıcıları maarifləndirəcəyi qənaətindəyik. 

Q.N.Potanin  həmçinin,  iqtibas  nəzəriyyəsinin  ən  görkəmli  nümayən-

dələrindən  biridir.  Bu  nəzəriyyənin  digər  tərəfdarları  kimi,  o  da  süjet 

 

27 



теории  стал  также  фольклор  тюркских  (Г.Н.Потанин)  и  иранских 

(В.Ф.Миллер) народов.  

В  третьей  главе  исследуются  фольклорные  тексты,  собран-ные 

Г.Н.Потаниным  в  Ценральной  Азии.  Тексты  эти    сопоставляются  с 

азербайджанскими сказками. Первые были записаны Г.Н.Потанином в 

то  время,  когда  в  Центральной  Азии  существовала  настоящая 

фольклорная среда, т.е. местные племена были далеки от цивилизации, 

жили  по  правилам  фольклора.  Другими  словами,  это  были  свежие, 

настоящие,  еще  не  искаженные  образцы  устного  народного 

творчества.  Сравнение  этих  образцов  с  текстами  азербайджанских 

сказок 

дает 


возможность 

исследовать 

истоки 

и 

семантику 



азербайджанских сказок. 

 



 

26 


У.К.Алекберова 

 

Роль Г.Н.Потанина в собирании и исследовании 



фольклора тюркских народов 

 

Резюме 

 

Диссертационная  работа  посвящена  исследованию  деятельности 

известного  русского  ученого  Г.Н.Потанина  в  областях  собирания 

фольклорных  материалов  и  теории  фольклора.  В  первой  главе 

говорится  о  результатах  экспедиции  Г.Н.Потанина  в  различные 

районы  Центральной  Азии  в  1863-1889  гг.  Целью  этих  экспедиций, 

снаряженных 

Российским 

правительством 

и 

возглавляемых 



Г.Н.Потанином,  было  изучение  географии,  климата,  ландшафта  и 

животного  мира  Центральной  Азии.  Но  в  силу  огромного  интереса 

Г.Н.Потанина  к  этнографии и  фольклору  местных  этносов    и  племен, 

он  одновременно  занимался  и  сбором  фольклорных  и  этнографии-

ческих материалов. В этой связи большой интерес вызываю способы и 

принципы,  которымы  он  руководился  при  собирании,  комментиро-

вании и издании фольклорных текстов. 

Нужно  отметить,  что  деятельность  Г.Н.Потанина  по  собиранию 

фольклорных 

текстов 


служила 

прежде 


всего 

его 


научно-

теоретическим  интересам,  так  как  происхождение  многих  эпических 

сюжетов,  рас-прос-траненных  в  фольклоре  европейских  народов, 

Г.Н.Потанин  искал  на  Востоке.  Он  старался  отыскать  в  Центральной 

Азии  те  фольклорные  тексты,  которые  могли  бы  подтвердить  его  

теоретические суждения.  

Во  второй  главе  дается  краткий  обзор  истории  формирования 

теории  «бродячих  сюжетов»,  объясняющей  сходство  фольклора  у 

разных народов передвижением, миграцией фольклорных сюжетов из 

одной  страны  в  другие.  Далее  подробно  говорится  о  роли 

Г.Н.Потанина  в  развитии  этой  теории.  Отмечается,  что  после 

распространения  теории  заимствования  в  России  содержание  ее 

эволюционируется:  благодаря  исследованиям  А.Н.Веселовского, 

В.Ф.Миллера  и  Г.Н.Потанина  географические  рамки  миграционной  

теории  расширяются.  Если  до  того  времени  сюжеты  фольклора 

европейских народов рассматривались как творения арийских народов 

и  их  происхождение  связывалось  с  Индией,  после  исследования 

трудов  российских  ученых  объектом  исследования  миграционной 

 



oxşarlığı  və  onun  yaranma  səbəblərini  araşdırmaqla  məşğul  idi.  Amma 



onun araşdırmaları öz həmkarlarından iki cəhətə görə fərqlənirdi. Əvvəla o, 

səthi  müqayisələr  əsasında  deyil,  zəngin  faktlar  və  dərin  təhlil  əsasında  bu 

və  ya  digər  süjetin  mənşəyi  haqqında  fikir  söyləyirdi.  Digər  tərəfdən, 

Q.N.Potanin süjetlərin Avropaya yalnız Hindistandan deyil, həm də türk və 

monqol  xalqlarından  keçdiyini  iddia  edir  və  həmin  xalqların  folklorundan 

gətirdiyi  çoxsaylı  nümunələr  əsasında  öz  fikirlərini  sübut  etməyə  çalışırdı. 

Həmin  fikirlərin  tədqiqi  iqtibas  nəzəriyyəsinin  tarixinin  və  onun  bu 

nəzəriyyəyə gətirdiyi yeniliklərin öyrənilməsi baxımından əhəmiyyətlidir. 



Tədqiqatın 

aprobasiyası. 

Dissertasiya 

işi 

AMEA 


Folklor 

İnstitutunun Folklor Nəzəriyyəsi şöbəsində hazırlanmışdır. Tədqi-qatın əsas 

müddəaları  müxtəlif  elmi  məcmuələrdə  və  konfrans  material-la-rın-da  öz 

əksini tapmışdır. 



Dissertasiyanın  quruluşu.  Dissertasiya  giriş,  üç  fəsil,  nəticə  və 

istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

I  fəsil  «Q.N.Potaninin  türk  xalqları  folkloruna  dair  toplama  və 



nəşr  işləri»  adlanır.  Burada  Q.N.Potaninin  ekspedisiyalarından,  toplama 

üsullarından  danışılır  və  qeydə  aldığı  mətnlərin  nəşr  prinsipləri  nəzərdən 

keçirilir. 

Birinci  fəslin  «Q.N.Potaninin  ekspedisiyaları»  adlı  birinci 

yarımbaşlığında  Q.N.Potaninin  1863-1889-cu  illərdə  müəyyən  fasilələrlə 

gerçəkləşdirdiyi  ekspedisiyalardan,  bu  ekspedisiyalar  zamanı  olduğu 

bölgələrdən, qeydə aldığı materiallardan bəhs olunur. 

1863-1864-cü  illərdə  ilk  ekspedisiyaya  çıxdığı  zaman  Q.N.Potaninin 

iyirmi yeddi yaşı var idi. Coğrafiyaşünas alim Karl Struvenin başçılıq etdiyi 

ekspedisiya  heyətinin tərkibində  o, qazax çöllərinin şərq hissəsinə,  Altayın 

dağlıq  bölgələrinə  və  Cunqariya  Alatausuna səyahət  etmişdir.  Q.N.Potanin 

bitki  nümunələri  toplamaqla  yanaşı,  həm  də  köçərilərin  həyatı  üzərində 

müşahidələr aparmışdır. Etnoqrafik materialların toplanması ekspedisiyanın 

proqramına  daxil  olmasa  da,  o,  bu  işin  öhdəsindən  layiqincə  gəlmişdir. 

Ekspedisiya  qurtardıqdan  sonra  o,  K.Struve  ilə  birlikdə  onun  nəticələrini 

əks  etdirən  hesabat  xarakterli  «Zaysan  gölünə  qış  səyahəti  (1863-1864-cü 

illərin  qışın-da)»,  «1864-cü  ilin  yayında  Şərqi  Tarbaqataya  səyahət» 

gündəliklərini  nəşr  etdirir.  Bu  xidmətinə  görə  Q.N.Potanin  1886-cı  ildə 

Rusiya  Coğrafiya  Cəmiyyətinin  (RCC)  təsis  etdiyi  Konstantin  medalına 

layiq görülmüş və qurumun fəxri üzvü seçilmişdir. 




Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə