Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 

20 


Rusiyaya  (Xəzər  xaqanlığına)  gəlmiş,  buradan  slavyan  dünyasına,  Bizans, 

İtaliya  və  İngiltərəyə  qədər  yayılmışdır.  İkinci  axın  isə  Monqolustandan 

cənuba – Hindistana və Tibetə istiqamətlənmişdir.  

Q.N.Potaninə  görə, Süleyman haqqında mətnlər öz  mənşəyini Şimali 

Asiya  xalqlarının  kosmoqonik  miflərindən,  bir  qədər  də  dəqiqləşdirsək, 

dünyanın yaranışı haqqında mifdən alır. Onun fikrincə, həmin mifin sonrakı 

inkişaf  mərhələsində  tanrı  insanla,  dünyanın  yaranması  isə  sarayın  və  ya 

məbədin  tikilməsi  ilə  əvəzlənmişdir.  Çolomonla  dünyanın  yaranması 

haqqında təsəvvürlər arasında bir bağlılıq  olduğunu  ehtimal  edən araşdırıcı 

buna  məxsus  dəlilləri  dünyanın  yaranması  haqqında  alar-buryat  mətnində 

tapırdı. Həmin  mifdə  dünyanı Burxan və Şolmo tanrılarının  yaratdığı  qeyd 

olunur.  Q.N.Potanin  Şolmonu  Çolmonla  eyniləşdirir  və  onların  eyni 

personajlar olduğunu iddia edirdi. Buradan çıxış edərək o, belə bir nəticəyə 

gəlir  ki,  Çolmon  həm  də  dünyanın  yaranmasında  iştirak  etmiş  tanrının 

adıdır.  Onun  fikrincə,  Çolmon  ulduzu  haqqında  bu  təsəvvürlər  Qərbə 

gətirilmiş  və  onun  əsasında  Solomon  və  Kitovras  haqqında  nağıl 

formalaşmış, Çolmon adı isə Solomon şəklini almışdır

17



Q.N.Potaninin  tədqiqat  metodu,  mətnlər  üzərində  həyata  keçirdiyi 

«özbaşına  əməliyyatlar»,  personaj  adlarını  zahiri  səs  uyğunluğuna  görə 

müqayisə etməsi bir qədər primitiv görünsə də, Şərqin Qərb mədəniyyətinə, 

epik  təhkiyyə  folkloruna  təsiri  danılmazdır.  Belə  ki,  Avropa  zaman-zaman 

Şərqdən köç edən tayfaların məskunlaşdığı ərazi olmuşdur. Onlar özləri ilə 

birlikdə  öz  mədəniyyətini,  folklorunu,  dini  təsisatlarını  da  Avropaya 

gətirmişdilər.  Bu  tayfaların  bir  qismi  sonradan  geri  qayıtsa  da,  əksəriyyəti 

həmin  ərazilərdə  məskunlaşmış,  oturaq  həyat  tərzinə  keçmiş  və  yerli  əhali 

ilə qaynayıb qarışaraq assimilyasiyaya uğramışlar. Bu proseslər nəticəsində 

bir  çox  Şərq  süjetləri  yerli  əhali  arasına  geçərək  burada  öz  yaşamını 

sürdürmüşdür.  Avropa  xalqları  arasında  Atilla  haqqında  rəvayətlərə, 

«Kalevala»  eposunda  Şərq  dastanları  ilə  səsləşən  motivlərə  təsadüf 

olunması bu cür təsirlərin nəticəsidir.  

Dissertasiyanın «Q.N.Potaninin toplama irsində Azərbaycan folklor 



nümunələri ilə səsləşmələr» adlanan üçüncü fəslində görkəmli tədqiqatçının 

topladığı  materiallarla  Azərbaycan  folklor  nümunələrinin  müqayisəsi 

verilmişdir.  Nəzərə  alsaq  ki,  Q.N.Potaninin    materialları  Mərkəzi  Asiyaya 

sivilizasiyanın  hələ  ayaq  açmadığı,  folklor  mətnlərinin  öz  təbiiliyini, 

saflığını qoruyub saxladığı bir dövrdə toplanmışdır, o zaman onların  

___________ 

17. Потанин Г.Н. Сага о Соломоне. Томск: Издат. Сиб. печ. отд, 1912,  с.41  

 

13 



toplayıcıları  Qafqaz  xalqları  arasında  yaşayan  zəruri  materialların 

toplanmasına  istiqamətləndirmək  idi.  Ona  görə  də,  həmin  proqram  region 

folklorunu tam toplamağa, onun haqqında aydın, daha dolğun təsəvvür əldə 

etməyə imkan vermirdi. 

Q.N.Potaninin  toplama  üsullarından  bəhs  edərkən  demişdik  ki,  o, 

Şərq  dillərini  bilmədiyi  üçün  folklor  nümunələrini  tərcüməçinin 

xidmətindən  istifadə  edərək  qeydə  almışdır.  Tərcüməçinin  söyləyici  ilə 

ayaqlaşması, onun ağzından çıxan cümlələri olduğu kimi rus dilinə tərcümə 

etməsi  mümkün  olmadığından  Q.N.Potanin  çox  vaxt  mətnin  məzmununu 

verirdi.  Amma  bu,  mətnin  qısa  və  quru  deyil,  söyləyicinin  nitqinə  məxsus 

bir çox söz  və  ifadələri saxlamaqla  məzmunun  daha geniş  və ətraflı təsviri 

idi.  Məsələn,  Q.N.Potaninin  qazaxlardan  qeydə  aldığı  "Ər-Tüstük" 

nağılında söyləyici mətnin daxilində tayfa mənasında "el", qonaqlıq, ziyafət 

mənasında "toy" kəlməsini işlədir. Q.N.Potanin bu mətni yazıya köçürərkən 

həmin  söz  və  ifadələri  olduğu  kimi  saxlamış,  mətnin  altında  isə  onların 

izahını  vermişdir.  Həmin  söz  və  ifadələrin  saxlanması,  məişət  əşyalarının, 

personaj  adlarının  əslinə  uyğun  şəkildə  verilməsi  müəyyən  qədər  də  olsa, 

milli koloriti saxlamağa imkan vermişdir. 

Azərbaycan folklorunun toplanılmasına başlanıldığı ilk dövrlərdə rus 

ziyalılarından  istifadə  olunması belə  ehtimal  etməyə  əsas verir  ki,  onlar da 

dilini bilmədiyi xalqın folklorunu tərcüməçi vasitəsi ilə, məzmununu təsvir 

etmək  üsulu  ilə  qeydə  almışlar.  Amma  SMOMPK  məcmuəsində  dərc 

olunmuş mətnlərin, L.Q.Lopatinskinin topladığı materialların təhlili göstərir 

ki, onlar məzmunun təsviri deyil, orijinalın rus dilinə tərcüməsidir. Tərcümə 

zamanı  personajların  nitqi,  dialoqlar  saxlanılsa  da,  milli  məişət 

elementlərinin  orijinaldakı  adının  qorunmaması  milli  koloritin,  bədii 

özünəməxsusluğun itməsinə səbəb olmuşdur. 

Q.N.Potanin folklor mətnlərini qeydə alarkən söyləyici amilinə xüsusi 

əhəmiyyət  verirdi.  O,  mətnin  söyləyicisi,  onun  məşğuliyyəti,  yaşı,  mətni 

haradan  və  hansı  şəraitdə  qeydə  aldığı,  söyləyiciləri  tapmaqda,  mətni  rus 

dilinə  tərcümə  etməkdə  ona  kömək  etmiş  şəxslər  haqqında  geniş  məlumat 

verirdi.  Ondan  fərqli  olaraq,  SMOMPK  məcmuəsində,  eləcə  də  o  dövrdə 

çap  olunmuş  digər  mənbələrdə  bu  amilə  əməl  olunmamış,  bir  çox 

nümunələrin  nəinki  söyləyiciləri,  heç  qeydə  alındığı  məkan  da 

göstərilməmiş,  ya  da  cüzi  məlumatla  kifayətlənilmişdir.  Məsələn, 

A.V.Baqrinin  tərtib  etdiyi  «Azərbaycanın  və  qonşu  ölkələrin  folkloru» 

kitabında  əksər  mətnlərin  söyləyicisi  haqqında  məlumat  verilmir,  yalnız 

qeydə alındığı tarix və toplayan şəxsin adı göstərilir. 




Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə