Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 

22 


 

topladığı  eyni  fikirlərin  təbliğ  olunduğu  mətnləri  göstərmək  olar.  Həmin 

mətnlərin  birində  deyilir  ki,  kasıb  tanrı  Boqdonu  ziyarətə  gedir.  Yolda 

ömrünü dua etməklə keçirən lama və yüzlərlə insanı öldürüb ürəyini yeyən 

şəxsə  rast  gəlir.  Kasıb  onların  da  xahişini  tanrıya  çatdırır.  Məlum  olur  ki, 

lam  yalnız  özü  üçün  dua  edir,  başqalarını  düşünmədiyindən  onun  duasının 

xeyri  yoxdur.  Amma  ikinci  şəxs  sidq  ürəkdən  peşman  olduğundan  tanrı 

onun  günahlarını  bağışlayır

20

.  Həmin  süjetin  Azərbaycan  variantında  isə 



ömrünün qırx ilini allaha ibadətlə keçirən abid və hər gün bir oynaşı ilə zina 

iş  tutan  qadından  bəhs  olunur.  Abid  allahın  yaratdığı  iti  murdar  hesab 

etdiyinə  görə  cəhənnəmlə,  həmin  itə  sahib  çıxıb  ona  baxan  qadın  isə 

cənnətlə  mükafatlandırılır

21

.  Haqqında  bəhs  olunan  bu  süjetə  islam  dininin 



yayılmadığı  xalqlar  arasında  təsadüf  olunması,  bu  cür  fikirlərin    böyük 

əksəriyyətinin  ənənədən  gəldiyini  göstərir.  Sadəcə,  hər  din  onu 

özününküləşdirməyə  çalışır.  Bu  baxımdan,  Q.N.Potaninin  topladığı 

maiteriallar bizə müqayisə üçün zəngin material verir. 

III  fəslin  «Süjetlərin  müqayisəsi»  adlanan  ikinci  yarımbaşlığında  

Q.N.Potaninin  kazak-qırğızlardan  topladığı  «Ər-Tüstük»,  «Təpəgöz»,  «Kan-

baba», «Vəfasız arvad» və s. nağıl süjetləri müqayisəyə cəlb olunmuşdur.  

Q.N.Potaninin  materialları  bizə  ayrı-ayrı  süjetlərin  inkişafını 

izləməyə,  onların  məruz  qaldığı  dəyişiklikləri  üzə  çıxarmağa  imkan  verir. 

Bu  baxımdan  qırğızlardan  qeydə  alınmış  "Kan-baba"  nağılı  xüsusi  maraq 

doğurur.  Nağıl  Kan-babanın  vəzirin  qızı  ilə  evlənməsi  və  qızın  Batır  xanı 

öldürməyincə  onunla  bir  yastığa  baş  qoymaqdan  boyun  qacırması  ilə 

başlayır. Qəhrəman ayağına dəmir çarıq geyinib, əlinə dəmir əsa alıb, Batır 

xanı  axtarmağa  gedir.  Batır  xanla  birlikdə  pərilər  padşahına  qarşı  vuruşur, 

pərilər  padşahını  məğlub  edib  onun  qızını  qardaşlığına  alır.  Nağıl 

qəhrəmanın  qarşıda  yoldaşını  gözləyən  təhlükədən  xəbər  tutub  onu  xilas 

etməsi ilə davam edir.  

Q.N.Potanin  variantında  qəhrəmanın  fiziki  gücü  haqqında  söz 

açılmır,  amma  hadisələrin  inkişafından,  Batır  xanın  minməyə  cəsarət 

etmədiyi  atı  ram  etməsindən,  pərilər  padşahının  qoşununu  təkbaşına  məhv 

etməsindən  onun  qeyr-adi  gücə  sahib  olduğunu  təyin  etmək  mümkündür. 

Azərbaycan  variantında  isə  qəhrəmanın  qeyri-adi  gücü  açıq-aydın  ifadə 

olunur.  Onun  qolunda  qırx  kəlin  gücü  olduğu,  hətta  özü  ilə  bacarmadığını 

__________ 

20. Потанин Г.Н. Очерки  Северо-Западной Монголии: в  4-х томах, Т.4 

Спб.: Изд. Импер. Рус. Геогр. Об-ва, 1883, с.259-260 

21.  Azərbaycan  folkloru  antologiyası.  XVI  c.,  Ağdaş  folkloru  /  Toplayıb 

tərtib edən: İ.Rüstəmzadə. Bakı: Səda, 2006, s.245 

 

11 


 

masına, mütəxəssislərin ondan yararlanmasına yardım etmişdir. Bununla belə, 

o,  bu  prinsipdən  bütün  mətnlərdə  deyil,  ona  marqlı  olan  süjetlərin  təsviri 

zamanı istifadə etmişdir. 

I  fəslin  «Q.N.Potaninin  toplama  üsullarının  və  tərtib  etdiyi 

proqramların  nəzəri  görüşləri  ilə  bağlılığı»  adlı  üçüncü  yarımbaşlığında 

Q.N.Pota-ni-nin  toplama  fəaliyyətinin  və  tərtib  etdiyi  proqramların  onun 

nəzəri  baxışları ilə əlaqəsindən danışılır. 

Q.N.Potaninin  toplayıcılıq  fəaliyyəti  elmi-nəzəri  baxışları  ilə  vəhdət 

təşkil etmişdir. O, Qərb epik yaradıcılığının kökünü Şərqdə axtardığından onun 

toplayıcılıq  fəaliyyəti  bu  fərziyyəni  isbata  yetirmək  üçün  zəruri  materialın 

toplanmasına yönəlmişdir. Nəzəri baxışları Q.N.Potanini toplamaya sövq edən 

əsas  amil  idi.  Dostlarına  yazdığı  məktublarda  qeyd  edirdi  ki,  əgər  nəzəri 

baxışları olmasaydı, folklor toplamaq onun üçün maraqsız olardı

13



Q.N.Potaninin qeydə aldığı materialların coğrafiyasına diqqət yetirdikdə, 

onların  əsasən,  sərhəd  bölgələrindən  -  Şimal-Şərqi  və  Şərqi  Qazaxıstandan, 

Sibir,  Altay  və  Monqolustanla  qonşu  olan  yerlərdən  -  Zaysandan,  Qara  İrtış 

çayının  sahillərindən,  Tarbaqataydan,  Saurun  şimal  yamaclarından,  Qobi 

Altayından, Bayan-Auldan, Tokrayu sahillərindən toplandığının şahidi oluruq. 

Coğrafi  məkanları  seçərkən  sərhəd  bölgələrinə  üstünlük  verilməsinin  əsas 

səbəbi  Q.N.Potaninin  türk  və  monqol  xalqları  arasında  qarşılıqlı  əlaqələri 

araşdırmaq  istəyindən  irəli  gəlirdi.  Bu  da  istər-istəməz  toplanma  arealının 

coğrafi baxımdan məhdudlaşmasına səbəb olmuşdur. 

Toplama  üsullarının  nəzəri  baxışlarından  asılılığı  təkcə  toplama 

arealının  deyil,  həm  də  qeydə  alınan  nümunələrin  müəyyən  janrlarla 

məhdudlaşmasına gətirib çıxarmışdır. Qohum xalqların şifahi irsi arasındakı 

münasibəti,  şifahi  ədəbiyyat  nümunələrinin  bir  xalqdan  başqa  xalqa 

keçməsini araşdırmaq onun toplama fəaliyyətinin əsas hədəfi idi. Ona görə, 

Q.N.Potanin  qədim  epik  janrların  –  əfsanə,  nağıl,  mif  və  inancların 

toplanmasına  əhəmiyyət  vermiş,  müasir  janrlar,  folklorda  gedən  müasir 

proseslər, yeni yaranan folklor nümunələri diqqətdən kənarda qalmışdır. 

Q.N.Potanin türk xalqları folklorunun toplanmasına dair toplayıcılara 

istiqamət  verən,  onları  müəyyən  olunmuş  məqsədə  yönəldən  bir  neçə 

proqram  hazırlamışdır. Bu proqramlar folklorun sistemli  və  elmi prinsiplər 

əsasında  toplanmasına  xidmət  etmişdir.  «Şimali  Sibir  xalqlarının  mifoloji 

və heyvanlarla bağlı eposlarının müqayisəli öyrənilməsinə dair», «Qırğızların, 

________ 

13.  Потанин  Г.Н.  Письма:  в  4-х  томах,  Т.1,  Иркутск:  Издательство 

Иркутского Университета, 1977,  с. 176 



Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə