Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 



Mövzunun  tədqiq  tarixi.  Q.N.Potaninin  fəaliyyətinin  çoxşaxəli  və 

əhatəliliyinə  baxmayaraq,  onun  haqqında  yazılmış  əsərlərin  biblioqrafiyası 

çox  da  geniş  deyildir.  Bu  əsərlərin  çoxunu  Q.N.Potaninin  70  və  80  illik 

yubileyləri  münasibətilə  yazılmış  memuar, məruzə  və  məqalələr təşkil  edir 

ki, onların da çox hissəsi kiçik həcmli və ümumi xarakterli idi. 

Q.N.Potanindən elmi ədəbiyyatda əsasən, səyyah kimi bəhs olunmuş, 

onun  səyahətlərinə,  etnoqrafik  fəaliyyətinə  daha  çox  diqqət  yetirilmişdir. 

N.V.Alekseenkonun  "Publisist,  etnoqraf,  folklorşünas  Q.N.Potanin"

2



S.İ.Rudenkonun 

«Qriqori 

Nikolayeviç 

Potanin 


etnoqraf 

kimi»


3

M.K.Azadovski  və  V.K.Arsenevin  «Səyyah  və  yazıçı»



4

,  İ.V.Zaxarovanın 

"RCC-nin  Qərbi-Sibir  bölməsinin  əsərlərində  etnoqrafiya  (1877-1917)"

5



Y.N.Bessenov və V.Y.Yakuboviçin "İçəri Asiya ilə"

6

 və s. əsərləri də məhz 



bu aspektdən yazılmışdır. 

Q.N.Potaninin  həyat  və  fəaliyyətinə  üç  monoqrafiya  həsr 

olunmuşdur: 

bunlardan 

birincisi 

V.A.Obruçevin 

"Q.N.Potaninin 

səyahətləri"

7

,  ikincisi  A.M.Saqalayev  və  V.M.Kryukovun  "Q.N.Potanin: 



şəxsiyyətinin  dərketmə  təcrübəsi"

8

,  üçüncüsü  isə  M.V.Şilovskinin  «Elmə 



sədaqətin  tam  təcəssümü:  Q.N.Potanin»

9

  əsərləridir.  Bu  əsərlərdə  alimin 



folklorşünaslıq  fəaliyyəti  çox  qısa  xarakterizə  edilmiş,  əsas  diqqət  onun 

Sibirin ictimai həyatında oynadığı rola yönəldilmişdir. Tədqiqatçının iqtibas 

nəzəriyyəsinə dair əsərləri də araşdırıcılar tərəfindən çox az öyrənilmişdir. 

Q.N.Potaninin folklorşünaslıq fəaliyyətinin və bu sahədə yazdığı əsər-

lərinin təhlilini özündə birləşdirən monoqrafik araşdırmaya isə rast gəlmirik. 

____________ 

2.  Алексеенко  Н.В.  Публицист,  этнограф,  фольклорист  Г.Н.Потанин  // 

Хранители памяти. Алма-ата: Наука,1988, с.94-104 

3. Руденко С.И. Григорий Николаевич Потанин как этнограф // Известия 

Всесоюзного Географического Общество. Т.95, вып.2, № 63, с.95-107 

4.  Азадовский  М.К.,  Арсенев  В.К.  Путешественник  и  писатель.  Чита: 

Наука, 1955, 50 c. 

5. Захарова И.В. Этнография в трудах Западно-Сибирского отдела РГО 

(1877-1917)  //  Ученные  записки  Томского  государственнего  университета. 

1970, вып. 45, с.26-39 

6. Бессенов Ю.Н., Якубович В.Я. По внутренной Азии. М. ОГИС, 1947, 273 с. 

7.  Обручев  В.А.  Путешествия  Г.Н.Потанина.  М.:  Молодая  гвардия, 

1953,180 с 

8.  Сагалаев  А.М.,  Крюков  В.М.  Г.Н.Потанин:  Опыть  осмысления 

личьности. Новосибирск, Наука Сиб. отд-ние, 1991, 228 с. 

9.  М.В.Шиловский.  Полнейшая  самоотвержения  преданность  науке: 

Г.Н.Потанин. Биографический очерк. Новосибирск: Сова, 2004. 

 

29 


The third chapter of the research provides an opportunity to compare 

the folklore texts collected by G.N.Potanin with the Azerbaijani tales. They 

were noted firstly by G.N.Potanin when there was real folklore environment 

in  the  Central  Asia,  i.e.  the  local  tribes  far  from  the  civilization  resided 

according to the rules of folklore. In other words, these were the fresh, real 

folklore  images,  not  distorted  by  anyone.  The  comparison  of  these  images 

with  the  texts  of  the  Azerbaijani  tales  gives  an  opportunity  to  study  the 

source and semantics of the Azerbaijani tales. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

28 


U.G.Alakbarova 

 

Role of G.N.Potanin in collection and research 

of Turkic Folklore 

 

Summary 

 

The thesis is devoted to the research of the activity of the well-known 



Russian scientist G.N.Potanin on collection of folklore materials and on the 

theory  of  folklore.  The  first  chapter  of  dissertation  includes  the  results  of 

expeditions  of  G.N.Potanin  to  various  districts  of  the  Central  Asia  during 

1863-1889.  The  purpose  of  these  expeditions  equipped  by  the  Russian 

Government  led  by  G.N.Potanin  was  to  study  the  geography,  climate, 

landscape  and  the  fauna  of  Central  Asia.  But  the  enormous  interest  of 

G.N.Potanin  in  the  ethnography  and  the  folklore  of  the  local  people  and 

tribes  obliged  him  to  engage  simultaneously  in  collection  of  folklore  and 

ethnographic  materials.  In  this  connection,  the  methods  and  principles  by 

which  he  was  guided  in  the  course  of  collection,  commenting  and 

publishing of the folklore texts provoke great interest. 

It is to be noted that his activity of collection of folklore materials has 

served  first of all the scientific-theoretical  interests, so as the origin of lots 

of  epic  stories  spread  out  in  the  folklore  of  the  European  people  was 

searched  by  G.N.Potanin  in  the  East.  He  did  his  utmost  to  search  the 

folklore  texts  in  the  Central  Asia  that  would  confirm  his  theoretical 

proposition.  

The  second  chapter  of  the  thesis  provides  a  short  summary  of  the 

history  of  forming  of  the  theory  «migrant  subjects»,  explaining  the 

similarity  of  the  folklore  in  the  different  people  by  the  movement  and 

migration  of  folklore  themes  from  one  country  to  another.  Further  the 

author  provides  comprehensive  information  about  the  role  of  G.N.Potanin 

in  development  of  this  theory.  It  is  marked  that  after  dissemination  of  the 

theory, its content’s adoption  in Russia is  improved: owning to the studies 

of  A.N.Veselovsk,  V.F.Miller  and  G.N.Potanin,  the  geographical 

frameworks  of  the  migration  theory  are  broadened.  If  theretofore  the 

subjects  of folklore  of the European people  were considered as creation  of 

Aryan  people  and  their  origin  was  related  to  India,  after  researches  of  the 

works  of  Russian  scientists,  the  folklore  of  Turkic  (G.N.Potanin)  and  Iran 

(V.F.Miller) people became objects of the migration theory. 

 



Dissertasiyanın  obyekti  və  predmeti.  Q.N.Potaninin  folklor 



nümunələrinin  toplanması,  nəşri  və  araşdırılması  sahəsindəki  fəaliyyəti 

dissertasiya  işinin  obyektini,  onun  Mərkəzi  Asiyaya  ekspedisiyalarının 

nəticələri  haqqında  hesabatları,  toplama  materialları,  həmin  materiallara 

dair  yazdığı  nəzəri  şərhlər,  xatirələri,  dostlarına  yazdığı  məktublar  isə  işin 

predmetini təşkil edir. 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  başlıca  məqsədi 

Q.N.Potaninin  folklorşünaslıq  fəaliyyətini  araşdırmaq,  türk  xalqları 

folklorunun  toplanması  və  tədqiqində  onun  xidmətlərini  göstərməkdən 

ibarətdir.  Bu  işləri  yerinə  yetirmək  üçün  aşağıdakı  vəzifələr  qarşıya 

qoyulmuşdur: 

– Q.N.Potaninin folklorşünaslıq fəaliyyətinin hərtərəfli öyrənilməsi; 

– Folklor  nümunələrinin toplanması  və  nəşri sahəsində  onun  istifadə 

etdiyi üsulların araşdırılması; 

–  Q.N.Potaninin  topladığı  folklor  materiallarının,  müqayisə  etdiyi 

motiv və süjetlərin müasir folklorşünaslıq üçün əhəmiyyətinin müəyyənləş-

dirilməsi; 

–  Q.N.Potaninin  iqtibas  nəzəriyyəsi  sahəsindəki  fəaliyyətinin 

araşdırılması; 

–  Q.N.Potaninin  Şərq  fərziyyəsinə  dair  nəzəri  fikirlərinin  sistemli  

tədqiqi; 

–  Azərbaycan  və  başqa  türk  xalqlarının  folklorundakı  süjet  və 

motivlərin  arxaik  köklərinin,  obrazların  semantikasının  və  funksiyasının 

müəyyənləşdirilməsində 

Q.N.Potanin 

tərəfindən 

toplanmış 

folklor 

materiallarının əhəmiyyətinin göstərilməsi. 



Tədqiqatın  metodoloji  əsasları.  Mövzunun  araşdırılması  zamanı 

başlıca  olaraq  tarixi-müqayisəli  və  nəzəri-filoloji  metodlardan  istifadə 

edilmişdir.  Dissertasiyada  həmçinin,  müasir  folklorşünaslığın  elmi-nəzəri 

müddəalarına  istinad  edilmiş,  türkologiyada  və  Azərbaycan  folklorşünas-

lığında əldə edilmiş elmi-metodoloji nailiyyətlər nəzərə alınmışdır. 

Tədqiqatın  elmi  yeniliyi.  Q.N.Potaninin  folklorşünaslıq  fəaliyyəti, 

iqtibas  nəzəriyyəsinə  dair  araşdırmaları,  onun  türk  xalqlarından  topladığı 

folklor  materiallarının  Azərbaycan folklor nümunələri  ilə  geniş  müqayisəsi 

indiyədək  heç  bir  araşdırmanın  tədqiqat  obyekti  olmamış,  ayrı-ayrı 

tədqiqatlarda  bu  haqda  yalnız  qısa  məlumat  verilmişdir.  Q.N.Potaninin 

folklorşünaslıq  fəaliyyətinin  nəzəri  problemləri  ilk  dəfə  bu  dissertasiya 

işində  ümumiləşdirilmiş,  həmçinin  alimin  Şərq  nəzəriyyəsi  təhlil  edilmiş, 

türk  xalqlarından  topladığı  folklor  materiallarının  orijinallığı,  fədakar 

folklor  toplayıcısı  kimi  xidmətləri  göstərilmiş,  onun  topladığı  folklor 



Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə