Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 

10 


 

ifadələri  saxlamaqla  məzmunun  daha  ətraflı  və  geniş  təsviri  deməkdir. 

Q.N.Potanin  özü  bu  üsulu  «tərcümə  vasitəsilə  konspektləşdirmə» 

adlandırmışdır.  Lakin  bunu,  sözün  əsl  mənasında  «konspekt»  adlandırmaq 

olmaz.  Çünki  o,  hər  hansı  bir  mətn  haqqında  qısa  məlumatı  deyil,  mətnin 

tarixi-etnoqrafik xüsusiyyətlərini,  xüsusi adları, tipik cizgiləri, mətndə olan 

idiomatik ifadələri olduğu kimi saxlamaqla oxucuya çatdırmışdır. 

Şərq xalqlarının  dilini bilməməsi Q.N.Potaninin toplama  imkanlarını 

məhdudlaşdırırdı. Yanında tərcüməçi olmadığı zaman o, yalnız kiçik həcmli 

nümunələr  toplayır,  dil  bilməməsi  daha  iri  həcmli  əsərləri  qeydə  almağa 

mane  olurdu.  N.M.Yadrinçevə  yazdığı  məktubda  qeyd  edirdi  ki,  dil 

bilməməsi onu utandırır və o, yalnız xalq rəvayətlərinin kəşfiyyat xarakterli 

araşdırmasını  aparmağa  məcbur  olur

11

.  A.S.Qaçiskiyə  yazdığı  məktubda 



dillə  bağlı  çətinliklərinin  olmasını  bir  daha  vurğulayaraq  deyirdi  ki,  dil 

bilmədiyi  üçün  toplamaları  çox  deyil.  Əfsanələrdən  hissələr  toplamış, 

amma yazdıqlarını da sözbəsöz qeydə almışdır

12



Aydındır  ki,  belə  toplama  üsulundan  istifadə  zamanı  mətn  ilkin 

formasını itirir, tərcümə nə qədər dəqiq olsa da, orijinaldan fərqli olur. Mətn 

təbiiliyini  itirdiyindən  o, daha çox sxematik xarakter daşıyır. Sadalanan bu 

xüsusiyyətlər Q.N.Potaninin  qeydə aldığı  mətnlər üçün  də xarakterikdir:  o, 

mətnləri  tam  şəkildə  yazıya  almır,  adların  orjinala  uyğunluğunu  və  süjet 

xəttinin  inkişafını  gözləməklə  onun  xülasəsini  verirdi.  O,  özü  də  başa 

düşürdü ki, folklor mətnlərinin qısa xülasəsinin verilməsi o qədər də effektli 

üsul deyil. Lakin o dövrdə Rusiyada şərq dillərini bilən müxtəxəssislər çox 

az  olduğundan  həmin  xalqların  folklor  nümunələrinin  toplanması  üçün  bir 

müddət bu üsuldan istifadə edilməsini zəruri sayırdı. 

Q.N.Potanin tərəfindən nəşr olunmuş folklor topluları məhz şərhlərin 

zənginliyi  ilə  digər toplulardan seçilirdi. Onun bir çox şərhləri  dəqiq  düşü-

nülmüş,  müəyyən  quruluşa  malik  tədqiqat  işini  xatırladır.  Həmin  şərhləri 

vermək üçün, sadəcə, toplanan  materialları  gözdən  keçirmək  kifayət  etmir. 

Bunun  üçün  daha  çox  mənbələrlə  tanış  olmaq,  müxtəlif  sahələrə  dair 

məlumatlardan  istifadə  etmək  tələb  olunurdu.  Nə  qədər  ağır  olsa  da, 

Q.N.Potanin  hər  bir  folklorşünasdan  topladığı  mətnlər  üçün  belə  şərhlər 

verməsini tövsiyyə  edir  və  özü  də əsərlərində  Asiyadan toplanmış süjetləri 

Qərb variantları ilə müqayisə etmişdir. Bu şərhlər çap olunan mətnin anlaşıl- 

_______ 


11.  Потанин  Г.Н.  Письма:  в  4-х  томах,  Т.4,  Иркутск:  Издательство 

Иркут-ского Университета, 1990, с.110 

12.  Потанин  Г.Н.  Письма:  в  4-х  томах,  Т.1,  Иркутск:  Издательство 

Иркутского Университета, 1977, с.211 

 

23 


görüb Allahdan qolundakı gücün ondan alınmasını xahiş etdiyi deyilir. Ona 

görə  də,  Azərbaycan  variantı  qəhrəmanın  fiziki  gücünün  əlindən  alınması 

motivi  ilə  başlayır.  Daha  sonra  qəhrəmanın  qardaşlığı  olacaq  şəxsə  rast 

gəlməsindən,  onunla  birlikdə  padşaha  qarşı  vuruşmasından  və  padşahı 

məğlub edib onun qızını qardaşlığına almasından bəhs olunur. 

Aparılan  müqayisədən  aydın  olur  ki,  Q.N.Potanin  variantında  iştirak 

edən  bir  çox  sehrli  elementlərə  (personajların  demonik  cizgilərlə  təsvir 

olunması,  Simurq  quşunun  dirilik  suyunu  gətirməsi,  qırx  otaq  və  s.) 

Azərbaycan  variantında  rast  gəlinmir.  Həmin  elementlər  nağıl  strukturun-

dan  çıxmış,  onun  yerini  daha  real  elementlər  tutmuşdur:  personajlar  real 

varlıqlar  kimi  təsvir  olunmuş,  dirilik  suyu  peyğəmbərin  tüpürcəyi  ilə 

əvəzlənmiş  və  s.  Müşahidə  olunan  bu  transformasiyalar  əslində,  sonrakı 

inkişaf zamanı nağılın nə kimi dəyişikliklərə uğradığını göstərir.  

Q.N.Potaninin  topladığı  materiallar  bizə  həm  də  bir  çox  mətnlərin 

janr  dəyişikliyini  izləməyə  imkan  verir.  Nümunə  üçün  Nur-Seyid  adlı 

söyləyicidən  qeydə  alınmış  "Talas-pay  Merqen"  nağılına  diqqət  yetirək

22



Nağıl  Aarne-Tompson  göstəricində  532-ci  nömrə  altında  verilmiş 



«Kürəkənlərin sınanması» süjeti əsasında qurulmuşdur.  

Q.N.Potanin  variantı  ənənəvi  süjet  üçün  xarakterik  olmayan 

gedişlərlə - Koblandı batırın Karamanı öldürməsi, onun var-dövlətini çalıb-

çapması,  insanlarını  isə  əsir alıb aparması  ilə başlayır. Bu  hadisədən sonra 

bir  uşaq  sağ  qalır  və  nağılda  cərəyan  edən  hadisələrin  mərkəzində  həmin 

uşaq dayanır. Q.N.Potanin  variantında qəhrəman  qızıl kəkilli təsvir olunur. 

O,  Kadır  xanın  çobanını  öldürüb  onun  qiyafəsində,  keçəl  görkəmində 

şəhərə gəlir. Göldə çimərkən Kadır-xanın kiçik qızı qəhrəmanın qızılı saçını 

görüb ona aşiq olur.  

Hadisələr  xanın  kiçik  qızının  seçiminə  qəzəblənərək  onu  saraydan 

qovması, qəhrəmanın böyük kürəkənlərə qoşularaq xəstə padşah üçün sayqak 

əti  əldə  etməyə  getməsi  ilə  davam  edir.  Böyük  kürəkənlərin  sayqak  ətindən 

hazırladığı  yemək  xanın  xəstəliyinə  əlac  etmir,  amma  xan  kiçik  kürəkənin 

həmin heyvanın içalatından bişirdiyi yeməyi yedikdən sonra şəfa tapır.  

Ənənəvi  variantda  nağıl  böyük  qardaşların  ifşa  olunması  və 

qəhrəmanın  tanınması  ilə  tamamlanırsa,  burada  AT  301  nömrəli  süjetə 

məxsus gedişlərlə davam edir. Qəhrəmanın tanınması həmin süjetdən sonra 

çətin  tapşırığı  uğurla  yerinə  yetirib  at  üstündə  sahzadə  geyimində  geri 

qayıtdığı zaman baş verir. 

_____________ 

22.  Потанин  Г.Н.  Казак-киргизские  предание,  легенды  и  сказки. 

Журнал «Живая старина», 1917, выпуск 2-3, с.73 




Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə