Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 

12 


Sibir  tatarlarının  inanc,  nağıl  və  mövhumati  adət  və  mərasimlərinin 

öyrənilməsinə  dair»  proqramlarında  o,  toplayıcılara  sistemli  şəkildə 

istiqamət vermişdir. 

Q.N.Potaninin folklor toplamaya  dair tərtib  etdiyi  ilk  proqram 1880-

ci  ildə  nəşr    olunmuşdur.  Bu,  «Şimali  Sibir  xalqlarında  mifoloji  və 

heyvanlarla  bağlı  eposların  müqayisəli  öyrənilməsinə  dair»  proqramdır. 

Proqramda  Sibir  xalqlarının  nağıl  və  inanclarının  öyrənilməsinə  əsas  yer 

verilmişdir. Burada toplayıcılardan dünyanın yaranması haqqında təsəvvür-

lərin  –  kosmoqoniyanın,  atmosferdə  gedən  proseslərin,  bitki  və  heyvan 

kultunun  məişətlə,  tayfa  əcdadları  ilə  əlaqəsinin,  Tobol  tatarlarının, 

qırğızların,  ostyakların  və  altayların  təbiət  haqqında  təsəvvürlərinin 

toplanılması tövsiyyə olunurdu. 

Araşdırıcının  dostlarına  yazdığı  məktubları  və  toplama  işinə  həsr 

olunmuş  məqalələri  də  proqram  xarakterli  materiallardır.  Müxbirlərə  və 

dostlarına  ünvanlanmış  bu  məktublar  onların  toplama  işinə  istiqamət 

verməklə  yanaşı,  həm  də  onun  özünə  zəruri  olan  variantların  tapılmasına 

xidmət  etmişdir.  Q.N.Potanin  özü  də  həmin  məktublarda  qeyd  olunan 

məsələlərə  dair  material  toplamış,  dostlarından  isə  variantlarını  qeydə 

almalarını  xahiş  etmişdir.  Məsələn,  N.M.Yadrinçevə  yazdığı  məktubda 

ondan  durnanın  paltarını  oğurlayan  qız  və  onunla  evlənən  kor  şaman 

Odyuqe  haqqında  inancların,  eləcə  də  Böyük  Pyotr  və  digər  tarixi 

şəxsiyyətlər  haqqında  əfsanələrin,  rəvayətlərin,  onların  variantlarının 

toplanılmasını xahiş etmişdir. 

I  fəslin  sonuncu  yarımbaşlığı  «Q.N.Potaninin  toplama  üsullarının 



XIX əsrdə Azərbaycan folklorunun toplanması üsulları ilə müqayisəsi» 

adlanır. 

Q.N.Potaninin  folklor  toplamaya  dair  tərtib  etdiyi  proqramlardan 

Azərbaycan  folklorunun  toplanmasında  geniş  istifadə  olunmuşdur.  Həmin 

proqramlardan biri Qafqaz tədris idarəsi tərəfindən SMOMPK məcmuəsinin 

ikinci cildində çap olunmuşdur. «Adət və ənənələrin, deyimlərin, inamların 

öyərilməsinə  dair  bəzi  suallar»  adı  ilə  dərc  olunmuş  proqram  dörd 

bölmədən  –  inamlar,  adlar,  deyimlər  və  mərasimlərdən  ibarətdir.  İnamlar 

bölməsinə kosmoqonik, heyvanlar və bitkilər haqqında təssəvvürlərin, adlar 

bölməsində  heyvan  və  bitki  adlarının,  deyimlər  bölməsində  hami  ruhlar, 

xəstəlik,  ölum  və  ruh  haqqında  təsəvvürlərin,  sonuncu  –  mərasimlər 

bölməsində  isə  qurbankəsmə,  xalq  təqvimi,  ay  və  gün  tutulması,  doğumla, 

heyvan  satışı  ilə  əlaqədar  mərasimlərin,  uşaq  oyunlarının,  tayfa,  nəsil 

adlarının  toplanması  tövsiyyə  olunurdu.  Proqram  Q.N.Potaninin  öz  xahişi 

ilə  dərc  olunmuş  və  əsas  məqsəd  də  nəzəri  fikirlərini  isbatlamaq  üçün 

 

21 



Azərbaycan  folklorundakı  süjet  və  motivlərin  arxaik  köklərinin,  türk 

mifoloji  obrazlar  sisteminin,  qədim  türk  adət  və  ənənələrinin,  xalq 

oyunlarının  mifoloji  məzmunun  və  mahiyyətinin  öyrənilməsi  baxımından 

əhəmiyyətini təsəvvür etmək çətin deyildir.  

Bu  fəslin  «Personaj  və  motivlərin  müqayisəsi»  adlanan  birinci 

yarımbaşlığında  Q.N.Potaninin  toplama  irsində  rast  gəlinən  dünya  ağacı, 

Süleyman  peyğəmbər,  Cirenşe-şeşen,  Noxudbala,  ox  atma,  ruhun  insan 

bədənini  tərk  etməsi  kimi  bir  çox  obraz  və  motivlər  müqayisəyə  cəlb 

olunmuşdur.  Məlum  olmuşdur  ki,  Azərbaycan  folkloruna  məxsus  bir  çox 

obraz və motivlərin daha arxaik şəklinə Q.N.Potaninin materialları arasında 

rast  gəlinir.  Məsələn,  Ağdaş  rayonundan  toplanmış  «Poçtalyon  dovşan» 

nağılına  diqqət  yetirək.  Bir  neçə  süjetin  birləşməsindən  təşkil  olunmuş  bu 

nağılda  bizi  Molla  Nəsrədinin  arvadını  öldürüb  daha  sonra  onu 

diriltməsindən bəhs edən süjet maraqlandırır. Nağılda qeyd olunur ki, molla 

tütəyi  özünü  ölülüyə  vurmuş  arvadın  ağzına  qoyub  üç  dəfə  üfürür,  arvad 

asqırıb ayağa durur. Daha sonra tütəyi sehrli əşya adıyla satır

18

. Q.N.Potani-



nin Altaydan topladığı mətndə isə deyilir ki, Ülgen insanı yaratdıqdan sonra 

ona  keşik  çəkməyi  itə  tapşırıb  özü  ruh  əldə  etməyə  gedir.  Bu  vaxt  yeraltı 

dünyanın  tanrısı  Erlik  peyda  olur.  Erlik  iti  dilə  tutaraq  insana  yaxınlaşmaq 

üçün icazə alır. O, qamışın bir ucunu insanın ağzına qoyub üç dəfə üfürməklə 

onu  dirildir

19

.  Müqayisədən  də  göründüyü  kimi,  «Poçtalyon  dovşan» 



nağılında  təsvir  olunan  həmin  hadisə  əslində  insanın  dirildilməsi  motivinin 

bir  variantıdır.  İnsanın  yaranması  haqqında  mifin  bir  komponentini  təşkil 

edən  həmin  motiv  sonradan  sakrallığını  itirmiş  və  ironik  şəkil  alaraq  digər 

epik nümunələrin tərkibində öz yaşamını sürdürməkdədir.  

Q.N.Potaninin  toplama  materialları  həm  də  bizə  islam  donu 

geyindirilmiş bir çox mətnlərin ənənədən gəldiyini müəyyən etməyə imkan 

verir. Dini məzmun kəsb etmələri ilk baxışdan belə bir təəssürat yaradır ki, 

həmin  mətnlər  dindən  gələn  fikir  və  müddəaların  xalq  arasında,  kütlə 

içərisində  təbliğinə  xidmət  edir.  Əslində  isə  belə  deyildir.  Doğrudur,  dini 

nağıllarda dindən gələn bir çox fikirlər öz əksini tapır, amma onların böyük 

əksəriyyəti  ənənədən  gəlir,  insanların  əsrlər  boyu  önəm  verdiyi  mənəvi 

dəyərlərdir  ki,  bu  nağıllar  vasitəsi  ilə  xalq  arasında,  kütlə  içərisində  təbliğ 

olunur.  Bunun  ən  bariz  nümunəsi  kimi  Q.N.Potaninin  qeyri-müsəlman 

türklərdən, o cümlədən Mərkəzi Asiyanın müsəlman olmayan xalqlarından  

___________ 

18.  Azərbaycan  folkloru  antologiyası.  XVI  c.,  Ağdaş  folkloru  /  Toplayıb 

tərtib edən: İ.Rüstəmzadə. Bakı: Səda, 2006, s.404 

19. Потанин Г.Н. Очерки  Северо-Западной Монголии: в  4-х томах, Т.4 

Спб.: Изд. Импер. Рус. Геогр. Об-ва, 1883, с.218 



Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə