Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə98/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
___ _ 
konversiya
 
______________
Ruslan  ABD ULLAYEV
falsəfa doktoru
QIPÇAQ QRUPU TÜRK DİLLƏRİNDƏ 
LEKSİK-SEMANTİK KONVERSİYA
K
onversiya»  terminindən  m üxtəlif elm  sahələrində 
istifadə  olunur.  Məsələn,  informatikada  konversi­
ya:  1.  İnformasiyanın  emalının  bir  metoddan 
digərinə,  bir  sistemdən  digərinə  keçməsi  prosesi;  2.  Verilən­
lərin  təqdim  edilməsində  bir  formadan  digərinə  keçirilməsi 
prosesi  kimi  şərh  olunur.1  İqtisadiyyatda  bu  termin  «dövlət 
istiqrazı  şərtlərinin dəyişməsi» mənasında2 işlənir.
«Konversiya»  terminindən  dilçilik  elmində  də  istifadə 
olunur.  Elu  anlayış-termin  nitq  hissələri  problemi  ilə  bağlı 
nəzərdən  keçirilir.  Konversiya  hadisəsi  (bir  nitq  hissəsindən 
digərinə,  əsasən,  keçid  prosesləri)  nəinki  ayrı-ayrı  türk dillə­
rində,  həmçinin müqayisəli  türkologiyada da tam  həllini  tap­
mayan problemlərdən sayılır.
«Konversiya»  termini  latın  mənşəlidir,  «dəyişmə»  mə­
nasındadır.3  Linqvistik  terminlər  lüğətində  «konversiya»  ter­
mininin  ingiliscə  «conversion»  sözündən  əmələ  gəldiyi  və 
yeni  söz  yaradıcılığı  üsulu,  yolu  olduğu,  sözdəyişdirici  para- 
diqmalar təşkil etdiyi qeyd olunmuşdur.4
'R ü s tə m o v   Ə .M .,  H ü s e y n o v   E .M .  İ n fo rm a tik a .  A z ə rb a y c a n ,  ru s,  in g ilis  
d i llə r in d ə   iz a h lı  te r m in lə r   lü ğ ə ti.  B a k ı:  A D U   n ə ş ri,  199 6 .
2  R usca-  A zərbaycanca  lüğət.  I  cild.  Bakı,  1990,  s.  555
3С м и рн и тски й   А .И .Т ак   назы ваем ая  конверсия  и  чередован ие  звуков  в 
ан гли йском   язы ке\\И н остран н ы й   язы к  в  ш к о л е ,1953,№   5,  с. 14-19,
4А х м ан о ва О .С ,С ловарь  л и н гв истических терм ин ов.М ., 1966,с.202
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 394
«Konversiya»  termini  əvəzinə  bəzən dilçilik ədəbiyya­
tında «transpozisiya»,  «transformasiya» terminlərindən də is­
tifadə  olunur.  Məsələn,  «Татарская  грамматика»  əsərində 
əsas  nitq  hissələrinin  modal  sözlərə  keçmə prosesindən  bəhs 
olunur:  “Modal  sözlərin  əmələ  gəlməsi  yollarından  biri  də 
digər nitq hissələrinin hesabmadır.  Digər nitq hissələri  (isim, 
sifət,  say,  əvəzlik,  fel və  s.)  semantik və funksional  cəhətdən 
dilin  inkişaf  təkamülü  nəticəsində  transformasiya  olunur 
(ehtimal, axırı  və s.)”.1
Konversiya-keçmə  maraqlı  linqvistik hadisə  olub,  dilin 
ifadə  və  məzmun  planlarının  qarşılıqlı  nisbətdə  öyrənilməsi 
zəminində  meydana  çıxır.  Konversiya  yarananda  söz  yeni 
sintaktik  mühitə  düşür,  yeni  sintaktik  funksiya  ilə  çıxış  edir, 
yeni  məna  formalaşır,  sözün  morfoloji  dəyişməsi  nəticəsində 
digər paradiqmalar əmələ gəlir.2
Dildə  keçid nəzəriyyəsi  deyilən bir nəzəriyyə  mövcud­
dur.  Keçid  prosesi  ümumi  və  aktual  linqvistik  problemdir. 
Bu  nəzəriyyə  keçidin  vəziyyəti,  inkişafı  və  tiplərini  müəy­
yənləşdirir.  Bu  nəzəriyyə  dildə  keçidlə  nitqdə  keçidin  dina­
mikasını  öyrənir.  Bu nəzəriyyə dinamik və  statik  keçidin  qa­
nunauyğunluqlarını  tədqiq  edir.  Ümumən  keçid  nəzəriyyəsi 
dilçilikdə ilk növbədə dilin material  formasının tarixi  ilə bağ­
lı meydana çıxır.
Keçid  anlayışı  transformasiya,  transpozisiya  kimi  dilin 
vəziyyəti,  onun  inkişaf anı  ilə  bağlıdır.  Q.H.Paulun  fikrincə, 
«keçid hadisəsi  bir nitq hissəsinin digərinə keçmə  dərəcələri-
AMEA  Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild,Bakı^2012
'Cəfərov C. Nitq hissələrinə keçid prosesləri (substantivləşmə).  1 məqalə, 
APİ-nin «Elmi əsərlər», XI  ser.  Bakı,  1971, s.31- 32 .
2  Арбекова 
Т .И . 
Лексикология  английского  языка  (Практичкский 
курс).  М .:  Высшая  школа,  1977, с, 41_______ ^
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 395


ni öyrənir.Burada okkazional-fərdi məna kontaminasiyası üs­
tündür».1
Keçid nitq hissələri və sintaktik vahidlər əhatəsində ola 
bilir.  Bir  nitq  hissəsindən  digərinə  keçid  prosesini  A.A.Şax- 
matov  xüsusi  terminlərdən  istifadə  etməklə  aydınlaşdırm ış­
dır.  Bu  terminlər  aşağıdakılardır:  substantivləşmə  (isimləş- 
mə),adverbiallaşma (zərfləşmə),  verballaşma (felləşmə), pro- 
nominalizasiya  (əvəzlikləşmə),  konyuksionallaşma  (bağlayı- 
cılaşma).3
Beləliklə,  deyilənləri  belə  ümumiləşdirmək olar ki,  ke­
çid,  ümumiyyətlə,  sözün  nəticə  etibarilə  üslubi  xarakterinin 
dəyişməsi deməkdir.  Bu dəyişmə mənadan məqsədəuyğunlu- 
ğa,  daha  doğrusu,  semasiologiyadan  morfoloji  üslubiyyata 
doğru inkişaf edir.
Konversiyanı  -   keçid  prosesini  yeni  söz  yaradıcılığı 
üsulu  da  sayırlar.  Sözün  qabığında və  cildində  heç  bir  dəyi­
şiklik  edilmədən  bir  nitq  hissəsi  digəri  ilə  əvəzlənir,  başlan­
ğıc söz-forma ilə sonrakı söz-forma üst-üstə düşür.
İngilis  dilində  bu  hadisəni  araşdıran  A.İ.Smimitski  iki 
oxşar  sözü  (ha  mmer  və  hamme  r)  qarşılaşdırır.  Bu  oxşar 
formalar  nəinki  öz  sintaktik  funksiyasına görə,  həmçinin  pa- 
radiqmalarına  görə  fərqlənir.  Belə  ki,  hammer  sözünün  fel 
kimi  hammer,  hammered,  (çəkicləmək)  isim kimi  isə  (many) 
hammers (çəkiclər) paradiqmaları  mövcuddur.3
Azərbaycan  dilində  belə  formalar  omonimliyi  yaradır. 
Konversiya  hadisəsi  türk  dillərindən  fərqli  olaraq  söz  yara-
Ruslan  ABDULLA YEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
________ .. 
k o n versiya
____________________________
П альчов  О .А .П о н яти е  сочетаем ости   и  вален тн ости   на  сем ан ти ческом  
у р о в н е.//В о п р о сы   ром ан огерм ан ской   ф илологи и »,т. 139.В оронеж ,1972, с..34 
2Ш ахм атов  А.  А.  С и н так си с русского  язы ка.  Л „   1941,с.427
С м и рн и ц ки й   А.  И.  Л ек си к о л о гия  ан гли й ского язы ка.  М.,  1956.
Qıpçaq qrupu tiirk dillərinin leksikası. səhifə 396
dıcılığı üsulu kimi  flektiv  dillərin,  o  cümlədən  ingilis  dilinin 
tarixində və bu dilin qrammatik quruluşunun xüsusiyyətlərini 
aydın  əks  etdirir.  Bilavasitə  konversiya  bu  dillərin  qramma­
tik quruluşu ilə yaxından bağlıdır.
A.Smimiskinin  fikrincə,“Qədim  ingilis  dilində  yeni 
söz  yaratma  yolları  ən  çox  konversiya  -   derivasiya  yolu  ilə 
mümkün  olmuşdur,  belə  sözlər  həmin  dilin  lüğət  fondunda 
xüsusilə  seçilmişdir.  Beləliklə,  bu dildə çox  sözlər  sadə kök­
dən  ibarət  olmuş,  amma  müxtəlif nitq  hissələrinə  mənsublu- 
ğuna  görə  fərqlənmişlər.  Orta  ingilis  dili  deyilən  dövrdə  bir 
sıra  şəkilçilər  öz  məhsuldarlığım  itirmiş  və  bunun  nəticəsi 
kimi  eyniköklü  sözlər  çoxalmış və bu da omonimliyə  gətirib 
çıxarmışdır.  Bu  zaman  eyni  qrammatik  formalar  omonimlik 
yaratmışdır.  Aşağıdakı  sözlər qədim və  orta əsrlər  ingilis  di­
lində  həm  fel,  həm  də  isim  kimi  işlənməyə  meyl  göstər­
mişlər.  Bu  hal  müasir  ingilis  dilində  də  geniş  vüsət  almaq­
dadır:  comfort  (təskinlik,  təskinlik  vermək),  cover  (qapaq, 
örtmək),  escape  (qaçış,  qaçmaq),  cry  (qışqırıq,  qışqırmaq) 
dance  (rəqs,  rəqs  etmək),  rest  (istirahət;  istirahət  elmək), 
answer  (cavab,  cavab  vermək);  name  (ad;  adlandırmaq); 
blossom  (çiçək;  çiçək  açmaq);  care  (qayğı;  qayğısına  qal­
maq);  ship  (gəmi;  gəmi  ilə  göndərmək);  drink  (içki;  içmək); 
smoke  (tüstü;  siqaret  çəkmək),  end  (son;  sonlandırmaq); 
fight  (mübarizə;  mübarizə aparmaq),  fear  (qorxu;  qorxmaq); 
fish  (balıq;  balıq tutmaq) və s.1
Analoji  cütlüklər  sifət və  fel  keçidində  də  çox  müşahi­
də  olunur.  Qeyd edək ki,  belə konversiya hadisəsi  flektiv dil­
lərə  məxsusdur.  Amma  bu  hadisə  Azərbaycan  dilində  də  bir
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tar 'ıxi-müqayisəli leksikologiyası məsələləri, III cild,  Bah, 2 0 U _
1 Смирницкий А.И.Лексикология английского языка.  M.,  1956.
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 397


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə