Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə96/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   92   93   94   95   96   97   98   99   ...   114

VI. 
-ar,-ər.  “Hələ  göytürk  dili  üçün  qeyri-m əhsuldar 
feldüzəldici  şəkilçidir,  -ar,-ər variantı ilə yanaşı-ır,-ir variantı 
da  işlənir,  -ar,  -ər  şəkilçisi  adlardan  (isim,  sifət,  saylardan) 
müəyyən  bir  vəziyyətdə  olmaq  müəyyən  bir  vəziyyətə  d ü ş­
mək,  müəyyən  bir  əlamətin  baş  verməsi  və  inkişafı,  əşyaya 
doğru  yönəlmiş  hərəkət  və  s.  mənaları  ifadə  edən  m ü x təlif 
mənalı təsirli  və təsirsiz fellər əmələ  gətirir.” 1 Məs.:  “ögə  e t”, 
ög  “tə rif’  ögir-  “fəxr  et”,  eb/>  “dolan”,  ağıra  “ağrı”,  ulğar 
“yüksəlt”,  kobar  “çoxalt”,  kop  “çox”.  M.Kaşğarinin  "Diva- 
nü-lüğət-it tü rk ”  əsərində bu şəkilçinin  işləndiyini  qeyd  edən 
R.Əsgər yazır:  “Felə  artırıldığı  sözün  keyfiyyətini  ifadə  edir. 
Məsələn,  al ar  “qızardı”,  pusar  “qaraldı,  sis  oldu”,  kök  pu­
sardı  “göy  dumanlandı,  buludlandı,  sis  bürüdü”,  k ö b r   “göl­
ləndi,  gölməçə  oldu.1
 2 Qədim  türkcə:  eskı'r,  yank ur,  alar,  kı- 
z a r, onar, tüner, yaşar, belgär, kadgwr, karagwr, iııçwr, tınçur, 
yinçwr  və  s.;  çığatayca:  belgär,  esk/r,  köker,  karar,  kaygwr, 
sargar,  yaşar  və  s.  qıpçaqca:  esk/r,  karar,  keber,  kayg/r,  kıs- 
k a r,  agar,  bozar,  kızar,  sarar,  və  s.  Müasir qazax,  qırğız  dil­
lərində bu  şəkilçinin  nümunələri  bunlardır:  qazax: ja n a r  “ye­
nilənmək”,  uzar  “uzanmaq”,  tazar  “paklanmaq”,  çalar  “saç­
ları  ağarmaq”,  jaltar  “rədd  etmək”,  kızar  “qızarmaq”,  şak/r 
“çağırmaq,  dəvət  etmək”  və  s.  qırğız:kavg/r  “kədərlənmək”, 
boz or  “üzü  solmaq”,  kıskar  “qısalmaq”, caşk/r “gözəlləşmək, 
iyiləşmək”,  can/r “yenilənmək” və  s.  Bu  şəkilçinin -r variantı 
qazax, qırğız dillərində də işlənmişdir.  Qırğız dilində -r şəkil­
çisi  saitlə birləşərək  -ur/-ür şəklində  ola bilir, -ar,-er şəkilçisi 
isə  hər  üç  dildə  aktiv  halda  işlənməkdədir.  Yalnız  qırğız  di­
Q ətibə  M ahm udova. Qıpçaq qrupu  tü rk  dillərində  m orfoloji y o lla
söz y a r a d ıc ılığ ı
______________________________
1 Rəcəbli. Ə.Göytürk dilinin morfologiyası.  Bakı-2002.s. 246.
2 Ə sg ər R am iz.M ah m u d   K aşğari  və onun  “ D ivanü-lüğat-it-  türk” əsəri.  B akt- 
2008.  s.  249.
Q ıpçaq qrupu tü rk dillərinin  leksikası.  səhifə 386
lində -ar,-er şəkilçisinin -or,-ör variantı da mövcuddur.  Müa­
sir noqay  dilində bu şəkilçi əsasən sifətlərə  artırılır və  -ar/-er, 
-r variantlarında təzahür edir.  Məs.:akar>aqar “ağarmaq” , ko- 
ker>koqer “göyər”, kıskar “qısal”, eskir “köhnəlmək” və s.
Bu  şəkilçilərlə  yanaşı  qazax  və  qırğız  dillərində  nadir 
hallarda  işlənən  isimdən  fel  düzəldən  şəkilçilərə  də  rast  gəli­
nir.
Qazax  dilində  -rka/-rke\  qırğız dilində  -rka-/-rke;  —rko/ 
-rkö  şəkilçiləri  də  işlənir.  Məs.:qazax:  esirke  “mərhəmət  et­
mək,  əsirgəmək”,  tasırka  “daşa  çarparaq  yadırqamak”  (atın 
ayağı  haqqında),  tosır&a  “yadırğamaq”,  aşırka  “acmaq”,  şa- 
mırkan  “hirslənmək”;  qırğız:  taşırA:a  “ayaqlan  zədələnmək”, 
sanaar&a “düşünmək”  və s.
VII. 
-u-U-ıu-ü.  Müasir Azərbaycan dilində bu  şəkilçinin 
4 cür variantı  mövcuddur.
1)  isimlərdən  atributiv  isim  və  ya  sifət,  sifətlərdən  isə 
isim əmələ gətirir.  Məs.:  vağzalı,  qəhvəyi,  turşu,  şirni və s.;
2)  cəm  şəkilçisi  qəbul  etmiş  zaman  adlarından  zaman 
zərfi əmələ  gətirir. Məs.: sabahları,  əvvəlləri,  gecələri və  s.
3)  Fellərdən  isimlər əmələ  gətirir.  Məs: yazı,  çəki,  dolu, 
sürü və  s.;
4)  adlardan  təsirsiz  fel  əmələ  gətirir.  Məs.:  bərk/'mək, 
ağr/maq,  təng/mək,  ac/maq,  turşumaq,  bərk/'mək,  təng/'mək 
və s.,  qazax dili:  bay/ “zənginləşmək” kenz “bollaşmak”,  tarp/ 
“ciynəmək,  əzmək”,  jelpz'  “əsmək”,  jas/  “qəripləşmək,  üzül­
mək”  və  s.;  qırğız  dili:  taşı  “daşmaq”,  ünü  “dəlmək”,  canı 
“ilişmək,  toxunmaq”,  sıltz  “xəfifcə  axsamaq”  və  s.  Şəkilçinin 
-//-/  variantı  hər  üç  dildə  eynidir.  Qırğız dilində  isə  təbii  ola-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyqsı məsələləı%fJIj^jJfıkı^ ^ ^ ^ _
1 Грамматика Ногайского  языка.  Черкесск-1973.с.207
Q ıpçaq qrupu  türk dillərinin leksikası.  səh ifə 38 7


raq dodaq ahənginə  görə bu morfoloji göstəricinin -u,//-ü  v a ­
riantı da m övcuddur.
VIII.  -sa,-sə.  Qədim türkçədə  də  bu  şəkilçi  bugün  daşı­
dığı  funksiyaları  yerinə  yetirmişdir.  Qədim  cığatayca:  suya 
“susamaq” ;  qədim  qıpcaqca:körüvyAzərbaycan  dilindən  fərqli  olaraq  qırğız,  qazax  dillərində  b u  
şəkilçinin  digər  variantları  da  işlənir.  Qırğız  dilində  -sa//-se, 
-so//sö,  -sı//-si-//-su//sü,  qazax  dilində  isə  -sa//-se, -sı//si-  şə­
killərində işlənir.  Qazax: pısıkyı  “sağlam görünmək”,  okganyı 
“oxumuş  kimi  görünmək”,  kam kom   “mərhəmətli  davran- 
maq”,  şıyrak»  “sərt  görünmək”  və  s.;  qırğız  dili:  süryü  “ət, 
balıq  qurutmaq”,  suuya  “susamaq”,  moyyo  “döymək”,  iyse 
“hiddətlə  baş  sallamaq”,  k ö b ö   “çox  arzu  etmək”,  ökyö  “acı- 
acı  ağlamaq”,  toborsw  “qurumaq”,  alakyz  “rahatsızlanmaq”, 
bory« “pis iy gəlmək” və s
IX . 
-t,-ət.  Mənasına  görə  -lə,-la  şəkilçisinin  sinonimi 
olan bu  şəkilçinin qədimliyini  ehtimal  etmək olar. 
şəkil­
çisinin qalığını müasir ədəbi və canlı dilimizdə işlənən iki  sö­
zün tərkibində -  gözətlə-,  arıtla-  fellərində görürük.  Əvvəlki 
dövrlərin  də  ədəbi  dilində  eyni  sözlər  olduğu  kimi  işlənmiş­
dir.  Bu onu göstərir ki,  həmin  sözlərin daxilində daşlaşıb qal­
mış  -t,  -ət şəkilçisi  bu vasitə  ilə  zəmanəmizə qədər gəlib  çıx­
mışdır.
X.  -ra.  Əsasən  təbiət  səslərinin  təqlidini  əks  etdirən 
isimlərdən  fel  düzəldir.  Tarix  boyunca  bu  şəkilçinin  çox  az 
nümunələrinə  rast  gəlirik.  Qədim  türkcə:  kekre-ş  “təhqir  et­
mək,  qızdırmaq”;  çığatayca:  gendre  “pis  qoxumaq”,  munra 
“sıxılmaq,  üzülmək”,  telbere  “dəli  etmək”  və  s.  Bu  şəkilçi
Q ətibə  M ahm udova.Q ıpçaq  qrupu  tiirk  dillərində  m o rfo lo jiy o lla
söz yaradıcılığı
 
________________________
'  Ö n er M ustafa.  B u günkü  K ıpçak Türkçesi.  A nkara,  1998.  səh.60. 
Q ıpçaq qrupu  tü rk dillərinin  leksikası.  səhifə 388
müasir qazax,  qırğız  dillərində  də  işlənməkdədir:  qazax:  bar- 
kıra  “bar-bar  bağırmaq”, jarkıra  “işıldamaq”,  şırkra  “hıçqır­
maq”,  kürkire  “göy  guruldamaq”,  şurkıra  “kişnəmək”  və  s.; 
qırğız:  maara  “mələmək”,  kamaara  “narahat  olmaq,  möörö 
“böyürmək”  və  s.  Bu  şəkilçinin  -ra//-re  variantı  hər  üç  dildə 
işlənir.  Lakin qırğız dilində istisna olaraq dodaq  ahənginə uy­
ğun  -ro//-rö şəkilləri də işlənir.
X I . 
-sıra-/-sire.  Bu  şəkilçi  müasir  qazax,  qırğız  dillərin­
də  bu  gün  də  işlənməkdədir.  M.Öner  bu  şəkilçinin  inkarlıq 
ifadə  edən  -sız  şəkilçisindən  yarandığını  bildirərək  yazır: 
“...isimlerdən  yokluk  bildiren  fuller  yapan  bu  ekin,  geniş- 
lenmiş  bir  şekil  olduğu kabul  edilmekte ve  -sır  (-sız)-a-  veya 
-sıra(  şeklinde  kalıplaşdığı  düşünülmektedir.  (ilsire 
“ilsiz  kalmak”,  tatıgsıra  “tatsızlanmaq”,  inçsiret  “rahatsız et- 
mek”);  başsıra  “başsızlaşmak”  ve  s.” '  Qazax:  ietims/re  “ye­
tim  qalmaq”,  kımızsıra  “kımız  işməyi  gəlmək”,  jılarasıra 
“ağlağan  olmaq”,  oysıra  “azalmaq,  tükənmək”,  külims/n? 
“gülümsəmək”,  kansıra  “qan  itirmək,  kədərlənmək”  və  s.; 
qırğız:  kansıra  “qansızlaşmaq”,  uykusıra  “yuxuda  sayıqla­
maq” və s. 2
Artıq  qəlibləşmiş  bu  şəkilçinin hər  iki  dildə  -   qazax  və 
qırğız  dillərində  -sıra//-sire  şəkli  işlənməkdədir.  Sadəcə  ola­
raq,  qırğız  dilində  dodaq  saitinə  uyğun  olaraq  -sura//-süre_- 
variantları da vardır.
X II.  -av//-ev.  Cığatavcada:  körkey “gözəl  olmaq”,  mun- 
gay  “sıxılmaq”,  ulgay  “böyümək”;  qıpçaqca:  ulgay  “böyü­
mək” .  Müasir qazax  dilində:  etey “kökəlmək”,  kutay “yerləş­
mək”,  karay  “qaralmaq”,  molqy  “çoxalmaq”,  ülkey  “böyü-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli teksikologiyası n^əJələt%JU_c:2_Bala2_20I2_^
1 ö n e r Mustafa.  Bugünkü  Kıpçak Türkçesi. Ankara,  1998.  ssh.64.
2  Yenə orada.s, 6
5
.
______________________________ _ _
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 389


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə