Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə94/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   90   91   92   93   94   95   96   97   ...   114

morfemindən  qazax  dilində  kospa  “qarışıq”,  tart  “dartm aq” 
morfemindən noqay dilində tartpa “qutu” yaranmışdır1  .
b) adlardan fel düzəldən şəkilçilər.
1.  -la//-lə,  -da//-de,~sa//se,  -da//-de.  Adlardan  fel  düzəl­
dən  ən  məhsuldar  şəkilçidir  və  bəzi  digər  şəkilçilərin  əmələ 
gəlməsində  mühüm  rol  oynayır.  Onun mənşəyi  haqqında  də­
qiq  fikir  yoxdur.  O.Bötlink  bu  şəkilçinin  -lar,-lər  ilə  qohum 
olduğunu  iddia  edir.  Bunun  əleyhinə  olan  S.Cəfərov  isə  hə­
min  şəkilçilər  arasında  yalnız  səs  uyğunluğunun  olduğunu 
söyləyir.2 -la/-h  şəkilçisinin  ad  düzəldən  -lu/-du/-tu  şəkilçi­
sindən törəndiyini  söyləyən altay dili tədqiqatçılarının fikirlə­
rinə  etiraz  edən  S.Cəfərov  bu  hökmün  türk dillərinin  ruhuna 
tamamilə yad olduğunu söyləyir.
V.Banq  -la/-lə  şəkilçisini  ala-  feli  ilə  bağlayır.  Lakin, 
bizcə,  ala-  feli  bağlamasının  kökü olan al-  felinin mənası  ilə 
bu  şəkilçi  vasitəsilə  düzəlmiş  fellərin  mənası,  həm  də  qram­
matik vəzifələri  arasında heç bir yaxınlıq yoxdur.  A.N.Kono­
nov isə bu şəkilçinin ismin yerlik hal  şəkilçisi  ilə əlaqədar ol­
duğunu  göstərir.  S.Cəfərov  bu  iddianın  da  məntiqdən  kənar 
olduğunu söyləyir.
Türk  dillərində  adlardan  fel  düzəltmək  üçün  köməkçi 
fellərdən  istifadə  olunur.  Bu  o  deməkdir  ki,  felsiz addan  fel 
düzəltmək  qeyri-mümkündür.  Deməli,  adlardan  fel düzəldən 
şəkilçilərin  mənşəyini  adlara  məxsus  şəkilçilərdə  deyil,  kö­
məkçi  fellərdə  axtarmaq  lazımdır.  Türk  dillərində  eləmək- 
köməkçi  feli  vardır.  Bildiyimiz  kimi  dilimizdə  başqa  dillər-
Q ətibə M ahm udova.Q ıpçaq  qrupu  türk  dillərində  m o rfo lo jiyo lla
_____________________
söz yaradıcılığı
_______________________
1  S erebrennikov.  B.  A . ,  H acıyeva.  N.  Z.  Türk  dillərinin  m üqayisəli  tarixi 
qram m atikası.  B akı-2002.  S.  136.
2
 C əfərov  S .A zərbaycan  dilində  söz yaradıcılığı.  B akı-  1960.  S.  104.
Qıpçaq qrupu türk dillərinin leksikast. səhifə 378
dən  keçmiş  sözlərdən  fel  düzəltmək  üçün  ehmək(etmək)  kö­
məkçi  felləri işlənir. Məs:  təmir eh,  razı e h  və s.
Azərbaycan dilində -la/lə- vasitəsi  ilə düzəlmiş sözlərin 
digər  türk  dillərində  eləmək-  feli  ilə  əmələ  gəldiyinin,  ya  da 
əksinin  şahidi  oluruq.  Məs.ıqaraqalpaq:  tezle  (tez ele),  bırge- 
le/e (birgə elə) və s.  Adlardan fel düzəldən bu şəkilçi türk dil­
lərinin bütün dövrlərində məhsuldar olmuşdur.  Gövtürk dilin­
də  də  bu  şəkilçi  yüksək  işlənmə  tezliyinə  malik  olmuşdur. 
Orxon-Yenisey  abidələrinin  dilində  o,  isim  və  təqlidi  sözlərə 
artırılaraq  yeni  fellər  yaradır.  Bu  şəkilçi  vasitəsilə  Göytürk 
dilində  35  fel  yaranır.  Məs.:  sü  (qoşun)  -süh (qoşun çək), kı- 
lıç (qılınc)  -  kılıç/nmak (qılınclamaq), yağı  - yağıla (düşmən- 
çilk  etmək),  yay  -  yay la  (yayı  keçirmək),  boşana  (azad  ol­
maq)  -  boşana la  (azad  etmək),  öt  (öyüd)  -  öt   (öyüd  ver)  və 
s.  “Otuz yaşıma  Besbalıktapa sü/edim”  (Otuz yaşında Beşba- 
Jıka  qarşı  qoşunla  getdim),  “Yabaş  Tokuş  beltirində  yayla­
dım”  (Yavaş  Tokuş  çayının  mənsəbində  yayı  keçirdim)1.  Bu 
şəkilçi  “Kitabi-Dədə  Qorqud”  dastanlarımı  dilində  də  fəal 
olmuşdur.  Məs:  quş  quşladılar,  av  ovladılar,  izin  izlədilər, 
qonaqladı,  ağırladı2
“Divanü-luğət-it-türk”  əsərində  M.Kaşğari  bu  şəkilçi 
haqqında yazmışdır.  R.Əsgər DLT-də bu kimi düzəltmə fellə­
rin işləndiyini  göstərərək yazır:“İsimlərə əlavə edilərək onlar­
dan  fel  düzəldir,  “bəg kuşladı”  cümləsindəki  kimi  “bəy  quş 
ovladı”  deməkdir.  Məs:  ol  anı  kasık/adı  “o  onun  ovurduna 
vurdu”,  ol  anı  oğuzladı “o onu oğuz saydı”, ol anı  kılıç/adı  “o 
onu  qılıncladı”,  pamuk  uruğ/odı  “pambığı  çiyiddən  ayırdı”, 
tənqri  məni  ağır/adı  “tanrı  məni  əzizlədi”,  ol  odunq  bağladı
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikolopiyası məsələləri, III c., Bakı, 2012
1 Rəcəbli.  Ə.Göytürk  dilinin  morfologiyası.  Bakı-2002. s. 237.
2
  Dəmirçizadə.Ə.  Kitabı- Dədə Qorqud dastanlarının dili.  B akı-1959.
Qıpçaq qrupu türk dillərinin leksikast. səhifə 379


“o  odun  bağladı” və s.1 N.Niqmatova əsaslanan R .Ə sgər  -ta, 
-lə  şəkilçisinin DLT-də  işlək olduğunu yazır.  Bu  şəkilçi  vasi­
təsilə DLT-də 294 fel  yaranmışdır.
Məlumdur  ki,  türkologiyada  -ta,-ta  şəkilçisinin  qədim 
fonetik variantı  kimi  -da,-də,  eləcə  də  -ta,-na  şəkilçiləri  qeyd 
olunur.  Mustafa Öner qədim türkcədə  bu  şəkilçinin  geniş  ya­
yıldığını  söyləyir.  Məs:  igle,  bağışla,  oğurla.  D aha  sonrakı 
dönəmlərdə  də  bu  şəkilçinin  məhsuldarlığı  müşahidə  olunur. 
Məs.:cığatay:avta,  bagta,  taşta,  burunta;  qıpçaqca:  bayram /я, 
iki ta,  berkta,  azla.1
 2 Müasir  qazax,  qırğız  dillərində  də  bu  şə­
kilçi  aktiv  şəkildə işlənməkdədir.  Lakin bu  dillərdə  -la/-lə şə­
kilçisi  fərqli  variantlarda reallaşır:qazax dilində -la/-le,  da/de, 
-ta/-te,  qırğız dilində -la/le,  -da/de,  -ta/te,  -lo/-lö,  -do/-dö,  -to/ 
-tö şəklində düzəltmə sözlərin tərkibində  işlənir.  M əs.:qazax. 
addım da  “addımla”,  may la  “yağla”,  jüncfe  “dəvənin  yununu 
qırxmaq”,  tuzada  “duzla”,  bızav/a  “buzovu  doğuzdurmaq”, 
noktata “ata başlıq taxmaq”; qırğız:  bay la “bağla”,  i şte “işlə”, 
taşta “daşla”, ayıpta “günahlandırmaq”,  ot to “otlamaq”, taka- 
la “nalla”,  ukta  “yuxula və s.  Bu şəkilçinin qədim türk dilin­
dən bəri dəyişməyən -la//-le forması  hər iki dildə (qazax,  qır­
ğız)  eynidir.  Qazax  və  qırğız dillərində  saitlə  və  -v, 
y -  
samit­
ləri  ilə bitən kök və əsaslardan sonra eyni -la//-le şəkli  əlamə­
ti  işlənməkdədir.  Digər  samitlərlə  bitən  kök  və  əsaslar  samit 
ahənginə daxil  olur.  Cingiltili samitlərdən sonra -da//-de, kar­
lardan  sonra -ta/-te  işlənir.  Samit  ahəngi  ilə  olan  hər  üç şəkil 
qırğız dilində dodaq ahənginə də girir.
Müasir noqay  dilində  də  bu,  ən  məhsuldar fel  düzəldən 
şəkilçilərdən  sayılır.  Məs.:  bas la  “başla”,  koz le  “gözlə”, tista
Qətibə M ahm udova.Q ıpçaq  qrupu  türk  dillərində  m o rfoloji y o lla
_____  
söz  yaradıcılığı
 
________________________
' Əsgər RamizMahmud Kaşgari və onun  “Divanü-Lüğat-it-türk" əsəri. Bakı-2008.s. 167. 
2
  Ö n er M ustafa.  B u g ü n k ü   K ıpçak T ürkçesi.  A nkara,  1998.  s ə h .53.
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 380
“dişlə”,  bavia  “bağla”,  tuymeta  “düymələ”,  tuz la  “duzla”, 
su via “sula”,  sabınta “sabunla” və  s .1 Müasir  altay  dilində  də 
bu şəkilçi  işlənməkdədir.  Məsələn,  ayla  “fırlanmaq,  əhatə  et­
mək”.2  Müasir  qaraqalpaq  dilində bu  şəkilçi  -la//-le  şəklində 
işlənir. Məsələn, tisle “dişlə”, duzla “duzla” və s.
II. 
-lan2.  Bu  şəkilçi  Göytürk  abidələrində  də  işlənmiş­
dir.  “Tarixən  bu  qayda  ilə  düzəlmiş  fellər  istər  şəkil,  istərsə 
məzmun  cəhətdən  müasir  dilimizdə  yeni  bir  hadisə  deyildir. 
Müxtəlif  dövrlərdə  yazılmış  ədəbi-bədii  əsərlərin  dilində 
-lan,-lən  vasitəsi  ilə düzəlmiş  fellər  istənilən qədər  işlənmiş­
dir”.3 Ə.Rəcəbli qeyd edir ki,  bu  şəkilçi  göytütrk  mətnlərində 
qeyri-məhsuldar  şəkilçi  kimi  iştirak  edir.  Onun vasitəsilə  Or- 
xon-Yenisey  abidəsində  cəmi  6  fel  düzəlir.  “Göytürk  -lan, 
-lən-  şəkilçisi  isim,  sifət  və  fellərdən  (sonuncusu  türk  dilləri 
üçün  qəribə  hadisədir)  yeni  mənalı  fellər  yaradır.4 Məs.:  at- 
tan,  boğuztan  “boğazlan”,  kanlan  “xan  seç”,  kattan  “döz”, 
katığlan  “möhkəmlən”.  Fellərdən  fel  düzəldən  variantı  isə 
nadir  hadisədinseftan  “fərqlən”.  Bu  şəkilçi  Göytürk  dilində 
prosesin  adını  yaxud  əlamətini,  hərəkətin  formasını  yaxud 
tərzini  göstərən  fellər  düzəldir.  M.Kaşğarinin  “Divanü-lüğət- 
it-türk”  əsərində bu  şəkilçinin  isimlərə  artırılaraq  225  düzəlt­
mə  fel  yaratdığı  məlum  olur.5  Məs.:ər  tayaklandı  “adam  əsa 
sahibi  oldu”,  süt  kayuklandı  “süd  qaymaqlandı”,  ər  atığ  kız- 
landı  “adam  atı  bahalı  hesab  etdi”,  ol anı  kızlandı  “o  onu öz 
qızlarından biri  hesab etdi”, ər layuklandı  “adam kübarlaşdı”,
АМБА Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, IIIç.j_B qkijJ012_
1 Грамматика Ногайского  языка.  Черкесск-1973.с.205.
2 Севортян  Э.В.  Аффиксы  глаголообразования  в  азербайджанском  языке.  Москва 
1962  .s.54.
1  Mirzəzada Н.Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 
1980.S.209.
1 Rəcəbli. Ə.Göytürk dilinin morfologiyası.  Bakı-2002. s. 238.
*Əsgar Ramiz.Mahmud Kaşgari vaonun  “DivantiLüqat-it-türk” əsəri.Bakı-2008.s.  151. 
Q ıpçaq qrupu tiirk  dillərinin leksikası.  səhifə 381


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə