Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu


Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə28/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
Bir  sıra  etnos  adlarının  (sadəcə  olaraq  oxunması  və 
tələffüzündə)  ikinci  hissələrinin  -ar//-ər//-ir//-er  bəzən  də 
-ur şəkilçiləri  ilə bitməsi  diqqəti cəlb edir:  -ar//-ər//-ir//-ur 
hissəciyi,  demək  olar  ki,  bütün türk etnonimlərində  işlənir: 
suar (suvar),  kuvar (kavar),  tatar, xəzər,  bulqar, skir, sarir, 
aqaçer  (aqasir),  mişar,  biqer,  biar,  bilər,  sa/ırfsalur),  uy­
ğur, qandıar (Qəndəhar?) və s.
Fikrimizi izah etmək üçün suvar etnoniminə nəzər sa­
laq.  M.F.Zəkiyevin “su adamları” adlandırdığı suvar qəbilə 
adı  Mahmud  Kaşğarinin  “Divani-lüğat-it  türk”  əsərində 
qeydə alınmışdır.V.Bartold suvar sözünün əvvəlindəki s~ç; 
sonundakı  r~ş  əvəzlənməsi  nəticəsində  “çuvaş”a  çevrilmə­
sini dilçilik baxımından düzgün hesab edərək çuvaşlann et­
nik tərkibinə  bağlayır.  Ona tərəfdar çıxan V.F.Kaxovski  də 
çuvaşlann  ululanm n  savır  adlandırıldıqlannı  əsas  tuturdu: 
cawas.1  XX  əsrin tarixçiləri  savır etnonimini  Sibirlə əlaqə­
ləndirmiş,  F.Moor  bu  termini  iran  mənşəli  hesab  edərək 
“qara  iranlı” ,  “qara  alan”  mənasında  olduğunu  göstər­
mişdir.  V.F.  Kaxovski  suvar  sözünü  türkdilli  xalqlann  adı 
ilə  (so+ ar-“ə r ”\  “kişi”  sözlərinə  bağlayır.  Təkcə  Y.Qorde- 
yev  suvar  etnoniminin  hidronimlə  əlaqəli  (suvar= su-v-ar) 
olduğunu göstərir ki,  bu  da M.F.Zəkiyevin fikri ilə (suvar= 
“su  ətrafındakı  ərlər,  adamlar”)  üst-üstə  düşür.  Mahmud 
Kaşğarinin lüğətində bu etnonim kvvcak 
(kursak) 
şəklində 
bir  çox  səhifələrdə  xatırladılır  (MK-  1:20;  30-31;  33;  101; 
474;  111:139;  177;  379 vəs.).
Rəşidəddin,  Berezin  və  Kononova  görə,  ağac  koğu- 
şunda  (qabığında  doğulmuş  oğlana  Oğuz  xanı  tərəfindən 
qabıq//kubuk  (“çürük  ağac”)  sözündən  törənən  kıpcak  adı
1 www.turkoloQ.narod.ru:www.Google.refine.kam.ru.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 110
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsəbləri, III cild, Bakı, 2012
verilmişdir.1  “Qədim  türk  lüğəti”ndə  kıpcak sözü  qivcaq  -  
“bədbəxt,  kəmtale,  insanlara  bədbəxtlik  gətirən1
 2,  l.“boş”, 
“səhralıq;  2.“quru  ağac”,  3.’’hirsli”,  “kəmhövsələ”  mənala­
rında verilmişdir.
Bəzi  tədqiqatçılar  bu  sözün  etimologiyasının  aydm- 
laşdınlmasmda  kypcak -   kuman{poloves)  etnik  paralelləri­
nin olduğu zəruriliyini də qeyd edirlər.3
Qıpçaq  etnoniminin  ilk  dəfə  VIII  əsrə  aid  Selengin 
kitabəsində  qeyd  olunduğu,  qıpçaqların  isə  ilkin  vətənləri­
nin  Altayın  şimal-qərbindəki  Çjeylen  vadisinin  hesab  edil­
diyi,  VI-VII  əsrlərdə  Orxon  və  İrtış  çayları  hövzələrinə 
köçdükləri,  IX-X əsrlərdə Tyan-Şan ətəklərindən Dunay və 
Volqaya  qədər  ərazilərdə(Dəşti-Qıpçaqda)  yaşadıqları  gös­
tərilir.4  Orta  əsrlərdə  qıpçaqlar  ağqıpçaq,  qaraqıpçaq  və 
sarıqıpçaq  qruplarına  bölünürdülər.  Qıpçaqlar  qazax,  qır­
ğız,  qaraqalpaq,  özbək,  türkmən,  tatar,  başqırd, Altay,  no- 
qay,  qaraçay,  balkar  və  qumuq  xalqlarının  təşəkkülündə 
rol  oynamış,  Azərbaycan  xalqının  da  etnogenezinin  forma­
laşmasında iştirak edən türk tayfalarından olmuşlar.
Etnonimlərdən  danışarkən  etnos,  etnik  birlik,  subet- 
nos  və  subetnik  qrup,  etnikos,  etnos-etnikos,  etnotransfor- 
masiya terminlərini  bir-birindən ayırd  etməklə  yanaşı,  həm 
də ən mühüm  amil  olaraq etnosun üç əsas tarixi tipinin(tay- 
fa,  qəbilə, xalq,  millət) fərqləndirilməsi  çox önəmlidir.  Mə­
lumdur  ki,  hər  bir  etnosun  adı  xalqın  özünü  dərketmə 
prosesi  baş  verdiyi  zaman  müəyyənləşir.  Elə  bu  yerdəcə
1  М ах п и р о в  В.У.  Д р евн етю ркская  этноним ия.  А лм а-А та,  1990,  с.55.
2 Д р евн етю ркски й   сло вар ь,  с.449.
3  М ах п и р о в  В.У.  Д р евн етю р к ск ая этнони м ия.  А л м а-А та,  1990,  с.55
4  D ü n y a x alq ları.E n sik lo p ed ik  m əlu m at kitabı,  B a k ı,1998,  s.101.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 111


“Dilçiliyə  səyahət” kitabının müəllifi akademik Kamal Ab­
dullanın  bu  mənada öz  oxucusuna  verdiyi  sual  yada  düşür 
və qeyd etmək  lazımdır ki,  bu  sual  heç  də təsadüfi xarakter 
daşımır:  “Mənim əziz Oxucum,  bəs sən necə,  sənin adın nə­
dir,  sən  özün  heç  öz  adının  mənası  barədə  düşünmüsən- 
m i?”;  “Əgər sənin adın yoxdursa,  deməli,  o zaman sən hələ 
dərk  edilməmisən.  Deməli,  o  zaman  sən  hələ  özünəbən- 
zərlərdən seçilib ayrılmamış an...”1
Tarixdən də bəllidir ki, qədim yunanlar “etnos” termi­
ninin qarşılığı kimi “xalq” sözündən istifadə  etmişlər.  Uzun 
zamanlar  “xalq”  sözü  rus  dilində  də  bu  terminin  analoqu 
olaraq  işlənmiş,  “etnos”  anlayışı  yalnız  1923-cü  ildə  rus 
emiqrant-alimi  S.M.Şirokoqorov  tərəfindən  elmi  istilahlar 
dövriyyəsinə daxil edilmişdir.
Tədqiqat prosesində  bəzi  etnonimlərin  etimologiyası­
nı  araşdırmağa çalışmışıq.  Lakin ayrı-ayrı  etnonimlərin iza­
hına  keçməzdən  əvvəl,  biz  qıpçaq  etnoniminin  türkdilli 
xalqların tarixində oynadığı  aparıcı  rolu göstərməyi məqsə­
dəuyğun saymışıq.
Hazırda  bir  neçə  fonetik  variantda  məlum  olan  (qıp- 
Çaq,  qtfçaq,  qıvçaq,  xıpsax,  xıbçax,  xpçax,  xbçax)  bu  etno­
nim üç əsas məna kəsb edir:
Əvvəla,  qıpçaq  etimonu  bir çox  müasir  türk  etnosları 
arasında çox geniş yayılmış ən qədim nəsil,  tayfa adıdır.
İkincisi,  elmi  etnonimik  termin  olan  qıpçaq  sözü qıp­
çaq xalqlarının ümumi adım,  ən başlıcası  isə,  qıpçaq qrupu­
na  daxil  olan  türk  dillərinin  adını  bildirmək  üçün  işlədilir. 
Bildiyimiz  kimi,  qıpçaq  dilləri  Altay  dilləri  ailəsinin  türk 
yarımqrupuna aiddir.  Altay  dilləri  ailəsinə  həm  də  monqol,
Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
1  K .A bdulla.  D ilçiliyo  səyahət.  B akı,  2010,  s.56-57.
Qıpçaq qrupu türk dillərinin ieksikası, səhifə  112
AM EA  Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, l i l  cild, Bakı, 2012
tunqus-mancur,  yapon və koreya dilləri daxildir.  Bunlardan 
türk,  monqol,  tunqus-mancur  dilləri  bir  yarımqrup,  yapon 
və koreya dilləri isə digər yarımqrupu təşkil edirlər.
Üçüncüsü,  qıpçaqlar  deyildiyi  zaman  öz  qüdrəti  və 
qüvvəti  ilə tarixdə  silinməz izlər buraxmış türk tayfa və qə­
bilələrinin  əzəmətli  ittifaqı  başa  düşülür.  XI  əsrdə  Cənub- 
Şərqi  Avropada  hegemon  qüvvə  olan  peçeneqləri  özlərinə 
tabe  edən türk  tayfaları  arasında qıpçaqlar cəsur  və  qoçaq­
lıqları  ilə  özünəməxsus  yer  tuturdu.  O  dövrdə  qıpçaqların 
güclü ittifaqı  onların  məskunlaşdıqları  ərazi  bölgüsünün də 
onların  adı  ilə  adlandırılmasma  səbəb  olmuş,  “Dəşti- 
Qıpçaq  çölü”  toponimi  də  belə  yaranmışdı.  Qıpçaqların 
tayfa  birlikləri  Avropa,  Zaqafqaziya,  Şimal-Şərqi  Afrika 
xalqlarının  etnogenezində,  bu  regiondakı  xalqların  siyasi- 
iqtisadi  və  mədəni  həyatında  dərin  və  silinməz  izlər  bu­
raxmış, eyni zamanda bu xalqların mənəvi  dəyərlərinin for­
malaşmasında və inkişafında onların böyük təsiri  olmuşdur.
Qıpçaqların  zəngin  mədəni  irsi  və  onlarla bağlı  etnos 
və  dövlətlərə  olan  maraq  bu  gün  də  durmadan  artmaqdadır 
və bütün tədqiqatçıların diqqət mərkəzindədir.  Hazırda qıp- 
çaqşünaslar,  eləcə  də  dilçi  alimlərin qarşısında bir  sıra fun­
damental  tədqiqatlar tələb  edən  məsələlər durmaqdadır.  Bu 
məsələlər aşağıdakılardır:
1.  Qıpçaqlar  və  Qızıl  Orda.  Qıpçaqların  tayfa  birlikləri  və 
onlara  daxil  olan  qəbilələrin  əmələ  gəlməsi,  onların 
hansı  etnoslardan ibarət olması;
2.  Dəşti-Qıpçağın  tarixi,  onun coğrafi  sərhədlərinin müəy­
yənləşdirilməsi;
3.  Müasir qazax,  Krım tatarları,  qaraimlər,  krımçaklar,  qa- 
raçay-balkarlar,  qumuq,  tatar  və  orta  əsrlərdə  Poloves
Qıpçaq qrupu türk dillərinin ieksikası, səhifə  113


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə