Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə27/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

Etnonim nədir və onlar necə yaranır?
Yunanca “etnos”(qəbilə,  tayfa,  xalq)  və  “onima”  (ad) 
sözlərindən  ibarət  olan  etnonim  termini  m üxtəlif etnik  bir­
likləri -   millət,  xalq,  qəbilə,  tayfa,  nəsil  anlayışını  bildirir. 
Etnos -  təkcə müəyyən yerlərdə bir yerə yığılaraq m əskun­
laşan,  bəzi  ümumi və  fiziki  cəhətləri  özündə birləşdirən bir 
qrup  insan  yığmı  demək  deyildir;  o,  həm  də  tarixin  müəy­
yən  zaman  süzgəcindən  keçməklə  öz  etnik  birliyini,  digər 
etnik qruplardan fərqli  fərdi  xüsusiyyətlərini  şüurlu  surətdə 
dərk  edən,  bu  xüsusiyyətləri  dili,  psixikası,  mədəniyyəti  ilə 
öz  admda  (etnonimində)  yaşadaraq  qoruyan,  sabitləşdirən 
qəbilə, nəsil, tayfa, xalq, millətdir.
Etnosun  formalaşması,  birliyini  qoruyub  saxlaması 
üçün  vahid  ərazi  bütövlüyü  və  m əskunlaşm a vacib  şərtlər­
dəndir.  Belə  ki,  hər  bir  etnosda  onları  başqalarından  fərq­
ləndirən  cəhətlərin  əmələ  gəlməsi,  müəyyənləşdirilməsi 
üçün  onların  digər  qrupdan  olan  insanlarla  uzun  müddətli 
təmas  və  ünsiyyəti  zəruridir.  Bu  isə  insanların  məskunlaş­
dıqları  ərazinin  yalnız  bütöv,  toxunulmaz  və  sabit  olduğu 
təqdirdə mümkündür.
Qeyd etmək lazımdır ki, etnonimlərin təkamül prosesi 
bu  şəkildə  gedir:  inkişaf  etmiş  qəbilələrin  birləşməsi 
nəticəsində  əvvəlcə  dövlətlər,  daha  sonra  isə  xalqlar  yara­
nır.  Əlbəttə ki,  bu prosesin  az  müddətdə başa çatması  qey­
ri-mümkündür.  Bunun  üçün  bir  çox  onillər,  yüzillər,  bəlkə 
də minillər gərəkdir.
Etnonimlər  ilkin  (daxili)  və  ikinci  (xarici)  olmaqla  iki 
yerə  bölünür:  İlkin  (daxili)  etnonimlərə  endoetnonim  (yu­
nanca “endon” -   iç,  ilk,  daxili  deməkdir),  ikinci  (xarici) et­
nonimlərə  ektoetnonimlər  (yunanca  “ektos”  —  xarici  de­
məkdir) deyilir.
Şəkər O RU СО VA.Qıpçaq qrupu türk dillərində etnonimlər
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 106
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı, 2012
Endoetnonimıər  etnosların  özlərinə  verdikləri  ad,  ek- 
toetnonimhr  isə  həmin  etnoslara  beynəlxalq  aləm  tərəfin­
dən verilən addır.  M əs.:  ilkin türk etnonimlərindən ar, men, 
yun,  şan,  sak sözlərində ku-  kökü  açar rolunu oynamış  (bu 
isə  “ağ,işıqlı”  mənalarını  verir),  eləcə  də  ikinci  (xarici)  et­
nonimlərdən  hesab  olunan  və  beynəlxalq  aləmdə  kuar  {ka- 
var),  kuman,  kuşan  (kusan),  kusak  {kuçak,  kıfçak,  kıpçaq 
kimi tanınan etnonimlər bu yolla yaranmışdır.
Müxtəlif  qəbilələrin  qanşığı  nəticəsində  yaranan  et­
nonimlər də olur.  Bunlar iki  ilkin  (yəni,  endoetnonimin)  et­
nonimin birləşməsindən əmələ gələnlərdir.  Məs.:  as etnoni­
mi  syun  və  sun  etnonimlərini  özündə  birləşdirməklə,  as- 
suri>ussun>usun mürəkkəb etnonimini əmələ gətirmişdir.
Etnonimlər xüsusi  və  ümumi  olmaqla  da  iki  yerə  bö­
lünür.  Belə  ki,  hər bir etnosun öz-özünü  adlandırdığı  etno­
nim  xüsusi,  bir  neçə  etnos  adı  altında  beynəlxalq  aləmdə 
adlandırılan  etnonim  isə  ümumi  hesab  olunur.  Məsələn, 
türk etnonimi  özündə bir çox türkdilli  xalqları  da birləşdir­
diyindən ümumi (ümumtürk) etnonim adlanır.
Ümumi  etnonim  etnosun  xarici  əlamətlərinə  görə  də 
yarana bilər.  Məs:, şimal sakları (menlər) ağbəniz olduqları 
və  cənub  etnosları  nümayəndələrindən  seçildikləri  üçün 
kıusak>kıfsak  >kıpsak  (yəni  ağ  saklar),  kıumeri>kumanlar 
(yəni  ağ  menlər) ümumi  statusunu qazanmışlar.  M.Zəkiyev 
yazır:“Etnik  kökləri  araşdırarkən  hər  bir etnosun  xüsusi  və 
ümumi  adlarını  bir-birinə  qarışdırmaq  olmaz,  çünki,  tarixi 
mənbələrdə  eyni  bir  etnos  həm  xüsusi,  həm  də  ümumi 
adları  (etnonimləri)  ilə  qeyd  olunur”.1  Buradan  belə  qənaə-
1 www.vandex.ru. Nukus of the Net.
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 107


tə  gəlmək olar ki,  bütün  ağbəniz şimal türkləri qıpçaq,  Orta 
Volqaboyu  və  Şimali  Qafqazda  isə  bolqarlar  həm  bolqar, 
həm  də  qıpçaqlar kimi  qeyd  oluna  bilərdilər.  IX  əsrdə  Bul- 
qar  dövlətinin  möhkəmlənməsi  zamanı  buraya  daxil  olan 
bütün türk  və  qeyri-türk  qəbilələri  öz xüsusi  adlarını  saxla­
maqla,  ümumilikdə bulqar etnonimini qəbul  etmişdilər.
Türk etnoniminin  də  yaranması  uzun  zaman  tələb  et­
mişdir.  Türkdilli  xalqların  tarixi  göstərir  ki,  bir  çox  türk 
xalqlarının  adlanması  bu  cür  ardıcıllıqla  getmişdir:  dövlət­
lərdə  baş  verən siyasi-iqtisadi  dəyişikliklərlə  əlaqədar qüd­
rətli  bir etnos  tabeliyində  olan  qəbilə və  xalqları  öz  adı  al­
tında  birləşdirmişdi.  Məsələn,  türk  etnonimi  ilk  dövrlərdə 
ayrıca  bir  qəbiləyə  məxsus  idi.  VI  əsrdə  türk  xaqanlığının 
yaranması  ilə bu etnonim ona oxşar və yaxın  dillərdə  danı­
şan bütün qəbilə və xalqlara da şamil  olundu.  Belə ki,  antik 
dövrdə onlar salOsaka və onlardan əmələ  gələn sakadı (sa- 
kalı -   saklarla qarışan)  adı  ilə tanınmış,  yunanların tələffü­
zündə belə  səslənmişdir:  sakadı>skıdı >skide.  M.F.Zəkiyev 
skif  etnoniminin  yaranmasım  (sakadi>skıdı>  skide>skij) 
bununla əlaqələndirir.1
Qeyd  edək  ki,  türk etnoniminin  ümumi  mahiyyət  da­
şıması  I  və  II  türk  xaqanlığının  möhkəmlənməsi  dövrünə 
təsadüf edir.  Eradan  əvvəl  III  minillikdə  qədim  Azərbay­
canda,  eləcə  də  digər  türkdilli  ərazilərdə  yaşayan  etnos  və 
tayfaların  etnik  və  dil  tərkibi  barədə  dəqiq  mülahizə  yürüt­
mək üçün əldə  müvafiq  mətnlər  olmadığından  o  dövrün  et­
nonim  və  toponimləri  bu  barədə  ən  səhih  məlumat  verən 
qiymətli  mənbə  hesab  olunur.  Bu  mənada  Aratta  ölkə  adı 
və turukki etnonimi də qeyd edilməlidir.
_____
Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
'М .З ак и ев.'П р ю -т ат ар  л  ногенезы   (Э тн о ген ез  тю рко-татар).  М .,  1998,  с.35.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifi  108
AMEA Nəsimi adma Dilçilik İnstitutunun tiirk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı,  2012
Aratta  qədim  Azərbaycanın  dağlıq  ərazisinə  verilən 
ad  idi.  Mənası “dağ” deməkdir.  VIII  əsrə aid  Şumer-Akkad 
məktəb  lüğətində də həmin  söz arattu  və ar at u  kimi  “dağ” 
mənalarında  verilmişdir.  Qədim  dillərin  heç  birində  buna 
oxşar  “dağ”  mənalı  sözün  olmadığı  qeyd  edilir.’  Bu  sözün 
türk  mənşəli  olduğu  şübhəsizdir.  Çünki  bu  sözlərə  oxşar 
oronimlərin  (Alataa,  Alatuu,  Alatoo,  Altay,  Alatey,  Aladağ, 
Alada,  Alatau)  yalnız  türk  dillərində  işləndiyi  məlumdur. 
Əlbəttə,  belə  olan  təqdirdə  həmin  sözlərin prototürk  dilinə 
mənsub  olması  ehtimal  oluna bilər.  Eləcə  də  turukku və  ya 
turuk  etnik  adlarının  türk  tayfa  adının  erkən  forması  kimi 
qəbul edilməsi də məntiqəuyğundur.
Tarixdən məlumdur ki,  erkən orta əsr yadelli  qaynaq­
larda  türk  adı  ilə  yanaşı  turukki  (hind  qaynaqları),  ttrruki 
(Xotan  mətnləri),  druq/druqu  (Tibet  qaynaqları)  formaları 
işlədilmişdir.  Eradan  əvvəl  II  minillikdə  Akkad  mixi  yazı­
ları  etnonimin  erkən  turukki/ turuki  formasını  saxlamışlar. 
Bu  dəlillər  hələ  qədimdən  Azərbaycan  ərazisində  türk  et­
noslarının  mövcud  olduğunu  və  o  dövrün  siyasi  hadisələ­
rində  onların  yaxından  iştirak  etdiklərini  göstərir.  Turuk- 
k ih r Lullu tayfa ittifaqına daxil olan qohum etnoslardan  ol­
muşlar.
Daxili  və xarici, xüsusi  və ümumi  etnonimlər bir neçə 
adı  da  özündə  birləşdirə  bilir.  Məsələn,  qədim  etnonimlər­
dən  olan  qıpçaq,  sarır,  kuman,  kukeşe,  sakaliba,  poloves
sarasin,flaven, falon və akasirakatır, aqaçer, mişar, eləcə 
də  iyirk,  biar,  bilir  etnonimləri  eyni  məfhumu  ifadə etmək­
lə sinonim cərgələr yaratmışlar.
1 Azərbaycan tarixi,  1  cild,  Bakı,  1998, s.78.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifi  109


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə