Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə7/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   267

mək,  izahat,  ifadə  və  rəy  vermək,  məhkəmədə  çıxış  etmək,  vəsatət  vermək,  tərcüməçinin 

xidmətindən  istifadə  etmək  hüquqları  istər  işin  baxılmaq  üçün  hazırlanması,  istərsə  də 

məhkəmə baxışı mərhələsində mütləq izah edilməlidir. 

Tərcüməçinin  prosesə  dəvət  edilməsi  məsələsi  məhkəmə  tərəfindən  işin  baxılmağa 

hazırlanması mərhələsində həll edilməlidir. 

Mülki prosesdə tərcüməçi, işin nəticəsində marağı olmayan, icraatın aparıldığı dili və 

tərcümə edilən dili yaxşı bilən şəxs ola bilər. MPM-in 20-ci maddəsinə əsasən, tərcüməçi İşin 

nəticəsi ilə düzünə və ya dolayı yolla maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə 

şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər. 

3.

 



MPM-in  11.3-cü  maddəsinə  uyğun  olaraq  məhkəmə  sənədləri  işdə  iştirak  edən 

şəxslərə  məhkəmə  icraatının  aparıldığı  dildə  verir.  Məhkəmə  sənədləri  dedikdə,  işdə  olan 

bütün prosessual sənədlər nəzərdə tutulur. Bu sənədlərin siyahısı MPM-in 134-cü maddəsində 

nəzərdə tutulmuşdur. 

Məhkəmə  icraatmm  apanidığı  dil  haqqında  qaydalara  əməl  olunmaması  məhkəmə 

təcrübəsində mülki prosessual hüquqların kobud şəkildə pozulması hesab edilir və MPM-in 

387-ci maddəsinə uyğun olaraq qətnamənin ləğv edilməsinə səbəb olur. 

Maddə 12. İşə hakim tərəfindən təkbaşına və kollegial baxdması 

12.  i.  Mülki  işlərə  və  iqtisadi  mübahisələrə  birinci  instansiya  məhkəmələrində  hakim 

tərəfindən təkbaşına baxılır. 

12.2.

 

ApeUyasiya  qaydasında  işlərə  sədrlik  edənin  və  digər  iki  hakimin,  kassasiya 

qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır. 

1.

 



Şərh  olunan  maddədə  işə  təkbaşma  və  kollegial  baxılmasmın  uzlaşdırılması 

prinsipinin müddəalan əks olunmuşdur. 

MPM-in  12.1-ci  maddəsinə  əsasən,  mülki  işlərə  birinci  instansiya  məhkəməsi  kimi 

rayon (şəhər) məhkəmələrində, iqtisadi mübahisələrə isə yerli iqtisad məhkəmələrində hakim 

təkbaşma baxır. 

2.

 



MPM-in  12.2-ci  maddəsinə  əsasən,  apellyasiya  qaydasında  işlərə  sədrlik  edənin  və 

başqa iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı 

ilə baxılır. Qeyd edilməlidir ki, kassasiya qaydasında işə sədrlik edənin və iki hakimin iştirakı, 

əlavə  kassasiya  qaydasında  isə  MPM-in  422-ci  maddəsinə  uyğun  olaraq  Azərbaycan 

Respublikası Ali Məhkəməsinin Plenumunda baxılır. Ona görə də, daha çox hakimin iştirakı 

ilə  baxılır  dedikdə,  işə  əlavə  kassasiya  qaydasm-  da  Azərbaycan  Respublikasının  Ali 

Məhkəməsinin Plenumunun üzvləri tərəfindən baxılıb, qərarın çıxaniması anlaşılmalıdır. 



Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 

13.1.

 

Məhkəmə 

mübahisələri 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına, 

referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası prezidentinin 

fərmanlarına,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarına,  mərkəzi  icra 

hakimiyyəti 

15 



orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu 

beynəlxalq müqavilələrə əsasən həll edilir. 

13.2.

 

Məhkəmə  işə  baxarkən  normativ  hüquqi  aktlar  arasında  ziddiyyət  aşkar 

edərsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul 

edir. 

13.3.

 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  sisteminə  daxil  olan 

normativ-hüquqi  aktlarla  (Azərbaycan  Respublikası  Konstitusiyası  və  referendumla  qəbul 

olunmuş  aktlar  istisna  olmaqla)  Azərbaycan  Respublikasının  tərəfdar  olduğu  beynəlxalq 

müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. 

13.4.

 

Mübahisə  edilən  hüquq  münasibətlərini  tənzimləyən  hüquq  norması 

olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 

13.5.

 

Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublika.sı 

hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 

13.6.

 

Qüvvədə  olan  normativ  hüquqi  aktlarla  hüquqlar  və  azadlıqlar  pozulduqda,  bu 

Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğu ilə 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. 

1.

 



Azərbaycan  Respublikası  ərazisində  məhkəmələr  mübahisələri  Azərbaycan 

Rcspublikasuım  qanunvericilik  sisteminə  daxil  olan  aktlar  əsasında  baxıb  həll  edirlər.  Bu, 

mülki  prosessual  hüququn  əsas  müddəalanndan  biri  olan  qanunçuluq  prinsipinin 

məzmunundan doğur. Həmin prinsipə əməl edilməsi həm maddi, həm də prosessual hüququn 

normalarını dəqiq tətbiq etmək imkanı ilə şərtlənir. 

Azərbaycan  Respublikası  Konstitusiyasmın  148-cİ  maddəsinə  uyğun  olaraq 

qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 

1)

 



Konstitusiya; 

2)

 



referendumla qəbul edilmiş aktlar

3)

 



qanunlar; 

4)

 



fərmanlar; 

5)

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 

6)

 



mərkəzi icra hakimiyyəti orqanlannın normativ aktlan; 

7)

 



Azərbaycan Respublikasmm tərəfdar çıxdığı beynəbtalq müqavilələr. 

2.

 



Sadalanan normativ-hüquqi aktlar arasmda ziddiyyət olduqda, məhkəmə daha yüksək 

hüquqi qüvvəsi  olan normativ-hüquqi  aktm  tələbləri əsasmda  mübahisəni  həll edir.  Hüquqi 

qüvvəsinə  görə  Azərbaycan  Respublikasmm  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr 

Konstitusiyadan və referendumla qəbul edilmiş aktlardan sonra üçüncü sırada durur. Ona görə 

də, beynəlxalq müqavilələrlə Azərbaycan Respublikasmm qanunvericilik sisteminə daxil olan 

başqa normativ-hüquqi aktlar arasmda ziddiyyət yarandıqda, həmin müqavilələrin normaları 

tətbiq edilir. 

3.

 



Yaşadığımız cəmiyyətdə mövcud olan ictimai münasibətlərin çoxşaxəliyi və məhkəmə 

təcrübəsinin müxtəlifliyi ilə şərtlənən elə münasibətlər ola bilər ki, maddi hüquq normaları ilə 

tənzim edilməsin. Bu bəndə əsasən, belə hallarda hüququn və ya qanunun analogiyasma yol 

verilir. 



Qanunun  analogiyası  dedikdə,  mübahisə  edilən  hüquq  münasibətlərini  tənzimləyən 

qanun olmadıqda, məhkəmənin oxşar münasibətləri tənzimləyən hüquq nor- malarma müraciət 

eünəsi anlaşılu. 

Məhkəmə həmin münasibətləri tənzim edən normaların olmaması səbəbi ilə 

16 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə