malar sırasına iddia ərizəsinin verilməsi, iddia ərizəsinin mümkünlüyü, iddia ərizəsinin
qaytarılması, iddia ərizəsinin qəbulundan imtina, qarşılıqlı iddianm verilməsi (MPM,
149-155-ci maddələr), apellyasiya şikayəti vermək hüququ (MPM, 357-ci maddə), apellyasiya
şikayətinin qaytarılması (MPM, 363-cü maddə), kassasiya şikayəti vermək hüququ (402-ci
maddə), kassasiya şikayətinin qaytaniması (MPM, 408- ci maddə) və s. aiddir.
2.
Hüquqları və ya mənafeyi pozulmuş hər bir fiziki və hüquqi şəxsin qanunla müəyyən
edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Lakin hər hansı bəhanə və ya
şərtlə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi müqavilənin bir bəndi kimi
nəzərdə tutulmuşdursa, onda bu bənd etibarsız sayılmalı və hər bir halda maraqlı şəxsin
məhkəmə müdafiəsi hüququndan istifadə imkanı olmalıdır. Məhkəmə baxışı zamanı iddiadan
imtina edilməsi, iddİanm etiraf edilməsi və ya barışıq sazişinin bağlanması bu qaydaya zidd
deyil. Belə ki, göstərilən hallarda maraqlı şəxs məhkəmə nəzarəti altmda öz iradə ifadəsini
reallaşdırır.
3.
Əvvəlki qanunvericilikdə mübahisələrə İqtisad məhkəmələrində baxılması üçün
məcburi pretenziya qaydası müəyyən olunmuşdu. Mövcud qanunvericilikdə pre- tenziya
qaydası (mübahisənin məhkəməyə qədər nizama salmması qaydası) iki halda mümkündür:
1)
qanunla
müəyyən edilən hallarda;
2)
müqavilə ilə nəzərdə tutulan hallarda.
Göründüyü kimi, yeni qanunvericilik heç də bütün hallarda pretenziya qaydasma əməl
edilməsinin məcburiliyini müəyyən etmir. Qanunvericilik pretenziyamn formasını, verilməsi
qaydasım, pretenziyanm verilməsi və baxılması müddətlərini də müəyyən etmir.
Qanunla və ya müqavilə üzrə mübahisənin nizama salmması üçün pretenziya qaydası
müəyyən edilmişsə, mütləq bu qaydaya əməl edilməlidir, əks halda iqtisad məhkəməsi
MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq iddia ərizəsini və ona əlavə edilən sənədləri geri
qaytarmağa haqlıdu.
Maddə 5. Məhkəmədə mülki işə başlama
5.1.
Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan
mənafeyinin müdafiəsi və
yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə
iş başlanılır.
5.2.
Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud dövlətin mənafeyinin
müdafiəsi üçün şəxsin və
ya orqanların ərizəsinə əsasən də iş başlana bilər.
5.3.
Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş
başlaya bilərlər.
5.4.
Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq
sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf yaxud rədd edə bilərlər.
5.5.
Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hər hansı instansiya
məhkəməsinin icraatında olan iş tələb oluna bilməz.