Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə5/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   267

rilir. 

9.2.

 

Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mühahhəyə işdə 

iştirak  edən  şəxslər  çağırılıb  dindirilmədikdə  baxıla  bilməz.  İşdə  iştirak  edən  şəxslər  öz 

tələblərini  əsaslandırdıqları  dəlillər,  sübutlar  və  hüquqi  nəticələr  barədə  bir-birlərinə 

məlumat verməyə borcludur ki. digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 

9.3.

 

Hakim  bütün  hallarda  prosesin  çəkişmə  prinsipini  təmin  elməlidir.  O,  öz 

qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi 

izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün 

qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 

1.

 



MPM-in  9.1-ci  maddəsində  mülki  prosessual  hüququn  əsas  prinsipləri  - 

çəkişmə və tərəflərin hüquq bərabərliyi öz əksini tapmışdır. 

Çəkişmə  prinsipi  mülki  prosesin  bütün  mərhələlərində  mülki  prosessual  hüququn 

başqa prinsipləri - qanunçuluq, dispozitivlik, tərəflərin hüquq bərabərliyi prinsipləri ilə sıx 

əlaqəli şəkildə özünü büruzə verir. Tərəflərin hüquq bərabərliyi çəkişmə prinsipinin əsasmı 

təşkil edir. 

Çəkişmə prinsipi mülki işə hərtərəfli və düzgün baxılması üçün zəruri olan faktiki və 

sübutetmə materialının tamlığım təmin edir. 

Mülki prosesdə sübutları tərəflər və işdə iştirak edən başqa şəxslər məhkəməyə təqdim 

edirlər. 

Hər bir tərəf tələb və etirazlarmm əsası kimi istinad etdiyi halları sübut etməlidir. 

Çəkişmə prinsipinin mahiyyəti  mülki  prosessual hüququn bir su-a normalarında əks 

olunmuşdur. 

MPM-in  217-ci  maddəsinə  uyğun  olaraq  məhkəmə  qətnaməni  yalnız  məhkəmə 

iclasında  tədqiq  olunmuş  sübutlarla  əsaslandırır.  Qətnamə  iş  üzrə  müəyyən  edilmiş  həqiqi 

hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasltmdınlmalıdu-. 

Tərəflərm  hüquq  bərabərliyi  prinsipi  -  məhkəmədə  hər  iki  tərəf  üçün  pozulmuş 

subyektiv hüquqlann və qanuni mənafeyin müdafiəsi üçün bərabər imkanlarm yaradılmasıdır. 

Bir tərəfə  konkret  prosessual  hüquqlar  verən  qanunvericilik  ona  uyğun  olaraq  başqa 

tərəfə də analoji hüquqlar verir. Məsələn, iddiaçmm iddia tələbinə qarşı cavabdehin etiraz və 

ya qarşılıqlı iddia verməsi imkanı nəzərdə tutulmuşdur. 

Beləliklə, mülki prosesdə tərəflərdən heç  birinə başqasma münasibətdə üstün hüquq 

verilməmişdir. 

Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr 

daşıyırlar (MPM, 50-ci maddə). 

İşdə  iştirak  edən  şəxslər  prosessual  qanunvericiliklə  onlara  verilmiş  prosessual 

hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM, 47-cİ maddə). 

2.

 



MPM-in 9.2-ci maddəsində mülki prosessual hüququn bilavasitəlik prinsipi 

əks olunmuşdur. Bu prinsipə görə, işə baxan hakim iş üzrə toplanmış sübutları şəxsən tədqiq 

etməyə  və  məhkəmə  iclasmda  araşdırılmış  və işi  yoxlanmış sübutlar əsasında həll  etməyə 

borcludur. 

Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və 

11 



üçüncü  şəxslərin  izahatlarını,  şahidlərin  ifadələrini,  ekspertlərin  rəylərini  dinləməyə,  yazılı 

sübutlarla  tanış  olmağa,  maddi  sübutları  müayinə  etməyə,  səs  yazılarma  qulaq  asmağa, 

videoyazılara baxmağa və işə baxılması ilə əlaqədar başqa hərəkətləri etməyə borcludur. 

Zəruri hallarda iş üzrə sübutlarm tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhətini və 

şərhini dinləyir (MPM, !75-ci maddə). 

İşdə iştirak edən şəxslər təqdim etdikləri dəlillər, sübutlar və hüquqi nəticələr haqqında 

bir-birlərinə məlumat verməyə borcludurlar. 

Hakim iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərir və ya 

təqdim edir, zəruri hallarda müəyyən edilmiş müddətdə onlara rəy və ya eti- razlarmı və bu 

etirazları əsaslandıran sübutları təqdim etməyi təklif edir. 

Mülki iş üzrə iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə iddiaçı 

özü  də  verə  bilər.  Bu  halda  iddiaçı  göndərilən  sənədlərin  verilməsini  təsdiq  edən  sənədi 

məhkəməyə təqdim etməlidir (MPM, 168-ci maddə). 

Təqdim edilmiş dəlillər, sübutlar və hüquqi nəticələr barədə işdə iştirak edən şəxslərin 

bir-birini məlumatlandırması məhkəmə müdafiəsinin daha səmərəli təşkil edilməsinə xidmət 

edir, 


3.

 

Məhkəmə prosesin bütün mərhələlərində çəkişmə prinsipini təmin etməyə borcludur. 



Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olaraq qəbul etməlidir. 

MPM-in  385-ci  maddəsinə  uyğun  olaraq  məhkəmə  qətnaməsi  apcll-  yasiya  qaydasında 

aşağıdakı hallarda ləğv edilə bilər: 

1)

 



məhkəmənin  gəldiyi  nəticə  üçün  mühüm  əhəmiyyəti  olan  bütün  faktiki  halla-  rm 

aydın laşdırılmaması; 

2)

 

birinci  instansiya  məhkəməsinin  müəyyən  edilmiş,  iş  üçün  əhəmiyyəti  olan  halları 



sübut etməməsi; 

3)

 



birinci  instansiya  məhkəməsinin  qətnamədə  göstərilmiş  nəticələrinin  işin  hallarına 

uyğun gəlməməsi. 

Göründüyü kimİ, çəkişmə prinsipinin tələblərinin pozulması və ya ona əməl edilməməsi 

ağn prosessual hüquqi nəticələrə səbəb olur. 

Məhkəmə, qərarmı tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəlİ sürdüyü 

hüquqi dəlillərlə əsaslandıra bilməz. Tərəfləri məhkəmə baxışma dəvət etmədən məhkəmənin 

mülahizələri üzrə qətnamə çıxarması çəkişmə prinsipinin kobud şəkildə pozulmasıdır. 

Qiyabi  icraat  qaydasmda  işə  baxılması  bu  bəndin  tələblərinə  zidd  deyildir.  Belə  ki, 

iclasın vaxtı və yeri haqqmda məhkəmənin lazımi qaydada xəbərdar etdiyi cavabdeh məhkəmə 

iclasına gəlmədikdə və gəlməmənin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz 

etmədikdə, işə qiyabi icraat qaydasmda baxılır. 

Göstərilən şərtlər olmadıqda, qiyabi icraat qaydasmda işə baxılması mümkün deyildir və 

məhkəmə çəkişmə prinsipinin tələblərinə əməl etməklə, ümumi iddia icraatı qaydasında işə 

baxılmasmı davam etdirməlidir. 



12 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə