2-
ci fəsil
Məhkəmənin tərkibi. Etirazlar
Maddə 17. Məhkəmənin tərkibi
17.}. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsini qanunla müəyyən
edilmiş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər.
17.2.
İşə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya
kollegial tərkibli məhkəmə, məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim
prosesdə sədrlik edir.
17.3.
İşlərə baxılması zamant bütün hakimlər bərabər hüquqlara malikdirlər.
1.
Məhkəmələrdə mülki və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi, ancaq
Azərbaycan Respublikasının Konstitusiyası, Məhkəmələr və hakimlər haqqmda Azərbaycan
Respublikasının Qanununa və MPM-lə müəyyən edilmiş qaydada həmin məhkəmənin
tərkibinə seçilmiş hakimlər tərəfindən həyata keçirilir.
Müəyyən edilmiş qaydada seçilmiş hakim dedikdə, birincisi, Konstitusiyamn 109-cu
maddəsinin 9-cu bəndi, 126-cı maddəsi. Məhkəmələr və hakimlər haqqmda Qanunun 93, 94,
95-cİ maddələrinin tələbləri yerinə yetirilməklə, hakimlərin seçilməsi haqqında Əsasnaməyə
uyğun olaraq testdən və Məhkəmə Hüquq Şurasmda söhbətdən keçmiş hakimlər nəzərdə
tutulur. İkineisi, göstərilən tələblər yerinə yetirilməklə ədalət mühakiməsini ancaq həmin
məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirə bilərlər. Bir məhkəmənin tərkibinə
seçilmiş hakimin başqa məhkəmədə ədalət mühakiməsini həyata keçirməsi yolverilməzdir.
Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsini həyata keçirərkən
məhkəmə tərkibinin pozulması ilə, MPM-in 23.2-ci maddəsində göstərilən halları qarışdırmaq
olmaz. Belə ki, Azərbaycan Respublikasmm MüUci Prosessual Məcəlləsinin 23.2-ci
maddəsinə əsasən, birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli
məhkəmənin hakiminə etiraz edildikdə və ya öz-özünə etiraz təmin olunduqda, bu halda işi
apellyasiya məhkəməsi başqa birinci instansiya məhkəməsinə verir, yəni qanunvericilikdə
nəzərdə tutulmuş əsaslarla yuxarı məhkəmə orqanı ədalət mühakiməsinin həyata
keçirilməsinin ərazi aidiyyətini dəyişdirir.
2.
Məhkəmələr və hakimlər haqqmda Qanunun 4-cü, MPM-in 12-ci maddəsinə əsasən,
mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəməsində tək- başma, apellyasiya
qaydasmda sədrlik edən və başqa iki hakimin, kassasiya qaydasm- da isə sədrlik edənin, iki və
ya daha çox hakimin iştirakı ilə baxılır.
17.2-
ci maddədə işlərə baxılmasmm iki prinsipi - mülki və iqtisadi mübahisələrə
təkbaşına və kollegial baxılması prinsipləri öz əksini tapmışdır.
Köhnə qanunvericilikdə birinci instansiya
məhkəmələrində işlərə (xalq
məhkəmələrində) xalq iclasçılannm iştirakı ilə kollegial baxılması sosialist quruluşunun de-
mokratUc prinsipi, işlərin daha obyektiv, tam və hərtərəfli tədqiq edilməsi və qətnamə qəbul
edilərkən məhkəmə səhvlərinin əhəmiyyətli dərəcədə azalması ilə əsas- landınlırdı.
Həqiqətdə isə, birinci instansiya məhkəmələrində işlərə xalq iclasçılarmm iştira-
21
kt ilə baxılması bir çox hallarda qcyrİ-übyektiv qətnamələrin qəbul edilməsinə səbəb olurdu.
Çünki xalq iclasçılarmın əksəriyyəti peşəkar hüquqşünaslardan seçilmirdi və bəzi hallarda
məhkəmə tərkibinə daxil olan hakim xalq iclasçılarmın qəbul etdiyi qərardan asılı olurdu.
Yeni qanunvericilikdə (Konstitusiya, Məhkəmələr və hakimlər haqqmda Qanun, MPM
və s.) xalq iclasçılan institutundan imtina edilmiş və mülki işlərə peşəkar hakimlərin
baxmasına üstünlük verilmişdir (istər təkbaşına, istərsə də kollegial). Yeni MPM-də işlərə
təkbaşma və kollegial baxılmasmm uzlaşdırılması prinsipi əsas götürülmüşdür. Belə ki, işlərə
rayon məhkəmələrində və yerli iqtisad məhkəmələrində təkbaşına, apellyasiya və kassasiya
instansiyalarmda kollegial baxılır.
Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsini təkbaşına həyata keçirən
hakim prosesə sədrlik edir.
3.
İşlərə baxılması zamanı vəzifə səlahiyyətlərindən asılı olmayaraq, hakimlərin bərabər
hüquqlarmın olması ədalət mühakiməsinin əsas prinsiplərindədir.
Bu prinsip Məhkəmələr və hakimlər haqqında Qanunun 92-ci maddəsindən doğur və
ləerübi olaraq MPM-in məhkəmə aktlarmın qəbulu haqqmda maddələrində reallaşır.
İşə baxılmasmda hakimlərin bərabər hüququnun olması məhkəmə baxışı, qətnamənin
çıxaniması, onun imzalanması, həmçinin qətnamədə düzəlişlər edilməsi zamanı edilən
prosessual hərəkətlərdə əksini tapır. Qətnamə çıxarılarkən əksəriyyətin rəyi ilə razılaşmayan
hakimin MPM-in 18.2-ei maddəsində göstərilən hərəkətləri etmək hüququ vardır.
Maädo J8. Məhkəmolordo kollegial tərkibdə məsələlərin həll edilmə qaydası
18.1.
Kollegial tərkibdə işlərin baxılması və
həll edilməsi zamanı meydana çıxan bütün
məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir. Hər bir məsələ həll edilərkən
hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı səs
verir.
18.2.
Əksəriyy’ətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə
borcludur. O öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin məhkəmə
İclasında elan edilmir.
18.3.
Hakimlər müşavirə və səsvermə zamanı, habelə qulluq vəzifələrinin icrası başa
çatanadək müşavirənin və
səsvermənin gizlili'yini saxlamağa borcludur.
1.
Mülki işlərə və iqtisadi mübahisələrə apellyasiya qaydasında sədrlik edənin və başqa
İki hakimin, kassasiya qaydasında isə sədrlik edənin və iki və ya daha çox hakimin iştirakı ilə
baxılır (Məhkəmələr və hakimlər haqqında Qanunun 4-cü, MPM- in 12.2-ci maddəsi).
Apellyasiya və kassasiya məhkəmələrinin mülki işlərə və iqtisadi mübahisələrə kollegial
tərkibdə baxılması qaydasmı pozması məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır (MPM,
418.4.1-ci maddə).
MPM-in 424-eü maddəsində kassasiya instansiyası məhkəməsinin qərarlarının ləğv
edilməsi üçün əsasların sırasmda işə kollegial tərkibdə baxılması qaydasınm pozulması halı
göstərilməyib. Bununla belə, qanunvericiliyin ümumi müddəalarma əsasən, kassasiya
instansiyasmda işə qeyri-qanuni tərkibdə baxıldıqda da, MPM-in
22