Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə6/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   267

Madda 10. Mahkama baxıştmn aşkarhğt 

10.1.

 

Məhkəmələrdə işlərə aşkaritg prin.tipi əsasında baxdır. 

10.2.

 

Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, 

yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün 

məhkəmələrdə işlərə aşkar baxılır. 

10.3.

 

İşlərə  aşkar  baxılması  demokratik  cəmiyyətdə  əxlaq,  ictimai  qayda,  dövlət 

təhlükəsizliyi  baxımından,  həmçinin  digər  xüsusi  hallarla  əlaqədar  ədalət  mühakiməsinin 

maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər. 

10.4.

 

Məhkəmə  baxışında  iştirak  edən  şəxs  övladlığa  götürmə,  vərəsəlik, 

kommersiya,  ixtira  və  ya  vergi  sirrinin,  eləcə  də  qanunla  qorunan  digər  sirlərlə  yanaşı, 

həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını 

qapalı keçirməyi tələb edə bilər. 

10.5.

 

Məhkəmə  işə  qapalı  məhkəmə  iclasında  baxılması  barədə  qərardadı  işdə 

iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir. 

10.6.

 

Məhkəmə  baxışının  qapalı  keçirilməsində  işdə  iştirak  edən  şəxslər,  onların 

nümayəndələri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və 

tərcüməçilər çağırılır. 

10.7.

 

Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət 

olunmaqla aparılır. 

10.8.

 

İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı 

yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar. 

10.9.

 

İşdə iştirak edən şəxslər və açıq məhkəmə iclasında olan digər şəxslər yerlərindən 

məhkəmə  baxışının  gedişatına  dair  qeydlər  apara  bilərlər.  Məhkəmə  iclasının  kino  və  foto 

çəkilişinin, habelə videoyazısının, birbaşa radio və televiziya iransiyasiyasının aparılmasına 

yalnız  iş  üzrə  işdə  iştirak  edən  şəxslərin  rəyi  nəzərə  alınmaqla  məhkəmənin  icazəsi  ilə  yol 

verilir. 

10.10.

 

Şəxsi  yazışma  və  şəxsi  teleqraf  məlumatları,  yalnız  onların  ünvanlandığı 

şəxslərin  razılığı  ilə  açıq  məhkəmə  iclasında  açıqlana  bilər.  Göstərilən  qaydalar  şəxsi 

xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 

10.11.

 

Məhkəmə aktları bütün hallarda açıq elan edilir. 

1.

 



Konstitusiyanın 127-ci maddəsinə uyğun olaraq bütün məhkəmələrdə işlərə, qanunda 

göstərilən hallar istisna olmaqla, açıq baxılır. 

Məhkəmə  baxışmm  aşkarlığı  prinsipi,  konkret  mülki  iş  üzrə  KİV  və  elektron 

informasiya vasitələrinin məlumat almaq və məlumat vermək hüququnu da özündə ehtiva edir. 

İş  mahiyyəti  üzrə  həll  edilənədək  məhkəmə  öz  rəyini  həmin  orqanlara  elan  etməyə  haqlı 

deyildir. 

Məhkəmə  baxışının  aşkarlığı  prinsipinin  yalnız  işdə  iştirak  edən  şəxslər  üçün  deyil, 

həmçinin  məhkəmə  iclas  zalında  olan  və  ya  KİV-dən  bu  prosesi  İzləyən  şəxslər  üçün  də 

tərbiyəvi  əhəmiyyəti  vardır.  Bu  prinsip  məhkəmə  ilə  xalqın  qarşılıqlı  əlaqəsinin  və 

ictimaiyyətin  məhkəmənin  fəaliyyətinə  nəzarətinin  möhkəmlənməsinə  xidmət  etməklə,  işin 

düzgün həll edilməsinə əlavə təminat verir. Məhkəmənin mülki İşə kabinetdə baxması aşkarlıq 

prinsipinin kobud surətdə pozulmasıdır və bu hallara yol verilməməlidir. 

2.

 

Mülki  işlərə  qapalı  məhkəmə  İclasında  baxılması  hallan  qanunda  dəqiq  müəyyən 



olunmuşdur. Bunlar aşağıdakılardır: 

13 



1)

 

dövlət, peşə, kommersiya sirrinin açılmasınm qarşısının aimması; 



2)

 

şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması; 



3)

 

yetkinlik yaşma çatmayan şəxslərin marağmm gözlənilməsi. 



Göstərilən hallarda işə mütləq qapalı məhkəmə iclasında baxılmalıdır. 

3.

 



MPM-in 10.3-cü maddəsində göstərilən hallarda məhkəmə iclasının bütövlükdə və ya 

bir hissəsinin qapalı keçirilməsi məhkəmənin öz təşəbbüsü ilə ola bilər. 



Məhkəmə iclasının bir hissəsinin qapalı keçirilməsi dedikdə, şəxsi yazışmaların qapalı 

elan edilməsi, tərəflərin, şahidin, ekspertin qapalı dindirilməsi və s. anlaşılmalıdır. 

4.

 

MPM-in 10.4-cü maddəsində sadalanan hallarda iclasın qapalı keçirilməsi məsələsini 



işdə iştirak edən şəxslər qaldırır və məhkəmə tərəfindən 10.5-10.10-cu maddələrdə göstərilən 

qaydada həll edilir. 

5.

 

Məhkəmə  aktları  iclasın  açıq  və  ya  qapalı  keçirilməsindən  asılı  olmayaraq  bütün 



hallarda açıq elan edilir. Lakin məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iclasın qapalı 

keçirilməsinin  vacibliyi  əsaslandırılmalı,  bunu  şərtləndirilən  hallar  (MPM-in  10.2-10.4-cü 

maddələrində nəzərdə tutulan) göstərilməlidir. 

Maddə İL Məhkəmə icraatının aparıldığı dil 

11.1.

 

Mülki  işlər  və  iqtisadi  mübahisələr  üzrə  məhkəmə  icraatı  Azərbaycan 

Respublikasının  dövlət  dilində  -  Azərbaycan  dilində  və  ya  müəyyən  ərazi  əhalisinin 

əksəriyyətinin dilində aparılır. 

11.2.

 

İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün 

materialları  ilə  tanış  olmaq,  izahat,  ifadə  və  rəy  vermək,  məhkəmədə  çıxış  etmək,  vəsatət 

qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi 

xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. 

11.3.

 

Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə 

verilir. 

1.

 



Konstitusiyanm  21-ci  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasmm  dövlət 

dili Azərbaycan dilidir. 

MPM mülki işlər üzrə ədalət mühakiməsinin aparıldığı dili müəyyən etməklə yanaşı, 

həmçinin məhkəmə icraatmm aparıldığı dilİ bilməyən şəxslərin pulsuz tərcüməçi xidmətindən 

istifadə etmək hüququnu da təsbit edir. Mülki prosesdə tərcüməçinin iştirakı ilə bağlı yaranan 

xərcləri dövlət ödəyir (MPM, 116-cı maddə). 

Məhkəmə  icraatmm  müəyyən  ərazi  əhalisinin  əksəriyyətinin  dilində  aparılması-  nm 

tərbiyəvi  əhəmiyyəti  icraatm  aparıldığı  dilin  həm  işdə  iştirak  edən  şəxslər  üçün,  həm  də 

məhkəmə iclas zalmda oturanlar üçün anlaqh olması ilə şərtlənir. 

2.

 



Məhkəmə prosesində öz ana dilində o şəxslərin çıxış etmək hüququ vardır ki, onlar 

icraatm  aparıldığı  dili  bilməsinlər  və  yaxud  öz  fikirlərini  həmin  dildə  sərbəst  ifadə  edə 

bilməsinlər. Həmçinin lal-kar olan şəxslər də bu maddədə məhkəmə icraatmm aparıldığı dili 

bilməyən şəxslər üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. 

Mühakimə icraatmm aparıldığı dİIİ bilməyən şəxslərə ana dilində məlumat ver 

14 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə