Maddi) 23. Etirazm və ya öz-özünə etirazın təmin edilməsinin nəticələri
23.1.
Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz
təmin edildiyi halda hu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.
23.2.
Birinci instan.siya məhkəməsinin bütün tərkibinə vaya təktərkibli məhkəmənin
hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya
məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.
23.3.
Kollegial tərkibdə işə ba.xan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və
VÖ
özü-
özünə etiraz, yaxud məhkəmənin bütün tərkibinə etiraz edilərsə, bu halda iş başqa hakim və
ya
başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır.
1.
Məhkəmələrdə hakimlərə etiraz və ya özü-Özünə etiraz təmin edildikdən sonra etiraz
edilmiş hakimlərin əvəz edilməsi zərurəti yaranır.
Etiraz edilmiş hakimin və ya məhkəmə tərkibinin əvəz edilməsi məsələsini etirazı və ya
özü-özünə etirazı təmin etmiş məhkəmə həll edir.
Birinci mstansiya məhkəməsində hakimə edilmiş etiraz və ya Özü-Özünə etiraz təmin
edildikdə, həmin məhkəmənin sədri hakimi başqa hakimlə əvəz edir. Hakim başqa hakimlə
əvəz edildikdə, işə baxılmasına yenidən başlanır.
2.
Birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya məhkəmə sədrinə, yaxud
təktərkibli məhkəmənin hakiminə etiraz edildikdə, etiraza apellyasiya məhkəməsi baxır
(MPM, 252-ci maddə). Bu halda etirazı kimin həll etməsi və ya etiraz qəbul edildikdə, işin
başqa birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həllinin kimin səlahiyyətində
olduğu qanunda aydmiaşdınimır. Qanunvericiliyin ümumi müddəalarmdan çıxış etmiş olsaq,
bu halda etirazı apellyasiya məhkəməsinin sədrinin müəyyən etdiyi tərkib, işin başqa birinci
instansiya məhkəməsinə göndərilməsi məsələsini isə apellyasiya məhkəməsinin sədri həll edir.
3.
MPM-in 23.3-cü maddəsi kollegial tərkibdə işə ba.xan məhkəmələrdə bütün tərkibə
etiraz edildikdə və etiraz təmin edildikdə, tərkibin dəyişilməsi məsələsini tənzimləyir.
Kollegial tərkibdə işlərə apellyasiya və kassasiya instansiyalarmda baxılır (MPM, 12-ci
maddə).
Apellyasiya instansiyası məhkəməsində bütün tərkibə etiraz edildikdə və etiraz təmin
edildikdə, tərkibin dəyişdirilməsi çətinlik törətmir. Belə ki, apellyasiya instansiyası
məhkəməsində bir qayda olaraq bİr neçə tərkib olur. Kassasiya instansiyası məhkəməsində isə
bİrtərkibli kollegiyalarda (məsələn, Azərbaycan Rcspublikasınm Ali Məhkəməsinin İqtisadi
mübahisələrə daİr işlər üzrə məhkəmə kollegiyası) bütün tərkibə etiraz edildikdə və etiraz
təmin edildikdə, işin hansı məhkəməyə və ya hansı tərkibə verilməsi məsələsi
qanunvericilikdə açıq qalıb.
Kassasiya instansiyasında bütün tərkibə etiraz edildikdə və etiraz qəbul edildikdə,
hakimlərin əvəz edilməsi təcrübədə çətinliklər yarada bilər.
Naxçıvan Muxtar Rcspublikasmın məhkəməsində birinci instansiya qaydasında işlərə
baxılarkən hakimə və ya məhkəmənin bütün tərkibinə etirazlar ümumi qaydada həll edilir
(MPM, 17-23-cü maddələr).
Maddədə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclası katibinə etiraz
edildikdə və etiraz təmin edildikdə, onlarm dəyişdirilməsi qaydası göstərilməmişdir.
31
3-
cü
fəsil
Aidiyyət
Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti
24. L Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlarla
müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə,
pozulmuş və
mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir.
24.2.
Mübahisənin ümumi məhkəməyə və ya iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak
edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin
xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
1.
Bir sıra hallarda dövlət təşkilatlan və ya ictimai təşkilatlarm qanunla onlarm
səlahiyyətlərinə aid edilən məsələlərə baxıb, həll etmə hüquqlan vardır. Son vaxtlar
qanunvericilik məhkəmədən kənar işlərin baxılması və həll edilməsi dairəsini azaltmışdır.
Bununla belə, məhkəmədən kənar həll edilməli İşlər mövcuddur. Məsələn, Torpaq islahatı
haqqmda Qanunun 22-ci maddəsinə əsasən, fızİki və hüquqi şəxslər torpaq islahatı barədə
yerli aqrar islahat komissiyasınm və rayon islahat komissiyasının qərarlarmdan məhkəməyə
deyil, yuxan instansiyalara şikayət edə bilərlər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci bəndinə və
294-cü maddəsinin 2-ci bəndinə əsasən, kollektiv müqavilələrdə həmkarlar təşkilatlan
nəzdində məhkəməyə qədər fərdi əmək mübahisələrinə baxan orqanın yaradılması nəzərdə
tutulubsa, pozulmuş hüququnun bərpa edilməsi barədə işçi həmin orqana müraciət edə bilər.
Azərbaycan Respublikasımn İnzibati Xətalar Məcəlləsinin 360-cı maddəsində
səlahiyyətli orqanlann (vəzifəli şəxslərin) baxdığı işlər göstərilib.
Bununla belə, hər hansı bir işin baxılması və həll edilməsi qanunvericiliklə uyğun
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid edilsə də, həmin orqan öz səlahiyyətlərini həyata
keçirərkən hər hansı fiziki və hüquqi şəxsin hüquq və qanunla qorunan mənafelərini pozarsa,
hüququ pozulmuş şəxs məhkəməyə müraciət edə bilər..
Konstitusiyamn 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarmm məhkəmə
müdafiəsinə təminat verilir.
2.
MPM-in 24.2-ci maddəsi mübahisələrin ümumi və ya iqtisad məhkəmələrinə aid
olmasını müəyyən etmənin üç əsas xüsusiyyətlərini nəzərdə tutur:
1)
işdə iştirak edən şəxslərin subyektiv tərkibi (hüquqi, fiziki şəxslər və sahibkarlar);
2)
mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri);
3)
hüquq münasibətinin xarakteri (mübahisənin hansı hüquq münasibətindən yaranması,
məsələn, mülki, ailə, iqtisadi və s.).
Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1.
Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətlə
33